Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-302/2023 02.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X8 iştirakları ilə, Şirvan İnzibati Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-1(120)-195/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ona aid hissədə ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası X13 - Hərbi Hava Qüvvələri komandanının xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmrinin ona aid hissədə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 01 may 2023-cü il tarixli, 2-1(120)-195/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası X13-Hərbi Hava Qüvvələri komandanının xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmrinin İddiaçı aid hissədə ləğv olunması qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 06 oktyabr 2010-cu il tarixdən müddətdən artıq həqiqi hərbi qulluqçu kursuna daxil olmuş, kursu bitirərək N saylı hərbi hissədə gizir kimi xidmət etmiş, xidmət dövründə komandir heyətinin dəfələrlə təşəkkürünü qazanmışdır. xx.xx.2021-ci il tarixdə hərbi hissə komandiri şəxsi heyəti növbə ilə Müdafiə Nazirliyinin Tibbi X3 Bölməsində müayinədən keçirilmək üçün göndərmişdir. Tibbi ekspertizadan keçdikdən sonra 19 fevral 2021-ci il tarixdə nəticə hərbi hissəyə daxil olduqda məlum olmuşdur ki, guya, onun qanında narkotik tərkibli maddəyə bənzər fermentlər aşkar olunmuşdur. O, idmanın müxtəlif növləri ilə məşğul olur, nəinki narkotik, heç spirtli içki belə bu günədək qəbul etməmişdir. Ekspert rəyindən narazılığını Müdafiə nazirinə teleqram vasitəsi ilə bildirmişdir. Nəticədə xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissə komandiri tərəfindən yenidən Müdafiə Nazirliyinin Tibbi X3 Bölməsində müayinədən keçirilmək üçün göndərilmişdir. X9 X3 Bölməsinin 11 mart 2021-ci il tarixli, 92\k nömrəli rəyində onun qan və sidik nümunələrində narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin aşkar olunmaması öz təsdiqini tapmışdır. Rəydən bir gün sonra hərbi hissə komandanlığının əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddənin “e” bəndinə əsasən xidmətə yararsız kimi ehtiyata buraxılmış, bu barədə N saylı hərbi hissə komandirinin birinci müavini Elçin Axundovun imzası ilə daxil olan xx.xx.2021-ci il tarixli, 3355 nömrəli məktubundan xəbərdar olmuşdur. Əmrə əsas olaraq analiz nümunələrində dövriyyəsi qadağan olunmuş maddələrin aşkar olunması göstərilmişdir. Barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin təhqiqatçısı X2 tərəfindən araşdırılma aparılaraq cinayət işinin başlanması haqqında rədd qərarı verilmişdir. Müdafiə Nazirliyinin Tibbi X3 Bölməsinin 11 mart 2021-ci il tarixli, 90\k nömrəli rəyində onun qan və sidik nümunələrində narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin aşkar olunmaması öz təsdiqini tapmışdır. Təhqiqat bölməsi tərəfindən aparılmış araşdırma zamanı əməlində heç bir hüquq pozuntusunun olmaması N saylı hərbi hissənin təhqiqatçısı X2 02 aprel 2021-ci il tarixli, 17 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətə N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş cavabda onun analiz nümunələrində dövriyyəsi qadağan olunmuş maddələrin aşkar olunması, müddətdən artıq xidmət keçmiş hərbi qulluqçuların şərəf məhkəməsinin qərarına uyğun olaraq hərbi hissə komandirinin əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə (xidmətə uyğunsuzluğa) müvafiq ehtiyata buraxıldığı qeyd edilmişdir. Qeyd olunan maddənin tələbinə əsasən isə ehtiyata buraxılan hərbi qulluqçuların yenidən hərbi xidmətə bərpası mümkünsüz hesab olunması göstərilmişdir. Həqiqi hərbi xidmətdən buraxılma “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq aparılır. Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar. Hərbi hissə komandiri tərəfindən Əsasnamənin 158 maddəsinin “b” bəndinin tələblərinin kobud pozuntusu ilə əmr verilmişdir. Barəsində aparılan araşdırma xx.xx.2021-ci il tarixdə tamamlanmasına baxmayaraq hərbi hissə komandiri xx.xx.2021-ci il tarixdə 92/k nömrəli əmri imzalamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sabiq hərbi qulluqçu gizir İddiaçı 2010-cu ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2014-cü il tarixdən Hərbi Hava Qüvvələrinin tabeliyində olan N nömrəli hissənin 2-ci aviasiya eskadrilyasının 2-ci aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə təyin olunmuşdur. Xidmət müddəti ərzində gizir İddiaçı özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhdəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. Gizir İddiaçı barəsində təqdimatın əsaslandırılmasında onun 1 dəfə “Töhmət”, 1 dəfə “Şiddətli töhmət” edilərək intizam qaydasında cəzalandırılması xidmət vərəqəsində öz təsdiqini tapmışdır. 02 fevral 2021-ci il tarixdə gizir İddiaçı qan və sidik nümunələri Məhkəmə Tibbi Ekspertiza və X6 təqdim olunmuşdur. Oradan verilmiş 32/K nömrəli akta əsasən məhkəmə-kimyəvi tədqiqatı zamanı gizir İddiaçı qan və sidik nümunələrinin tərkibində kannabinoidlərin (maruxana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannbimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Naftil-indol qrupu saxlayan vasitələrin izləri (qalıqları) aşkar olunmuşdur. Bu da o deməkdir ki, gizir İddiaçı ekspertizadan keçməmişdən 2-3 gün ərzində qeyd olunan narkotik vasitələrdən istifadə etmişdir. Faktla bağlı gizir İddiaçı Məhkəmə Tibbi Ekspertiza və X10 tərəfindən verilmiş 32/K nömrəli akta əsasən 22 fevral 2021-ci il tarixdə Gizirlərin şərəf məhkəməsinə çıxarılmışdır. Şərəf məhkəməsinin qərarına əsasən xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. X13 - Hərbi Hava Qüvvələri komandanının 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (intizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komplektləşdirilməsi yolverilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası X13 - Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyata buraxmaq diskresion səlahiyyətə sahibdir. Bütun göstərilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının əmrinin ləğv edilərək iddiaçı gizir İddiaçı xidmətə bərpası mümkün deyil. Azərbaycan Republikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrinin siyahısı və məhdudiyyət müddətinə” əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə xidmət etməsinə yol verilmir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlar əlaqəli şəkildə araşdırılmamış, cavabdeh tərəfindən irəli sürülmüş sübutlara heç bir hüquqi qiymət verilməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və məhkəmə kollegiyasının suallarına cavab olaraq həmçinin bildirdi ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri inzibati orqanların təsnifatı siyasında yer almamış, bu səbəbdən cavabdeh qismində tanına bilməz. Ona görə də iddiaçı düzgün olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyini cavabdeh kimi göstərmişdir. İddiaçı xidmət etdiyi hərbi hissədə bir qrup şəxslər barəsində narkotik vasitələrin istifadəsində şübhəli olmalarına dair məlumat daxil olmuş, hərbi hissə komandirinin göstərişinə əsasən hərbi hissədə xidmət keçən şəxslər müayinə üçün göndərilmişdir, lakin həmin məlumatlarda məhz iddiaçının adı qeyd edilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getməli olduğunu, Bakı şəhərinə getmişkən müayinədən keçəcəyini bildirmişdir. Məhkəmə-kimyəvi tədqiqat nəticəsində iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində Kannabinoidlərin (marixuana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintez yolla əldə olunan Kannabimimetiklərin (spice) nümayəndəsi olan və tərkibində Naftil-indol (SVVU qrupu) saxlayan narkotik vasitələrin izləri aşkar olunmuş və xx.xx.2021-ci il tarixli, N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin qərarına əsasən onun qanında narkotik vasitələrin izləri aşkarlandığı üçün, hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkət etdiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli təqdimatı ilə baş gizir İddiaçı xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, ümumiyyətlə, narkotik vasitə istifadə etməmişdir. Xidmət etdiyi dövrdə heç vaxt ondan narazılıq olmamış, qüsursuz xidmət göstərmişdir. 2021-ci ilin yanvar ayında xidmət etdiyi hərbi hissədə xidmət edən bir qrup şəxsin narkotik vasitə istifadə etməsi barədə məlumat hərbi hissə komandirini qəzəbləndirdiyi üçün o, bütün hərbi hissənin qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 getmələrinə göstəriş vermiş, lakin bir gündə xeyli şəxsin ekspertizadan keçməsi mümkün olmadığından konkret adları bəlli olan şəxslərə xx.xx.2021-ci il tarixdə ekspertizadan keçmələri tapşırılmışdır. Həmin şəxslərin siyahısında onun adı olmasa da, qeyd edilən tarixdə şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getməsi də vacib olduğu üçün Bakı şəhərinə gedəcəyini, həm də ekspertizadan keçəcəyini qərarlaşdırmışdır. Keçirilmiş ekspertizanın nəticəsi ona açıqlandıqdan sonra o, bu rəylə razı olmamış və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Təkrar ekspertiza zamanı onun narkotik vasitə istifadə etməsi müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan xx.xx.2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, baş gizir İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli, 0177t nömrəli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918- 2018)” YUBİLEY medalı ilə təltif olunmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli vəsiqənin surətindən görünür ki, baş gizir İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2019-cu il tarixli, 0140t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2021-ci il tarixli, 32/k nömrəli maddi sübutların tədqiqatı barədə aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin kütlə spektrometriyalı qaz xromatoqrafiya metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq məhkəmə-kimyəvi tədqiqat nəticəsində qan və sidik nümunələrinin tərkibində Kannabinoidlərin (marixuana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintez yolla əldə olunan Kannabimimetiklərin (spice) nümayəndəsi olan və tərkibində Naftil-indol (SVVU qrupu) saxlayan narkotik vasitələrin izləri aşkar olunması rəyinə gəlinmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, 635 nömrəli aktdan görünür ki, sidikdə 10 parametr test yoxlanılmış, OPİ(-), TNC(-), TCA(-), DMA(-), AMP(-), COK (-), BZU(-), BAR (-),MET(-), MTD(-), aşkar edilməmiş, TML(-) aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 5338 nömrəli göndərişdən görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu İddiaçı müayinə üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin SQ Baş Psixiatrının baxışına göndərilmişdir. Diaqnoz dissosiativ reaksiya. Həkim-narkoloq müayinənin nəticəsi barədə İddiaçı psixi sağlam olması, narkomaniya xəstəliyinin əlamətlərinin aşkar edilməməsi qənaətinə gəlmişdir. İşdə olan X13 - Hərbi Hava Qüvvələri komandanının xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, baş gizir İddiaçı 411-ci Aviasiya bazasının (N nömrəli hərbi hissə) 2-ci aviasiya eskadrilyasının aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli xidməti xasiyyətnamənin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, baş gizir İddiaçı N nömrəli hərbi hissənin 2-ci aviasiya eskadrilyasının aviasiya manqasının texniki istismar hissəsinin baş mexaniki vəzifəsində xidmət etdiyi dövrdə özünü nizam-intizamlı hərbi qulluqçu kimi tanıtmışdır. Xidməti vəzifələrini bilir, verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çalışır. İxtisas üzrə bilik səviyyəsi yaxşıdır. İşinə tənqidi yanaşmaq bacarığı var. Tutulan iradlardan müsbət nəticə çıxarmağa çalışır. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələrinin tələblərini öyrənir və gündəlik xidmətində onlara istinad etməyə çalışır. Hərbi kollektivdə və yoldaşları arasında hörməti var, fiziki cəhətdən inkişaf etmişdir, dövlət sirrini qorumağı bacarır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2021-ci il tarixli, 90/k nömrəli maddi-sübutun məhkəmə-kimyəvi ekspertizasının rəyində qeyd edilmişdir ki, İddiaçı məhkəmə-kimyəvi tədqiqat nəticəsində qan, sidik və tük nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar olunmadı. İşdə olan N nömrəli hərbi hissənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkəmə-kimyəvi tədqiqat nəticəsində qan, sidik və tük nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar olunmadığından N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir İddiaçı analiz nümunələrində narkotik vasitələrin izlərinin aşkar edilməsi faktında cinayət hadisəsi olmadığından həmin fakt üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” X20 xx.xx.2022-ci il tarixli, 732/k nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya” X17 Şəxsin məhkəmə-kimya şöbəsində xx.xx.2022-ci il tarixdə saat 10:07-də İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Halhazırda məhkəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K nömrəli akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik və tük nümunələrindən yalnız 32/K nömrəli sidik nümunəsində məhkəməkimyəvi tədqiqat aparmaq mümkündür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 rəisi vəzifəsini icra edən Rahim Məmmədovun xx.xx.2022-ci il tarixli, 101 nömrəli göndərişinə əsasən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K nömrəli akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik və tük nümunələrindən 77/K nömrəli sidik nümunəsinin məhkəmə-kimya şöbəsində aparılmış məhkəmə-kimyəvi tədqiqat nəticəsində miqdarının az qalması səbəbindən təkrar məhkəmə-kimyəvi tədqiqat aparmaq mümkün deyil. Məhkəmə-kimya şöbəsinə təqdim olunan qan nümunələrinin (32/K və 77/K nömrəli) miqdarının az olması səbəbindən məhkəmə-kimyəvi tədqiqat aparmaq mümkün deyil. Halhazırda məhkəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmır. İddiaçı məxsus 32/K nömrəli sidik nümunəsində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Hal-hazırda məhkəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmır. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən İddiaçı məxsus 77/K nömrəli sidik nümunəsinin Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 rəisi vəzifəsini icra edən Rahim Məmmədovun xx.xx.2022-ci il tarixli, 101 nömrəli göndərişinə əsasən məhkəmə-kimya şöbəsində aparılan məhkəmə-kimyəvi tədqiqat nəticəsində miqdarının az qalması səbəbindən narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən İddiaçı məxsus 32/K və 77/K nömrəli qan nümunələrinin miqdarı az olduğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. Narkotik, psixotrop və güclü təsiredici maddələrin insan orqanizmində qalma müddəti maddənin növündən, insan orqanizminin individuallığından, eləcə də epizodik və mütəmadi istifadədən asılıdır, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K nömrəli akt əsasında) götürülmüş ilkin və sonrakı qan və sidik nümunələrinin tərkibində heç bir narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” X20 xx.xx.2022-ci il tarixli, 2869/k nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X11” X20 Məhkəmə-kimya şöbəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də sintetik kannabinoid (JWH) aşkar edilmədi. xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən 32/K nömrəli ekspert aktından (ilkin müayinə) və xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən 90/K nömrəli ekspert rəyindən (sonrakı müayinə) görünür ki, keçirilmiş məhkəmə-kimyəvi tədqiqat GCMS-2010 SHUMADZU Kütlə spekrometriyalı qaz xromatoqrafında aparılmışdır. Lakin aparılmış tədqiqat zamanı aşkar olunan xromatoqrafik piklərə aid olan xromatoqrammaların təqdim edilməməsi səbəbindən (MN “MTE və PAM”-də olan GCMS-2010 SHUMADZU Kütlə spekrometriyalı qaz xromatoqrafında texniki nasazlıq baş verdiyindən piklər silinmişdir.) 32/K nömrəli aktda qeyd edilən Kannabinodlərin (Marixuana, Həşiş, Həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Space) nümayəndəsi olan və tərkibində Naftil-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izlərinin olub-olmaması barədə heç bir fikir söyləyə bilmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırkı təlimatlarına əsasən bioloji obyektler 1 (bir) il müddətində saxlanılır. xx.xx.2021-ci il tarixli (32/K nömrəli akt əsasında) İddiaçı götürülmüş (ilkin) sidik nümunəsi müsbət nəticə verdiyindən və məhkəmə araşdırması bitmədiyindən həmin nümunə ləğv edilməmiş və təlimatlara uyğun olaraq mənfi (-) 2°-dən mənfi (-) 20°-dək temperatur hüdudunda saxlanılmışdır. Həmin sidik nümunəsi müayinə üçün yararlı hesab olunduğundan yenidən sidik nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmış və nəticədə barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də sintetik kannabinoid (JWH) aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixli, 90/K nömrəli rəydə qeyd olunan xx.xx.2021-ci il tarixli, 77/K nömrəli akt əsasında İddiaçı götürülmüş nümunələr neqativ nəticə göstərdiyindən və saxlanma müddəti bitdiyindən məhv edilmiş, bu səbəbdən nümunələrdə yenidən məhkəmə-kimyəvi tədqiqatın aparılması mümkün olmamışdır. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası X13 - Hərbi Hava Qüvvələri komandanının xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmri ilə baş gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı sözügedən əmrin qanunsuz və əsassız olduğunu əsas gətirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə-tibbi ekspertiza rəylərinə əsasən İddiaçı hazırkı qan və sidik nümunələrinin tərkibində narkotik maddə və ya psixotrop maddə aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli, 32/k nömrəli maddi sübutların tədqiqatı barədə aktda qeyd edilən hallar sübuta yetirilə bilinmədiyi üçün İddiaçı narkotik və ya psixotrop maddələrdən istifadə etməsini istisna edən hal kimi qiymətləndirmişdir. Cavabdeh inzibati orqan tərəfindən 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmr verilərkən maddi hüquq normasının tələblərinə əməl olunmamış, iddiaçı barəsində araşdırma yekunlaşmadan, ekspertiza yekunlaşmadan əlverişsiz inzibati akt tərtib edilmişdir. Araşdırmanın nəticəsi olaraq Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2021-ci il tarixli, 90/k nömrəli maddi sübutun məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən İddiaçı məhkəmə-kimyəvi tədqiqat nəticəsində qan, sidik və tük nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar olunmamış, N saylı hərbi hissənin təhqiqatçısı X2 02 aprel 2021-ci il tarixli, 17 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə əməlində heç bir hüquq pozuntusunun olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi ekspertizası ilə İddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K nömrəli akt əsasında) götürülmüş ilkin və sonrakı qan və sidik nümunələrinin tərkibində heç bir narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi ekspertizası ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli (32/K nömrəli akt əsasında) İddiaçı götürülmüş (ilkin) sidik nümunəsi müsbət nəticə verdiyindən və məhkəmə araşdırması bitmədiyindən həmin nümunə ləğv edilməmiş və təlimatlara uyğun olaraq mənfi (-) 2°-dən mənfi (-) 20°-dək temperatur hüdudunda saxlanılmışdır. Həmin sidik nümunəsi müayinə üçün yararlı hesab olduğundan yenidən sidik nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmış və nəticədə barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də, sintetik kannabinoid (JWH) aşkar edilməmişdir. O cümlədən iş materiallarından görünür ki, iddiaçı hərbi xidmət zamanı qüsursuz xidmət göstərmiş və müsbət xarakterizə olunmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının sualına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, İddiaçı xidmət etdiyi hərbi hissədə bir qrup şəxslər barəsində narkotik vasitələrin istifadəsində şübhəli olmalarına dair məlumat daxil olmuş, hərbi hissə komandirinin göstərişinə əsasən hərbi hissədə xidmət keçən şəxslər müayinə üçün göndərilmişdir, lakin həmin məlumatlarda məhz iddiaçının adı qeyd edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-1(120)-195/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-302/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-302/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver