Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-295/2025 20.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(120)-218/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Lerik rayonunun Lerik qəsəbəsində yerləşən və Lerik rayon X10 (XDS) Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı ilə mülkiyyətimə verilmiş və faktiki istifadəsində olan 0,34 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının müvafiq qərardadları ilə Lerik bələdiyyəsi və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 24 yanvar 2025-ci il tarixli, 2- 1(120)-218/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, həmçinin 50 manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Lerik rayon X10 (XDS) Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı ilə 0,34 ha torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh orqanın imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2al Şahiyev küçəsində yerləşən özünə məxsus fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Lerik rayon İstehlak Cəmiyyəti idarə heyətinin 25 oktyabr 1994-cü il tarixli 11 saylı protokolu ilə Respublika Prezidentinin Fərmanına əsasən Lerik rayon İstehlak Cəmiyyətində olan yarımçıq tikililərin satılması məqsədəuyğun hesab edilmişdir. Bu məqsədlə Cəmiyyətin təmir-tikinti sahəsi üçün tikilməkdə olan inzibati idarə binası balans dəyəri 1.528458 manat olan tikili Lerik qəsəbəsində yaşayan X5 (həyat yoldaşı) satılmışdır. (Lerik rayon İstehlak Cəmiyyəti idarə heyətinin 25 oktyabr 1994-cü il tarixli 11 saylı protokolundan çıxarış əlavə edilir) Lerik rayon X10 (XDS) Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli 17 saylı qərarı ilə Lerik qəsəbə sakinləri X4 (həyat yoldaşı) və onun rayon Sovetinə yazdığı ərizəsi nəzərə alınaraq rayon İstehlak Cəmiyyəti idarə heyətinin 25 oktyabr 1994-cü il tarixli qərarı ilə Lerik qəsəbə sakini X5 (həyat yoldaşına) satılmış yarımçıq tikili onun adına keçirilmişdir və həmin yarımçıq tikilinin başa çatdırılmasına icazə verilmişdir. Ona ayrılmış torpaq sahəsi və yarımçıq tikilini aldıqdan sonra tikinti işlərini başa çatdırmış və orada fərdi yaşayış evi inşa etdirmişdir. Torpaq sahəsi və yarımçıq tikilinin mülkiyyətimə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədləri mövcud olsa da, bu əmlaklarla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış almamışdır. Ona görə də 12 dekabr 2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina verilmişdir. İmtinanın səbəbi kimi hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət, habelə arxiv və elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqların mövcud olduğu, həmin torpaq sahəsinin mövcud DWG (xəritə) baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri kimi qeyd olunmuş ərazidə yerləşməsi göstərilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, sözügedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, iddiaçı tərəfindən ilkin hüquqmüəyyənedici sənədlərin möhürlənmiş əsli deyil, yalnız kserosurətlə nişanlanmış surəti qeydiyyat orqanına təqdim olunmuşdur. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həyətyanı kimi ayrılmış torpaq sahəsi mövcud DWG (xəritə) baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri kimi qeyd olunmuş ərazidə yerləşir. Lerik rayon XDS Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı ayrılmış 0.05 ha torpaq sahəsinə dair həmin qərarın ayrılmaz hissəsi kimi ilkin torpaqayırma sxemi təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 6-cı bəndinin tələblərinə əsasən torpaq sahəsinin təsdiqlənmiş planı, həmin torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq müqavilənin (qərarın) ayrılmaz hissəsidir. Bu baxımdan bildiririk ki, Lerik rayon XDS Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı ilə hansı ərazidə həyətyanı torpaq sahəsinin ayrıldığı barədə tələb olunan plan sxem təqdim olunmamışdır. Lakin faktiki olaraq Ərazi İdarəsinin aidiyyəti mütəxəssisi tərəfindən müayinə edilən torpaq sahəsinin yerləşdiyi ərazinin isə mövcud DWG (xəritə) baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri kimi qeyd olunan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması aidiyyəti sənədlərlə faktiki vəziyyət, habelə arxiv və elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar səbəbindən, iki halda olmaqla hazırki iş üzrə iddiaçının icraatda olan ərizələrinin icrasından qanunamüvafiq olaraq imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eyni olmaqla, əlavə olaraq bildirilmişdir ki, mübahisəli əmlak (yarımçıq tikili) Azərbaycan Kooperativlər İttifaqının balansında olduğundan idarə heyətinin qərarı olmadan satılmışdır. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəillərini qəbul etmədi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs və cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -Lerik rayon X10 Rəyasət Heyətinin 22 aprel 1993-cü il tarixli, 18 nömrəli qərarının surətindən görünür ki, Rayon İstehlak Cəmiyyəti nəzdində təsərrüfat hesablı təmir-tikinti sahəsinin rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə həmin təşkilata verilmiş 0.5 ha torpaq sahəsinin 0.3 ha hissəsində işçiləri üçün yaşayış evi tikməsi üçün icazə verilməsi barədə məktubunun nəzərə alınması, Rayon İstehlak Cəmiyyəti nəzdində təsərrüfat hesablı təmir-tikinti sahəsinə lerik qəsəbəsində öhdəsində olan 0.5 ha torpaq sahəsinin 0.3 ha hissəsində işçiləri üçün yaşayış evi tikməsinə icazə verilməsi qərara alınmışdır. -Lerik rayon X10 Rəyasət Heyətinin 25 oktyabr 1994-cü il tarixli, 11 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, Respublika Prezidentinin Fərmanına əsasən Lerik rayon İstehlak Cəmiyyətində olan yarımçıq tikililərin satılması məqsədəuyğun hesab edilmişdir. Bu məqsədlə Cəmiyyətin təmir-tikinti sahəsi üçün tikilməkdə olan inzibati idarə binası balans dəyəri 1.528458 manat dəyərində tikinti Lerik qəsəbəsində yaşayan X2 qərara alınmışdır. -Lerik rayon X10 Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 nömrəli qərarının surətindən görünür ki, Lerik qəsəbə sakinləri X4 və həyat yoldaşı İddiaçı rayon Sovetinə yazdıqları ərizələri nəzərə alınaraq rayon istehlak cəmiyyəti idarə heyətinin 25 oktyabr 1994-cü il tarixli qərarı ilə Lerik qəsəbə sakini X3 yarımçıq tikintinin həyat yoldaşı İddiaçı adına keçirilməsi və həmin yarımçıq tikintinin başa çatdırılmasına icazə verilməsi qərara alınmışdır. -Lerik rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 845 nömrəli arayışından görünür ki, İddiaçı Əvəzəlı oğlu həqiqətən ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq ünvan 2al Şahiyev küçəsində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9314 nömrəli ekspert rəyində bildirilir: -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-229/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon X10 Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı adına keçirilən yarımçıq tikinti və həmin tikintiyə aid 0,05 ha torpaq sahəsinin konkret yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və.s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan) inzibati iş materiallarına əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,5 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və ölçüsünün 0,34 ha olması müəyyən edilmişdir; Lerik rayon X10 Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı adına keçirilən yarımçıq tikinti və həmin tikintiyə aid 0,05 ha torpaq sahəsinə dair elektron kadastr xəritəsində məlumatların aşkar olunmaması müəyyən olunmuşdur; Lerik rayon X10 Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı adına keçirilən yarımçıq tikinti və həmin tikintiyə aid 0,05 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən hüquqi statusununbələdiyyə mülkiyyətində, kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyasının örüş olması müəyyən edilmişdir; Lerik rayon X10 Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı adına keçirilən yarımçıq tikinti və həmin tikintiyə aid 0,05 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır; Lerik rayon X10 Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı adına keçirilən yarımçıq tikinti və həmin tikintiyə aid 0,05 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin iddiaçının istifadəsində olması və həyətyanı sahə kimi istifadə edilməsi müşahidə edilmişdir; İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən Lerik şəhər İnzibati Ərazi Dairəsinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur; İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi üzərində tikililərin (yaşayış evi, tövlə, saray) mövcud olması müəyyən olunmuş və araşdırma zamanı həmin tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması müəyyən olunmuşdur. Qeyd olunur ki, tikililərin fotoşəkilləri iş materiallarına əlavə edilmişdir; İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. -Lerik rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-65-13/2-798/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Lerik şəhər ərazi icra nümayəndəliyinin 14 №-li X8 Kitabının 11-ci səhifəsində (şəxsi hesab nömrəsi 1296 olmaqla) təsərrüfat başçısı kimi qeydə alınmışdır, həmin ev təsərrüfatı Lerik şəhəri, E.Qarayev küçəsində yerləşir, ailə uzun müddətdir ki, burada yaşayır və Lerik rayon XDS Rəyasət Heyətinin müvafiq qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsi hal-hazırda onun istifadəsindədir, bundan başqa torpaq sahəsində ölçüləri 20mx10m olan yardımçı tikili (tövlə) və ölçüləri 7mx4m olan qaraj vardır. -Lerik rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-65-13/2-799/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, həqiqətən Lerik şəhər ərazi icra nümayəndəliyinin 14 nömrəli X8 Kitabının 11ci səhifəsində (şəxsi hesab nömrəsi 1296 olmaqla) Lerik şəhəri, E.Qarayev küçəsində 0,50 ha torpaq sahəsində yerləşən və əvvəllər Lerik Rayon İstehsal-lstehlak Kooperativinin balansında olan iki mərtəbəli, dörd otaqlı, ümumi sahəsi 126 kv.m olan yaşayış evi barədə qeyd vardır. Hal-hazırda fərdi yaşayış evi istismara yararlıdır və həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən rəsmiləşdirilməsi məqsədəmüvafiqdir. -Lerik bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 30 nömrəli arayışında mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olmasına etirazın olmadığı bildirilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Lerik rayon XDS İK-nin xx.xx.1991ci il tarixli qərarı ilə Rayon İstehlak Cəmiyyəti nəzdində təsərrüfat hesablı təmir-tikinti sahəsinə 0.5 ha torpaq sahəsi verilmiş, sonradan rayon XDS RH-nin 22 aprel 1993-cü il tarixli, 18 nömrəli qərarı ilə həmin torpaq sahəsinin 0.3 ha hissəsində işçilər üçün yaşayış evi tikilməsinə icazə verilmiş, lakin həmin tikililər yarımçıq qalmışdır. Bundan sonra XDS RH-nin 25 oktyabr 1994-cü il tarixli, 11 nömrəli qərarı ilə tikilməkdə olan inzibati idarə binası iddiaçının arvadı X1. Daha sonra rayon XDS RH-nin 20 fevral 1995-ci il tarixli, 17 nömrəli qərarı ilə X4 razılığı nəzərə alınmaqla yarımçıq tikintinin həyat yoldaşı İddiaçı adına keçirilməsi və həmin yarımçıq tikintinin başa çatdırılmasına icazə verilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçıya və ya onun arvadına ümumiyyətlə torpaq sahəsi satılmamış, həmçinin qeydə alınması tələb olunun torpaq sahəsi Lerik Rayon İstehlak Cəmiyyəti nəzdində təsərrüfat hesablı təmir-tikinti sahəsinə verilmiş və həmin sahənin bir hissəsində işçilər üçün yaşayış evlərinin tikilməsinə icazə verilmişdir. Sonradan həmin sahədə yerləşən yarımçıq tikilinin iddiaçının arvadına satılması tikinti üçün icazə verilmiş torpaq sahəsinin də bütövlükdə ona satılması anlamına gəlmir. Bu baxımdan yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması üçün hüquqi əsas yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməsi hissəsində ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(120)-218/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-295/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-295/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver