Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-289/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçının və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(120)-218/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X2 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı sərancamın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X5 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 15 aprel 2022-ci il tarixli, 105 saylı sərəncamın ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 12 dekabr 2024-cü il tarixli, 2- 1(120)-218/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 105 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən inzibati akt – 15 aprel 2022-ci il tarixli, 105 saylı sərəncam cavabdeh tərəfindən qeyd olunan “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, həmin sərəncam qəbul olunan zaman cavabdeh inzibati icraat barədə, eləcə də inzibati akt qəbul edilməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş, bu barədə onların mülahizələrini dinləməmişdir. Qərardan cavabdeh İmişli Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli 105 saylı sərəncamı ilə ona İmişli rayonu Otuziki kəndi (indiki İmişli şəhəri ərazisindən) Araz çayının yatağından qum-çınqıl materiallarının çıxarılması üçün 15.0 ha torpaq sahəsi icarəyə verilməsi barədə İmişli Rayon Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli 107 saylı sərəncamı ləğv edilmişdir. 15 aprel 2022-ci il tarixli 105 saylı sərəncamda göstərilir ki, İmişli şəhər sakini X3 rayonun Otuziki kəndi ərazisindən M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının 01 oktyabr 1996-cı il tarixli 01 nömrəli çıxarışına əsasən ayrılmış 15,0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı Sərəncamı verilmişdir. İmişli Rayon İcra Hakimiyyətinin onun fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə ona heç bir rəsmi məktub və ya qeyri-rəsmi xəbərdarlıq olmamışdır. Həmin 0.15 ha torpaq sahəsində hüquqi icazəsi olmadan fəaliyyət göstərməsi barədə sərəncamda qeyd edilənlər əsassızdır. Ona görə də torpaq sahəsinin ondan alınması barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli 105 saylı sərəncamının heç bir qanuni əsası yoxdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Ehtiyatlarından istifadə Agentliyinin mütəxəssisləri tərəfindən İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq aparılaraq “X7 Təsərrüfatı” MMC-nin qumçınqıl materiallarının istehsalı zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunlarının tələblərini pozduğu və onun dağ-mədən ayırması aktı olmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilmiş, bu barədə müvafiq tədbirlərin görülməsi üçün Agentlik tərəfindən Rayon İcra Hakimiyyətinə 05 yanvar 2021-ci il tarixli, 19/01 saylı məktubla müraciət olunmuşdur. Bununla bağlı İmişli Rayon icra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə X3 məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmişdir. Bütün bunları nəzərə alaraq dağ-mədən ayırması olmadan qanunsuz fəaliyyət göstərdiyinə və Araz çayının məcrasının dəyişməsinə səbəb olan hallara yol verdiyinə görə İmişli Rayon İcra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı sərəncamına xitam verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 105 saylı Sərəncamı verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, “X8 Təsərrüfatı” MMC-nin fəaliyyəti nəticəsində ətraf ərazilərin hidrogeoekoloji şəraiti negativ yöndə dəyişilsə də, Yerin təkinin səmərəli istifadəsi və mühafizəsinə dair qanunvericiliyin tələbləri pozulsa da, Cəmiyyət fəaliyyətini bugünə qədər dayandırmamışdır. Birinci instansiya məhkəməsinin işin halları ilə bağlı gəldiyi qənaət AR-nın “İnzibati icraat haqqında” Qanununun tələblərinə ziddir. Belə ki, İmişli RİH tərəfindən qəbul edilmiş inzibati akt həmin Qanunun 68.1 və 68.2.3-cü maddələrinin normalarına uyğun qəbul edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdi. İddiaçı və nümayəndəsi və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 107 saylı sərəncamına əsasən X3 İmişli rayonunun Otuziki kəndi ərazisində yerləşən 0.15 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi qərara alınmışdır. -xx.xx.2015-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, İmişli şəhər sakini X3 barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı Sərəncamına əsasən ayrılmış 15,0 ha torpaq sahəsində qumçınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə 40 il müddətinə icarə məqsədilə istifadəyə verilmişdir. -İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 105 nömrəli sərəncamına əsasən, X3 (“X7 Təsərrüfatı” MMC-yə) rayonun Otuziki kəndi ərazisindən M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının 01 oktyabr 1996-cı il tarixli 01 nömrəli çıxarışına əsasən ayrılmış 15,0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı Sərəncamına xitam verilərək hüquqi qüvvəsini itirmiş hesab edilməsi qərara alınmışdır. -İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-53-8/2-955/2023 nömrəli məktubunda göstərilmişdir ki, 2 eyni tarix və nömrədə olan Sərəncamlardan İmişli şəhər sakini X1 fəaliyyəti ilə məşğul olmaq üçün qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi haqqında xx.xx.2015-ci il tarixli, 107 saylı sərəncam İmişli Rayon İcra Hakimiyyətinin sərəncamların qeydiyyatı kitabında qeydiyyata alınmış və əsli İmişli Rayon İcra Hakimiyyətinin arxivində saxlanılır. Məktuba əlavə edilmiş digər xx.xx.2015-ci il tarixli, 107 saylı 15,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncam isə İmişli Rayon İcra Hakimiyyətinin sərəncamların qeydiyyatı kitabında qeydiyyata alınmamış və hazırda İmişli Rayon İcra Hakimiyyətinin arxivində belə bir sərəncam yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən sərəncam ilə X1 fəaliyyəti ilə məşğul olmaq üçün qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi haqqında İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 107 saylı sərəncamı ləğv edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur. -51.2-сi maddəsinə görə bu Qanunun51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.8 maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Göründüyü kimi inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq, həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi birmənalı olaraq qanunun tələblərindən irəli gəlsə də, inzibati orqan qanunvericiliyin bu tələbinə əməl etməmişdir. Belə ki, inzibati orqan inzibati icraat barədə, eləcə də inzibati akt qəbul edilməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxsə (iddiaçı) və ya onun nümayəndəsinə məlumat verməmiş, həmçinin onların dinlənilmək hüququnu təmin etməmişdir. Odur ki, mübahisələndirilən inzibati akt (15 aprel 2022-ci il tarixli 105 saylı sərəncam) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla qəbul edilmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(120)-218/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-289/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-289/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver