Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-3/2025 12.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Hüseynov Fikrət Çilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. İddiaçı, üçüncü şəxs "xxxx" X2nın nümayəndəsi Nümayəndə2 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2-1(120)1773/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, kollegiya qərardad qəbul etdi. İ.İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 36 nömrəli sərəncamının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1773/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə üçüncü şəxslər “X1” MMC və “Ədalət-83 X2” MMC iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 46 saylı sərəncamı ilə İddiaçı 170,0 ha torpaq sahəsi üzümçülüyün inkişafı məqsədilə uzunmüddətli icarəyə verilmiş, torpaq sahəsi müqavilə bağlanılaraq və təhvil-təslim edilərək naturada ona təhvil verilmişdir. Bundan sonra həmin torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixdə JN-8893, KOD 60600001 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi naturada təhvil verilsə də, təbii ki, böyük sahəni əhatə etdiyindən orada hasarlama işləri aparılmamışdır. Bundan sonra o, həmin torpaq sahəsində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmuş, hazırda da bu fəaliyyəti davam etdirmişdir. O, həmin torpaq sahəsinə görə illərlə (bu il də daxil olmaqla) dövlətdən subsidiyalar almışdır. xx.xx.2019-cu il tarixdə DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsindən həmin torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqmda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Buna səbəb sonradan subsidiyalar yalnız çıxarışı olan torpaq sahələrinə görə verildiyindən, şəhadətnaməni çıxarışla əvəz etmişdir. Bu yaxınlarda ona qarşı Füzuli Rayon Məhkəməsində iddia qaldırılmış, torpaq sahəsinin çıxarışı mübahisələndirilmiş, bu zaman məlum olmuşdur ki, Füzuli RİHB-nin xx.xx.2011-ci il tarixli, 35 saylı sərəncamı ilə onun maraqlarına toxunulan məsələlər həll edilmiş, həmin sərəncamla tam anlaşılan olmasa da, ona ayrılmış 170 ha torpaq sahəsinin 20 və 40 ha hissəsi "xxxx" və "xxxx" X2na verilmişdir. Düzdür, həmin sərəncamda dəqiq ifadə edilməsə də, əslində qəbul edilmiş qərarın mahiyyəti ondan ibarətdir ki, ona ayrılmış torpaq sahəsindən istifadə etməməmişdir. Cavabdehin qəbul etdiyi sərəncam əsassızdır. Qeyd edilən əsaslar arasında Füzuli RİHB-nin xx.xx.2011-ci il tarixli, 35 saylı sərəncamının qəbul edilməsi üçün qanuni əsas, hüquqi zəmin yoxdur. İcra hakimiyyəti kimlərinsə müraciəti əsasında qeyd edilən sərəncamı qəbul etməkdə haqlı olmamışdır. Nəzərə alınmalıdır ki, "xxxx" MMC və "xxxx" MMC kəndli fermer təsərrüfatlarına torpaq sahələrinin ayrılması barədə sərəncamların özü belə şübhəlidir. Hər iki müəssisə onlara torpaq sahələri ayrıldıqdan sonra təsis edilmiş, lakin torpaq sahələri onlara ayrılması ilə bağlı sərəncamda həmin hüquqi şəxslərin qeydiyyatına istinad edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2-1(120)1773/2022 nömrəli qərardadı ilə (hakim Amilya Hüseynova) İddiaçı Cavabdehnə (“X1” MMC, “Ədalət-83 X2” MMC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı Cavabdeh xx.xx.2011-ci il tarixli, 36 nömrəli sərəncamının ləğv olunması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Qeyd edilən qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh xx.xx.2011-ci il tarixli sərəncamından məlumatı olmamışdır. O, bu barədə yalnız Füzuli Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsini aldıqdan, həmin qətnamənin əsaslandırıcı hissəsindəki istinaddan sonra məlumatlı olmuşdur. Bu məlumat həmin sərəncamın hansı əsasla və hansı sənədlərə istinad edilərək qəbul edildiyini istisna etdiyindən, yəni həmin sərəncamın məzmunu və mahiyyəti aydın olmadığından iddiaçı rəsmi qaydada həmin sərəncamı əldə etmədən onu mübahisələndirmək imkanından məhrum olmuşdur. Buna görə də Füzuli Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verildikdən dərhal sonra Cavabdeh xx.xx.2011-ci il tarixli sərəncamını və onun qəbul edilməsi üçün əsas olmuş sənədlərin surətini almaq üçün dəfələrlə Cavabdehnə müraciət etmiş, lakin bunun nəticəsi olmamışdır. Nəhayət, xx.xx.2022-ci il tarixdə üçün Cavabdeh Hüquq şöbəsi tərfindən rəsmi qaydada iddiaçıya məktub ünvanlanaraq xx.xx.2011-ci il tarixli sərəncamın və digər sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli fililalına təhvil verildiyi göstərilmiş, dərhal Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli fililalına müraciət edilmiş və xx.xx.2022-ci il tarixdə qeyd edilən sərəncam və onun qəbul edilməsi üçün əsas olmuş sənədlər rəsmi qaydada götürülmüş və həmin sərəncam məhkəmə qaydasında mübahisələndirilmişdir. Hazırki halda Şirvan İnzibati Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Cavabdeh xx.xx.2011-ci il tarixli sərəncamı barədə iddiaçıda şifahi məlumatm olması onun mübahisələndirilməsi üçün nəzərədə tutulmuş müddətin axımını başladır. Lakin məhkəmə nəzərə almır ki, həmin sərəncam barədə iddiaçıda şifahi məlumatın olması həmin sərəncamın hansı qaydada mübahisələndirilməsi üçün iddiaçıya hüquqi əsas vermir. Başqa sözlə, xx.xx.2011-ci il tarixli sərəncam publik olmadığından, yalnız iddiaçıya münasibətdə qəbul edildiyindən, həmin sərəncam qəbul edilərkən və ondan sonrakı uzun müddət ərzində bu barədə iddiaçıya məlumat verilmədiyindən, təbii ki, həmin sərəncamın mahiyyəti də ona məlum olmamış, bu səbəbdən də onu mübahisələndirmək mümkünsüz olmuşdur. Digər tərəfdən iddiaçı həmin sərəncamı əldə etmək üçün bütün hüquqi vasitələrdən istifadə etmiş, uzun sürən müraciətlərdən sonra sərəncamı əldə edən kimi, qısa zaman kəsiyində onun ləğvi üçün məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1773/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İİİ. Prosses iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs "xxxx" X2nın nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən Qanun: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” V. Məhkəmənin mövqeyi: İPM-in 82-ci maddəsinin tələbi üzrə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir: Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 36 nömrəli sərəncamı ilə "xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatlarının 04 m 2011-ci il tarixli ərizələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi ilə Aparatın hüquq şöbəsinin 25 may 2011-ci il tarixli birgə təklifinin nəzərə alınması, İddiaçı yerquruluşu sənədlərində düzəliş edilərək, "xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və indiyə kimi istifadə etdikləri, müvafiq olaraq 20, 0 ha və 40,0 torpaq sahələri uzunmüddətli (99 il müddətinə) özlərinin istifadəsində saxlanılması və həmin sahədən təyinatına uyğun üzüm əkin üçün istifadə ediləcək olmasının nəzərə alınması, "xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatlarının istifadəsində saxlanılan, müvafiq olaraq 20,0 ha və 40,0 ha torpaq sahələrinin təyinatına uyğun sənədləşməsini təmin etmək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinə tapşırılması qərara alınmışdır. İşdə olan materiallardan görünür ki, hal budur ki, hazırki iş üzrə 3-cü şəxs qismində cəlb olunan “X1” MMC-nin, “Ədalət-83 X2” MMC-nin iddia tələbi Füzuli Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Füzuli rayonu ərazisində yerləşən 170,0 ha torpaq sahəsinin İddiaçı 99 il müddətinə icarəyə verilməsinə dair DƏDRX-nin xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı qismən, yəni "xxxx" və "xxxx" kəndli fermer təsərrüfatlarına ayrılmış müvafiq olaraq 20 ha və 40 ha torpaq sahələri hissələrində ləğv olunması və cavabdeh İddiaçı həmin torpaq sahələrindən çıxarılmaqla onun qanunsuz sahibliyindən alınması qət edilmişdir. Hazırki iş üzrə İddiaçı həmin iş üzrə cavabdeh qismində çıxış etmiş və həmin məhkəmə qətnaməsindən şikayət vermiş və İcra Hakimiyyəti Başçısının mübahisələndirdiyi sərəncamdan həmin vaxt məlumatlı olmaqla yanaşı, sərəncamın hüquqi mahiyyətini və nəticələrini bilmiş, sərəncamla tanış olması da yəqin ki, istisna hal deyil. İddiaçı apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-249/2022 saylı qərardadı ilə qismən təmin edilmiş, Füzuli rayon məhkəməsinin 22 iyul 2021 -ciil tarixli 2(064)-229/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçılar "xxxx" və "xxxx" X2 MMC-nin cavabdehlər İddiaçı və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX- nin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(121)-560/2022 saylı qərardadı ilə “X1” MMC-nin, “Ədalət-83 X2” MMC-nin cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 60 ha torpaq sahəsindən çıxarılması və onun qanunsuz sahibliyindən alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən Füzuli rayon Məhkəməsində baxılan 2(064)-229/2021 saylı məhkəmə prosesində Cavabdeh xx.xx.2011-ci il tarixli sərəncamı müzakirə edilmiş, məhkəmə qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində Cavabdeh xx.xx.2011-ci il tarixli sərəncamını mübahisələndirmişdir. Qeyd olunan faktiki vəziyyətə əsasən, iddiaçı mübahisələndirdiyi sərəncamdan ən geci 2021-ci ilin sentyabr-oktyabr aylarından məlumatı olmuş, hətta həmin qərar üzrə mübahisəyə baxılarkən iddiaçı məhkəmə icraatına cəlb olunaraq yuxarı instansiya məhkəməsinin məhkəmə prosesində iştirak etmişdir. İddiaçı 2021-ci ilin sentyabr-oktyabr aylarından sərəncamdan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə olan halda İddiaçı qaldırıdığı iddia mümkün sayıla bilməz. Belə ki, iddiaçı həmin sərəncamı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti səkkiz aydan artıq ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyini işin halları və apellyasiya şikayətinin dəlilləri ilə təhlil edərək qeyd edir ki, materiallardan göründüyü İddiaçı hazırkı mübahisə ilə bağlı Fizuzli rayon məhkəməsində mübahisə olan vaxt məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərdi. Qeyd olunan hal əsas verir ki, İddiaçı mübahisələndirmə ilə bağlı iddia müddətini ötürmüş, məhkəmənin hüquqi yardımla bağlı məlumatını cavabsız qoymuşdur. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq, bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərardad qanuni və əsaslıdır, qərardadın ləğv olunmaqla şikaytin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2-1(120)1773/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-3/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-3/2025
12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver