Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-29/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2000-ci ildən təyin edilməsi və yığılmış borcun birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(120)-471/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2000-ci ildən təyin edilməsi və yığılmış borcun birdəfəyə ödənilməsi” öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X4 xx.xx.2000-ci ildə vəfat etmişdir. Yoldaşı polis əməkdaşı idi və əmək pensiyası alırdı. 2022-ci il fevral ayında cavabdehə müraciət edərək, ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmiş, eyni zamanda son 3 ilin pensiyasının ödənilməsini xahiş etmişdir. Cavabdeh ona 2012-ci ildən ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin etmişdir. Amma son 3 ilin pensiyası ödənilməmişdir. Dəfələrlə cavabdehə bu barədə müraciət etsə də, müraciəti cavabsızqalmışdır. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur və aşağıda göstərilən hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, xx.xx.2006-cı ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindi. Bu Qanunun Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilən sosial təminat hüququnu təmin edib, vətəndaşların pensiya məsələlərini tənzimləyir. Pensiya təminatı sosial təminatın tərkib hissəsi olduğundan hər kəsin Konstitusiyada nəzərdə tutulmuş sosial tənıinat hüququonun pensiya almaq hüququnu da özündə əks etdirir. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsində 3 növ əmək pensiyası nəzərdə tutulmuşdur. Onlardan biri ailə başçısını itirməyə görədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsində deyilir: ”Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 2-ci bəndinə əsasən yazılı formada təsbit olunmuş inzibati aktın əsaslandırılması zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq vəya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasınm Konstitusiyasının 7-ci maddəsinin İİİ bəndinə əsasən (Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir) hakimiyyətlərin bölünməsi prinsipi hakimiyyətin tərkibinə görə fərqli funksiyaların müstəqil şəkildə və hakimiyyətin başqa qollarından asılı olmadan həyata keçirilməsini nəzərdə tutur. Belə bölünmənin məqsədi müstəqilliyin zəmanətidir ki, bu da demokratiyanın özbaşınalıqla əvəz olunmasına imkan vermir. Hakimiyyətlərin bölünməsində məqsəd hakimiyyətin bir qolunun səlahiyyətlərinin başqası tərəfındən mənimsənilməsinə yol verməməkdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsidə 02 mart 2000-ci il tarixli Qərarı ilə belə bir mövqe tutur. Konstitusiyanın 71 maddəsinin 2-ci hissəsində deyilir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır”. Konstitusiya hüquqlarının məhdudlaşdırılması bu cür məhdudiyyətlərin konstitusiya ilə tanınan məqsədləri üçün zəruri və onlarla ölçülə bilən olmalıdır; konstitusiya normaları onlarla nəzərdə tutulan hüquqların qanuni şəkildə məhdudlaşdırılmasına yol verdiyi halda, o, bu və ya başqa hüququn mahiyyətinə toxunacaq və onun real məzmununun itirilməsinə səbəb olacaq nizamlama həyata keçirə bilməz; konstitusiya ilə bəyənilən məqsədlərə uyğun olaraq buvə ya başqa hüququn məhdudlaşdırılmasına yol verildiyi halda, dövlət, konstitusiya ilə qorunan dəyər və maraqların balansını təmin edərək, həddən artıq deyil, yalnız zəruri vəbu məqsədlərin ciddi şəkildə şərtləndirdiyi tədbirləri istifadə etməlidir. İctimai maraqlar, əgər yalnız bu cür məhdudiyyətlər ədalətliliyin tələblərinə cavab verirlərsə, konstitusiya nöqteyi-nəzərindən əhəmiyyətli dəyərlərin, o cümlədən başqa şəxslərin hiiquq və qanuni maraqlarının, qorunması üçün adekvat, proporsional, müvafıq və zəruridirlər. Qeyd edir ki, həyat yoldaşı xx.xx.2000-ci ildə vəfat etmişdir. Belə olan halda onun ABİ görə əmək pensiyası almaq hüququ həmin vaxtan yaranır. 2017-ci ilin iyul ayının birinə kimi “Əmək pensiyaları haqqında” Qanunun 32-ci maddəsində deyilirdi: “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.” Həmin maddəyə əlavə edilmişdir: (32.1-1 konstitusiyaya zidd olan maddə əlavə edilmişdir.) Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Oanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Oanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktları Konstitusiyaya və ya qanunlara uyğun olmayan hesab edildikdə və bu aktlarla hüquq və azadlıqların pozulduğu müəyyənləşdirildikdə, sonrakı məhkəmə baxışı prosesi məhz yol verilmiş qanun pozuntularının aradan qaldırümasına və pozulmuş hüquqların bərpasına yönəlməlidir. Hüquq və azadlıqlarının pozulduğu miiəyyən edilmiş şəxslərin hiiquqi vəziyyətini pisləşdirmək, onları süründürməçiliyə cəlb etmək üçün müvafiq məhkəmə instansiyalarında işə yenidən baxılmasını təşkil etrnək yolverilməzdir. Belə halların baş verməsi konstitusiya prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda konstitusiya işinin əsasını təşkil edən məsələ üzrə digər tərəfin hüquq və azadlıqlarının müdafiəsi, işin tam araşdırılmamış hallarının aydınlaşdırılması, məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququnun pozulduğu halların xüsusiyyətləri nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair şikayətlərə baxılması normativ hüquqi aktların məhkəmə tərəfindən düzgün tətbiq və ya şərh edilməsi ilə bağlıdır. Konstitusiya məhkəmə icraatı zamanı nəinki Konstitusiyanın aliliyinin təmin edilməsi, həm də hüquq və azadlıqların məhdudlaşdırümasının mövcudluğu, eləcə də belə məhdudiyyətlərin mümkün hədləri ilə əlaqədar məsələlər həll olunur. Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qiivvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız korıstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı bir aktın Konstitusiyaya uyğun olub-olmaması faktının təsdiq edilməsi özü-özlüyiində nəinki həmin aktı qəbul etmiş orqan, həmçinin digər normayaradıcı və ya məhkəmə orqanları üçün preyudisial əhəmiyyətə malik xüsusi fakt kimi qəbul edilə bilər. Normayaradıcı orqanlara münasibətdə Konstitusiya Məhkəməsinin qərarının preyudisial əhəmiyyəti onda ifadə olunur ki, Konstitusiyaya uyğun olmayan hesab edilmiş normativ hüquqi aktla eyni məzmunlu aktın yenidən qəbul edilməsi yolverilməzdir. Normativ hüquqi aktın hər hansı müddəasının Konstitusiyaya uyğun olmadığı faktının Konstitusiya Məhkəməsi tərəfındən müəyyən edilməsinin preyudisial əhəmiyyəti məhkəmələr tərəfındən digər aktlarda təsbit olunmuş oxşar müddəaların tətbiq olunmasını da qeyri-mümkün edir. Bununla bağlı məsələnin digər tərəfı ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi məhkəmə aktının Konstitusiyaya uyğun olub-olmaması faktını təsdiq etdikdə, bu hal nəinki baxılmış iş üzrə məhkəmələr üçün, habelə başqa işlərə baxan məhkəmələr üçün preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Hər kəsin sosial təminat hüququ vardır”. Sosial təminat hüququ demokratik cəmiyyətin dəyişilməz prinsipi olaraq, dövlət tərəfındən vətəndaşa yaşamaq üçün vasitə verməsi deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində göstərilir ki, “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respııblikası Konstitusiya Məhkəməsinin 29 dekabr 1999-cu il tarixli qərarında deyilir ki, “Pensiyalar qabaqcadan uzun illər sərf edilən faydalı əməyə, xidmətə, miiəyyən ictimai əhəmiyyətli öhdəliklərin yerinə yetirilməsinə görə əldə edilir və vətəndaşların “Pensiya təminatı haqqında” Qanunun 22-ci maddəsinə əsasən ömürlük təyin olunur. “Əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz”. “İnsan hiiquqları haqqında ümumi bəyannamə”nin 22-ci maddəsində göstərilir ki, “Hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafıq olaraq ləyaqətinin qorunması, şəxsiyyətin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var”. Onun pensiya hüququndan məhrum edilməsi himayəsində olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla onları yaşamaq üçün vacib olan pensiyatəminatından məhrum edir, bütün digər kateqoriyalı pensiyaçıların himayəsində olan şəxslərlə qeyri-bərabər vəziyyətə salır. Bu da, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 may 2001-ci il tarixli hüquqi mövqeyindən irəli gəlir ki: “İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktın 9cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial vətəndaşın pensiya hüququndan məhrum edilməsi onun himayəsində olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla onları yaşamaq üçün vacib olan pensiya təminatından məhrum edir, bütün digər kateqoriyalı pensiyaçıların himayəsində olan şəxslərlə qeyri-bərabər vəziyyətə salır və Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnu pozur.” Azərbaycan Respublikasının Konstitusiyasına görə ölkəmiz demokratik və hüquqi dövlətdir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi isə dövlətin ali məqsədidir. Dövlət xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikasında sosial təminat hüququ tanınır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 7-ci maddəsinin İ hissəsi, 12-ci maddəsinin İ hissəsi, 16-cı maddəsinin 1 hissəsi, 38-ci maddəsinin İ və İİİ hissələri). Azərbaycan Respublikası sosial dövlət kimiçıxış edərək bəzi kateqoriya şəxsləri dövlət səviyyəsində himayə edir. Belə ki, qüvvədə olan qanunvericilik müəyyən hallarda vətəndaşların əmək pensiyası təminatı hüququnu tanımaqla bu hüququn gerçəkləşdirilməsi üçün həmin şəxslərə müxtəlif növ əmək pensiyası, o cümlədən yaşa, əlilliyə, ailə başçısınm itirildiyinə görə əmək pensiyasınm verilməsinin şərtlərini müəyyənləşdirir («Əmək pensiyaları haqqında» Qanunun 3.1 və 4.1-ci maddələri). Qanunvericilik hakimiyyəti orqanı özünün diskresiya səlahiyyətlərindən istifadə edərkən hər hansı şəxslərin pensiya təminatı hüququnun həyata keçirilməsinin şərtlərini müəyyənləşdirərək bunun üçün müvafıq hüquqi tənzimləmə qaydalarını qəbul edə bilər. Lakin pensiya təminatına dair qanunvericilik tənzimləmələri yalnız konkret və obyektiv hüquqi meyarlara söykənməklə həyata keçirilməlidir. İnsan hiiquqları və əsas azadlıqlarının qorıınması haqqında Konvensiyanı ratifıkasiya etməklə, Azərbaycan Respublikası bu müqavilə aktlarının müddəalarının Azərbaycan Respublikası tərəfındən nəzərdə tutulan pozulma hallarında Konvensiya və onun protokollarının şərh olunması və tətbiqi məsələləri üzrə Avropa məhkəməsinin insan hüquqları üzrə yurisdiksiyasını məcburi kimi qəbul etmişdir. Beləliklə, Konvensiya kimi, insan hüquqları üzrə Avropaməhkəməsinin qərarı da, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normalarından çıxış edərək, məhkəmə və ədalətli mühakiməyə çıxış hüququ da daxilolmaqla, konvensiyada nəzərdə tutulan hüquq və azadlıqların şərhinin verildiyi hissədə, Azərbaycanın hüquqi sisteminin tərkib hissəsidir, ona görə də ictimai münasibətləri tənzimləndiyi zaman qanunverici tərəfındən, müvafıq hüquqi normaların tətbiqi zamanı isə hüquq tətbiqetmə orqanları tərəfındən nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən “bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milliazlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.” Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Konvensiyanın 14-cü maddəsi tanmması mümkün olan, obyektiv və ya şəxsi xüsusiyyətlərə, yaxud da şəxslərin və ya qrupların biri digərindən ayrıldığı “statusa” əsaslanan rəftardakı fərqləndirməni qadağan edir. Belə fərqləndirmə obyektiv və əsaslı deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı, 22 mart 2012-ciil, §§ 85- 86). Hamının Konstitusiya səviyyəsində bəyan edilmiş məhkəmə və hüquqi qanun qarşısında bərabərliyi prinsipinin gerçəkləşdirilməsi yalnız hüququn eyni bir şəkildə tətbiq edilməsi yolu ilə mümkündür. Hüququn tətbiqi praktikasında hüquqi standartların gerçəkləşdirilməsinə eyni cür yanaşma hüququn aliliyi ideyalarının, nəticəsi əvvəlcədən bilinən ədalətli mühakimənin təntənəsi üçün zəruridir. Prosessual qanunvericilikdə nəzarətaraşdırılması zamanı məhkəmə hüququnun tətbiqi yeganəliyinin pozulması kimi məhkəmə aktlarına düzəliş edilməsi üçün belə bir əsasın olması məhz bununla izah edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi belə neqativ hərəkətləri onun nəinki konstitusiyada, hətta insan əsas hüquq və azadlıqları haqqında Avropa Konvensiyasının 1-ci əlavə protokolunda göstərilmiş hüquqlarını pozur. 1-ci protokolun 1-ci maddəsinə əsasən “hər bir fıziki və ya hüquqi şəxsin mülkiyyətinə hörmət hüququ var. Heç kim qanunun və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan şərtlərilə cəmiyyətin maraqları naminə edilməsi istisna olunmaqla öz əmlakından məhrum edilə bilməz”. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsasən “Mülkiyyət anlayışı muxtar anlayışa malikdir və yalnız fıziki əşyalara mülkiyyət hüququna aid edilmir və daxili hüquq üzrə formal ixtisaslardan asılı deyildir: Mülkiyyət yaradan bəzi digər hüquq və faydalara da mülkiyyət hüququ kimi baxıla bilər” (Beyeler İtaliyaya qarşı xx.xx.2000ci il). “Mülkiyyət anlayışına həm mövcud anlayış, həm də əmlak dəyəri, o cümlədən vətəndaşın hüququndan effektli istifadə etmək “qanuni gözləntilərini” almağa iddia edə biləcəyi tələb hüququ aid ola bilər” (X14 İİ Lixtenşteynə qarşı). Ümumi qaydaya əsasən 1-ci protokolun 1-ci maddəsi şəxslərin pensiya hüququna və sosial təminatına zəmanət vermir. O halda ki, şəxslər pensiya fonduna ödənişlər ediblərsə, bu pensiyaya hüquq mülkiyyət hüququ təşkil edir. (Avropa Məhkəməsinin hüquqi mövqeyi Müller Avstriyaya qarşı 16 dekabr 1974). Həm ümumi, həm də kontinental qanunu olan ölkələri birləşdirən X10 Hüquqlar Xartiyasının 41-ci maddəsi, ümumiyyətlə, “yaxşı idarəetmə” doktrinasını özündə cəmləşdirir. Başqalarının arasında“yaxşı idarəetmə hüququ”, digələri ilə birlikdə “hər kəsin ona qarşı mənfı nəticələrə səbəb olan fərdi tədbirlər görülməzdən əvvəl eşidilmək hüququ, habelə inzibati orqanların qərarlarını motivasiya etmək öhdəliyini” əhatə edir. Beləliklə, ailə başçısını itirməyə görə yoldaşı X2 xx.xx.2000-ci il tarixdən təyin edilməməsi və yıgılmış borcun ödənilməməsi yuxarıda göstərilən qanunlara, beynəlxalq hüquq normalarına ziddir, qanunların düzgün dərk edilməməsi ilə və ya qəsdən nəzərə alınmaması ilə bağlıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaəsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı 24 noyabr 2021-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət SosialMüdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 28 fevral 2022ci iltarixli, **********1 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 28 fevral 2022-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bununla əlaqədar olaraq 17 mart 2022-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya mərhum həyat yoldaşı X3 təminat xərcliyinin (716,35 manat) 80 faizi-573,08 manat məbləğində əmək pensiyası müəyyən edilmiş, eyni zamanda 1 dekabr 2021-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 626,58 manat fərq məbləğinin cari ilin iyun ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Bundan əlavə, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığından Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hərhansı borc məbləği yoxdur. Əlavə olaraq bildirirlər ki, iddiaçıya 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiyaməbləğinin 10 faizi - 57,31 manat maddi yardım ödənilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(120)-471/2023 saylı qərarı ilə (hakim Fehruz Abbasov) iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası Məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2022-ci il fevral ayında cavabdehə müraciət edərək, ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmişdir. Eyni zamanda ona son 3 ilin pensiyasının ödənilməsini xahiş etmişdir. Cavabdeh aprel ayının 2022-ci ildən ona ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin etmişdir. Amma son 3 ilin pensiyası ona ödənilməmişdir. Dəfələrlə cavabdehə bu barədə müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Belə ki, xx.xx.2006cı ildə “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə mindi. Bu Qanunun AR Konstitusiyası ilə müəyyən edilən sosial təminat hüququnu təmin edib, vətəndaşların pensiya məsələlərini tənzimləyir. Pensiya təminatı sosial təminatın tərkib hissəsi olduğundan hər kəsin Konstitusiyada nəzərdə tutulmuş sosial təminat hüququ onun pensiya almaq hüququnu da özündə əks etdirir. Qeyd etmək istəyir ki, həyat yoldaşı xx.xx.2000-ci ildə vəfat etmişdir. Belə olan halda onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ həmin vaxtan yaranır. Onuda qeyd edir ki 2017-ci ilin iyul ayının birinə kimi Əmək pensiyaları haqqında qanunun 32-ci maddəsində deyilirdi “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Onun pensiya hüququndan məhrum edilməsi mənim himayəmdə olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla onları yaşamaq üçün vacib olan pensiya təminatından məhrum edir, bütün digər kateqoriyaları pensiyaçıların himayəsində olan şəxslərlə qeyri-bərabər vəziyyətə salır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulmasına səbəb olur. Beləliklə, ailə başçısını itirməyə görə yoldaşı X2 xx.xx.2000-ci il tarixdən təyin edilməməsi və yığılmış borcun ödənilməməsi yuxarıda göstərilən qanunlara, beynəlxalq hüquq normalarına ziddir, qanunların düzgün dərk edilməməsi ilə və ya qəsdən nəzərə alınmaması ilə bağlıdır. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(120)-471/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(120)-471/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; Maddə 17.1. ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə 34 (münasibətlər yaranan dövrdəki redaksiyada). Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi «ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2000-ci il tarixdən təyin edilməsi və yığılmış borcun birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, DSMF Neftçala rayon şöbəsinin qərarı ilə İddiaçı səkkiz uşaq anası kimi xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, mərhum həyat yoldaşı X4 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilata müraciət edərək ona “Ailə başçısını itirməyə görə” əmək pensiyasının təyin edilməsini xahiş etmiş, ərizəsi təmin edilərək xx.xx.2022-ci il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuş və əvvəl aldığı pensiya məbləği ilə hazırki pensiya məbləğinin xx.xx.2021-ci il tarixindən hesablanaraq müəyyən edilmiş 626,58 manat fərq məbləğinin cari ilin iyun ayından etibarən ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, pensiya münasibətlərini tənzimləyən qanunvericilik aktlarında əməkpensiyasının bir növündən başqa növünə keçdikdə vətəndaşın əvvəl aldığı pensiya iləsonra təyin olunmuş pensiya arasındakı fərq məbləğinin həmin pensiyanı almaq hüququnun yarandığı tarixdən ödənilməli olduğu barədə hüquq norması mövcud deyildir. Bu səbəbdən də iddiaçı iddia ərizəsində, “iddiaya qarşı etiraza münasibət”ində, habelə məhkəməyə təqdim etdiyi “Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə” ərizə və vəsatətlərində iddia tələbinin təmin edilməli olduğuna hüquqi tövsif verə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Neftçala RPŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə Salyan şəhərində doğulmuş, yaşayış yeri Neftçala rayonunun Pirəbbə kəndidir. İş materiallarında olan Neftçala rayon Qeydiyyat şöbəsinin 29 oktyabr 2021-ci il tarixli, 337 nömrəli arayışının təsdiq olunmuş surətindən görünür ki, X4 ilə X5 nikahı haqqında 03 avqust 1967-ci il tarixdə 11 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada “Mirzəyeva” soyadı verilmişdir. İş materiallarında olan 06 oktyabr 2000-ci il tarixli, AZ 076526 nömrıli ölüm haqqında şəhadətnamənin təsdiq olunuş surətindən görünür ki, X4 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İddiaçı adına tərtib olunmuş 511266 nömrəli pensiya işindən görünür ki, iddiaçının ərizəsinə əsasən DSMF Neftçala rayonşöbəsinin qərarı ilə ona səkkiz uşaq anası kimi xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, DSMF Neftçala rayon şöbəsinin qərarı ilə İddiaçı səkkiz uşaq anası kimi xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, onun mərhum həyat yoldaşı X4 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilata müraciət edərək ona “Ailə başçısını itirməyə görə” əmək pensiyasının təyin edilməsini xahiş etmiş, ərizəsi təmin edilərək xx.xx.2022-ci il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuş və əvvəl aldığı pensiya məbləği ilə hazırki pensiya məbləğinin xx.xx.2021-ci il tarixindən hesablanaraq müəyyən edilmiş 626,58 manat fərq məbləğinin cari ilin iyun ayından etibarən ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı bununla razılaşmayaraq əvvəl aldığı pensiya ilə hazırda aldığı pensiya arasındakı fərq məbləğinin mərhum həyat yoldaşının vəfat etdiyi xx.xx.2000-ci il tarixdən etibarən hesablanıb ödənilməsi öhdəliyinin cavabehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Yəni, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı xx.xx.2000-ci il tarixdən, yəni mərhum həyat yoldaşı X2 vəfat etdiyi tarixdən ona əvvəllər təyin olunmuş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası arasında yaranmış fərqin ödənilməsindən ibarətdir. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Məhkəmə kollegiyası iddianın hüquqi əsasına və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tələbində qismən haqlıdır. İddianın hüquqi əsasına və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2, 32.1-1-ci maddələrinin tələblərinə əsasən iddiaçı ailə başçısını itirməyə görə pensiya növünə keçidlə bağlı müraciət edən zaman əvvəlki dövr üçün fərq məbləğini tələb etməkdə haqlı olmuşdur və cavabdehin bu halın qanunvericilikdə nəzərdə tutulmaması ilə bağlı əsaslandırması və iddiaçının müraciətindən imtina etməsi qanunsuz olmuşdur. Belə ki, iddiaçının yaşa görə əmək pensiyası aldığı vaxtlarda onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ artıq yaranmış, lakin həmin hüquqdan vaxtında istifadə etməmişdir. İddiaçının artıq qazanılmış hüququndan, hüququnun yarandığı zaman istifadə etməməsi onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndi pensiyanın bir növündən digər növünə keçməsini deyil, belə dəyişmə baş verdikdən sonra yeni növ pensiyanın hansı vaxtdan ödənilməsini müəyyən edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Bununla belə məhkəmə kollegiyası iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2000-ci il tarixdən yəni, mərhum həyat yoldaşı X2 vəfat etdiyi gündən təyin edilməsi və ödənilməsi ilə bağlı hissəsinə münasibətdə onu qeyd edir ki, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ ailə başçısının vəfat etdiyi tarixdən deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə uyğun yaş həddinə çatdıqda yaranır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci və 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvlərinin ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi vəfat etmiş ailə başçısının arvadının ailə başçısını itirməyə görə əmək pensiya hüququnun yaranması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmalı və ya qanunla müəyyən edilmiş qaydada əlilliyi müəyyən edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı vəfat etmiş ailə başçısı X2 arvadıdır, xx.xx.1950-ci təvəllüdlüdür və əlilliyi müəyyən edilməmişdir. Onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə uyğun yaşa görə əmək pensiya hüququ 62 yaş 6 aydan yəni, xx.xx.2012-ci ildən yaranır. Yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ tələbində göstərdiyi kimi xx.xx.2000-ci il tarixində deyil, pensiya yaşına çatdığı xx.xx.2012-ci il tarixində yaranır. Lakin, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəniAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən toplanmış sənədlərdən görünür ki, iddiaçıya ailə başçısının itirməyə görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən təyin edilməli olsa da, adıçəkilən Qanunun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 20 noyabr 2021-ci il tarixli ərizə ilə (qeydə alınma tarixi 24 noyabr 2021-ci il tarixdə) müraciət etmiş və ona xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci ildən hesablanaraq ödənilmişdir. Eyni zamanda, iddiaçının cavabdehin inzibati orqana etdiyi çox saylı müraciətlərinin məzmunundan görünür ki, hazırki iddianı qaldırmaqda onun hüquqi marağı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tarixindən əvvəlki 3 il üçün ona əvvəllər təyin olunmuş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası arasında yaranmış fərqin ödənilməsindən ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ödənilməli olan pensiya məbləğinin fərqinin ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi tarixdən geriyə əvvəlki 3 (üç) il ərzində, yəni 01 fevral 2019-cu il tarixdən hesablanaraq ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan 01 fevral 2022-ci il tarixdən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası ilə həmin vaxta qədər aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin 01 fevral 2022-ci il tarixindən əvvəlki 3 il üçün hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə yəni, xx.xx.2000-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən yığılmış borcun birdəfəyə ödənilməsi hisəsində təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, iddiaçıya 01 fevral 2022-ci il tarixdən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası ilə həmin vaxta qədər aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin (ailə başçısını itirməyə görə xx.xx.2021-ci ildən aldığı əmək pensiyası nəzərə alınmaqla) 01 fevral 2022-ci il tarixindən əvvəlki 3 il üçün hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2024-cü il tarixli, 2-1(120)-471/2023 saylı qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçıya 01 fevral 2022-ci il tarixdən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası ilə həmin vaxta qədər aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin (ailə başçısını itirməyə görə xx.xx.2021-ci ildən aldığı əmək pensiyası çıxılmaqla) 01 fevral 2022-ci il tarixindən əvvəlki 3 il üçün hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-29/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-29/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver