Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-304/2024 22.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı və vəkili Hüseynov Sənan Qabil oğlunun, cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi Şikarlı Rüstəm Allahşükür oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(120)-252/2024 nömrəli qərarından cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hüququnun yarandığı həmin vaxtdan ödənilməyən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin hesablanıb ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 24 yanvar 2024-cü il tarixli, 2- 1(120)-252/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı tarixdən, 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Belə ki, ona məxsus AT-V ******* nömrəli əmək kitabçasından göründüyü kimi, o, xx.xx.2006-cı ilədək, Şirvanneft” Neft və Qazçıxarma idarəsinin Neft hazırlama və vurma sexində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmtəə operatoru, xx.xx.1997-ci il tarixdən xx.xx.1997ci il tarixədək maşinist, "xxxx" Birgə Məhdud Məsuliyyətli Müəssisəsinin NKHS-ində xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək maşinist peşəsi vəzifəsində çalışmışdır. Cavabdejh orqan tərəfindən 8 il 9 ay 28 gün (xx.xx.1997-xx.xx.2005-ci il tarixləri asındakı dövr qəbul edilmişdir.2 nömrəli Siyahının “10.2. Neft, qaz və qaz kondensatının hasilatıa)fəhlələr: neft və qaz hasilatı üzrə operatorlar; quyuların yeraltı təmiri üzrə operatorları; neft qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər; quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar; quyuların əsaslı təmirinin qazmaçıları” nəzərdə tutulmuşdur. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda "Shirvan Operating Company Limited" şirkətinin Neft Kompleks Hazırlanması və vurulması Sexində (NKHVS) 5-ci dərəcə texnoloji nasosların maşinist peşəsində işləyir. Bundan əlavə o, həmin idarənin 28 08 1990-cı il tarixli 76k sayli əmrlə 30.08 1990-cı il ildə NKHV Sexində 3-cü dərəcəli əmtəə operatoru vəzifəsində işə qəbul edilmişdir. 03 03 1997-ci ilə qədər bu peşə üzrə işləmişdir. İşləmiş olduğu iş yeri tərəfindən ona verilən arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il, 12 saylı Qərarının 10-cu bəndinin 10.02 yarımbəndinə əsasən onun "Sirvanneft" NOÇİ,"xxxx" BMMM və "Shivan OCL" şirkətində 25 il, 01 ay, 17 gün iş stajı güzəştli şərtlərlə əmək stajı hesab edilmişdir. xx.xx.1997-ci il tarixli 38/k sayl əmrlə xx.xx.1997-ci il tarixdən hal-hazıradək (xx.xx.2022-ci il tarixədək) "Sirvanneft" NOCİ, "xxxx" BMMM və "xxxx" Şirkətinin NKH sexində nasos qurğu maşinisti-texnoloji nasosların maşinisti peşəsində işləməsi də həmçinin qeyd olunub. İş yeri tərəfindən verilən arayışa əsasən o da qeyd olunur ki, İddiaçı vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş saatı nəzərə alınaraq onun "xxxx" BMMM-in və Shirvan OCL" sirkətinin Neftin Kompleks Hazırlanması və Vurulması Sexində 5-ci dərəcə texnoloji nasosların maşinisti peşəsi Azarbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı"nda 10-cu bənd əsasən Neft hasilatı fəsli a) fəhlələr, texnoloji nasosların maşinistləri peşəsinə uyğun olması qeyd olunub. (vəzifə kodu 1100000a-14754). Ona pensiya təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də işləmiş olduğu əmtəə operatoru vəzifəsinin kömrün, şistin, neftin və qaz kondesatorlarının emalı sahəsinə uyğun olmaması və iş stajının 8 il 9 ay 28 gün olmasını əsası ilə imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, yeraltı işlər, sənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Dublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində 10.5) əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçıya məxsus əmək kitabçasında və “Shırvan Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ona dair xx.xx.2022-ci il tarixli 16 nömrəli arayışında xx.xx.1990-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində NKHV sexində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi “Shırvan Operating Company LTD”-in fəaliyyət sahəsi yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli stajı 12 il 6 aydan az (8 il 9 ay 28 gün (xx.xx.1997-xx.xx.2005-ci il tarixləri asındakı dövr)) təşkil edir. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olduğundan Qanunun 9.1-ci maddəsinə əsasən kişilər üçün tələb olunan 60 yaş həddinə çatmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Shirvan Operating Company Limited" şirkətinin fəaliyyət sahəsi neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı sahəsinə uyğun deyildir. Bu səbəbdən də iddiaçının xx.xx.2006-cı il tarixinədək güzəştli iş stajı cəmi 8 il 9 ay 28 gün (xx.xx.1987 -xx.xx.2006) təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Şikarlı Rüstəm Allahşükür oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə etiraz etmişlər, həmçinin vəkil əlavə olaraq bildirmişdir ki, iddiaçı 1990-1997-ci illərdə faktiki olaraq maşinist vəzifəsini icra etsə də əmək kitabçasında vəzifəsi səhv olaraq əmttə operatoru kimi qeyd edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AT-V ******* nömrəli əmək kitabçasında olan qeydlərdən görünür ki, iddiaçı xx.xx.1986-cı il tarixdən hal-hazıradək fasilələrlə müxtəlif təşkilatlarda işləmişdir. - “Shirvan Operating Company Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2022-ci il tarixli, 727/12 saylı məktubunda bildirilir ki, İddiaçı “Shirvan Operating Company Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının təsis edildiyi xx.xx.2009-cu il tarixdən hazırkı vaxtadək Neftin kompleks hazırlanması və vurulması sexində texnoloji nasosların maşinisti peşəsində işləyir. - “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, SOCARın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli SOCAR**********80020123X00387 nömrəli arxiv arayışa əsasən İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neft hazırlama və vurma sexində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmtəə operatoru, həmin sexdə xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək maşinist, “Şirvan Birgə Məhdud Məsuliyyətli Müəssisəsinin NKHS-də xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək maşinist peşəsində işləmişdir. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (12 il ay 02 gün) işlədiyi maşinist peşəsi yerinə yetirilən işin xüsusiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz konsensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan texnoloji nasosların maşinistləri” peşəsi ilə eynilik təşkil edir. -“Shirvan Operating Company LTD" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2022-ci il tarixli, 16 saylı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələ üzrə iş stajı haqqında arayışda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda "Shirvan Operating Company Limited” şirkətinin Neftin Kompleks Hazırlanması və Vurulması Sexində (NKHVS) 5-ci dərəcə texnoloji nasosların maşinisti peşəsində işləyir. İddiaçı 28 08.1990-ct il tarixli 76/k saylı əmrlə 0.08.1990-cı il ildə NKHY Sexində 3-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul edilmişdir və xx.xx.1997-ci ilə qədər bu peşə üzrə işləmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 10-cu bəndinin 10.2. yarımbəndinə əsasən, (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və "xxxx" Şirkətində 25 il, 01 ay, 17 gün güzəştli şərtlərlə əmək stajı var. xx.xx.1997-cı il tarixli 38/k saylı əmrlə 03.03 1997-cı il tarixdən hal-hazıradək (xx.xx.2022ci il tarixədək) “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və "xxxx" Şirkətinin NKHV sexində nasos qurğu maşinisti-texnoloji nasosların maşinisti peşəsində işləyir (25 il, 01 ay, 17 gün) 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) fəhlələr. (Səh.66. Texnoloji nasosların maşinistləri). İddiaçı M,nni oğlunun vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun "Shirvan Oyl” BMMM-in və "xxxx" şirkətinin Neftin Kompleks Hazırlanması və Vurulması Sexində 5-ci dərəcə texnoloji nasosların maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nda 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz va qaz kondensatının hasilatı) a) fəhlələr: texnoloji nasosların maşinistləri peşəsinə uyğundur və "Əmək Pendsiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 9.1 yarımbəndinə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə 60 yaşına çatdığı zaman onun yaşa gorə əmək pensiyası hüququ vardır. -“Azneft” İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-1/2-2296/2023 nömrəli məktubunda bildirilir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin və "xxxx" Birgə Məhdud Məsuliyyətli Müəssisənin “İş yerlərinin attestasiyasf’nın nəticilərinə aid sənədlərin saxlanmadığına görə İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neft hazırlama və vurma sexində və "xxxx" Birgə Məhdud Məsuliyyətli Müəssisəsinin Neftin kompleks hazırlanması sexində əmtəə operatoru və maşinist (nasos qurğularının) peşəsində işlədiyi dövrdə əmək şəraitinin zərərli olub-olmadığını müəyyən etmək mümükün deyildir. İddiaçı SOCAR- ın Mərkəzi arxivdə saxlanılan əmək haqqı cədvəllərində zərərli əmək şəraitinə görə əlavə ödəniş haqqında qeydlər aşkarlanmadı. Eyni zamanda “Şirvanneft” NQÇİ-nin və "xxxx" Birgə Məhdud Məsuliyyətli Müəssisəsinin məzuniyyət əmrlərinin SOCARın Baş ofisinin Mərkəzi arxivində saxlanılmadığını (saxlanma müddəti bitmişdir) nəzərə alaraq bildirilmişdir ki, həmin təşkilatlarla fəaliyyət istiqaməti eyni olan “Azneft” İB-nin Neft və Qazçıxarma İdarələrinin (NQÇİ) müvafiq sahəsində (sexində) əmtəə operatoru peşəsində işləyən işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 05 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın 6-cı “Neft və qaz sənayəsi” bölməsinin “Neft quyusunun qazılması, neft və qazın hasilatı” yarımbölməsinin 14-cü sətirində qeyd edilən “əmtəə operatoru” peşəsinə, həmin sahələrdə (sexlərdə) nasos qurğularının maşinisti peşəsində işləyən işçilərə isə müvafiq Siyahının həmin bölməsinin “Neft, qaz və şistin emalı, qaz, neft, yağların, sürtkü yağlarının, süni maye yanacaq və sintetik məhsulun hasil edilməsi, neftin, neft məhsullarının, qatran və qazın nəqli və saxlanılması” yarımbölməsinin “Neftin emulsiyasızlaşdırılması və duzsuszlaşdırılması” bəndinin 41-ci sətirində qeyd edilən “neftin emulsiyasızlaşdırılması və duzsuzlaşdırılması ilə məşğul olan nasos qurğularının maşinisti” peşəsinə uyğun olduğuna görə 6 təqvim günü əlavə məzuniyyət verilir və “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən onların tarif maaşlarına zərərli əmək şəraitinə görə 1,04 (4 faiz) artım əmsalı tətbiq edilir. - “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-1/2-1535/2023 nömrəli məktubunda bildirilir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli SOCAR**********80020123X00387 nömrəli arxiv arayışına əsasən İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma idarəsinin Neft hazırlama və vurma sexində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmtəə operatoru, xx.xx.1997-ci il tarixdən xx.xx.1997ci il tarixədək maşinist, "xxxx" Birgə Məhdud Məsuliyyətli Müəssisəsinin NKHS-ində xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək maşinist peşəsində işləmişdir. İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsində və "xxxx" Birgə Məhdud Məsuliyyətli Müəssisəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (12 il 07 ay 02 gün) işlədiyi maşinist peşəsi yerinə yetirilən işin xüsusiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nm 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan "texnoloji nasosların maşinistləri” peşəsi ilə eynilik təşkil edir. İddiaçı "Şirvanneft" Neft və Qazçıxarma İdarəsinin Neft hazırlama və vurma sexində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (06 il 06 ay 03 gün) işlədiyi əmtəə operatoru peşəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində və 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilən peşələrlə eynilik təşkil etmir. Lakin Neft hazırlama və vurma sexində əmtəə operatoru peşəsində işləyərkən yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin Siyahının 10.5 “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” yarımbölməsində nəzərdə tutulmuş “İstehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğundur. Belə ki, Neft hazırlama və vurma sexində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər:- “Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltma-doldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması.” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq (Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir), Neft hazırlama və vurma sexində yerinə yetirilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət” bölməsində nəzərdə tutulmuş əmtəə operatorunun işinin xüsusiyyətlərinə uyğun olduğuna görə həmin işlərin icrası üçün nəzərdə tutulan ştat vahidləri əmtəə operatoru adlandırılmışdır. Qeyd olunan məktubun məzmunundan göründüyü kimi iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi əmtəə operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində və 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilən peşələrlə eynilik təşkil etməsə də, Siyahının 10.5 “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” yarımbölməsində nəzərdə tutulmuş “İstehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğundur. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili məhz iddiaçının daşıdığı peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində və 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilən peşələrlə eynilik təşkil etməməsi ilə bağlıdır ki, yuxarıda qeyd olunan məktubda bu məsələyə aydınlıq gətirilmiş və həmin peşənin Siyahının 10.5-ci bəndində qeyd olunan işin xüsusiyyətlərinə uyğun olması bildirilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçıya təqdim edilmiş güzəştli iş barədə arayışda qeyd olunan peşənin müvafiq bəndinin nömrəsinin dəqiq göstərilməməsi ona güzəştli pensiya təyinatından imtina üçün əsas vermir. Eyni zamanda birinci instansiya məhkəməsinin də həmin bəndə istinad edərək, iddianı əsaslı sayılması qərarın ləğvi üçün əsas vermir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir. İddiaçının 25 il ümumi sosial sığorta stajının olmasına münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasındakı mübahisə iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmtəə operatoru vəzifəsində işlədiyi dövrün güzəştli iş stajına daxil edilibedilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Belə ki, ona məxsus AT-V ******* nömrəli əmək kitabçasından göründüyü kimi, o, xx.xx.2006-cı ilədək, Şirvanneft” Neft və Qazçıxarma idarəsinin Neft hazırlama və vurma sexində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmtəə operatoru, xx.xx.1997-ci il tarixdən xx.xx.1997ci il tarixədək maşinist, "xxxx" Birgə Məhdud Məsuliyyətli Müəssisəsinin NKHS-ində xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək maşinist peşəsi vəzifəsində çalışmışdır. Cavabdehin mübahisələndirmədiyi dövr 8 il 9 ay 28 gündür (xx.xx.1997-xx.xx.2005-ci il) 2 nömrəli Siyahının “10.2. Neft, qaz və qaz kondensatının hasilatı-a)fəhlələr: neft və qaz hasilatı üzrə operatorlar; quyuların yeraltı təmiri üzrə operatorları; neft qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər; quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar; quyuların əsaslı təmirinin qazmaçıları” nəzərdə tutulmuşdur. Mübahisələndirilən dövr (xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək) isə həmin siyahının 10.5-ci bəndində qeyd olunan işin xüsusiyyətlərinə uyğun olması səlahiyyətli təşkilatın müvafiq məktubu ilə təsdiq edilir. Odur ki, iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(120)-252/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-304/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-304/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver