Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-298/2024 05.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), X13 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, iddiaçının vəkili X14 iştirakı ilə, İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli X3 aid hissədə ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(120)-801/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3077/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə əsl cavabdeh qismində Hacıqabul rayon İcra Hakimiyyəti tanınması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin cavabdeh siyahısından çıxarılması, iddia tələbinə İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995- ci il tarixli qərarının ləğv edilməsi” kimi baxılması və X12 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3077/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli X3 aid hissədə ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Sonradan İddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək, mübahisə edilən inzibati aktın-Hacıqabul rayon XDM-nin Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli X3 aid olan hissəsinin icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbi barədə-yəni ona mülkiyyət hüququ əsasında məxsus olmuş, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə xx.xx.2010-cu il tarixdə ********** reyester nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət X1 məxsus olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin “Hüquqların Dövlət Qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyesterində” aparılmış qeydin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması, iş üzrə Əmlakın Dövlət Reyester Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin cavabdeh qismində, Hacıqabul rayon İcra Hakimiyyətini 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən cavabdeh və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı tərəfindən ərizə təqdim edilərək Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli X3 aid hissədə ləğv edilməsi və cavabdeh qismində Hacıqabul rayon İcra Hakimiyyətinin qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-801/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi üzrə iddia tələbi dəqiqləşdirilərək, “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli X3 aid hissədə ləğv edilməsi” kimi baxılması və cavabdeh qismində Hacıqabul rayon İcra Hakimiyyəti tanınması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 və anası X20 1935-ci ildə evlənmişlər. Onların birgə nikahından X31, X32, X33, X34, X24 və İddiaçı doğulmuşdur. X5 xx.xx.1979-ci ildə, anası X20 isə 21,04.1992-ci ildə vəfat etmişdir. Daha sonra qardaşı X34 xx.xx.2002-ci il tarixdə, qardaşı X33 xx.xx.2004-cü il tarixdə, qardaşı X32 xx.xx.2007-ci il tarixdə, bacısı X24 xx.xx.2012-ci il tarixdə və qardaşı X31 xx.xx.2013-cü il tarixdə vəfat etmişlər. X2 vəfatından sonra yaşadıqları Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli ev miras qalmışdır. O, İddiaçı valideynlərinin vəfatından sonra da Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli miras evdə yaşamaqda davam etmişdir. Evi miras əmlak kimi faktiki idarəçiliyə qəbul etmiş və mülkiyyətçi kimi ona sahiblik etməklə, istifadə edir. Lakin, savadsız olduğu üçün həmin mirası öz adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etmək üçün müəyyən edilmiş müddəti üzürlü səbəblərdən ötürmüşdür. Ona miras kimi qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 saylı fərdi yaşayış evini öz adına rəsmiləşdirmək üçün xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Notariat kontoruna rəsmi ərizə ilə müraciət etmişdir. Hacıqabul rayon Notariat Ofisi 04.11,2021-ci il tarixli 624 saylı məktubla bildirildi ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın buraxdığına görə müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)- 122/2022 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş, o, İddiaçı qanun üzrə birinci növbə vərəsəsi kimi xx.xx.1979-ci ildə vəfat etmiş X5ndan miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evə dair qanun üzrə vəqəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat orqanına müraciət etməsi üçün müəyyən edilmiş müddət üç ay müddətinə uzadılması, İddiaçı qanun üzrə birinci növbəli vərəsə kimi miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində Hacıqabul rayon Notariat ofisinə ərizə ilə müraciət etməyi qət edilmişdir. Daha sonra o həmin evə müvafiq şəhadətnamə aldıqdan sonra mülkiyyət hüququ əldə etmişdir. Bu yaxınlarda bilmişdir ki, X6 adına verilmiş çıxarışın verilməsinə əsas olmuş 07 aprel 1995-ci il tarixli, 4 nömrəli qərar saxtadır. Həmin çıxarış X8 02 avqust 2019-cu il tarixdə qanun üzrə vərəsəlik qaydasında X18 X6 adına rəsmiləşdirilmişdir. Həmin qərarın saxta və ya qanuni olması üçün vəkil sorğusu əsasında Hacıqabul rayon Dövlət Arxivinə verilmiş sorğuya cavabdan bilmişdir ki, Hacıqabul rayon İHBnin 1995-ci ilə aid sərəncamlarında mərhum X21 adında torpaq sahəsi ayrılması barədə sənədlər aşkar edilməmişdir. Buna görə də hesab edir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesfrindən MA * * * * * * * saylı, xx.xx.2010-cu il tarixli, * * * * * * * * * * qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(120)-801/2024 saylı qərardadı (Amilya Hüseynova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(120)-801/2024 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəlki iddia tələbi üzrə məhkəmə mübahisələrində istər birinci instansiya məhkəməsində, istər apellyasiya və kassasiya instansiyalarında Hacıqabul XDM Rəyasət heyətinin xx.xx.1995-ci il tarixli qərarının mövcudluğu və faktiki surətdə mübahisələndirilməsi baş verməmişdir. Çünki, ümumiyyətlə arxiv sənədləri ilə belə bir qərarın verilməsinə əsas olmuş ilkin təsdiqedici sənədlərin mövcudluğu sübuta yetirilməmişdir. Ona görə də qeyd olunan qərarın X23 aid hissəsinin icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbi barədə - yəni, mənə mülkiyyət hüququ əsasında məxsus olmuş, Hacıqabul şəhəri, H.Z.Tağıuyev küç, 170 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə xx.xx.2010-cu il tarixdə ********** reyester nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət reyesterində X15ma məxsus olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin “Hüquqların Dövlət Qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyesterində aparılmış qeydin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması üçün vermiş olduğum iddia tələbi əsaslıdır və qanunla nəzərdə tutulmuş müddət ötürülməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(120)-801/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili X25 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(120)-801/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli X3 aid hissədə ləğv edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki hazırda mübahisələndirilən qərar hazırki iş üzrə İddiaçı cavabdehlər X8, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair mülki iş üzrə qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(106)-504/2022 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində “X21 xüsusi mülkiyyəti kimi qeydə alınması, Hacıqabul rayon XDM Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli qərarı ilə onun adına sənədləşdirilməklə tikili onun mülkiyyətinə verilməsi” barədə məlumat göstərilmişdir. Həmin mülki iş üzrə İddiaçı iddiası təmin edilmədiyi üçün İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırda iddiaçı tərəfindən mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılan 2(106)-504/2022 nömrəli məhkəmə prosesində Hacıqabul rayon XDM Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli qərarı müzakirə edilmiş, həmin məhkəmə qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Bütün qeyd olunan hallar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirdiyi qərardan ən geci 2022-ci ildən məlumatı olmuş, hətta həmin qərar üzrə mübahisəyə baxılarkən iddiaçının nümayəndəsi məhkəmə icraatına cəlb olunaraq yuxarı instansiya məhkəməsinin məhkəmə prosesində iştirak etmişdir. İddiaçı ən geci 2022-ci ildən mübahisəli qərardan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, işdə olan Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarının surətindən görünür ki, qərarın 5-ci bəndinə əsasən, 1959-cu ildən Qazı Məmməd şəhəri, H.Z.Tağıyev küçəsi, 170 N-li sahədə tikilmiş bir mərtəbəli 2 otaqlı yaşayış sahəsi 34,9 kv.metr olan fərdi ev həmin vaxtdan orada yaşayan və ərazidə uzun müddət istifadə etdiyinə görə 6 sot torpaq sahəsi ailə tərkibi 2 nəfərdən ibarət olan X21 adına sənədləşdirilməsi və üzərindəki tikilinin X21 mülkiyyətinə verilməsi qərara alınmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(106)-504/2022 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər X8, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair mülki iş üzrə X19 apellyasiya şikayəti təmin edilmiş, İddiaçı cavabdehlər X8, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnamənin, çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(106)-504/2022 nömrəli qətnaməsinin əsaslandırma hissəsinin 6-cı abzasında göstərilmişdir ki, miras evin valideynlərin adına qeydə alınması barədə sənədə təqdim edilməsə də müəyyən edilir ki, Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, 170 (Yeni qaydalarla Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəs, 2266) ünvanında yerləşən ev iddiaçının qardaşı (hazırki iş üzrə cavabdehin əri) X21 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Hacıqabul rayon XDM Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli qərarı ilə onun adına sənədləşdirilməklə tikili onun mülkiyyətinə verilmişdir. X21 adına 2003-cü ildə texniki pasport tərtib edilmişdir. Həmçinin qətnamənin təsviri hissəsində İddiaçı nümayəndəsi X7 iştirakı qeyd edilmişdir. Bundan sonra İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 28 avqust 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdehlər X8, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair mülki işə üçüncü şəxs X28 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli qətnaməsi ilə V.Vahidovun apellyasiya şikayəti təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(071)-440/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddiası təmin edilməmişdir. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş xx.xx.2023-cü il tarixdə Hacıqabul Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən Hacıqabul rayon XDM Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli qərarı hazırki iş üzrə İddiaçı cavabdehlər X8, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair mülki iş üzrə qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(106)-504/2022 nömrəli qətnaməsinin əsaslandırma hissəsində göstərilmişdir. Yəni həmin qətnamədə “Hacıqabul rayon XDM Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli qərarı ilə sözügedən əmlakın X21 mülkiyyətinə verilməsi” barədə məlumat göstərilmişdir. Həmin mülki iş üzrə İddiaçı iddiası təmin edilmədiyi üçün İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırda iddiaçı tərəfindən mübahisələndirilən Hacıqabul rayon XDM Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli qərarı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılan 15 mart 2022-ci il tarixli məhkəmə prosesində iddiaçının (onun nümayəndəsinin) iştirakı ilə müzakirə edilmiş və həmin qərardan məlumatlı olmuşdur. Bütün qeyd olunan hallar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirdiyi qərardan ən geci 15 mart 2022-ci il tarixdən məlumatı olmuş, hətta həmin qərar üzrə mübahisəyə baxılarkən iddiaçının nümayəndəsi məhkəmə icraatına cəlb olunaraq yuxarı instansiya məhkəməsinin məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün iddiaçı tərəfindən həmin iddia növünə xas olan xüsusi mümkünlük şərtlərinə yəni, qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərinə əməl edilməsi vacib şərtdir. Bu arada qeyd edilməlidir ki, tərəflərə aid olan müddətləri qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktdan yəni, Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarından Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(106)- 504/2022 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan, yəni 2022-ci ilin mart ayından məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qətnamədən məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (ona məlum olduğu gündən 30 gün müddətində) ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarından məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, iddiaçı sözügedən qərardan məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq müddət keçdikdən sonra cavabdeh inzibati orqana müraciət etmişdir. Halbuki, İPM-in 38ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə də verilməmişdir. Hansı ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verilmədiyinə və inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra iddia verildiyinə görə məhkəmə tərəfindən ötürülmüş müddətin bərpa edilməsi məsələsinə də baxıla bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı razılaşmadığı Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarından məhkəməyə şikayət (və ya iddia) verə bilərdi ki, həmin tələb üzrə 2011-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(120)-801/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. X42 Samir H
Məhkəmə qərarları › İş №2-1(106)-298/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-298/2024
05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver