Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-307/2025 14.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(120)-1134/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Beyləqan rayon X4 Rəyasət Heyətinin xx.xx.1993cü il tarixli iclasının 26 nömrəli qərarının ləğv edilməsi barədə qərаr qəbul edilməsini хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 22 yanvar 2025-ci il tarixli, 2- 1(120)-1134/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirdiyi qərardan ən geci 2020-ci ildən məlumatlı olmuş, hətta həmin qərar üzrə mübahisəyə baxılarkən məhkəmə proseslərində iştirak etmişdir. Prosessual müddətin axımı iddiaçının həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. İddiaçının mübahisəli qərardan 2023-cü il tarixdən məlumatlı olması barədə izahatı məhkəməyə inandırıcı gəlməmişdir. Belə olan halda iddiaçı tərəfindən qaldırılan iddia mümkün sayıla bilməz. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2003-cü il tarixli 34 nömrəli sərəncamı ilə ona mağaza binası tikdirmək üçün Beyləqan şəhəri, S.Qazıyeva küçəsindən, S.Qazıyeva küçəsinin N.Tusi küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfindən 56 kvadrat metr tikinti altına torpaq sahəsi ayrılmışdır. Sərəncam ilə iddiaçıya ayrılmış torpaq sahəsində mağaza binası tikdirmək istəyərkən X6 ona mane olmuş və sonra da həmin torpaq sahəsini ona bitişik olan digər sahəni də əhatə etməklə, o cümlədən ona ayrılmış 56 kvadrat metr torpaq sahəsini də qeyri-qanuni olaraq hasara aldı. Bu səbəbdən iddiaçı Şirvan İnzibati Məhkəməsinə həmin torpaq sahəsinə çıxarış alınmasından ötrü iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsinə Şirvan İnzibati Məhkəməsində baxılarkən müəyyən edildi ki, iddiaçıya sərəncamla verilmiş həmin torpaq sahəsinə dair Beyləqan Rayon Xalq X5 Heyətinin 07 sentyabr 1993-cü il tarixli iclas protokolunda gündəlikdə durmayan məsələ ilə bağlı Beyləqan şəhər sakini X2 S.Qazıyeva küçəsi ilə H.T u si küçəsinin kəsişməsindən S.Qazıyeva küçəsindən Mərkəzi rayon xəstəxanasının hasarı yanından kommersiya mağazası tikdirmək üçün 120 kvadrat metr torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilməsinə dair həmin tarixli 26 nömrəli qərarı mövcuddur. Beyləqan rayon Dövlət Arxivinin 07 may 2024-cü il tarixli, 3-48- 8RA/2- 45/2024 nömrəli cavab məktubundan görünür ki, Beyləqan Rayon Xalq X5 Heyətinin 07 sentyabr 1993-cü il tarixli iclas protokolunda gündəlikdə 2 məsələ mövcud olmuş, iclas protokolunun gündəliyində birincisi Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin keçirilməsi üçün seçki məntəqələrinin təşkil edilməsi haqqında, ikinci isə rayonun məktəbəqədər uşaq müəssisələrində aparılan təlim-tərbiyə işlərinin vəziyyəti və onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlər haqqında olmuşdur. Lakin, Beyləqan rayon Dövlət Arxivinin 07 may 2024cü il tarixli, 3-48-8RA/2-45/2024 nömrəli cavab məktubunda iclas protokolunun gündəliyində olmadığı halda həmçinin 26 nömrəli qərarla müxtəlif mövzulara aid 2 nüsxə mövcud olduğunu göstərmiş, məktuba Beyləqan Rayon Xalq X5 Heyətinin 07 sentyabr 1993-cü il tarixli iclasının torpaq sahəsinin ayrılması və tikinti işləri aparılmasına icazə verilməsi barədə qərarını əlavə etmişdir. Həmin qərara əsasən Beyləqan şəhər sakini X2 S.Qazıyeva küçəsi ilə H.Tusi küçəsinin kəsişməsindən S.Qazıyeva küçəsindən Mərkəzi rayon xəstəxanasının hasarı yanından kommersiya mağazası tikdirmək üçün 120 kvadrat metr torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilmişdir. Hesab edir ki, X8 Məclisi Heyətinin 26 nömrəli qərarına Beyləqan şəhər sakini X2 torpaq sahəsinin ayrılması 07 sentyabr 1993-cü il tarixli iclasın gündəliyində olmamış, sonradan həmin qərar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Bu səbəbdən də arxiv sənədlərində olmadığı üçün Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2003-cü il tarixli 34 nömrəli sərəncamı ilə həmin torpaq sahəsi ona ayrılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının mübahisələndirilən qərardan xx.xx.2023-cü il tarixdən məlumatı olmuş, həmin sahədən istifadə etmək istəyərkən üçüncü şəxs bu barədə ona məlumat vermiş, bundan sonra həmin qərarı məhkəmədə mübahisələndirmişdir. Üçüncü şəxsin vəkili şikayətin dəlillərini qəbul etməmiş, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ötürüldüyündən birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin, vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Beyləqan rayon X4 Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarının ləğvi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Bundan başqa, təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbinə dair Şirvan İnzibati Məhkəməsinin icraatında olan iş üzrə cavabdeh xx.xx.2023-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, X1 üçüncü şəxs qismində məhkəmə icraarına cəlb edilməsini xahiş etmiş, əsas kimi göstərmişdir ki, mübahisəli torpaq sahəsinin qeydə alınması ilə bağlı həmin şəxs də bu quruma müraciət etmişdir. Qeyd olunan vəsatətə hazırda mübahisələndirilən Beyləqan rayon X4 Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarı da əlavə edilmiş və həmin vəsatət əsasında sözügedən şəxs məhkəmə icraatına cəlb edilmişdir. Beləliklə müəyyən edilir ki, iddiaçının hazırda mübahisələndirilən sənəddən xx.xx.2023-cü il tarixdən məlumatı olmuşdur. Buna baxmayaraq, hazırki iddianı xx.xx.2024-cü il tarixdə (1 ildən sonra) məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(120)-1134/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-307/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-307/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver