Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-294/2025 18.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 04 fevral N25-ci il tarixli, 2-1(1N)-370/N25 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmağı barədə xx.xx.N22-ci il tarixli, 026əç əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 04 fevral N25-ci il tarixli, 2-1(1N)- 370/N25 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş ötürülmüş müddətin bərpası barədə ərizə təmin olunmamış və iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan əmr xx.xx.N22-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırki iddiaçı bu sərəncamı N23-cü ilin iyun ayında (məhkəməyə daxil olduğu vaxt), yəni əmrin qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 günə qarşı 1 ildən çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.N22-ci il tarixli qərarından çıxarışdan görünür ki, gündəlik olan məsələ üzrə qapalı şəkildə səsvermə keçirərək N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçuların şərəf məhkəməsi Müdafiə nazirinin 30 may N15-ci il tarixli 24 nömrəli Qərarın İV fəslini rəhbər tutaraq 1-ci taborun 3-cü bölüyün 3-cü taqımının kəşfiyyatçı sanitarı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, etdiyi intizamsızlığa və hərbi hissəni dəfələrlə öz başına tərk etdiyinə görə “ordu sıralarından təxris olunması” elan olunmuşdur. Füzuli Hərbi Məhkəməsinin 22 iyun N22-cil il tarixli qəarına nəzər yetirilən zaman iddiaçının hal-hazırda mübahisələndirdiyi əmrdən məlumatlı olduğu müəyyən edilir. Bütün bunlara baxmayaraq iddiaçı tərəfindən N23-cü ilin iyun ayında (1 ildən çox müddət keçdikdən sonra) iddia tələbi ilə inzibati məhkəməyə müraciət olunmuşdur. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xidməti yerini bir neçə dəfə tərk etdiyi üçün N aprel N22-ci il tarixdə xidmətə uyğunsuzluqla ordu sıralarından ehtiyata buraxılmışdır. N21-ci ilin dekabr ayından başlayaraq anası xəstə olduğu üçün xidmət yerini bir neçə dəfə öz başına tərk edərək vaxtında qayıtmamışdır. N22-ci ilin mart ayında anasının vəziyyəti daha da ağırlaşdığından 07 mart N22-ci il tarixdə yenidən komandirlərinə ona ailə vəziyəti ilə əlaqədar və yaxud da növbəti məzuniyyət verilməsi ilə bağlı müraciət etsə də, məzuniyyət verilməkdən imtina edildiyi üçün həmin tarixdə axşam buraxılışından sonra Beyləqan rayonu İmamverdilər kəndində yerləşən evinə getmiş, 08 mart N22-ci il tarixdə xidməti yerinə qayıtmayaraq anasını Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Sonuncu dəfə 25 aprel N23-cü il tarixdə ərizə ilə müraciət etmiş və ərizəsini Müdafiə Nazirliyi poçt vasitəsi ilə 28 aprel N23-cü il tarixdə qəbul etsə də, hal-hazıra kimi ona rəsmi cavab verməmişlər. Göründüyü kimi cavabdeh tərəf artıq 35 gündən çoxdur ki, onun ərizəsinə rəsmi cavab vermir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.N22-ci il tarixli 026 əç nömrəli əmrin verilməsindən məlumatlı olmamış, həmin gün də xidmətdə olmuşdur. Prosessual məsələlər İddiaçı əvvəlki məhkəmə iclasında şikayəti müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, tanıdığı bir şəxs ondan ödəniş alaraq işə bərpa ediləcəyinə dair vəd vermişdir. Buna görə də məhkəməyə gec müraciət etmişdir. Tərəflərə hazırki məhkəmə iclasının vaxtı barədə məlumat verilsə də iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq N nömrəli hərbi hissə 3-cü taborunun bölüyünün taqımının kəşfiyyatçısı–sanitar əsgər İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmışdır. -N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 107 nömrəli əmrindən çıxarışda bildirilir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, 3-cü taborun 7-ci bölüyünün 1-ci taqımının kəşfiyyatçisirsanitar, N nömrəli hərbi hissə komandirinin :Q2.04.N22-d il tarixli 026əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndində (xidmət!"üyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, xx.xx.N22-ci il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlarından çıxarılsın və hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinə göndərilsin. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N17-ci il tarixli 22 nömrəli qərarına əsasən N22-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, N22-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib N22-ci ilin növbəti məzuniyyətindən 7 (yeddi) gun istifadə edib, bir aylıq vəzifə maaşı məbləğində pul təminatı ödənilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N15-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı əvvəlki məhkəmə iclasında bildirmişdir ki, tanıdığı bir şəxs ondan ödəniş alaraq işə bərpa ediləcəyinə dair vəd vermişdir. Buna görə də məhkəməyə gec müraciət etmişdir. Belə olan halda iddiaçının apellyasiya şikayətində əmrdən məlumatlı olmaması barədə dəlili məhkəmə iclasında verdiyi ifadəsi ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirilən əmrdən uzun müddət xəbərdar olmuş, lakin məhkəməyə xx.xx.N23-cü il tarixdə müraciət etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan hesablandığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunmaqla həmin əmri mübahisələndirmək imkanını itirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 fevral N25-ci il tarixli, 2-1(1N)-370/N25 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-294/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-294/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver