Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-293/2025 18.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-1334/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı əmrin ləğv edilməsi, və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 3-13-97/Ə(ş/h) 75/2023 saylı əmrin ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilməyi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 28 noyabr 2024-cü il tarixli, 2- 1(120)-1334/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərəkətlərində polis əməkdaşının adına və nüfuzuna xələl gətirən hərəkətlərin yol verilməsi halı müəyyən edildiyi üçün xidmətdən xaric edilməsinə dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-13-97/Ə(ş/h) 75/2023 nömrəli əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi tələbi əsassızdır. “Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi də birinci tələbdən asılı olduğundan, əsaslı sayılmamalıdır. Polis əməkdaşı nəinki xidmət zamanı, həmçinin xidmətdən kənar vaxtda belə polis nəfərinin adına ləkə gətirən hərəkət etməməlidir, və statusunu daim uca tutmalıdır. Respublikada asayişin qorunmasına polis əməkdaşları nəzarət edir. Bu xidməti borcunu nəzərə alaraq iddiaçının özünün asayişi pozması, dava-dalaş salması onun vəizfəsi və tutduğu mövqe ilə bir araya sığan hərəkət hesab edilə bilməz. Və cavabdeh inzibati orqanın gəldiyi nəticə, yəni İddiaçı xidmətdən xaric olunması onun güddüyü qanuni məqsədə mütənasib olmuşdur, iddiaçının hər hansı qanunla müəyyən edilmiş hüquqlarının pozulması ilə nəticələnməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsində polis nəfəri kimi işləyir. Xidmət etdiyi vaxtlarda Azərbaycan Respublikasının Qanunlarına riayət etmiş və rəhbərliyin qanun çərçivəsində verdiyi bütün göstərişlərini layiqincə yerinə yetirmişdir. Lakin bütün bunlara baxmayaraq “Azərbaycan Respublikası X19nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, guya “X19 əməkdaşlarının adına ləkə gətirən hərəkətlər etdiyinə görə” xx.xx.2023-cü il tarixli əmrlə X19ndan xidmətdən xaric edilmişdir. Qeyd edir ki, işdən azad olunmağı barədə göstərilən səbəb yalan və böhtandır. O, Azərbaycan polisinin adına ləkə gətirəcək heç bir hərəkət etməmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd edilmiş dəlillərlə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Masallı rayon Polis şöbəsinin 3-13-97/Ə357/2023 nömrəli 19 iyun 2023-cü il tarixli əmrinin ləğv edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən inzibati aktdan şikayət verilməsi müddəti üzrə mümkünlük şərtlərinə münasibətdə qeyd edir ki, iddiaçı onunla xidməti hüquq münasibətlərinə xitam verildiyi tarixdən sonra Mediasiya qurumuna müraciət etmiş, bundan sonra məhkəmədə iddia qaldırmışdır. Bununla yanaşı, mübahisələndirilən inzibati aktın özündə həmin aktdan şikayət vermə müddəti göstərilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddianın müddətlə bağlı mümkünlük şərtləri mövcuddur. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: -Masallı rayon Polis şöbəsinin 3-13-97/ƏCŞ/hƏ75/2023 nömrəli 20 iyun 2023-cü il tarixli əmrindən görünür ki, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X19nda xidmət keçmə haqqında Əsasnamə»yə müvafiq olaraq 135-ci maddənin 9-cu bəndinə əsasən (X19 əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyiniə görə) X19nda xidmətdən xaric edilmişdir. Əsas kimi 3-13- 97/Ə357/2023 nömrəli 19 iyun 2023-cü il tarixli əmr göstərilmişdir. -Masallı rayon Polis şöbəsinin 3-13-97/Ə357/2023 nömrəli 19 iyun 2023-cü il tarixli əmrindən görünür ki, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X19nda xidmət keçmə haqqında Əsasnamə»yə müvafiq olaraq 135-ci maddənin 9-cu bəndinə əsasən (X19 əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyiniə görə) X19nda xidmətdən xaric edilmişdir. -RPŞ-nin TQ-nin kiçik inspektoru A.Diniyevin xx.xx.2023-cü il tarixli raportunda qeyd edilmişdir ki, aparılmış xidməti təhqiqat nəticəsində şöbənin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2023-cü il tarixdə saat 23:05-də xidmətdən sonra istirahətdə olduğu vaxt Masallı rayon ərazisində olan “Lanur” şadlıq sarayında toy məclisində iştirakı zamanı əmisi oğlu X1 olduğundan onunla mübahisə etdiyi üçün vuraraq özündən uzaqlaşdırmaq istədiyini, digər tanımadığı şəxslər tərəfindən aralarında yaranan dava-dalaşın dayandırılmasından sonra oradan uzaqlaşdığı və araşdırma zamanı qeyri-səmimilik göstərməklə xidmətdə və xidmətdən kənar vaxtlarda X19nın əməkdaşı adını uca tutmalı, etik normalara ciddi əməl etməli başqalarının hüquq qaydasını pozmaqdan çəkindirməli, insan və vətəndaş hüquqlarını müdafiə etməli olduğu halda qeyd olunanlara riayət edilmədiyindən müəyyən hərəkətlərinə ictimai təsir və müvafiq intizam tədbirlərinin tətbiq edilməsi məsələsinə baxılması üçün şöbənin sıravi və kiçik rəis heyətinin yığıncağında müzakirəyə çıxarılmış və DİO-da xidmətdən xaric olunması barədə qərar qəbul edilmişdir. Masallı rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DİN-nin Baş Mühafizə İdarəsinin Masallı Rayonalarası Mühafizə bölməsində polis nəfəri, polis serjantı vəzifəsində işləyən X3 müraciətinə əsasən aparılmış araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, baş vermiş hadisə zamanı spirtli içkinin təsiri altında olmuşdur. Eyni zamanda xx.xx.1980-ci il təvəllüdlü, Masallı rayonu Qədirli kəndində yaşayan X14 xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək əmisi oğlu Masallı Rayonalarası Mühafizə bölməsində polis nəfəri, polis serjantı vəzifəsində işləyən X7 tərəfindən xx.xx.2023-cü il tarixdə Masallı rayonu Qədirli kəndində döyülərək xəsarət almasını göstərmişdir. Bundan başqa Masallı RPŞ-nin PPXB-də polis nəfəri, polis serjantı vəzifəsində işləyən İddiaçı anası X4 xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, qaynı oğlu Masallı RPŞ-nin PPXB-də polis nəfəri, polis serjantı vəzifəsində işləyən X10 tərəfindən döyülərək yüngül dərəcəli bədən xəsarəti almasını göstərmişdir. Daxil olmuş müraciət üzrə toplanmış xx.xx.2023-cü il tarixdə Masallı rayon Prokurorluğuna göndərilmişdir. Toplanmış material rayon prokurorluğunda araşdırılmış araşdırma zamanı X9 Zeynalov tərəfindən döyülməsi faktı təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa X14 xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək əmisi X5 onu qızı Təranə Zeynalovanı döyməsini göstərsə də, aparılmış araşdırma zamanı sonuncunun döyülməsi faktı təsdiqini tapmadığından material üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının CPM-nin 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və tərəflər arasında profilaktik söhbətlərin aparılması üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. X2 xx.xx.2023-cü il tarixdə DİN-in 102 xdmətinə zəng edərək X8 onun payıbəlli torpaq sahəsinə girib öldürürlər deməsi barədə verdiyi məlumat əsasında araşdırma aparılmış, araşdırma zamanı fakt təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göstərilənlərlə bağlı tərəflər dəfələrlə RPŞ-nin rəhbərliyi tərəfindən qəbul edilərək onlarla izahedici söhbətlərin aparılmasına baxmayaraq polisin adına və nüfuzuna xələl gətirən hərəkətlər etməyə davam etmişlər. Təhqiqat bölməsində aparılan araşdırma üzrə Masallı RPŞ-nin PPXB-də polis nəfəri, polis serjantı vəzifəsində işləyən İddiaçı baş vermiş hadisə zamanı etik davranış qaydalarını pozub-pozmaması barədə yazılmış raport əsasında RPŞ-inn rəis köməkçisi tərəfindən xidməti araşdırma aparılır. Masallı rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd edilmişdir ki, Masallı Rayonlarası Mühafizə Şöbəsinin polis nəfəri X13 və Masallı RPŞ-nin PPXT-nın polis nəfəri İddiaçı əməllərində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilsin. X7 və İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olasa da qarşılıqlı şəkildə barışdıqlarına görə həmin məcəlləsinin 39.1 və 53.1.9-cu maddələrinə əsasən onların barəsində inzibati xəta haqqında iş üzrə icaat başlanmasın. İddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Odur ki, həmin əməlin törədilməsi mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla xidmətdən xaric edilməsinə əsas verir. Belə ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. -13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. -33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının 19 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X19nda xidmət keçmə haqqında” Əsasnamənin: -108-ci maddəsinə görə X19nda xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. -114-cü maddəsinə görə xidməti intizam qaydalarını pozmağa görə X19nın əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. -135-ci maddəsinin 9-cu bəndinə əsasən X19nın əməkdaşı X19 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli 130 №-li əmri ilə təsdiq edilmiş X19 X6 Kodeksinin 22-ci maddəsində də göstərilir ki, davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X19 əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası X19nın intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Həmin sənəddə X19 əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: -Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; -Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; -(maddə 6-1)Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; -(maddə 17) Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir; -(maddə 21) Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir; -(maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X19 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası X19nın intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X19 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İşin halları ilə də təsdiq olunur ki, iddiaçının törətdiyi əməl onun xidməti vəzifəsi ilə bir araya sığmayan hərəkətdir və bu səbəbdən də o, xidmətdən xaric edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əmr verilərkən qanun pozuntusuna yol verilməmiş, əmr qanuni və əsaslıdır. Mübahisələndirilən əmr qanuni olduğundan tələbin digər hissələri də əsassız hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 3-13-97/ƏCŞ/hƏ75/2023 nömrəli 20 iyun 2023-cü il tarixli əmrin məzmunundan görünür ki, həmin əmr 3-13-97/Ə357/2023 nömrəli 19 iyun 2023-cü il tarixli əmr əsasında verilmişdir. Hər iki əmr məzmun və nəticə etibarilə eyni əhəmiyyətə malik olsa da, iddiaçı ilə xidməti hüquq münasibətlərinə məhz 19 iyun 2023-cü il tarixli əmrlə xitam verildiyindən mübahisə predmeti sözügedən əmr olmalıdır. Odur ki, birinci instansiya məhkəməsi 20 iyun 2023-cü il tarixli əmrə hüquqi qiymət verməkdə haqlı olmamışdır. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-1334/2023 nömrəli qərarı Masallı rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-97/Ə(ş/h) 75/2023 nömrəli əmrinin ləğv edilməsi hissəsində dəyişdirilsin. İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı 3-13-97/Ə357/2023 nömrəli 19 iyun 2023-cü il tarixli əmrin ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-293/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-293/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver