Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-303/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildən bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 19 yanvar N0N4-cü il tarixli, N-1(1N0)-410/N0N4 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildən bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(1N0)-3070/N0NN nömrəli qərardadı ilə məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildən bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1994-1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Təhsil almışdır. 1998-ci ildən N saylı hərbi hissədə leytenant rütbəsində tağım komandiri vəzifəsində hərbi xidmətə başlamışdır. Daha sonra 703, N və Cavabdehlərdə müxtəlif vəzifələrdə işləmişdir. N aprel N018-ci ildə öz arzusu ilə tərxis edilmişdir. xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək 704-cü motoatıcı briqadanın tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. Ona qulluq etdiyi dövrdə məharət dərəcəsi verilib verilib və N016-cı il üçün məharət dərəcəsinə pul təminatı ödənilib. Lakin, N017-N018-ci illər üçün eləcə də tərxis edildikdən sonra da məharət dərəcəsinə görə pul təminatı ödənilməmişdir. Halbuki ona verilmiş məharət dərəcəsi geri alınmamışdır və bu səbəbdən də məharət dərəcəsinə görə pul təminatı ödənilməlidir. Bununla bağlı Cavabdeh müraciət etsə də, ona ünvanlanmış ilkin məktubda məharət dərəcəsi verilmədiyi üçün pul təminatının ödənilmədiyi qeyd edilmişdir. Məharət dərəcəsi ona verilmişdir və geri alınmamışdır. Məharət dərəcəsi alınmadığı təqdirdə hər il üçün nəzərdə tutulmuş pul təminatı ödənilməlidir. Bununla bağlı hərbi hissəyə yenidən müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli N- 1(1N0)NN5/N0NN saylı qərarına əsasən iddia tələbim qismən təmin edilərək məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması qərara alınmışdır. Cavabdeh tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.N0NN-ci il tarixli məktubda N017-ci ilə dair aidiyyatı sənədlərin məhv edilməsi səbəbindən iddia tələbinə cavab verilməsinin mümkün olmaması qeyd edilmişdir. Halbuki ona ünvanlanmış ilkin məktubda məharət dərəcəsi verilmədiyi üçün pul təminatının ödənilmədiyi qeyd edilmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddəti 30 gün müəyyən etmişdir. Şirvan İnzibati Məhkəməsinin N-1(1N0)- 3070/N0NN nömrəli, 17 noyabr N0NN-ci tarixli sərəncamından və materiala əlavə edilmiş digər sənədlərdən görünür ki, İddiaçı ərizəsində xidmət etdiyi dövrdə ona məharət dərəcəsinin verildiyini, N016-cı il ərzində həmin dərəcəyə görə pul təminatının ödəndiyini, lakin N017- N018-ci illər üçün eləcə də tərxis edildikdən sonra pul təminatının ödənilmədiyni bildirmişdir. İddiaçı Müdafiə nazirinin 1N yanvar N018-ci il tarixli 0N0 nömrəli əmri ilə “Hərbi xidmətkəçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün N nömrəli hərbi hissə komandirinin N aprel ıi tarixli 117 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Bundan əlavə N nömrəli hərbi hissə tərəfindən Hüquq şöbəsinə təqdim edilən arayışdan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olarkən N016-cı il üçün ona məharət dərəcəsinə görə pul təminatı ödənilmiş, lakin N017-ci ilin yanvar ayından etibarən məharət dərəcəsinə görə pul təminatı ödənilməmişdir. Yuxarıda qeyd olunanlarda görünür ki, İddiaçı məharət dərəcəsinə görə pul təminatının ödənilməməsi (dayandırılması) N017-ci ildən ona məlum olsa da o, bu barədə yalnız N0NN-ci ilin noyabr ayında bərpa edilməsi barədə iddia ilə müraciət etmişdir. Məhkəmədən iddia müddəti keçdiyi üçün İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N016-ci il tarixli 0N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin N-ci bəndinə əsasən məharət dərəcələri 3-cü, N-ci, 1-ci və usta məharət dərəcləri olmaqla 4 qrupa bölünür, lakin İddiaçı ərizəsində neçənci məharət dərəcəsinə malik olması ilə bağlı heç bir qeydiyyat aparmamışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin N dekabr N014-cü il tarixli, 347 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, həmin hərbi hissədə 4-cü tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olmuş, Müdafiə nazirinin 1N yanvar N018-ci il tarixli 0N0 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün N nömrəli hərbi hissə komandirinin N aprel N018-ci il tarixli 117 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Cavabdeh komandirinin N aprel N018-ci il tarixli 117 nömrəli əmrində iddiaçi İddiaçı hər hansısa məharət dərəcəsinə malik olması barədə heç bir qeyd yoxdur. Yenidən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli müvafiq əmri ilə ehtiyatdan həqiqi hərbi xidmətə daxil olmuş və xx.xx.N0NN-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan əlavə N nömrəli hərbi hissə tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.N0NN-ci il tarixli NN70 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissədə N017-ci il üçün məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə aidiyyəti sənədlərin saxlama müddəti keçdiyi üçün həmin sənədlər məhv edildiyindən İddiaçı həmin dövrdə məharət dərəcəsinin hansı səbəbdən dayandırılmasını müəyyən etmək mümkün olmamışdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı Müdafiə nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildan bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə əlavə etiraz təqdim edilərək, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən N015-ci ilin dekabr ayında N016-cı il üçün nəzərdə tutulmuş məharət dərəcəsinin verilməsi üzrə sınaqlarda iştirak etmiş, sınaqların nəticələrinə əsasən İddiaçı N1N nömrəli hərbi hissə komandirinin N5 dekabr N015-ci il tarixli əmri ilə N016-cı il üçün nəzərdə tutulan məharət dərəcəsi verilmiş, buna görə də N016-cı il ərzində N nömrəli hərbi hissədə iddiaçı Əhmədova N-ci məharət dərəcəsinə görə pul təminatı ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N016-ci il tarixli 0N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən hərbi qulluqçulara N-ci məharət dərəcəsi 1 il müddətinə verilir və hər bir hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzə sınaqlara cəlb olunmalıdır. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən hərbi qulluqçu məharət dərəcəsini təsdiq etdimək (artırmaq) üçün, bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra komandirə (rəisə) raportla (1 nömrəli əlavə) müraciət etməlidir. Bundan sonra məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqların başlanmasına iki həftədən gec olmayaraq hərbi hissədə (müəssisədə və təşkilatda) ixtisaslar və məharət dərəcələri üzrə müvafiq siyahılar (N nömrəli əlavə) tərtib edilərək müvafiq komissiyalara təqdim olunur. Lakin, İddiaçı N017-ci il üçün nəzərdə tutulan məharət dərəcəsinin verilməsi üçün hərbi hissə komandirinə raportla müraciət etməmiş, buna görə də İddiaçı adı N nömrəli hərbi hissə tərəfindən N016-cı ilin dekabr ayında N017-ci n nəzərdə tutulan məharət dərəcəsinin verilməsinə (təsdiq edilməsinə) görə sınaqlar keçirən komissiyaya təqdim edilməmişdir. İddiaçı adı komissiyaya təqdim edilmədiyinə görə N017-ci il üçün nəzərdə tutulan məharət dərəcəsinin verilməsi üzrə sınaqlarda iştirak etməmiş, sınaqların nəticələri barədə komissiya tərəfindən olunan aktda sonuncunun adı qeydə alınmamış və nəticədə N017ci il üçün nəzərdə tutulan məharət dərəcəsinin verilməsinə (təsdiq edilməsinə) görə N1N nömrəli hərbi hissə komandirinin N016-cı ilin dekabr ayındakı əmrində iddiaçi İddiaçı adı qeydə alınmışdır. Buna görə də İddiaçı N-ci məharət dərəcəsinə görə pul təminatının ödənilməsi N017-ci ilin yanvar ayından etibarən N nömrəli hərbi hissədə dayandırılmışdır. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən məharət dərəcəsinin verilməsinə (təsdiq edilməsinə) təqdim edilən hərbi qulluqçuların peşəkarlıq səviyyəsini müəyyənləşdirmək üçün Əsasnamənin 3-cü bəndinə uyğun olaraq müvafiq məharət dərəcəsini vermək hüququ olan r şəxslərin əmri ilə hər tədris ilində komissiyalar yaradılır. Həmin Əsasnamənin N3-cü bəndinə əsasən məharət dərəcəsinin verilməsi (təsdiq əsi) üzrə sınaqların nəticələri müvafiq aktda göstərilir və akt komissiyanı təyin edən müvafiq vəzifəli şəxsə təsdiq üçün təqdim edilir. Həmin Əsasnamənin N3.1-ci və N3.N-ci yarımbəndlərinə əsasən təsdiq edilmiş akt əsasında, hazırlıq dövrünün başa çatmasına 5 gündən gec olmayaraq, hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) haqqında əmr verilir. Əmrdən çıxarışlar hərbi hisslərə (müəssisə və təşkilatlara) göndərilir. Hərbi qulluqçuya məharət dərəcəsinin verilmə (təsdiq edilmə) tarixi, məharət dərəcəsinin verilməsi haqqında əmrin imzalandığı gündən hesab olunur. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı Müdafiə nazirliyinin N nömrəli hərbi nə qarşı “məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildən bu günə məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi” onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut niməmişdir. İddiaçı Müdafiə nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildan bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi” tələbinə dair ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 yanvar N0N4-cü il tarixli, N-1(1N0)-410/N0N4 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdrımamış və nəticədə qanuni və əsaslı olmayan yekun məhkəmə aktı qəbul etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N4-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun Maddə 37.N. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Hərbi xidmətkeçmə haqqında” Əsasnamə “Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdənburaxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün; hərbi xidmətdən buraxılmazdan qabaq həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlətidarələrində, müəssisələrində və təşkilatlarında işləmiş hərbi qulluqçular üçün — həqiqi hərbi xidmətdən buraxılmasına dair əmrin imzalandığı gün”. “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamə Bənd 14. Hərbi qulluqçulara 1-ci məharət dərəcəsi N il müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. Bənd N9. Aşağıdakı hallar hərbi qulluqçunun məharət dərəcəsinin verilməsi (təsdiqedilməsi) üzrə keçirilən sınaqlarda iştirak etməməsi üçün üzrlü səbəb hesab edilir: Bənd N9.3. Xəstəliyə, ailə vəziyyətinə, tədris və yaradıcılıq, hamiləliyə, doğuşa və eləcədə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə məzuniyyətlərdə olduqda (uşağa bilavasitə qulluq edən valideynlərin biri, yaxud ailənin digər üzvü). “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildən bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, N017-ci il tarixdə İddiaçı Hərbi Hissədə xidməti qulluq etmiş, vəzifə maaşından əlavənin kəsildiyini bilmiş, sınaq imtahanlarının keçirilməsi və digər hərbi qulluqçulara məharət dərəcələrinin artıq verilməsi barədə məlumatlı olmuşdur, Hərbi Hissədə həmin dövrdə sınaq imtahnalarında iştirakının hansı səbəbdən təmin olunmaması və ya yenidən sınaq imtahanlarda iştirak etməsi barədə rəsmi müraciətlər edə bilərdi, müraciəti təmin olunmadığı təqdirdə məhkəməyə müraicət edə bilərdi. Lakin o, N017-ci ilin avqust-sentyabr aylarında tərxis edilməsi barədə müraciət etmiş və N018-ci ilin aprel ayında tərxis olunmuşdur. İddiaçı sınaq imtahanlarına qoşulmaq üçün müraciətlər etdiyini bildirmiş, lakin iş materiallarında hər hansı bir sübut aşkar edilməmişdir. İddiaçı N015-cı il tarixdə müvafiq əmrlə ona “Qüsursuz xidmətə görə” N-ci dərəcə medalı ilə təltif edilməsi ilə bağlı N-ci məharət dərəcəsinə görə vəzifə maaşından əlavə verildiyini bildirmiş, N017-ci il tarixdə vəzifə maaşından əlavə kəsilən zaman onun barəsində əmr tərtib edilməli olduğunu, lakin onun barəsində heç bir əmr tərtib edilmədən qanunsuz olaraq məharət dərəcəsinə görə pul təminatının kəsildiyini iddia etmişdir. Məhkəmə tərəfindən diqqətə çatdırılır ki, hazırki halda N017-ci il tarixli məharət dərəcəsini artırmaq üçün sınaq imtahanlarının keçirildiyi, lakin iddiaçının sınaq imtahanlarında iştirak etməməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-ci il tarixdə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Şirvan şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 64-də qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin xx.xx.N0N3-cü il tarixli, N saylı arayışa əsasən, Cavabdeh xidmət etdiyi xx.xx.N016-cı il tarixdən xx.xx.N016-cı il tarixədək N-ci məharət dərəcəsinə görə pul təminatı ödənilmişdir. Lakin xx.xx.N017-ci il tarixdən xx.xx.N018-ci il tarixədək olan dövrdə məharət dərəcəsinə görə pul təminatı ilə təmin olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli, 4/N- 871 saylı məktubuna əsasən, Cavabdeh N017-N0NN-ci il tarixli sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə təhvil verilmədiyindən İddiaçı hərbi qulluğuna və məharət dərəcəsinə görə pul təminatının ödənilməsi barədə araşdırma apara bilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli məktubuna əsasən, hərbi qulluqçulara məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) Azəraycan Respublikası Müdafiə nazirinin xx.xx.N016-cı il tarixli 0N nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında" Əsasnamə ilə tənzimlənir. Qeyd edilən Əsasnamənin 14-cü maddəsinə uyğun olaraq hərbi qulluqçular, onlara verilmiş N-ci məharət dərəcəsini hər il müvafiq qaydada təsdiq etdirməlidirlər. İddiaçı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində saxlanılan şəxsi (pensiya) işi araşdırılarkən məlum olmuşdur ki, N nömrəli hərbi hissənin tabe olduğu N1N nömrəli hərbi hissə komandirinin xx.xx.N015-ci il tarixli müvafiq əmri ilə İddiaçı N-ci məharət dərəcəsi verilmişdir. N015-ci ildə verilmiş N-ci məharət dərəcəsinə görə vəzifə maaşının 15% həcmində əlavə İddiaçı N016-cı il ərzində (1 il) ödənilmişdir. Yuxarıda qeyd edilən Əsasnamənin tələblərinə zidd olaraq İddiaçı malik olduğu N-ci məharət dərəcəsini N017- N018-ci illərdə müvafiq qaydada təsdiq etdirməmişdir və bu səbəbdən də ona qeyd edilən dövr üçün məharət dərəcəsinə görə əlavə ödənilməmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N018-ci il tarixli 117 saylı əmri ilə hərbi xidmətdən ehtiyata tərxis edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin xx.xx.N018-ci il tarixli, 1591 saylı məktubuna əsasən, İddiaçı N016-cı il üçün məharət dərəcəsinə görə pul təminatı ödənilmiş, lakin N017-N018-ci illər ərzində müvafiq əmrlərə əsasən məharət dərəcəsi verilmədiyi üçün məharət dərəcəsinə görə pul təminatı ödənilməyib. İşdə olan EZ seriyalı ******* saylı hərbi biletin surətinə əsasən, İddiaçı xx.xx.N018ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, öz arzusu ilə ehtiyata buraxılmış, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək 704-cü motoatıcı briqadanın tərkibində Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak etmiş, barotravma: hər iki təbil pərdəsinin quru perforasiyası, xx.xx.N0N0-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır, xx.xx.N0N0-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Səfərbərlikdən tərxis edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin xx.xx.N0N1-ci il tarixli, 1144 nömrəli məktubu ilə ünvanlanmış xx.xx.N0N1-ci il tarixli arayışa əsasən, o, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantı, xx.xx.1998-ci il tarixdən xx.xx.N004-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N004-cü il tarixdən N1,04.N007-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N007-ci il tarixdən xx.xx.N011-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N011-ci il tarixdən xx.xx.N014-cü il tarixədək 70N saylı hərbi hissədə, xx.xx.N014-cü il tarixdən xx.xx.N018-ci il tarixədək Cavabdeh həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N018-ci il tarixli əmri ilə "Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156- cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qismən səfərbərliklə əlaqədar xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0ci il tarixədək 704 saylı nərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak edib. xx.xx.N0N0-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N0-ci il tarixli əmrinə əsasən, 31.1N N0N0-ci il tarixdə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Səfərbərlikdən tərxis olunmuşdur. xx.xx.N0N1-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində hərbi qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı saylı Hərbi Hissənin xx.xx.N018-ci il tarixli, 4N saylı təyinat vərəqəsinə əsasən, kapitan hərbi rütbəli İddiaçı xx.xx.N018-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan rayon şöbəsinə qeydiyyata durmaq üçün getməsi əmr edilmişdir. İşdə olan N saylı saylı Hərbi Hissənin xx.xx.N0NN-ci il tarixli, 85N saylı məktubuna əsasən, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı N017-ci və N018-ci il ərzində məharət dərəcəsi pul təminatının ödənilməsi üçün müvafiq əmrlər olmadığına görə təmin olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli məktubuna əsasən, hərbi qulluqçulara məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N016-cı il tarixli 0N nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında" Əsasnamə ilə tənzmlənir. Qeyd edilən Əsasnamənin 14-cü maddəsinə uyğun olaraq hərbi qulluqçular, onlara verilmiş N-ci məharət dərəcəsini hər il müvafiq qaydada təsdiq etdirməlidirlər. İddiaçı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində saxlanılan şəxsi (pensiya) işi araşdırılarkən məlum olmuşdur ki, N nömrəli hərbi hissənin tabe olduğu N1N nömrəli hərbi hissə komandirinin xx.xx.N015-ci il tarixli müvafiq əmri ilə İddiaçı N-ci məharət dərəcəsi verilmişdir. N015-ci ildə verilmiş N-ci məharət dərəcəsinə gerə vəzifə maaşının 15% həcmində əlavə, İddiaçı N016-cı il ərzində 1 (bir) il ödənilmişdir. Yuxarıda qeyd edilən Əsasnamənin tələblərinə zidd olaraq İddiaçı malik olduğu N-ci məharət dərəcəsini 1 ildən sonra, yəni N016-cı ilin dekabr ayında, sonra isə N017-ci ilin dekabr ayında müvafiq qaydada təsdiq etdirməmişdir və bu səbəbdən də ona N017 və N018-ci illərdə məharət dərəcəsinə görə əlavə ödənilməmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N018-ci il tarixli 117 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Həmçinin İddiaçı şəxsi işindən çıxarış göndərilmiş, şəxsi işindən çıxarışa əsasən, xx.xx.N015-ci il tarixli əmrlə N-ci məharət dərəcəsi verilməsi barədə qeyd olduğu müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin 3-43-57/N-36/N0N4 nömrəli məktubu ilə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli məktubuna əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində hərbi qeydiyyatda olan 1976-cı il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xidməti arayışı, nizami hissə üzrə əmrdən çıxarışı və təqdimatların təsdiq olunmuş kserosurətləri ünvana göndərilir. Ehtiyatda olan mayor İddiaçı Xidmətin Şirvan şəhər şöbəsində olan 861 nömrəli N-ci nüsxə şəxsi işində məharət dərəcələri ilə bağlı hər hansı bir məlumat qeyd edilməmişdir. Təqdim edilmiş sənədlər arasında “Qüsursuz xidmətə görə” 3-cü dərəcə medalı ilə təltif edilməsi barədə xx.xx.N015-ci il tarixli və “Qüsursuz xidmətə görə” N-ci dərəcə medalı ilə təltif edilməsi barədə xx.xx.N016-cı il tarixli və xx.xx.N017-ci il tarixli Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, öz arzusu ilə ehtiyata buraxılması barədə Cavabdeh tərəfindən verilmiş təqdimatlar mövcuddur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantı, xx.xx.1998-ci il tarixdən xx.xx.N004-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N004-cü il tarixdən xx.xx.N007-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N007-ci il tarixdən xx.xx.N011-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N011-ci il tarixdən xx.xx.N014-cü il tarixədək 70N saylı hərbi hissədə, xx.xx.N014-cü il tarixdən xx.xx.N018-ci il tarixədək Cavabdeh həqiqi hərbi xidmətdə olmuşdur. “Qüsursuz xidmətə görə” 3-cü dərəcə medalı ilə təltif edilməsi barədə xx.xx.N015-ci il tarixli və “Qüsursuz xidmətə görə” N-ci dərəcə medalı ilə təltif edilməsi barədə xx.xx.N016-cı il tarixli təqdimatlar verilməsi müəyyən edilmiş və N015-ci ildə verilmiş N-ci məharət dərəcəsinə görə vəzifə maaşının 15% həcmində əlavə İddiaçı N016cı il ərzində (1 il) ödənilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N018-ci il tarixli 117 saylı əmri ilə hərbi xidmətdən ehtiyata tərxis edilmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə prosesində N016-cı ilin dekabr ayında növbəti il üçün, yəni N017-ci il üçün məharət dərəcəsini almaq və təsdiq etdirmək üçün müraciətlər etdiyini, N017-ci ilin yanvar ayında sınaq imtahanlarının keçirildiyini, onun həmin imtahanlara çağırılmadığını, digər hərbi qulluqçuların isə iştirak etdiyini, sonradan imtahanda iştirak etmək üçün hərbi hissəyə müraciət etdiyini, hərbi hissədən isə onu növbəti dəfə çağıracaqlarını və verəcəklərini bildirdiklərini, yaddaşı itdiyi hərbi hissənin komandirinin kim olduğunu artıq unutduğunu, sonralar həmin proseslər barədə unutduğunu, ona qarşı digər haqsızlıqlar olduğu üçün N017-ci ilin avqust-sentyabr aylarında tərxis olunması barədə müraciət etdiyini, müayinələrdən keçdiyini, Hərbi Hissə tərəfindən dekabr ayında onun adını məharət dərəcəsi üçün siyahıya alacaqları barədə söz verdiklərini, lakin heç bir tədbir görmədiklərini, sonradan isə N018-ci il tarixdə tərxis olunduğunu bildirmişdir. Ona N1N nömrəli hərbi hissə komandirinin xx.xx.N015-ci il tarixli müvafiq əmri ilə 1 il müddətinə N-ci məharət dərəcəsi verildiyini, N017-ci il tarixdə isə məharət dərəcəsi üçün nəzərdə tutulan pul məbləği kəsildiyini, pul məbləğinin hansı əmr əsasında kəsilməsi barədə cavabdeh orqan məlumat vermədiyini bildirir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli qərarına əsasən, hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına əlavələr müəyyən edilmiş, bu qərarın N-ci bəndinə əsasən, Azərbaycan Respublikası Müdafiə, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin N1 may N016-cı il tarixli 0N nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə hərbi qulluqçulara məharət (tibb hərbi uçot ixtisaslı hərbi qulluqçulara - ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin N-ci bəndinə əsasən, şəxsi heyətin yüksək təlim və tərbiyəsini, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start), idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: 3-cü məharət dərəcəsi; N-ci məharət dərəcəsi; 1-ci məharət dərəcəsi; usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, təyyarəçitəlimatçılara və hərbi şturman-təlimatçılara “snay-per“ dərəcəsi). Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, məharət dərəcəsini vermə hüququna aşağıdakı şəxslər malikdirlər: .... 3.3. N-ci məharət dərəcəsi - Müdafiə Nazirliyinin baş idarə, müstəqil idarə rəisləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, birlik komandirləri (onların bilavasitə tabeliyində olan hərbi hissə, müəssisə və təşkilatların hərbi qulluqçularına). Həmin Əsasnamənin 1N-ci bəndinə əsasən, sınaqlar müvafiq komissiyalar tərəfindən bilavasitə hərbi hissələrdə ildə iki dəfə -hazırlıq dövrlərində keçirilir. Həmin Qaydaların 14-cü bəndinə əsasən, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) məharət dərəcəsi aşağıda qeyd olunan müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır: 3-cü məharət dərəcəsi - 1 il; N-ci məharət dərəcəsi - 1 il. Həmin Əsasnamənin 15.3-cü bəndinə əsasən, hərbi qulluqçu malik olduğu məharət dərəcəsinin artırılması üzrə sınaqlara məharət dərəcəsini (3-cü dərəcə istisna olmaq-la) ən azı bir dəfə təsdiq etdirdiyi təqdirdə, 14-cü bənddə qeyd olunan müddət bitdikdən sonra buraxılır. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən, hərbi qulluqçu (o cümlədən 15-ci bənddə qeyd olunan və sərəncamda olan hərbi qulluqçular) məharət dərəcəsini təsdiq etdirmək (artırmaq) üçün bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra komandirə (rəisə) raportla (1 nömrəli əlavə) müraciət etməlidir. Məharət dərəcəsinin artırılması üçün müraciət etmiş hərbi qulluqçuların namizədliyi hərbi hissənin attestasiya komissiyası tərəfindən araşdırılaraq layiqliləri müəyyənləşdirilir. Məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqların başlanmasına iki həftədən gec olmayaraq hərbi hissədə (müəs- sisədə və təşkilatda) ixtisaslar və məharət dərəcələri üzrə müvafiq siyahılar (N nömrəli əlavə), aviasiyanın uçuş heyəti üçün isə əlavə olaraq məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün təqdimat (3,4,5 nömrəli əlavələr) tərtib edilərək (zabit və gizirlər üçün kadr orqanları tərəfindən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün –təşkilati-səfərbərlik orqanları tərəfindən) müvafiq komissiyalara təqdim olunur. Həmin Əsasnamənin 16.1-ci bəndinə əsasən, siyahılara hər bir hərbi qulluqçunun xidməti xasiyyətnaməsi və xidmət vərəqəsindən çıxarış əlavə edilir. Xidməti xasiyyətnamənin sonunda hərbi qulluqçunun məharət dərəcəsinin təsdiq edilməsinə (artırılmasına) layiq olması (yaxud olmaması) qeyd edilir. Həmin Əsasnamənin N7-ci bəndinə əsasən, sınaqların nəticələrinə görə məharət dərəcəsini təsdiq etdirməyən, həmçinin məharət dərəcəsinin verilməsindən sonra keçən müddət ərzində intizam qaydasında cəzalanan hərbi qulluqçuların məharət dərəcəsi bu Əsasnaməyə uyğun olaraq, müvafiq vəzifəli şəxsin əmri ilə faktiki hazırlıq səviyyəsinə uyğun aşağı salınır. Sınaqlarda üzürsüz səbəbdən iştirak etməyən hərbi qulluqçular (uçuş heyətindən başqa), müvafiq vəzifəli şəxsin əmri ilə məharət dərə-cəsindən məhrum edilirlər (uçuş heyəti hərbi qulluqçularının mə-harət dərəcəsi eyni səbəbdən bir pillə aşağı endirilir). Həmin Əsasnamənin 33-cü bəndinə əsasən, başqa hərbi uçot ixtisasına uyğun vəzifəyə təyin edilmiş hərbi qulluqçunun məharət dərəcəsi, Əsasnamənin 14-cü bəndində qeyd olunan müddətlər başa çatanadək saxlanılır və təyin olunmuş müddət bitdikdə o, malik olduğu məharət dərəcəsini yeni təyin olunduğu ixtisas üzrə təsdiq etdirməlidir. Həmin Əsasnamənin 34-cü bəndinə əsasən, ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının əvvəlki hərbi xidmət dövründə malik olduqları məharət dərəcəsi bir il müddətinə qədər qüvvədə saxlanılır və bu müddətdə keçirilən növbəti sınaqlar zamanı onlar malik olduqları məharət dərəcəsini müəyyən edilmiş qaydada təsdiq etdirməlidirlər. İddiaçı N016-cı ilin dekabr ayı üçün raportla cavabdeh orqana müraciət etməsini iddia etməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı iddiaçının N017-ci ildə məharət dərəcəsi almaq üçün raportla müraciət etməsi barədə heç bir məlumat aşkar edilməmişdir. İddiaçı xx.xx.N015-ci il tarixli müvafiq əmr ilə N-ci məharət dərəcəsi verilmiş, N015-ci ildə verilmiş N-ci məharət dərəcəsinə görə vəzifə maaşının 15% həcmində əlavə iddiaçıya N016-cı il ərzində (1 il) ödənilmişdir. İddiaçı malik olduğu N-ci məharət dərəcəsini N017-N018-ci illərdə yuxarıda qeyd edilən hüquq normalarına uyğun müvafiq qaydada təsdiq etdirməmiş və bu səbəbdən də ona qeyd edilən dövr üçün məharət dərəcəsinə görə əlavə ödənilməmişdir. Həmçinin, iddiaçı N017-ci il tarixdə Hərbi Hissədə xidməti qulluq etmiş, vəzifə maaşından əlavənin kəsildiyini bilmiş, sınaq imtahanlarının keçirilməsi və digər hərbi qulluqçulara məharət dərəcələrinin artıq verilməsi barədə məlumatlı olmuşdur, Hərbi Hissədə həmin dövrdə sınaq imtahnalarında iştirakının hansı səbəbdən təmin olunmaması və ya yenidən sınaq imtahanlarda iştirak etməsi barədə rəsmi müraciətlər edə bilərdi, müraciəti təmin olunmadığı təqdirdə məhkəməyə müraicət edə bilərdi. Lakin o, N017-ci ilin avqust-sentyabr aylarında tərxis edilməsi barədə müraciət etmiş və N018-ci ilin aprel ayında tərxis olunmuşdur. İddiaçı sınaq imtahanlarına qoşulmaq üçün müraciətlər etdiyini bildirmiş, lakin iş materiallarında hər hansı bir sübut aşkar edilməmişdir. İddiaçı N015-cı il tarixdə müvafiq əmrlə ona “Qüsursuz xidmətə görə” N- ci dərəcə medalı ilə təltif edilməsi ilə bağlı N-ci məharət dərəcəsinə görə vəzifə maaşından əlavə verildiyini bildirmiş, N017-ci il tarixdə vəzifə maaşından əlavə kəsilən zaman onun barəsində əmr tərtib edilməli olduğunu, lakin onun barəsində heç bir əmr tərtib edilmədən qanunsuz olaraq məharət dərəcəsinə görə pul təminatının kəsildiyini iddia etmişdir. Məhkəmə kollegiyası qeyd ki, N015-ci ildə N-ci məharət dərəcəsinə görə vəzifə maaşının 15% həcmində əlavənin İddiaçı N016-cı il ərzində 1 il müddətinə verilməsi nəzərdə tutulmuş, müddət bitdikdən sonra isə avtomatik olaraq vəzifə maaşına əlavə pul təminatı kəsilmişdir. Bunun üçün hər hansı əmr verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N1 may N016-cı il tarixli 0N nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamənin 33-cü bəndinə əsasən, başqa hərbi uçot ixtisasına uyğun vəzifəyə təyin edilmiş hərbi qulluqçunun məharət dərəcəsi, Əsasnamənin 14-cü bəndində qeyd olunan müddətlər başa çatanadək saxlanılır və təyin olunmuş müddət bitdikdə o, malik olduğu məharət dərəcəsini yeni təyin olunduğu ixtisas üzrə təsdiq etdirməlidir. Həmin Əsasnamənin N7-ci bəndində qeyd edildiyi kimi, sınaqların nəticələrinə görə məharət dərəcəsini təsdiq etdirməyən hərbi qulluqçuların məharət dərəcəsi bu Əsasnaməyə uyğun olaraq, müvafiq vəzifəli şəxsin əmri ilə faktiki hazırlıq səviyyəsinə uyğun aşağı salınır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki halda N017-ci il tarixli məharət dərəcəsini artırmaq üçün sınaq imtahanlarının keçirilsə də, lakin iddiaçı N017-ci il üçün nəzərdə tutulan məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün hərbi hissə komandirinə raportla müraciət etməmiş, buna görə də İddiaçı adı N nömrəli hərbi hissə tərəfindən N016-cı ilin dekabr ayında N017-ci il üçün nəzərdə tutulan məharət dərəcəsinin verilməsinə (təsdiq edilməsinə) görə sınaqlar keçirən komissiyaya təqdim edilməmişdir. İddiaçı adı komissiyaya təqdim edilmədiyinə görə N017-ci il üçün nəzərdə tutulan məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlarda iştirak etməmiş, sınaqların nəticələri barədə komissiya tərəfindən tərtib olunan aktda sonuncunun adı qeydə alınmamış və nəticədə N017-ci il üçün nəzərdə tutulan məharət dərəcəsinin verilməsinə (təsdiq edilməsinə) görə N1N nömrəli hərbi hissə komandirinin N016-cı ilin dekabr ayındakı əmrində İddiaçı adı qeydə alınmamış və bu səbəbdən İddiaçı N-ci məharət dərəcəsinə görə pul təminatının ödənilməsi N017-ci ilin yanvar ayından etibarən N nömrəli hərbi hissədə dayandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 yanvar N0N4-cü il tarixli, N-1(1N0)-410/N0N4 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 10N5, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-303/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-303/2024
15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver