Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-304/2025 22.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 414.16 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində siyahıya alınmış (ünvan 1 ünvanında yerləşən restoranda 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamik) əmlakının satılması» tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1057/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı «siyahıya alınmış əmlakın satılması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3533/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərardadı ilə X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir.Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 414.16 manat borcuna görə 500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın bir vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 414.16 manat ödənilməmiş borcu qalmışdır. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddianın qaldırılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 10.4-cü bəndində Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qaldıra biləcəyi, həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qeyd edilməklə, mübahisənin maddi hüquqi əsasının ümumi hüquq normaları təşkil etdiyi halına da işin inzibati məhkəməyə aidliyinin göstəricisi kimi hüquqi qiymət verilmiş, bununla da hətta vergi ödəyicisi olmayan hüquqi və fiziki şəxslərin də cavabdeh qismində inzibati mübahisəyə cəlb edilməsinin mümkünlüyü müzakirələri yekunlaşmış olmuşdur. Ali Məhkəmənin respublikanın məhkəmələrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 2-388 nömrəli metodiki məktubunda isə məhkəmələrə tövsiyə olunmuşdu ki, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tabe olan struktur qurumlar tərəfindən məcburi sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qaldırılmış iddialara məhkəmə təcrübəsində hələ də məhkəmə aidiyyəti qaydalarına zidd olaraq mülki mühakimə icraatı qaydasında iqtisadi mübahisə kimi baxılmaqda davam edilir. Qeyd olunanları nəzərə alaraq, İPM-in 2.1-ci və 2.2.7-ci maddələrinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 414.16 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində (Cavabdeh) siyahıya alınmış əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1057/2025 saylı qərarı ilə (hakim Amilya Hüseynova) iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1057/2025 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (VÖEN: **********) xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna olan 414,16 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ünvan 2 ünvanında yerləşən restoranda cavabdehə məxsus 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamikin (səsgücləndirici) satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(121)-1057/2025 nömərli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə iddianın rədd edilməsinin əsası kimi məhkəməyə təqdim edilmiş icarə müqaviləsinə əsasən Aysel Ələkbərovanın Cavabdeh Bakı şəhəri, H.Ələsgərov 31/33 ünvanında yerləşən binanın qeyri-yaşayış mərtəbəsində yerləşən 403 kv.m və 171 kv.m sahəni icarəyə verdiyini, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə 1 saylı əlavəyə əsasən qeyri-yaşayış mərtəbəsindəki sahələrin A.Ələkbərova tərəfindən icarəyə götürənə (Cavabdeh) təhvil verilərkən onun istifadəsinə veriləcək əşyaların siyahısının müəyyənləşdirildiyini və tərtib edildiyini, restoranda yerləşən xeyli sayda sadalanmış avadanlıqların arasında 1 ədəd “CAF” markalı dinamik səsgücləndiricinin qeyd edildiyini, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən A.Ələkbərova tərəfindən Bakı şəhəri, H. Ələsgərov 31/33 ünvanında yerləşən binanın qeyri-yaşayış mərtəbəsində yerləşən 403 kv.m sahənin Cavabdeh icarəyə verildiyini və icarə müddətinin xx.xx.2023-cü il tarixədək müəyyən edildiyini, xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğvinə dair müqaviləyə əsasən A.Ələkbərli və Cavabdeh arasında bağlanmış icarə müqaviləsinin ləğv edildiyini qeyd etmişdir. İş üzrə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(121)-1057/2025 nömrəli qərarını, eləcə də qərarının əsası kimi istinad olunan dəlilləri əsassız sayır. Belə ki Vergi Məcəlləsinin 89.1-ci vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Cavabdeh (VÖEN: **********) vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə (maddə 65.1) yerinə yetirirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq, xx.xx.2023-cü il tarixli **********0 nömrəli qərar qəbul olunmuşdur. Sözügedən qərar vergi ödəyicisinə təqdim olunmuş və onun tərəfindən qərarda müvafiq qeydlər aparılmışdır. Vergi ödəyicisi Cavabdeh və müşahidəçi X2 iştirakları ilə xx.xx.2023-cü il tarixli **********0 nömrəli protokol tərtib olunaraq ünvan 5 ünvanında yerləşən Gilənar restoranında vergi ödəyicisi Cavabdeh məxsus 1ədədinin qiyməti 500 manat olan CAF markalı Dinamik siyahıya alınmış və siyahı protokola əlavə olunmuşdur. Sözügedən protokol və ona əlavə olunmuş siyahı vergi ödəyicisi tərəfindən imzalanmış, eyni zamanda protokolda əmlakın siyahıya alınması prosesində iştirak edən şəxslərin irad və təkliflərinin olmadığı da qeyd olunmuşdur. **********0 nömrəli qərar əsasında siyahıya alınmış əmlak xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında” Akt əsasında Cavabdeh məsul saxlayama verilmiş və onun tərəfindən qəbul olunmuşdur. Göründüyü kimi vergi ödəyicisi sözügedən əmlakı öz əmlakı kimi vergi orqanının vəzifəli şəxsinə təqdim etmiş və əmlakın siyahıya alınması ilə bağlı bütün sənədləri imzalamışdır. Məhkəmə qərarında qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Aysel Ələkbərova Cavabdeh Bakı şəhəri, H.Ələsgərov 31/33 ünvanında yerləşən binanın qeyri-yaşayış mərtəbəsində yerləşən 403 kv.m və 171 kv.m sahəni icarəyə vermişdir. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, müvafiq qeyd edilən qeyri-yaşayış mərtəbəsində sahələr A.Ələkbərova tərəfindən icarəyə götürənə (R. Səfərliyə) təhvil verərkən onun istifadəsinə veriləcək əşyaların siyahısı müəyyənləşdirilmiş və tərtib edilmişdir. Restoranda yerləşən xeyli sayda sadalanmış avadanlıqlar arasında 1 ədəd “CAF” markalı dinamik səsgücləndirici qeyd edilmişdir. Məhkəmənin bu mövqeyini əsassız hesab edərək bildiririk ki, EMS-də olan iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli müqavilədən göründüyü kimi həmin müqavilədə icarəyə verən qismində X6, icarəyə götürən qismində isə X7 qeyd olunmuşdur. Lakin Buna baxmayaraq məhkəmə sözügedən obyektin Aysel Ələkbərova tərəfindən Cavabdeh icarəyə verildiyinin əsası kimi bu müqaviləyə və onun əlavəsinə istinad etmişdir. İş üzrə əhəmiyyət kəsb etməyən və işə aidiyyəti olmayan müqaviləyə istinad edərək iddianı rədd edən məhkəmənin mövqeyi əsaslı sayılmamalıdır. İş materiallarına əlavə olunmuş 31 yanvar 2022-ci il tarixli müqavilədən göründüyü kimi həmin obyekt Ələkbərova Aysel tərəfindən Cavabdeh məhz bu müqavilə əsasında icarəyə verilmiş, Cavabdeh də bu müqavilə əsasında obyektini təsərrüfat subyekti kimi vergi orqanından qeydiyyatdan keçirmişdir. Müqavilənin şərtlərindən görünür ki, həmin müqaviləyə əlavə kimi hər hansı sənəd nəzərdə tutulmamış və bu barədə qeydlər müavilədə də öz əksini tapmamış, eləcə də elə bir siyahı sözügedən müqaviləyə əlavə olunmamışdır. Bu da birmanalı olaraq bunu deməyə əsas verir ki, siyahıya alınmış əmlak 31 yanvar 2022-ci il tarixli müqavilənin predmetinə daxil deyil. Məhkəmənin istinad etdiyi xx.xx.2019-cu il tarixli Aysel Əkbərova ilə Əsgərov Xaqani arasında bağlanmış müqaviləyə əlavədə qeyd olunan əmlakın sonradan Cavabdeh icarəyə verilən obyektlə birlikdə təqdim edilməsi öz əksini tapmır. Adlarının eyni və ya oxşar olması həmin əmlakların eyni olmasını təsdiq edən fakt rolunda çıxış edə bilməz və sonradan Cavabdeh tərəfindən həmin obyektə yerləşdirilməsini təkzib etmir. Əmlakın siyahıya alınması ilə bağlı icraat materiallarından da göründüyü kimi bütün sənədlər Cavabdeh tərəfindən imzalanmış, eyni zamanda sonuncu tərəfindən siyahıya alınmış əmlak məsul saxlamaya qəbul edilmişdir. Cavabdeh (VÖEN: **********) vergi orqanına xx.xx.2023-cü il tarixli müraciətində də siyahıya alınmış əmlakın özünə aid olmaması barədə hər hansı qeyd yoxdur. Əksinə o vergi borcunun tezliklə ödənilməsini, siyahıya alınmış əmlakın satışının bu səbəbdən dayandırılmasını xahiş etmişdir. Bu da onu deməyə əsas verir ki, siyahıya alınmış əmlak məhz cavabdehə məxsusdur və o şəxsən həmin əmlakı özü siyahıya alınmaya təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə Vergi Məcəlləsinin normalarını pozmuş və ya düzgün tətbiq etməmişdir. Bu səbəbdən, eləcə də İnzibati Prosessual Məcəllənin tələbləri baxımından Şirvan İnzibati Məhkəməsinin qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdırQeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1057/2025 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışı iclasının tərəflərin iştirakı olmadan davam etdirilməsini mümkün saymışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarına əsasən vergi orqanı əməkdaşı fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilərr. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 414.16 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində siyahıya alınmış (ünvan 1 ünvanında yerləşən restoranda 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamik) əmlakının satılması» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən başqa şəxsə məxsus əmlak - ünvan 1 ünvanında yerləşən restoranda 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamik siyahıya alınmışdır ki, bu da digər üçüncü şəxs A.Ələkbərovanın mülkiyyət hüquqlarına məhdudiyyət yaratmış və maraqlarına toxunmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Aysel Ələkbərova Cavabdeh Bakı şəhəri, H.Ələsgərov 31/33 ünvanında yerləşən binanın qeyri-yaşayış mərtəbəsində yerləşən 403 kv.m və 171 kv.m sahəni icarəyə vermişdir. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, müvafiq qeyd edilən qeyri-yaşayış mərtəbəsində sahələr A.Ələkbərova tərəfindən icarəyə götürənə (Cavabdeh) təhvil verərkən onun istifadəsinə veriləcək əşyaların siyahısı müəyyənləşdirilmiş və tərtib edilmişdir. Restoranda yerləşən xeyli sayda sadalanmış avadanlıqlar arasında 1 ədəd “CAF” markalı dinamik səsgücləndirici qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, A.Ələkbərova tərəfindən Bakı şəhəri, H.Ələsgərov 31/33 ünvanında yerləşən binanın qeyri-yaşayış mərtəbəsində yerləşən 403 kv.m sahə Cavabdeh icarəyə verilmişdir və icarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğvinə dair müqavilədən görünür ki, A.ƏLəkbərli və Cavabdeh arasında bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. İddiaçı tərəfindən bu halın əksini sübut edən hər hansı məlumat və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, Cavabdeh xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 414.16 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində siyahıya alınmış (ünvan 1 ünvanında yerləşən restoranında 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamikin satılması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun İcbari Tibbi Sığorta Fonduna 414.16 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, vergi orqanı olan iddiaçı bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İş materiallarından görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən restoranda 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamik siyahıya alınmışdır. İş materiallarından görünür ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsinə 500 manat məbləğində siyahıya alınmış əmlaka qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-4/2-252521/2024 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi barədə müraciətinizə Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsində baxılmışdır. Bildiririk ki, uçot baza məlumatlarına əsasən Cavabdeh (VÖEN: **********) xx.xx.2014-cü il tarixdən vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən uçota alınması ilə bağlı təqdim olunan sənədlər qoşma faylda təqdim edilir. İş materiallarına əlavə olunan xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Aysel Ələkbərova Cavabdeh Bakı şəhəri, H.Ələsgərov 31/33 ünvanında yerləşən binanın qeyri-yaşayış mərtəbəsində yerləşən 403 kv.m və 171 kv.m sahəni icarəyə vermişdir. İş materiallarına əlavə olunan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, müvafiq qeyd edilən qeyri-yaşayış mərtəbəsində sahələr A.Ələkbərova tərəfindən icarəyə götürənə (Cavabdeh) təhvil verərkən onun istifadəsinə veriləcək əşyaların siyahısı müəyyənləşdirilmiş və tərtib edilmişdir. Restoranda yerləşən xeyli sayda sadalanmış avadanlıqlar arasında 1 ədəd “CAF” markalı dinamik səsgücləndirici qeyd edilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, A.Ələkbərova tərəfindən Bakı şəhəri, H.Ələsgərov 31/33 ünvanında yerləşən binanın qeyri-yaşayış mərtəbəsində yerləşən 403 kv.m sahə Cavabdeh icarəyə verilmişdir və icarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğvinə dair müqavilədən görünür ki, A.ƏLəkbərli və Cavabdeh arasında bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 414.16 manat borcuna görə 500 manat məbləğində əmlakı, yəni ünvan 1 ünvanında yerləşən restoranda 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamik siyahıya alınmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək siyahıya alınmış əmlakın satılmasını xahiş etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh 414.16 manat borcuna görə iddiaçı tərəfindən siyahıya alınmış 500 manat məbləğində əmlak, yəni ünvan 1 ünvanında yerləşən restoranda 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamik cavabdehin deyil, məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X3 mülkiyyətindədir və icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən bu halın əksini sübut edən hər hansı məlumat və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına nəzər salaraq bildirir ki, iddiaçı tərəfindən başqa şəxsə məxsus əmlak - ünvan 1 ünvanında yerləşən restoranda 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamik siyahıya alınmışdır ki, bu da digər üçüncü şəxsin - A.Ələkbərovanın mülkiyyət hüquqlarına məhdudiyyət yaratmış və maraqlarına toxunmuşdu. Göründüyü kimi iddiaçının satılması barədə tələb irəli sürdüyü 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamik cavabdehin deyil, başqa şəxsin, yəni məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X3 mülkiyyətindədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün hazırda başqa şəxsin mülkiyyətində olan əmlakın siyahıya alınaraq satılması yolverilməzdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmini tədbiri kimi əmlakın siyahıya alınması və ya siyahıya alınmış əmlakın satılması tələbinin yönəldiyi şəxsin əmlakı barəsində tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı yuxarıda qeyd edilən qanunvericilik normalarına zidd olaraq Cavabdeh məxsusluğu işin faktiki halları əsasında təkzib edilən əmlakı (ünvan 1 ünvanında yerləşən restoranda 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamiki) cavabdehin vergi borcuna görə siyahıya almış və sıyahıya alınmış əmlakın satılması barədə iddia irəli sürmüşdür. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1057/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-304/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-304/2025
22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver