Məhkəmə qərarları › İş №2-1(106)-30/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-30/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-30/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X13 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1416/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Hacıqabul şəhəri, X18 küçəsi, ev 170 (yeni qaydalarla Hacıqabul şəhəri, X18 küçəsi, ev 266) ünvanda 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 43,9 kv.m ibarət fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində aparılmış qeydlərin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********504-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 15 sentyabr 2023-cü il tarixli, 2- 1(120)-1416/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi heç bir hüquqi əsas olmadan, ləğv edilmiş Hacıqabul Rayon məhkəməsinin 2(071)-440/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında cavabdeh X3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarışı etibarsız hesab etmişdir. Hazırki halda cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas yoxdur, yəni cavabdeh inzibati orqanın daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində aparılmış qeydlərin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********504-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından imtinası əsassızdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddia tələbini təmin etməməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən fərdi yaşayış evi və torpaq sahəsi üzərində xx.xx.2022-ci il tarixli çıxarışla hüququn qeydə alınması üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Qərardan cavabdeh və üçüncü şəxs X14 tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçı tələbi onunla əsaslandırmışdır ki, iddiaçı X14 "cavabdehlər X4, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tənınması tələbi" ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(071)440/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən çıxarış etibarsız hesab edilmiş, iddiaçı X8 vərəsə kimi tanınması təmin olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)504/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(071)440/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X14 "cavabdehlər X4, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınmasına dair" iddiası təmin edilməmişdir. ünvan 2 ünvanında yerləşən və hazırda yaşadığı fərdi yaşayış evi xx.xx.2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat və **********04-10301 reyestr nömrəli Çıxarışla mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci ildə qanunsuz olaraq X9 eyni qeydiyyat və reyestr nömrəli Çıxarış verilmişdir. Bu çıxarış və texniki pasport sənədi verilərkən İddiaçı yaşadığı fərdi yaşayış evinə ölçü işləri aparmaq üçün mühəndis-inventarlaşdırıcı belə gəlməmiş, hətta xx.xx.2022-ci il tarixli texniki pasport sənədində icraçının imzası yoxdur. Hətta məhkəmə qətnaməsinə istinad etsələr belə, qətnamənin qanuni qüvvəyə minməsi barədə icra vərəqəsi yoxdur. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2022-ci il tarixli, 152 nömrəli arayışına əsasən, Qazıməmməd rayon İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışda mərhum X5 0.06 ha torpaq sahəsinin ayrılaraq evinin sənədləşdirilməsi üçün müvafiq göstərişin verilməsi əks olunmuşdur. Digər tərəfdən isə Hacıqabul rayon XDM Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 4 nömrəli qərarı ilə mərhumun oğlu X12 adına 0.06 ha torpaq sahəsinin ayrılaraq evinin sənədləşdirilməsi üçün müvafiq göstərişin verilməsi əks olunmuşdur. Qeyd olunmuş, qərarlardan ilki, yəni cavabdeh tərəfindən ********** nömrəli çıxarışın verilməsinə əsas olan qərarın ləğv olunması, dolayısı ilə qüvvədən düşməsi ilə bağlı hər hansı bir aktın olmamasına baxmayaraq eyni daşınmaz əmlaka dair eyni məzmunlu digər şəxsin adına yeni qərar qəbul olunmuşdur. Sözügedən məsələ məhkəmə tərəfindən nəzərə alınmamış və münasibət bildirilməmişdir. Üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin obyektiv həlli üçün zəruri olan halları araşdırmadan iddiaçının təqdim etdiyi sübutların saxtalığına diqqət yetirmədən qeyri-obyektiv nəticəyə gəlməklə, qanunsuz qərar qəbul etmişdir. Prosessual məsələlər Tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs gəlməmiş, cavabdeh nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Dövlət X11 06 aprel 2022-ci il tarixli, 152 nömrəli arxiv arayışından görünür ki, SSRİ Ali Soveti rəyasət heyətinin 26 avqust 1948-ci il tarixli fərmanına əsasən şəhərdə yaşayan vətəndaşlara ev tikdirmək üçün 0.6 ha torpaq sahəsi verilməsi qərara alınmışdır. 23-cü sırada X7 adı qeyd edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin iddiaçıya ünvanladığı 13 oktyabr 2022-ci il tarixli **********32 nömrəli məktubda göstərilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-891 sayiı "daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, 170 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq **********04-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X14 tərəfindən “sözügedən fərdi yaşayış evinin ona məxsus olmasını əsas gətirərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(071)-44/2021 saylı qətnaməsinə uyğun olaraq fərdi yaşayış evi üzərində qeydiyyata alınmış hüquqlar ləğv edilmişdir. Bundan sonra X8 müraciəti əsasında Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, 170 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı hüquqmüəyyənedici sənədlər əsasında qanunamüvafiq qaydada aparılaraq xx.xx.2022-ci il tarixli **********04-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Göründüyü kimi, məhkəmə prosesi başa çatdıqdan sonra X8 adına çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubiikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Hacıqabul şəhəri, X18 küçəsi, ev 170 (Yeni qaydalarla: AZ 2400, Hacıqabul rayonu, Hacıqabul şəhəri, X18 küçəsi, 266) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-122/2022 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X8 mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair ərizəsi təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(106)- 504/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(071)440/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X8 cavabdehlər X6, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınmasına dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı X8 Kassasiya şikayəti təmin edilməmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-504/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmişdir. -Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-440/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X3 adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsi tərəfindən çıxarış etibarsız hesab edilmişdir -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Hacıqabul şəhəri, X22 küçəsi, (Yeni qaydalarla: AZ 2400, Hacıqabul şəhəri, X18 küçəsi, ev 266, ev 170) tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Hacıqabul şəhəri, X18 küçəsi, ev 170 (Yeni qaydalarla: AZ 2400, Hacıqabul rayonu, Hacıqabul şəhəri, X18 küçəsi, 266) tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli çıxarışın surətindən görünür ki, Hacıqabul şəhəri, X18 küçəsi, ev 170 tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-1159/2024 nömrəli məktubunda bildirilir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin X12 adına 2003-cü il tarixli texniki pasport verilmişdir, lakin hüququları qeydiyyata alınmamışdır. Qeyd olunmuş daşınmaz əmlak üzərində ilkin olaraq aşağıdakı sənədlər əsasında X3 hüquqları xx.xx.2010-cu il tarixində qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir: -müvafiq daşınmaz əmlakın mərhum X15 məxsus olması barədə arayış verilməsi ilə bağlı notarius məktubu; -Hacıqabul rayon Dövlət Notariat Kontorunun xx.xx.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” sənədi; -xx.xx.1995-ci il tarixli Hacıqabul Rayon XDM Rəyasət Heyətinin qərarı. Daha sonra müvafiq daşınmaz əmlak Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2020ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, xx.xx.2020-ci il tarixində İddiaçı adına qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra X2 şəhəri, H.Z.Tağıyev küçəsi, 170 saylı ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisinə qarşı iddia qaldırmış və həmin əmlakın özlərinə məxsus olmasını əsas gətirərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını tələb etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(071 )-44/2021 saylı Qətnaməsi ilə cavabdeh X3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarış etibarsız hesab edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-1984/2024 nömrəli məktubunda bildirilir ki, müvafiq daşınmaz əmlakla bağlı mərhum X12 adma “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimaf’ın hazırda qüvvədən düşmüş 7.2 bəndinə uyğun olaraq, vərəsəsi X3 müraciəti əsasında daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə arayış tərtib edilmişdir. Daha sonra müvafiq daşınmaz əmlak Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2020-cİ il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, xx.xx.2020-ci il tarixində İddiaçı adına qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra X2 şəhəri, H.ZTağıyev küçəsi, 170 saylı ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisinə qarşı iddia qaldırmış və həmin əmlakın özlərinə məxsus olmasını əsas gətirərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını tələb etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071 )-440/2021 saylı Qətnaməsi ilə cavabdeh X3 adma verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarış ləğv edilmişdir. Şərh oluna sənədlərdən göründüyü kimi Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-440/2021 nömrəli qətnaməsinə əsasən X8 mübahisəli fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilsə də, qətnamə qanuni qüvvəyə minmədən və üzrə icra vərəqəsi verilmədən, zərflər üçün möhürlə təsdiq edilmiş və cavabdeh inzibati orqan tərəfindən həmin qətnaməyə uyğun olaraq X1 torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixli, **********04-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)504/2022 nömrəli qərarı ilə ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı R.Piriyevanın kassasiya şikayəti icraata qəbul edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Beləliklə, Hacıqabul Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ləğv edildiyindən, onun hüquqi nəticəsi olaraq X9 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh və üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1416/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar