Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-287/2025 17.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş stajı nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-3005/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş stajı nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbinin “iş stajı nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna xx.xx.1973-cü il tarixdə daxil olub, xx.xx.1978-ci il tarixdə bitirib, seriya İO, № 292409 nömrəli diplomla “zoomühəndis” ixtisasına yiyələnmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdiyi həmin il, yəni 01 oktyabr 1978-ci il tarixdən, 01 iyul 1979-cu il tarixinədək Lənkəran rayon X4 briqadir vəzifəsində işləmişdir. Bu barədə 10 oktyabr 1979-cu il tarixli, Sovetlər dövründə, Lənkəran rayon X5 direktoru, ona 51 №li arayış vermişdir. 27 iyul 1979-cu il tarixdə Lənkəran rayon Heyvandarlıq Kompleksində baş zootexnik vəzifəsinə qəbul olunub, 04 dekabr 1979-cu il tarixdə həmin vəzifədən azad olunmuşdur. Bu barədə 04 dekabr 1979-cu il tarixli, Sovetlər dövründə, Lənkəran rayon Heyvandarlıq Kompleksinin direktoru tərəfindən iddiaçıya Əmək Kitabçası verilmişdir. Lakin, Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olduğu xx.xx.1973-cü il tarixdən, əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.2021-ci il tarixinədək olan 25 illik, malik olduğu əmək pensiyası almaq əvəzinə, ona, yaşına görə sosial müavinət təyin edilmişdir. Yəni 25 illik əmək stajı olan vətəndaşlar 300-350 manat civarında təqaüd (pensiya) aldığı halda, ona isə hal hazırda yalnız yaşına görə işsizlərə şamil edilən 220 manat məbləğində sosial müavinət verilir. Bu səbəblərdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına məktubla birinci dəfə müraciət etmişdir. Cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filalı birinci dəfə, xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-S- 58267/2023 nömrəli imtina cavabı vermişdir. Cavabdeh imtina cavabında səbəb kimi, təqdim etdiyi 51 № li arayışda qeyd olunmuş xx.xx.1978-ci il işə girmə tarixindəki ‘ildə” və əmək kitabçasında qeyd edilmiş xx.xx.1979-cu il tarixində işə girmə “ayında” düzəliş edilməsini səbəb göstərməklə, həmin illəri əmək iş stajı kimi qəbul etməmişdir. Odur ki, ikinci dəfə etibarnamə üzrə nümayəndə X12 vasitəsi ilə xx.xx.2023-cü il tarixdə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filalına müraciət etmişdir. Müraciətində sovetlər dövründə: Lənkəran rayon X4 və Lənkəran rayon Heyvandarlıq Kompleksində işlədiyi illər, yəni əmək stajı haqqında qeyd etdiyi. Həmçinin, sovetlər dövründə işlədiyi həmin illər haqqında məlumat almaqdan ötrü, X18 Filialına mübahisələndirilən Lənkəran rayon X4 xx.xx.1978-ci il tarixindəki “ildə” və Lənkəran rayon Heyvandarlıq Kompleksində xx.xx.1979-cu il tarixində isə girmə “ayında” işləməyi barədə arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin ona, verilməsini də ikinci dəfə xx.xx.2023-cü il tarixli müraciətində qeyd etmişdir. X18 Filialı xx.xx.2022-ci il tarixli, a/56-1 nömrəli, verdiyi arxiv arayışında Lənkəran rayon Heyvandarlıq Kompleksinin əmək haqqı kitablarının filiala təhvil verilməməsini qeyd etmişdir. X18 Filialı xx.xx.2022-ci il tarixli, A/56-2 nömrəli, verdiyi arxiv arayışında Lənkəran rayon X9 sənədlərinin filiala təhvil verilməməsini qeyd etmişdir. Cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı, xx.xx.2023-cü il tarixli təkrar müraciətinə, 30 dekabr 2023-cü il tarixli, № 3-17-1/2-S-311739/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubla cavablandırmışdır. Cavabdeh 30 dekabr 2023-cü il tarixli, imtina cavabında səbəb kimi birinci dəfə xx.xx.2023-cü il tarixli, imtina cavab məktubunda qeyd etdiyi halları təkrarən qeyd edib yazmışdır: Təqdim etdiyi 51 nömrəli arayışda qeyd olunmuş xx.xx.1978-ci il işə girmə tarixindəki “ildə” və əmək kitabçamda qeyd edilmiş xx.xx.1979-cu il tarixində isə girmə “ayında” düzəliş edilməsini səbəb göstərməklə, həmin illəri əmək iş stajı kimi qəbul etməmişdir. Yəni təqdim etdiyi; diplom (xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) Lənkəran rayon X4 işlədiyi xx.xx.1978xx.xx.1979-cu olan dövr və əmək kitabçasındakı qeyd olunan əmək stajını hesablamaqla Göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə barəsində cəmi 24 il, 1 ay, 12 gün əmək stajının olmasını göstərmişdir. Bununla da qanunvericilikdə tələb edilən ən azı 25 il sığorta stajına, 10 ay, 19 gün çatmamasını cavab məktubunda səbəb kimi yazmışdır. Lakin cavabdeh təqdim etdiyi xx.xx.1979-cu il tarixli, 51 № li arayışda işə girmə “1978”-ci ilində və əmək kitabçasında xx.xx.1979-cu il tarixli qeyd edilmiş işə girmə “iyul” ayında, sovetlər dövründə işlədiyi müəssisələrdə edilmiş düzəlişlər ucbatından vətəndaşın hüquqları pozulmuşdur. Cavabdeh- DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmçinin səbəb kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nöməli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”-na istinad edərək imtina cavabı vermişdir. Bildirir ki, Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nöməli Qərar. Müddəa 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. Müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X10 yerli qurumları tərəfindən aparılır. Bu o deməkdir ki, vətəndaşın əmək kitabçasında səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Eyni zamanda həmin düzəlişlər Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X10 yerli qurumları tərəfindən də icra edilir. Lakin o, sovetlər dövründə işə girib işləmiş, yəni əmək kitabçasındakı edilən düzəlişlər sovetlər dövrünə aid olduğundan; xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli imtina cavab məktublarında qeyd edilən həmin düzəlişlər barədə Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X10 yerli qurumlarına etdiyi müraciətlərə cavab verilmədi. Yəni, cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı arayış və əmək kitabçasındakı edilmiş düzəlişlərin, sovetlər dövründə tərtib edilib, təsdiq edilməsi hallarına qiymət verməmiş, iddiaçının sosial yaşayış durumunu nəzərə almamış, lakin imtina cavabını yazmışdır. Odur ki, o, maraqlı şəxs qismində ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını cəlb etməklə, iş stajı faktının müəyyən edilməsi tələbinə dair Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Müraciətində xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon X4 və xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon Heyvandarlıq Kompleksində işlədiyi illəri əmək stajı faktı kimi müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsi “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, № 3 saylı Qərarın 13.2 və 13.3-cü bəndlərinə istinad edərək, DSMF orqanlarının imtinasından inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması barədə, xx.xx.2024-cü il tarixli, № 2(049)-976/2024 nömrəli Qərardadla ərizəni geri qaytarmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazını təqdim edir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin onun ümumi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan (24 il 12 gün), eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən(21758,10 manat) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən müraciəti müsbət həll etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1 -ci maddələrində qeyd olunur ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarında iddiaçıya məxsus olan: əmək kitabçasının (xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək) və mərkəzləşdirimiş elektron informasiya sisteminin Pensiya altsisteminə (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək;xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək); Təhsil haqqında diplomunun surətinə əsasən (xx.xx.1973- cü il tarixdən xx.xx.1978-ci il tarixədək) İddiaçı ümumilikdə mübahisəsiz sosial sığorta stajı 24 il 12 gün təşkil edir. Araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək “Lənkəran rayon Heyvandarlıq Kompleksi”ndə işləməsi ilə bağlı olan qeydlərin, xx.xx.1979-cu il tarixli arayışda qeyd edilmiş xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Lənkəran rayon X9”nda işləməsi ilə bağlı olan qeydlərin doldurulma qaydasının pozulduğu (işə daxilolma qeydinə düzəliş) müəyyən edilmiş, bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun hesab edilməmişdir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 23 il 05 ay 12 gün sığorta stajına uyğun olaraq 21718,45 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 39,65 manat olmaqla, ümumilikdı 21758,10 manat təşkil edir ki, bu məbləğ müraciət etdiyi tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olmuşdur. Azərbaycan Respublikası Dövlət X11 05 iyul 2024-cü il tarixli, 3-48-DA-LF/1- 158/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Lənkəran rayon X9”nın sənədləri arxivə təhvil verilməmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək “Lənkəran rayon Heyvandarlıq Kompleki”ndə işləməsi ilə bağlı əmrlər aşkar edilməmişdir. Konstitusiyada əksini tapan sosial təminat hüququ 38-ci maddənin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumusosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstiyusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna..'' 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunur yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Bütün bu halları nəzərə alaraq düşünürük ki, məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o, cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-3005/2024 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun sığorta stajı hesablanarkən onun xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon X4 və xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon Heyvandarlıq Kompleksində işlədiyi illər nəzərə alınmamışdır. Həmin dövrlə bağlı iş fəaliyyətinin mövcudluğunu təsdiq edən xx.xx.1979-cu il tarixli 51 nömrəli arayışda işə girmə ilindəki səkkiz rəqəmi (1978) və Lənkəran rayon Heyvandarlıq Kompleksi tərəfindən verilən əmək kitabçasında işə girmə ayı (07) qaralandığından həmin dövrlər iddiaçının əmək stajına hesablanmamışdır. Eyni zamanda Şirvan İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarında Lənkəran rayon X5 sənədləri X16 filialına təhvil verilmədiyindən, eləcə də X16 Filialında mühafizə olunan Lənkəran rayon Heyvandarlıq Kompleksinin xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixə kimi dövrü əhatə edən əmr kitablarının yoxlanılması nəticəsində iddiaçının adına heç bir sənəd aşkar edilmədiyini qeyd etmiş və iddianı təmin etməmişdir. Lakin məhkəmə 46 il bundan qabaq müddətdə və yaxud son illərdə edilmiş düzəlişlərin həqiqiliyinə düzgün cavab verməkdən ötrü ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Beləliklə iddiaçının sosial təminat hüququ pozulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini bildirir, tələbinə "01 aprel 2022-ci il tarixdən yaşa görə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbin dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-3005/2024 saylı qərarının ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi (iddia tələbi dəqiqləşdirildikdən sonra) “iş stajı nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi Lənkəran rayon X1 sənədləri X16 Filialına təqdim edilmədiyindən, o cümlədən iddiaçının Lənkəran rayon Heyvandarlıq Kompleksində işlədiyi xx.xx.1979-xx.xx.1979-cu il tarixləri arasındakı fəaliyyət dövrü ilə bağlı arxivdə heç bir sənəd aşkar edilmədiyindən, iddiaçının müvafiq tarixlərdəki fəaliyyət dövrü iş stajına hesablana bilməz. Məhkəmə qeyd edir ki, mübahisəli xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrə münasibətdə isə iddiaçıya məxsus əmək kitabçasında həmin qeydlər aparılmamışdır. İddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979cu il tarixədək Lənkəran rayon X4 briqadir vəzifəsində işləməsi faktı yalnız Lənkəran X5 xx.xx.1979-cu il tarixli arayışında qeyd edilmişdir ki, həmin arayış arxiv sənədləri ilə öz təsdiqini tapmadığından məhkəmə tərəfindən mötəbər hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan Azərbaycan Dövlət Aqrar Universitetinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-23/2-480/2024 nömrəli məktubundan görünür ki, İddiaçı oğlu həqiqətən 1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “zoomühəndislik” ixtisası üzrə əyani təhsil formasının birincikursuna qəbul olmuş (əmr № 677, xx.xx.1973-cü il) və 1978-ci ildə həmin ixtisasın əyani təhsil formasını bitirmişdir (əmr № 342, xx.xx.1978). Dövlət İmtahan Komissiyasının 19 may 1978-ci il tarixli (protokol № 7) qərarına əsasən ona № 292409 seriyalı adi diplom verilmişdir (qeydiyyat nömrəsi 220403). İşdə olan Lənkəran rayon X6 xx.xx.1979-cu il tarixli, 51 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixə qədər Lənkəran rayon X7 briqadir vəzifəsində işləmişdir. İşdə olan İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Lənkəran rayon Heyvandarlıq Kompleksində xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Baş zootexnik vəzifəsində, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək 800 heyvana baş zootexnik vəzifəsində işləmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-cu il tarixədək Şirinsu Sovxozunun baş zootexniki vəzifəsində işləmişdir. İşdə olan iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciəti əsasında cavabdeh tərəfindən 3-17-1/1-S-50829/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.1979-cu il tarixli, 51 nömrəli arayışda iddiaçının xx.xx.1978-xx.xx.1979-cu il tarixli əmək fəaliyyəti işə daxil olma tarixinə, həmçinin əmək kitabçasının 1-ci qeydində işə girmə tarixinə düzəliş edildiyi əsas gətirilərək əmək stajına daxil edilmədiyindən ona əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-76616/2024 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı müddət, əmək kitabçasının surətinə əsasən xx.xx.1979 tarixindən xx.xx.1978-ci il tarixinədək, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla mübahisələndirilməyən sığorta stajı 24 il 12 gün təşkil edir. Belə ki, iddiaçının xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu ilə qədər, eləcə də xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixinə qədərki iş stajı nəzərə alınmamışdır. Bu səbəbdən o, yaşa görə əmək pensiyası hüququ qazanmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət X14 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-48-DA-4F/2-648//1/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayon X5 arxiv sənədləri filiala təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X11 məhkəməyə ünvanladığı 3-48-DA- 7F/1-280/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda Lənkəran rayon Heyvandarlıq Kompleksinin arxivə təhvil verilmiş əmr kitabları yoxlanılan zaman İddiaçı adına heç bir sənəd aşkar edilmədiyi qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli iddiaçı ilə bağlı əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərara əsasən iddiaçının 25 il sığorta stajı olmadığı əsası ilə pensiyanın təyin edilməsindən imtina olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası, yuxarıda şərh olunan qanunvericiliyin normalarını rəhbər tutaraq qeyd edir ki, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir) iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixdə yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş şərtini ödəmişdir. Cavabdehin ilkin imtinasından və yazılı etirazın surətindən görünür ki, iddiaçının xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı müddət, əmək kitabçasının surətinə əsasən xx.xx.1979 tarixindən xx.xx.1978-ci il tarixinədək, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla mübahisələndirilməyən 24 il 12 gün stajı müəyyən edilmişdir. İddiaçının xx.xx.1978-cu il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixədək işlədiyi dövrlər müvafiq sənədlərdə dəyişiklik edildiyi əsas gətirilərək qeyd edilən dövrləri sığorta stajına daxil etməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk öncə İddiaçı xx.xx.1978-cu il tarixdən xx.xx.1979-cu il tarixə qədər Lənkəran rayon X4 briqadir vəzifəsində işlədiyi dövrlərlə bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən dövrlərdə işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arayış çıxış edir. Məhkəmə kollegiyası iddiaçının sözügedən dövrlərdə işləməsini təsdiq edən sənəd qismində arayışın qəbul edilməsinin mümkünlüyü ilə bağlı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə müəyyən edilir:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Belə ki, işdə olan Lənkəran rayon X5 xx.xx.1979-cu il tarixli, 51 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən həmin müəssisədə briqadir işində işləmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından irəli çıxaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə - müəssisə tərəfindən verilən arayışa əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının təqdim etdiyi arayış ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cavabdehin “Lənkəran rayon X5 xx.xx.1979-cu il tarixli, 51 nömrəli arayışında işləməsi ilə bağlı olan qeydlərin doldurulma qaydasının pozulması” ilə bağlı imtina dəlillərinə münasibətdə qeyd edir ki, İddiaçı Lənkəran rayon X8 işə daxil olduğu tarixə dəyişiklik edilməsi (“1979” tarixinin son rəqəminin 8 olaraq dəyişdirilməsi) qeyri-mümkündür. Çünki bu zaman iddiaçının işlədiyi müvafiq dövr 1979-cu il 01 oktyabr tarixindən 1979-cu il 01 iyun tarixinə qədər olan dövrü əhatə etməlidir. Bu isə təqvim aylarının ardıcıllığı baxımından mümkün deyil. Məhkəmə kollegiyasının qənaətinə görə işə daxil olma ilində düzəlişin edilməsi mexaniki səhvin nəticəsində baş vermişdir ki, bu isə iddiaçının təqsiri ilə bağlı olan hal olmamaqla, onun məsuliyyət sferasına daxil deyildir. Həmçinin, iddiaçı da izahatında Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “zoomühəndislik” ixtisası üzrə əyani təhsili bitirdikdən sonra bir başa Lənkəran rayon X8 öz ixtisası üzrə vəzifəyə təyinat aldığını, orada işlədiyini, işlədiyi dövrdə əmək kitabçasının açılmadığını, əmək kitabçasının ilk dəfə xx.xx.1979-cu ildə Lənkəran rayon Heyvandarlıq Kompleksinə işə daxil olduqdan sonra açıldığını və həmin müəssisədə işlədiyi zaman hazırki arayışın əvvəl işlədiyi Lənkəran rayon X3 alaraq yeni daxil olduğu iş yerinə təqdim etdiyini və həmin arayışın əmək kitabçasının üz vərəqinin içərisinə yapışdırıldığını qeyd etmişdir. Məhkəmə iclasında iddiaçının əmək kitabçasının və arayışın əslinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən də əmək kitabçasının üz vərəqinin içərisində kley izləri olmuş, həmin arayış əmək ktabçasının ölçüsü həcmində qatlanaraq həmin hissəyə yapışdırılmışdır. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, həqiqətən də “Lənkəran rayon X5 xx.xx.1979-cu il tarixli, 51 nömrəli arayışını iddiaçı həmin dövrdə yəni, xx.xx.1979-cu ildə işlədiyi Lənkəran rayon X3 əldə etmiş və onun məzmunu doğrudur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən faktiki halları və hüquq normalarını nəzərə alaraq hesab edir ki, Lənkəran rayon X5 xx.xx.1979-cu il tarixli, 51 nömrəli arayışı iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Lənkəran rayon X9”nda işləməsi faktını təsdiq edən sənəd kimi qəbul edilməlidir. Cavabdehin xx.xx.2024 tarixli imtina qərarının və xx.xx.2025-ci il tarixli yazılı etirazının surətindən görünür ki, iddiaçının müraciətinə imtinanın digər əsası xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə əmək kitabçasının doldurulma qaydalarının (işə daxil olma tarixində qaralama olduğundan) pozulması və bu səbəbdən xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək olan əmək fəaliyyəti dövrlərini sığorta stajına daxil edilməsinin mümkün olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən həmin dövrləri və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, iddiaçı Lənkəran rayon Heyvandarlıq Kompleksində xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Baş zootexnik vəzifəsində, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək 800 heyvana baş zootexnik vəzifəsində işləmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-cu il tarixədək Şirinsu Sovxozunun baş zootexniki vəzifəsində işləmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək işlədiyi illər “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası onu da edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər hal ilə bağlı məhkəmə kollegiyası bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının pensiya hüququ (yəni pensiya yaşı) xx.xx.2021-ci il tarixdə yaransa da, onun 25 il sığorta stajı xx.xx.2022-ci ildə tamamlandığından və iddiaçı sığorta stajının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdiyindən həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməldir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddiası təmin edilməli və xx.xx.2022-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-3005/2024 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 01 aprel 2022-ci il tarixdən yaşa görə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.