Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-305/2025 27.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında, xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(120)- 1132/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında, xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında və həmin tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün 26 aprel 2024-cü il tarixli, 3-17-1 /2-Z-97825/2024 saylı məktubu ilə onun xahişini yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmaq istəmişdir ki, refrijerator seksiyasının rəhbər vəzifəsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilmiş refrijerator seksiyalarının mexaniki vəzifəsinə uyğun deyil. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubunu 04 may 2024-cü il tarixində poçtamt vasitəsilə almışdır və bu Azərpoçtun rəsmi saytında çatdırılma barədə yerləşdirilmiş raportla təsdiq edilir. Orta təhsilini başa vurduqdan sonra 08 avqust 1979-24 may 1980-ci ildə Bakı şəhər 23 nömrəli Texniki Peşə Məktəbində əyani təhsil almışdır. 24 aprel 1980-14 may 1982-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. 01 sentyabr 1982-09 iyul 1984-cü il tarixində Novorossiysk texniki Məktəbində əyani təhsil almışdır. 27 sentyabr 1984-cü ildə X2 Deposunda refrijerator qatarı mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 03 mart 1986-cı ildə işdən çıxmışdır. 13 may 1986-cı ildə Qermatunsk Tədarük-Satış Bürosunda fəhlə qəbul edilmişdir və 31 iyul 1986-cı ildə işdən çıxmışdır. 25 sentyabr 1986-cı il tarixində Lənkəran rayon Oktyabr sovxozunda yanğın mühafizəçisi vəzifəsinə işə düzəlmiş və 01 sentyabr 1987ci il tarixində işdən çıxmışdır. 03 sentyabr 1987-ci il tarixində Azərbaycan Dəmir Yollarının X8 Vaqon Deposunda refrijerator seksiyası mexaniki vəzifəsinə işə qəbul edilmiş və 07 iyul 1994cü ildə həmin vəzifədə seksiyanın işinə rəhbərlik etmişdir. 16 fevral 2018-ci il tarixində oradan işdən çıxmışdır. 16 fevral 2018-ci ildə X10 refrijerator seksiya mexaniki vəzifəsinə (briqadaya rəhbərlik vəzifəsi üzərinə qoyulmaqla) işə qəbul edilmiş və 25 sentyabr 2018-ci ildə işdən çıxmışdır. 12 oktyabr 2018-ci il tarixində X10 refrijerator seksiyasının mexaniki (üzərinə briqadaya rəhbərlik öhdəliyi qoyulmaqla) vəzifəsinə işə qəbul edilmişdir. 24 iyul 2019-cu il tarixində orada təmir üzrə böyük mexanik keçirilmiş və 10 oktyabr 2023- cü il tarixinə kimi həmin vəzifədə çalışmışdır. 11 oktyabr 2023-cü ildə Azərbaycan Dəmir Yolları QSC-nin X10 cari təmir sexində böyük mexanik vəzifəsinə keçirlmiş və hazırda da orada işləyir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-Z- 97825/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajı qanunvericiliklə tələb olunandan (12 il 6 ay) az olduğu qeyd edilmişdir (11 il 1 ay 11 gün). Bundan narazı qalan iddiaçı Şirvan inzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən tamin edilməməlidir: İddiaçının Mərkəzi Filiala təqdim ediyi "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-D-728/1-42/2024 nömrəli arayışında xx.xx.1994-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X10, "xxxx" MMC-nin X10 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixi 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəcliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (214) refrijerator qatarlarının (seksiyaların) mexanik əri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatar arının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli ş stajı 12 il 6 aydan az (11 il 1 ay 8 gün (xx.xx.1987- xx.xx.1994-cü il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmçinin qeyd etmək istəyirik ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən, onun ümumi iş stajı 41 il 8 ay 16 gün (xx.xx.2006-cı il tarixinədek 23 il 8 ay 16 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1986-cı il, 13.5.1986-xx.xx.1986-cı il, xx.xx.1986- xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il). Eyni zamanda bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23891,79 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 24130,42 manat olmaqla cəmi pensiya kapitalı 48022,21 manat təşkil edir. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Bildiririk ki, vəzifə təlimatı iddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa gerə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və Qanunvericiliyin tələbləri baxımından İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(120)-1132/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azəroaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına (bundan sonra — Mərkəzi Filial) qarşı ‘'güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərmə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1 (120)- 1132/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, güzəştii şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Mərkəzi Filiala həvalə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd edirik ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1 (120)-1132/2025 nömrəli qərarı Vahid Elektron Məhkəmə Portalına xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Hesab edirik ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)- 1132/2025 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə Mərkəzi Filialın imtinasını tamamilə əsassız olduğunu hesab etmişdir. Belə ki, işin faktiki hallarına əsasən, iddiaçı xx.xx.2018-ci il tarixdə 57 yaşa çatmışdır. İşdə olan "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-Q-728/1-42/2024 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1994-ci il tarixədək refrijerator seksiyaların mexaniki, xx.xx.1994-cü il tarixdən xx.xx.2018-ci il tarixədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2019-cu il tarixdən hal-hazıradək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində çalışmış və refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmuşdur. Məhkəmə öz qərarında qeyd etmişdir ki, “Refrijerator seksiyasının rəhbər mexaniki”, “Refrijerator seksiyasının böyük mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər üç vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. Bu səbəbdən də məhkəmə müəyyən etmişdir ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə Mərkəzi Filialın hərəkətləri əsassız və qanunsuz olmuşdur. Beləliklə, məhkəmənin qərarı ilə iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Mərkəzi Filiala həvalə edilmişdir. Göründüyü kimi, məhkəmə iddiaçının əmək kitabçası və "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-Q-728/1-42/2024 nömrəli arayışını əsas götürərək yekun qərar çıxarmış və iddiaçının iddia tələbini təmin etmişdir. Hesab edirik ki, aşağıdakı əsaslara görə məhkəmənin iş üzrə iddianın təmin edilməsinə dair qəbul etdiyi qərarı ləğv edilməlidir. Belə ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-Z-97825/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajı qanunvericiliklə tələb olunandan (12 il 6 ay) az olduğu qeyd edilmişdir (11 il 1 ay 11 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 1,0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aid ıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Ns-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: İddiaçının 57 yaşının tamam olması, 57 yaşı tamam olanadək, yəni xx.xx.2018-ci il tarixədək 25 il ümumi sığorta stajına malik olması, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Mərkəzi Filial iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını və pensiya kapitalını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir. Mərkəzi Filial tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1994-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə işlədiyi “refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki" vəzifəsinin güzəştli iş stajı sayıimaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (bundan sonra - Siyahı) ayrı-ayrı bölmələrində müxtəlif adlarda mexaniklər və böyük mexaniklər vəzifələri nəzərdə tutulub. Eyni zamanda, Siyahının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikiori vəzifəsi nəzərdə tutulub. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 1-1-ci hissəsinə əsasən, “Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər". Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələblərinə uyğun olaraq bildiririk ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərində onun müxtəlif dövrlərdə refrijerator qatarlarının (seksiyaların) rəhbər mexanikləri vəzifəzində işlədikləri qeyd olunub. Həmin rəhbər mexaniki vəzifəsi Siyahının hər hansı bölməsində mövcud deyil. Bundan başqa, "xxxx" QSC-nin arayışında müəssisədə aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq refrijerator qatarlarının mexaniki, böyük mexaniki, rəhbər mexaniki vəzifələrində çalışan işçilərin zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilmədiyi qeyd olunub. Həmçinin, sözügedən müəssisənin kadr məsələləri üzrə məsul işçiləri ilə şifahi qaydada aparılmış danışıqlar zamanı həmin vəzifələrin "xxxx" QSC-nin 13 aprel 2018-ci il və 26 may 2023-cü il tarixlərdə keçirilmiş attestasiyalarından keçmədikləri, lakin refrijerator qatarlarının (seksiyalarının) mexaniki vəzifəsi Siyahıda nəzərdə tutulduğundan həmin vəzifələrdə çalışan vətəndaşlara müəssisə tərəfindən güzəştli arayışlar verildiyi bildirilib. Qeyd olunanlara əsasən, Siyahıda nəzərdə tutulduğu üçün refrijerator seksiyaları mexaniki vəzifəsində və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 1-1-ci hissəsinin tələblərinə uyğun olaraq refrijerator seksiyaları böyük mexaniki vəzifəsində işləyən şəxslərə tərəfimizdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilir, lakin refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilmədiyindən həmin vəzifədə çalışan şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və Qanunvericiliyin tələbləri baxımından iddiaçının “refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsində xx.xx.1994-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2018- xx.xx.2019-cu il tarixlərdə işlədiyi dövrləri güzəştli iş stajına daxil edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 12.1 -ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında aydın olur ki, Şirvan İnzibati Məhkəməsi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ona təqdim edilən sənədlərlə kifayətlənmiş, həmin sənədlərin mötəbər olub-olmamasını aydınlaşdırmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81, 82, 87.6-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən Şirvan İnzibati Məhkəməsinin 07.01,2025-ci il tarixli, 2-1(120)-1132/2025 nömrəli qərarını ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2- 1(120)-1132/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (iddiaçının 57 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiya). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXVİİİ (Nəqliyyat) bölməsi: “refrijerator qatarların (seksiyaların) mexanikləri – Kod- 23001000—23598. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(120)- 1132/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbi “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 11.05. 2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edildiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan "xxxx" QSC-nin 13-1/2-Q-728/1-42/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1987-xx.xx.1994-ci ilədək refrijerator seksiyaların mexaniki, xx.xx.1994-xx.xx.2018-ci ilədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2019-cu il tarixdən hal-hazıradək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində çalışmışdır və refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmuşdur. İddiaçının xx.xx.1994-xx.xx.2018-ci illərdə işlədiyi “Refrijerator seksiyaların rəhbər mexaniki” və xx.xx.2019-cu il tarixdən hal-hazıradək “Refrijerator seksiyaların böyük mexaniki” vəzifəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №li Siyahının XXVİİİ bölməsinin 23001000—23598 şifrinə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.1.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4-cü Bölməsində nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri peşəsinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1984-cü ildə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordusunda xidmət etmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Novorossiysk şəhər 6 saylı texniki məktəbdə təhsil almışdır. xx.xx.1984-cü il tarixdən Refrijerator seksiyalarına mexanik vəzifəsinə qəbul olmuş və xx.xx.1986-cı il tarixdə RSFSR ƏQM-nin 29-cu maddəsinin 5-ci bəndinə əsasən vaqon deposuna keçirilmə yolu ilə işdən azad edlmişdir. xx.xx.1986-cı il tarixdə Tədarük və Satış Birliyinə fəhlə qəbul edilmiş və xx.xx.1986-cı il tarixdə Mövsümün başa çatması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixdə Yanğın mühafizəçisi qismində Oktyabr adına Sovxoza işə qəbul edilmiş və xx.xx.1987-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1987-ci il tarixdə Refrijerator seksiyasına mexanik vəzifəsinə qəbul olmuş, xx.xx.1994-cü il tarixdə Refrijerator seksiyasına (rəhbər) mexanik vəzifəsinə keçirilmiş və xx.xx.2018-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 13-1/2-Q-728-/1-42/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Sıra Çalışdığı Vəzifə Vəzifəyə Vəzifədən İşə başladığı İşdən azad N-si struktur (peşənin)adı təyin edilmə azad tarix olunduğu vahidi (başqa işə edilməyə (başqa işə keçirilmə) dair əmrin keçirildiyi) barədə tarixi və tarix əmrin tarixi nömrəsi və nömrəsi
1. Yeni-Ələt Refrijerator xx.xx.1987 xx.xx.1987 refrijerato seksiyaların 473 r vaqon mexaniki deposu
2. Yeni-Ələt Refrijerator xx.xx.1994 xx.xx.2018 xx.xx.1994 xx.xx.2018 refrijerato seksiyaların 478 243 r vaqon rəhbər deposu mexaniki
3. Şərq Refrijerator xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 vaqon seksiyaların 210 694 deposu rəhbər mexaniki
4. "xxxx" Refrijerator xx.xx.2018 xx.xx.2018 MMC-nin seksiyaların 18-AEXP- Şərq rəhbər 534 vaqon mexaniki deposu
5. "xxxx" Refrijerator xx.xx.2019 xx.xx.2023 xx.xx.2019 xx.xx.2023 MMC-nin seksiyaların 19-AEXP- 18-AEXP- Şərq böyük 610/1 770 vaqon mexaniki deposu
6. Hərəkət Refrijerator xx.xx.2023 xx.xx.2023 Hal-hazırda vasitələri seksiyaların 13-1/3-8- işləyir nin təmiri böyük 28131/2023 departam mexaniki entinin Yük vaqonları nın təmiri xidmətini n Şərq Vaqon deposu
İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 36 il 5 ay 14 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərətək heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndinən 27-ci abzasına uyğundur. İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş 3-1/2-9034/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğuda qeyd edilən İddiaçı ADY-nin X8 və Şərq vaqon depolarında 1994-2018-ci illər ərzində çalışdığı refrijeratorseksiyaların rəhbər mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1 -ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Qeyd edirik ki, İddiaçı ADY-nin müvafiq strukturlarında refrijerator seksiyaların rəhbər mexaniki işlədiyi dövrdə zərərli əmək şəraitinə görə ona əlavə vəsait ödənilməmişdir. Həmçinin məktuba refrijerator seksiyası rəhbər mexanikinin vəzifə təlimatı əlavə olunmuşdur. İş materiallarında olan Elm və Təhsil Nazirliyi Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdə 23 nömrəli Texniki Peşə Məktəbinin “Elektrik qaynaqçısı” ixtisası qrupuna qəbul olmuş və xx.xx.1980-cı il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış № 3422 nömrəli təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. İş materiallarında olan Krasnodar Diyarı Təhsil, Elm və Gənclər Siyasəti Nazirliyi Krosnodar diyarı “Novorossiysk peşə texnikomu” dövlət büdcə peşə təhsil müəssisəsinin xx.xx.2024-cü il tarixli 453 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək müddət ərzində 6 saylı orta peşə texniki məktəbinin əyani şöbəsində “Refrijerator qatarlarının mexaniki” peşəsi üzrə təhsil almışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı oimayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiiilklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bildiririk ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 il 5 ay 9 gün əmək stajı (xx.xx.1979-xx.xx.1980-ci il (təhsil dövrü), xx.xx.1980-xx.xx.1982-ci il (hərbi dövr), xx.xx.1982- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987- ci il, xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 6 il 10 ay 4 gün (xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən onun 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yoxdur. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin 60 yaşının tamam olduğu xx.xx.2021 -ci il tarixinə isə ümumi iş stajı 40 il 6 ay 9 gün (xx.xx.2006-cı il tarixinədək 25 il 5 ay 9 gün ((xx.xx.1979xx.xx.1980-ci il (təhsil dövrü), xx.xx.1980-xx.xx.1982-ci il (hərbi dövr), xx.xx.1982-xx.xx.1984cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixindən sonra 15 il 1 ay), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 5 ay 18 gün (xx.xx.1987-xx.xx.1994-cü il, xx.xx.2019xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2021 -ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildiririk ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 57 yaşının tamamlandığı xx.xx.2018-ci il tarixinə ona münasibətdə 25811,94 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 26395,74 manat, 60 yaşının tamamlandığı xx.xx.2021 -ci il tarixinə ona münasibətdə isə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 32558,49 manat təşkil edirdi Beləliklə, məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli 3- 17-1/2-Z-97825/2024 nömrəli məktubla bundan imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, Babaşov Seyfəddin Niftalı oğlunun "Azərbaycan Dəmir Yolları” QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli 13-1 /2-D-728/1-42/2024 nömrəli arayışında xx.xx.1994- xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X10, "xxxx" MMC-n X10 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuş və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndində nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun olmamış, bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az 12 il 6 aydan az (11 il 1 ay 11 gün (xx.xx.1987xx.xx.1994-cü il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Mübahisəli hal iddiaçının xx.xx.1994-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndində nəzərdə tutulan vəzifəyə aid olmaması ilə bağlı olmuşdur. Yəni, cavabdehin imtina məktubuna əsasən İddiaçı xx.xx.2006-cı il tarixədək mübahisəsiz güzəştli iş stajı 6 il 10 ay 4 gün (xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə kollegiyası mübahisəli dövrlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mübahisəyə dair işin məhkəmə tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1994-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Refrijerator seksiyasının rəhbər mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. Belə ki, iddiaçının vəzifə təlimatı onun tərəfindən məhkəməyə ünvanlanmış müşayiət məktubuna əlavə edilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, eyni dövrlərdə, eyni sahədə və eyni vəzifədə (refrijerator seksiyalarının rəhbər mexaniki) işləmiş başqa bir şəxsin iddiasi üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1885/2023 nömrəli qərarı ilə müəyyən edilmiş işin faktiki halları əsasən Şərq vaqon deposunun refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi “Şərq vaqon deposunun refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki” kimi adlandırıldığı, hər iki adın eyni vəzifəyə aid olduğu, həmçinin Şərq vaqon deposunun refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin mexaniki”nin vəzifə təlimatının 6-7,9,14-cü bəndləri ilə “Şərq vaqon deposunun refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki”nin vəzifə təlimatının 7,12,16-cı bəndlərinin müqayisəli təhlil edilməsi nəticəsində onların (mexanik və böyük mexanik) icra etdiyi funksional vəzifənin (iş) demək olar ki, eynilik təşkil etdiyi, hətta mexanikə münasibətdə böyük mexanikin daha məsuliyyətli vəzifəni icra etdiyi müəyyən edilmişdir. Bundan başqa oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 13-1/2-Q-728/1-42/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1987-xx.xx.1994-ci ilədək refrijerator seksiyaların mexaniki, xx.xx.1994-xx.xx.2018-ci ilədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2019-cu il tarixdən hal-hazıradək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində çalışmışdır və refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmuşdur və həmin vəzifələr ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarına əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Refrijerator seksiyasının rəhbər mexaniki”, “Refrijerator seksiyasının böyük mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər üç vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan oxşar işlə (2-1(106)305/2025) bağlı "xxxx" QSC tərəfindən məhkəmə sorğusuna verilmiş cavab məktubunda qeyd edilmişdir ki, ADY-nin X8 və Şərq vaqon depolarında xx.xx.1986-xx.xx.1991-ci il tarixinədək işlədiyi refrijerator seksiyaların mexaniki vəzifəsi ilə xx.xx.1991-xx.xx.2018-ci il tarixədək çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki arasında vəzifə təlimatlarına uyğun olaraq eyni refrijerator seksiyaların texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar və vəzifə funksiyalarının icrası zamanı tabelik üzrə fəqli cəhətlər mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, xx.xx.1994-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər. Məhkəmə kollegiyası qanunvericiliyin müddəalarını, iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. İddiaçı qeyd edilənləri nəzərə alraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbi irəli sürməkdə haqlıdır. İş materiallarında olan DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17- 1/2-Z-97825/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya pensiya ödənişini müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il üçün yəni, xx.xx.2021-ci il tarixdən hesablanaraq, ödənilməsi qənaətinə gəlmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir. Beləliklə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şirvan İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(120)-1132/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(120)-1132/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.