Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-299/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən illər və hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1601/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qərara aldı. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinə qarşı “əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən illər və hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1601/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən illər və hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və iddia tələbi olduğu kimi saxlanılsın, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tanınması, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cavabdeh siyahısından çıxarılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, bir çox idarə və müəssisələrdə işləmişdir. Belə ki, xx.xx.1993-cü ildə Masallı rayonunda Bələdiyyə polisinə işə düzəlmişdir. xx.xx.1994- cü ildə isə ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1994-xx.xx.2011-ci illərdə X1 işləmişdir. Həmçinin 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.Göstərilənlər ərizəyə əlavə edilmiş sənədlər ilə öz təsdiqini tapmışdır. Onapensiyanın təyin olunması ilə bağlı cavabdeh təşkilata müraciət etsə də, ona pensiyatəyin edilməsindən rəsmi qaydada imtina edilmişdir. Odur ki, işləməsi faktı məhkəmə qaydasında təsdiq olunmalıdır və buna görədə məhkəməyə müraciət etməli oldu. Əmək pensiyasına çıxmasıüçün müəyyən edilmiş iş stajı əmək kitabçasına əsasən müəyyən edilir və əlavə olaraq hərbi xidmətdə olması hərbi biletlə müəyyən olunur. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda hərbi qulluqçu kimi iş stajının 20 təqvim il müddətindən az olduğundan ona hərbi qulluqçu kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. 29 aprel 1992-ci il tarixdən 19 oktyabr 2007-ci i! tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli 728-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 18 aprel 2011-ci il tarixli 20 nömrəli məlumat vərəqəsinə əsasən V.Ə.X2 tərəfindən 2 may 2011-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinəuyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Əlilliyin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar iddiaçıya əlilliyə görə pensiya ödənişi 28 fevral 2021-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 18 aprel 2011-ci il tarixli 20 nömrəli məlumat vərəqəsində İddiaçı təqvim üzrə xidmət illəri 18 il 4 ay 15 gün qeyd edilmişdir. Göründüyü kimi, İddiaçı hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il təqvimi xidmət müddəti mövcuddeyil. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğukimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, İddiaçı hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmətdə olmadığından ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyqun hesab edilmir. Odur ki, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1601/2023 nömrəli qərarı ilə (hakim Amilya Hüseynova) iddia təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1601/2023 nömrəli qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, mən bir çox idarə və müəssisələrdə işləmişəm. Belə ki, xx.xx.1993-cü ildə Masallı rayonunda Bələdiyyə polisinə işə düzəlmişəm. xx.xx.1994-cü ildə isə ərizəmə əsasən işdən azad edilmişəm. xx.xx.1994xx.xx.2011-ci illərdə X1 işləmişəm. Həmçinin 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşam. Qeyd edim ki, mənə pensiyanın təyin olunması ilə bağlı cavabdeh təşkilata müraciət etsəm də, mənə pensiya təyin edilməsindən rəsmi qaydada imtina edilmişdir. Əmək pensiyasına çıxmağım üçün müəyyən edilmiş iş stajı əmək kitabçasına əsasən müəyyən edilir və əlavə olaraq hərbi xidmətdə olmağım hərbi biletlə müəyyən olunur. İş materillarında mənim işləməyim öz təsdiqini tapmışdır. Eləcədə hakimin qərarda sadaladığı qanunvericilik aktlarıda birə-bir mənim iddiamı təsdiq edir. Lakin hakim daxili inamını əsas götürərək iddiama baxmış və daxili inamına əsasən qətnamə qəbul etmişdir. Hörmətli məhkəmə kollegiyası hakimlər işə baxarkən qanun onlara daxili inamına əsaslanmağa icazə verir, lakin bu hal iş stajına aid deyildir. Hakim hansısa cinayətkarın işinə baxmır konkret olaraq tələbə baxır burda isə daxili inam deyildə toplanmış sübutlar və qanunvericiliyin tələbləri əsasdır. Eləcədə mən bu Dövlətin vətəndaşıyam və bir vətəndaş olaraq Dövlətim qarşısında borclarımı ödəmişəm. Həmçinin xidmət edərək, işləyərək staj əldə etmişəm. Bu gündə yaşlanıb qocalmışam və etdiyim xidmətin və işləyib çəkdiyim əziyyətin bəhrəsini görmək istəyirəm. Lakin cavabdeh təşkilat buna şərait yaratmır. Məhkəmədə öz növbəsində el məsəli ilə desək onların “aşına duz atır”. Həmçinin qanunvericiliyimiz qeyd edir ki, məhkəmələr vətəndaşların vəziyyətini pisləşdirməməlidirlər. Hörmətli məhkəmə kollegiya mən işləmişəm və əmək haqqı qazanmışam və bunun müqabilində pensiya istəyirəm. Bu mənim hüququmdur, haqqımdır. Sizdən xahiş edirəm ki, haqqımı və hüququmu bərpa edəsiniz. İddiaçı apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1601/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, Apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Günəş Yusif qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1601/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1601/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli 33 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında dəyişiklik edilərək 2-ci bəndin «b» yarımbəndində göstərilən «Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti» abzası çıxarılmışdır. Azərbaycan Respublikası 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X1 xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdənburaxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının 29aprel 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafıq icra hakimiyyəti orqanlarının sıravi və rəıs heyətı (sadalanan kateqoriyalar bundan sonra hərbi qulluqçular adlanacaq) bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublıkasının 29aprel 1992-ci il tarixli Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin "a" bəndində "20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının hazırki iddianı qaldırmaqda məqsədi 20 il xidməti olan hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli xidmətinə xx.xx.1994-cü ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı X1 xidmət müddəti (02 il, 06 ay, 08 gün, bir günü 2 gün hesabı ilə) daxil edilmişdir. Həmçinin İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək Masallı Rayon Bələdiyyə Polis Şöbəsində mühasib (mülki) vəzifəsində işlədiyi və digər mülki təşkilatlarda işlədiyi müddət xx.xx.1992-ci il tarixdən qüvvəyəminmiş və xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxiliişlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən onun X1 xidmət müddətinə hesablanmamışdır.Cavabdeh orqan tərəfindən haqlı olaraq İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş xidməti illəri 18 il 4 ay 15 gün qeyd edilmiş xx.xx.2011-ci il tarixli 20 nömrəli məlumat vərəqəsi üzrə hərbi qulluqçu kimigüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il təqvim xidmət müddəti mövcud olmadığı üçün iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 saylı məktubuna əsasən, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi tərəfindən təqdim olunmuş 18 aprel 2011-ci il tarixli 20 nömrəli məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən 2 may 2011-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü iləəlaqədar” İİ dərəcəəlilliyə görə təminat xərcliyi 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Əlilliyin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar sizəəlilliyə görə pensiya ödənişi 28 fevral 2021-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim oiunmuş sizə dair 18 aprel 2011-cı il tarixli 20 nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəri 18 il 4 ay 15 gün qeyd edilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il təqvim xidmət müddəti mövcud deyil. Qeyd olunanları nəzərə alaraq, 20 təqvim ili xidmət müddətiniz mövcud olmadığından hərbi qulluqçu kimi güzəştli şərtlərləyaşa görəəmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İş materiallarında olan NZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1984-xx.xx.1986-cı il tarixdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan AZE 16249577 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur və Masallı rayonu, Həsənli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı ******* saylı, xx.xx.1988-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1993- xx.xx.2011-illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Aərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 0xx/xx-52085/2H-3222 saylı məktubuna əsasən, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. X1 xidmətdən xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə - 18 il, 04 ay, 14 gün təşkil etdiyindən pensiya təyin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 01 yanvar 2007ci il tarixindən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi (Xüsusi Şərtlərlə Təyinat İdarəsi) həyata keçirir. Pensiya təminatı və digər ödənişlər barədə aidiyyəti üzrə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmək məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 31321/2-1585/2023 saylı məktubuna əsasən, İddiaçı X1 xidmət müddəti təqvimi hesablama ilə 18 il, 04 ay, 15 gün, güzəştli hesablama ilə 20 il, 10 ay, 23 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi X1 iş stajı (xx.xx.1994-cü il tarixdən xx.xx.2011-ci il tarixədək) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (xx.xx.1984-cü ilədən xx.xx.1986-cı il tarixədək) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1994-cü ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı X1 xidmət müddəti (02 il, 06 ay, 08 gün, bir günü 2 gün hesabı ilə) daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara,müddətdən artıq həqiqi hərbi xidnət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarında X1 xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə iş stajının, eləcə də mülki təşkilatlarda iş stajının X1 xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır. Bununla əlaqədar İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək Masallı Rayon Bələdiyyə Polis Şöbəsində mühasib (mülki) vəzifəsində işlədiyi və digər mülki təşkilatlarda işlədiyi müddət onun X1 xidmət müddətinə hesablanmamışdır. Azərbaycan Respublikasının 2006-cıil 07 fevral tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 20 təqvim ili xidmət müddəti olmadığından ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-40876/2023 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. İddiaçı dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2011-ci il tarixli 20 nömrəli məlumat vərəqəsində onun xidməti illəri 18 il 4 ay 15 gün qeyd edilib. Qeyd olunan müddətin məhz hansı dövrləri əhatə etdiyi barədə məlumatların əldə olunması üçün adıçəkilən şəxsin vaxtilə xidmət keçdiyi orqana müvafiq sorğu ilə müraciət etmək məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 313-21/2-5266/2023 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxiliişlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndin “b” yarımbəndinə əsasən Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti bir ayı iki ay kimi hesablanması nəzərədə tutulmuşdur. Bu müddət Azərbaycan Respublikası Prezidentinin 31 mart 1992-ci il tarixli 633 saylı fərmanına və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin xx.xx.1994-cü il tarixli 257 nömrəli əmrinə əsasən daxili işlər orqanları əməkdaşları üçün 01 aprel 1992-ci il tarixdən başlayaraq sayılmışdır. Qeyd olunan müddəa 01 may 1997-ci il tarixdə Qərardan çıxarıldığından həmin müddət 01 may 1997-ci il tarixədək hesablanır. İş materiallarında olan İddiaçı məxsus pensiya uçot vərəqəsindən görünür ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci ilə qədər İİ dərəcə əlilliyə görə əmək pensiyası almışdır. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, iddiaçı 1984-1986-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1993-cü ildə Masallı rayonunda Bələdiyyə polisi vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü ildə isə ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1994-xx.xx.2011-ci illərdə X1 çalışmışdır. İddiaçı İİ dərəcəli əlil kimi xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək pensiyası almışdır. Əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə başa çatdığına görə təyin olunmuş əmək pensiyası dayandırılmışdır. Hal-hazırda iddiaçı 20 xidmət ilinin nəzərə alınmaqla pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən isə iddiaçının X1 xidmət müddəti təqvimi hesablama ilə 18 il, 04 ay, 15 gün, güzəştli hesablama ilə 20 il, 10 ay, 23 gün olması səbəbi ilə imtina etmişdir. İddiaçı məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən illər və hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla hərbi qulluqçu kimi əmək pensiyasının təyinedilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası müəyyən edilmiş işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesasb edir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbixidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə daxili işlər, ədliyyə fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət daxildir. Həmin Qaydaların 2-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; su altında və barokameralardayüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin habelə Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla: b) xidmətin bir ayı ayyarım sayılmaqla: bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın 2-ci bəndinin “b” yarımbəndində göstərilən dalğıclardan savayı); müdafiə daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyatxidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə; sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran dəniz sərhəd gəmilərində və katerlərində; sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarətiməntəqələrində); respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; sualtı qayıqlarda onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə - Müdafiə Nazirliyinin müəyyənləşdirdiyi şərtlərlə; Azərbaycan Respublikası ali hakimiyyət və idarəetmə orqanlarının təhlükəsizliyi idarəsində - bilavasitə post xidməti aparan operativ heyət üçün - idarə rəisinin təsdiq etdiyi vəzifə siyahısı üzrə; cəmiyyətə ziddkütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və dövlət təhlükəsizliyini qorumaq vəzifələri yerinə yetirilərkən – respublikanın qanunverici orqanlarının müəyyən etdiyi dövrlərdə; müvafiq nazirlik, xidmət və baş idarə rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindəişləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyə olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) isə əməkdaşlara 2 iş günü 3 iş günü kimi hesablanır. Terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi sayılır. Bu qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrıayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli 33 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbiqulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında dəyişiklik edilərək 2-ci bəndin «b» yarımbəndində göstərilən «Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti» abzası çıxarılmışdır. xx.xx.2005-ci il tarixli, 977-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilənə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən pensiya almaq hüququ verən iş stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə daxil edilir. xx.xx.1992-ci il tarixdən qüvvəyə minmiş və xx.xx.2005-ci il tarixədək qüvvədəolmuş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdir. Azərbaycan Respublikası 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X1 xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə (1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişklikdən sonra qüvvədə olan redaksiyasına) əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdənburaxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının 29aprel 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafıq icra hakimiyyəti orqanlarının sıravi və rəıs heyətı (sadalanan kateqoriyalar bundan sonra hərbi qulluqçular adlanacaq) bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. Həmin Qanunun 12-ci maddəsinin "a" bəndinin xx.xx.2004-cü ilədək qüvvədə olan redaksiyasına əsasən, xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublıkasının 29 aprel 1992-ci il tarixli Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin "a" bəndində "20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Həmçinin, iddiaçının sonuncu dəfə xidmətdən xaric olduğu tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinəəsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının güzəştli xidmətinə xx.xx.1994-cü ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedəndöyüşlər zamanı X1 xidmət müddəti (02 il, 06 ay, 08 gün, bir günü 2 gün hesabı ilə) daxil edilmişdir. Həmçinin iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək Masallı Rayon Bələdiyyə Polis Şöbəsində mühasib (mülki) vəzifəsində işlədiyi və digər mülki təşkilatlarda işlədiyi müddət xx.xx.1992-ci il tarixdən qüvvəyəminmiş və xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxiliişlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən onun X1 xidmət müddətinə hesablanmamışdır. Məhkəmə kollegiyası xüsusi olaraq onu qeyd edir ki, 29 aprel 1992-ci il tarixdən 19 oktyabr 2004-cü il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Belə ki, həmin qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli, 728-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmişdir. İddiaçı 20 təqvim ilinin olmadığını mübahisələndirmir. Bu işin mübahisələndirilməyən halıdır. Yəni, iddiaçı özünün 20 təqvim ilinin olmadığını təsdiq edir. İddiaçının tələbi ondan ibarətdir ki, onun güzəştli xidmət ili daxil olmaqla 20 xidmət ili vardır ki, bu da ona pensiya təyin edilməsinə imkan verir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, iddiaçı 20 xidmət ilinə əsaslanaraq pensiyanın təyin edilməsini tələb etməkdə haqlı deyildir. Çünki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının xidmət etdiyi dövrdə yəni 2004-cü ilə kimi hərbi qulluqçuların pensiya təyinatını tənzimləyən "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının 29aprel 1992-ci il tarixli Qanununun 2004-cü il tarixə kimi qüvvədə olan redaksiyaya uyğun güzəştli xidmət ili daxil olmaqla 20 xidmət ili mövcud deyildir. İddiaçı xidmətdən xaric olduğu zaman (2011-ci ildə) isə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən məlumat vərəqəsində verilmiş məlumat üzrə vəhəmçinin "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublıkasının29 aprel 1992-ci il tarixli Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanununa əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmadığı üçün haqlı olaraq iddiaçıya imtina verilmiş və işə baxan birinci instansiya məhkəməsi də haqlı olaraq iddianı təmin etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Nəticəvi hissə: Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1601/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-299/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-299/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver