Məhkəmə qərarları › İş №2-1(106)-314/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-314/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-314/2023 29.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4nunu iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 23 sentyabr 2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(120)-1089/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********162634 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən fərdi sahibkar İddiaçı ümumilikdə 542300,24 manat vergi və 278827,03 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır İddiaçı həmin qərarla razılaşmayaraq, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 sentyabr 2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın 23 sentyabr 2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra-Baş idarə) xx.xx.2022-ci il tarixli **********162634 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən fərdi sahibkar İddiaçı ümumilikdə 542300,24 manat vergi və 278827,03 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. Aşağıda göstərdiyi hallara əsasən Baş idarənin xx.xx.2022-ci il tarixli **********162634 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassızdır. Bildirir ki, Baş idarənin xx.xx.2021 - ci il tarixli, **********151660 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli aktın imzalanmasından imtina edilmişdir. Bunun səbəbi həmin aktda İddiaçı əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı yol verilmiş nöqsanlar və qanunvericiliyin düzgün tətbiq edilməməsi, eyni zamanda heç bir qaydalara və normativlərə əsaslanmayan hesablama metodundan istifadə edilməsi olmuşdur. Məlumat üçün bildirir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən sahibkara; 2018-ci il üzrə 312549,33 manat, 2019-cu il üzrə isə 244654,71 manat olmaqla ümumilikdə 557204,04 manat gəlir vergisi hesablanmış və vergilərin azaldılmasına görə 278602,02 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci ilin İİİ rübü üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar 50,0 manat MDSS haqqı hesablanmış, 2018-ci ilin İV rübü, 2019-cu ilin İİ—İV rübləri və 2020-ci ilin İ rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə 200,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda yoxlama dövrü üzrə 14953,80 manat məbləğində əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Aşağıda vergi orqanı tərəfindən gəlir vergisi üzrə hesablamaların aparılması zamanı yol verilmiş nöqsanları nəzərinə çatdırmaq istər. İstər tərtib edilmiş səyyar vergi yoxlaması aktı, istərsə də onun nəticələri üzrə çıxarılmış "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara nəzər yetirdikdə görülür ki, aparılmış hesablamalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra-Vergi Məcəlləsi) 67.1.1-ci, 67.1.3-cü və 67.1.9-cu maddələri ilə əsaslandırmağa çalışılmışdır. Yuxarıda aydın şəkildə qeyd olunduğu kimi Vergi Məcəlləsinin 67.1.1-ci maddəsində əvvəlki hesabat dövrləri üçün vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş vergi bəyannamələrindən söhbət gedir. Göründüyü kimi sözü gedən maddədə vergi orqanı tərəfindən kameral vergi yoxlaması və ya əvvəlki səyyar vergi yoxlaması ilə əlavə vergilər hesablanmış bəyannamələrdəki göstəricilər bu maddənin məqsədləri üçün istifadə edilə bilməz. Halbuki yoxlamanı aparan vergi orqanı fərdi sahibkar İddiaçı 2018 və 2019-cu illər gəlir vergisi üzrə əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı 2017-ci il üçün sahibkarın özü tərəfindən təqdim edilmiş vergi bəyannaməsindən deyil, əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə etmişdir. Bu isə qanunvericiliyin aşkar və kobud şəkildə, eyni zamanda bilərəkdən pozulması faktıdır. Bu cür hesablamanın aparılması qərəzli mövqedən xəbər verir. Onu da bildirir ki, yoxlayıcı əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə edərkən heç bir normativlərə və qaydalara əsaslanmadan həmin bəyannamə üzrə yoxlama ilə müəyyən edilmiş ticarət əlavəsi göstəricisini 2018 və 2019-cu ilə tətbiq etmişdir ki, bu çox güman ki, vergi qanunvericiliyi sahəsində əsası olmasa belə bir yenilikdir. Çünki hər bir kəsə məlumdur ki, əmtəə bazarında rentabellik səviyyəsi nəinki ildən ilə, hətta aydan aya müsbət və ya mənfi olaraq dəyişəbilən bir haldır. Buna bir çox faktorlar səbəb ola bilər. Odur ki, bu cür qeyri-dəqiq və əsası olmayan hesablamanın aparılması qanunsuz və yolverilməzdir. Rentabellik səviyyəsi nəinki ildən ilə, hətta aydan aya müsbət və ya mənfi olaraq dəyişəbilən bir haldır. Buna bir çox faktorlar səbəb ola bilər. Odur ki, bu cür qeyri-dəqiq və əsası olmayan hesablamanın aparılması qanunsuz və yolverilməzdir. Səyyar vergi yoxlaması aktında hesablama aparılarkən guya Vergi Məcəlləsinin 67.1.3 və 67.1.9-cu maddələrinə də istinad edilmiş olduğu göstərildiyinə görə həmin məsələ ilə bağlı da qısa münasibət bildirirlər ki, səyyar vergi yoxlaması zamanı əlavə vergilərin hesablanması zamanı Vergi Məcəlləsinin 67.1.3 və 67.1.9-cu maddələrinin tətbiqinə dair qeydlərin əsassız olması ilə yanaşı gəlirdən çıxılmalara aid edilən xərclərin hansı qanunvericilik aktına, hansı metodiki göstərişə əsasən tətbiq edilməsinin anlaşılan olmaması bu cür yanaşmanın əsassız olmasına dəlalət edir. Belə ki, həmin Məcəllənin 67.1.3-cü maddəsinə uyğun olaraq sahibkar tərəfindən çəkilmiş nəqliyyat xərclərinin illər üzrə bölgüsü müəyyən edilərkən də analoqu olmayan və qeyri-dəqiq bir formada məbləğlər müəyyən edilmişdir. Yəni ki, yoxlayıcı tərəfindən idxal edilmiş malların invoys dəyərində nəqliyyat xərclərinin xüsusi çəkisi - 1 (bir) manat dəyərində mal-materiala düşən nəqliyyat xərci müəyyən edilmişdir. Bundan sonra həmin xüsusi çəkidən istifadə etməklə illər üzrə nəqliyyat xərclərinin həcmi müəyyənləşdirilmişdir. Belə bir hesablama metodu qeyri-dəqiq olmaqla yanaşı, bu cür mücərrəd yanaşma vergi qanunvericiliyi ilə uzlaşmır. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi barədə qeyd isə isə səyyar vergi yoxlaması aktında şablon olaraq göstərilmiş, həmin maddəyə istinadən hər hansı bir hesablamadan söhbət gedə bilməz. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş səyyar vergi yoxlaması aktı ilə tanış olan zaman xx.xx.2020-ci ilin sonuna sahibliyimdə 2158823,58 manat dəyərində mal qalığının olması qeyd edilmişdir. Təəccüblüdür ki, respublikanın radio, televiziyalarında, sosial şəbəkələrdə, qəzet- mətbuatda böyük ajiotaja səbəb olan fövqəladə hadisə haqqında, yəni Z.Bünyadov prospekti 2095-2096 məhəllə ünvanda Bakı şəhəri İcra Hakimiyyətinin X5 (bundan sonra-Birlik) balansında olan tikinti materiallarının satışı bazarının ərazisində baş verən fövqəladə hadisə, yəni baş vermiş yanğın geniş işıqlandırılmasına rəğmən, yoxlayıcı-müfəttiş bu istiqamətdə ümumiyyətlə araşdırma aparmamaqla sahibkarın sahibliyində qalan mal qalığının dəyərini süni olaraq şişirtmişdir. Belə ki, sahibkar tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20952096 məhəllə ünvanda Birliyin balansında olan tikinti materiallarının satışı bazarının ərazisində icarəyə götürülmüş satış sahəsində yoxlamanın əhatə etdiyi dövrdə, yəni xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın zamanı satış məqsədli meşə materialları yanaraq yararsız vəziyyətə düşmüşdür. Rəsmi olaraq 150 kv.m sahə qeyd olunsa da sahibkara məxsus satış məqsədli malların faktiki olaraq yer çatışmazlığı ilə əlaqədar sahəyə bitişik təxminən 700- 800 kvm ərazidə də yığdığı 9000 m3 taxta materialı da tam olaraq yararsız hala düşmüşdür. Bu barədə Fövqəlada Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi X10 İdarəsi tərəfindən verilmiş müvafiq arayış mövcuddur. Hal-hazırkı səyyar vergi yoxlaması üzrə heç bir qanunvericiliyin tələblərinə əməl edilmədən aparılmış hesablamalar vergi orqanı tərəfindən hələ 2019-cu ilin aprel ayından sahibkara qarşı qərəzli mövqe nümayişinin məntiqi sonluğudur. Belə ki, vergi orqanı tərəfindən (vergi orqanının hansı struktur vahidi tərəfindən həyata keçirildiyini qeyd edə bilməməyim bu məsuliyyəti heç kim tərəfindən öz üzərinə götürməməsi ilə bağlıdır) 20l9-cu ilin aprel ayından etibarən Əlavə dəyər vergisinin depozit hesabında (bundan sonraƏDVDH) əməliyyat aparılması (sahibkar tərəfindən mal alınan şəxslərə ƏDV məbləğinin ödənilməsi və ya mal verilən şəxslər tərəfindən ƏDV məbləğinin sahibkara ödənilməsi) qeyri-qanuni olaraq mədudlaşdırılmışdır. Sahibkar tərəfindən ləğv edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti-bundan sonra Dövlət Vergi Xidməti) edilmiş 22.04.20l9-cu il tarixli, **********858100 nömrəli məktubda qeyd edilmişdir "Mən 1-ci qurup Qarabağ müharibəsi əliliyəm. Sahibkarlıq fəaliyyəti ilə məşğul oluram, ƏDV ödəyicisiyəm. ƏDVDH-dan əməliyyat apara bilmir, bu gün səhərdən depozitdən əməliiyat aparmaq mumkun deyildir. Ekrana Səhv !!! Məbləğin formatı düzgün deyil mesajı gəlir. Bunla əlaqədar xahiş edir ki, onu qəbul edəsinlər.” Müraciətə ləğv edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti) yanında İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********247100 nömrəli, "Aparılan araşdırma zamanı ƏDVDH üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmamışdır.” məzmunlu ümumi cümlələrlə vergi orqanı tərəfindən sahibkara qarşı yaradılmış problemə aid olmayan cavab verilmişdir. Vergi orqanı tərəfindən sahibkarın ƏDVDH-da əməliyyatların aparılmasının məhdudlaşdırılması, qeyri-qanuni olaraq sahibkarlıq fəaliyyətinə müdaxilə hesab edilməklə, sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş hərəkət kimi dəyərləndirilməlidir. Belə ki, "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində qeyd edilir ki, "Yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya onun ayrı-ayrı növlərinin qadağan olunmasına yol verilir.” "Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır.” Göründüyü kimi, vergi orqanı tərəfindən sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması haqqında heç bir qərar qəbul edilməmiş, yalnız texniki müdaxilə yolu ilə qeyri-qanuni olaraq sahibkarın bu növ fəaliyyəti əngəllənmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmış ki, təqdim edilən iddia ərizəsi üzrə mübahisə predmeti ilə əlaqədar 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151660 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021 -ci il tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi xx.xx.2022-ci il tarixli **********158688 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Aparılmış araşdırmalarla vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən idxal edilmiş malların faktiki dəyəri ilə vergi bəyannamələrində malların mədaxilində göstərilmiş dəyərdə kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd olunan vergidənyayınma riskinin araşdırılmasının zəruriliyi nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151660 nömrəli qərar, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********151726 nömrəli tələbnamə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211695503 nömrəli çıxarış xx.xx.2021-ci il tarixli **********485700 nömrəli məktubla vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Yoxlamaya aid sənədlər tələbnamədə göstərilən müddətdə yoxlamaya təqdim edilməmiş və bu hal xx.xx.2021-ci il tarixdə aktla rəsmiləşdirilmişdir. Aktın surəti xx.xx.2021 -ci il tarixli **********162200 nömrəli məktubla vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Sənədlər yoxlamaya təqdim edilmədiyi üçün “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında“ xx.xx.2021 ci il tarixli **********152496 nömrəli qərar çıxarılmış və xx.xx.2021 -ci il tarixdə **********115600 nömrəli məktubla tanış olmaq üçün vergi ödəyicisinə göndərilmişdir. Sənədlər təqdim edilmədiyi və götürülməsinə şərait yaradılmadığı üçün 18,05,2022-ci il tarixdə sənədlərin təqdim edilməsindən imtina edilməsi barədə akt tərtib edilmişdir. VM-nin 43.11 -ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********351000 nömrəli məktubla sənədlərin məhkəmə qaydasında alınması üçün məhkəməyə müraciət edilmiş, Şirvan inzibati Məhkəməsi tərəfindən sənədlərin götürülməsi barədə qərar qəbul olunmuş, lakin iddiaçı tərəfindən sənədlər təqdim edilməmişdir. Belə ki, “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqında” 18,05,2022-ci il tarixli **********157817 nömrəli qərar əsasındavergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan daşınan və daşınmaz əmlakın, malların, o cümlədən qeyri- maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyasının keçirilməsi nəzərdə tutulmuşdur. İnventarizasiyanın keçiriməsi haqqında qərar xx.xx.2022-ci il tarixli **********021000 nömrəli məktubla tanış olmaq üçün vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmiş, həmçinin 23,05,2022-ci il tarixdə saat 10:00-da vergi ödəyicisinin fəaliyyət göstərdiyi Lənkəran rayonu, Digah kəndində yerləşən tikinti materialları mağazasında mülkiyyətində və istifadəsində olan daşınan və daşınmaz əmlakın, malların, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyanın keçiriləcəyi və keçiriləcək inventarizasiyaya şərait yaradılması barədə 18,05,2022-ci il tarixli **********739800 nömrəli məktubla məlumat verilmişdir. Lakin qeyd olunan tarixdə vergi ödəyicisi özü və səlahiyyətli nümayəndəsi inventarizasiyada iştirak etməmiş, inventarizasiyanın keçirilməsinə şərait yaradılmamışdır. İnventarizasiyanın keçirilməsinə şərait yaradılmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN № ******* seriyalı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Yoxlamanın gedişi zamanı 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********7020 nömrəli qərarı əsasında vergi ödəyicisinə məxsus, Lənkəran rayonu, Digah kəndində yerləşən tikinti materialları mağazasında xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 (bir) nəfər işçinin rəsmi əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Operativ vergi nəzarətinin nəticəsi xx.xx.2022-ci il tarixli DVX 005569 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama vergi ödəyicisinin iştirakı olmadan banklara edilmiş sorğular əsasında bank hesabı və əməliyyatları barədə əldə edilmiş məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, idxal əməliyyatları barədə məlumatlar, qarşılıqlı əlaqələr üzrə aparılmış əməliyyatlar barədə əldə edilmiş sənəd və məlumatlar və vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim etdiyi bəyənnamə məlumatları əsasında aparılmışdır. 2. Tədiyyə növləri üzrə hesablamalar: 2.1. ƏDV-nin yoxlanması üzrə: Vergi ödəyicisi ƏDV qeydiyyatına alınması məqsədi ilə xx.xx.2016-cı il tarixdə (AVİS qeydiyyatı № **********875300) ərizə ilə vergi orqanına müraciət etmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisi Vergi Məcəlləsinin 156.1-ci maddəsinə uyğun olaraq ödəyicinin müraciətinə əsasən 01,05.2016-cı il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və **********0 saylı “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat Bildirişi” verilmişdir. Vergi ödəyicisi xx.xx.2016-cı il tarixdən yoxlanılan dövrün sonuna qədər ƏDVnin ödəyicisi olmuşdur. Həmin dövrdə vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələri vergi orqanına təqdim edilmişdir. Vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdə idxal olunmuş tikinti materiallarının satışı ilə məşğul olmuşdur ki, bu da yoxlama ilə Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq vergitutma obyekti hesab edilmiş və ƏDV hesablanmışdır. Yoxlama zamanı əvəzləşdirilən ƏDV məbləği Vergi Məcəlləsinin 170-ci və 175-ci maddələrinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyənnamələri üzrə ƏDV-yə cəlb edilən əməliyyatların həcmi 19305576,67 manat, ƏDV məbləği 3475003,80 manat, əvəzləşdirilən ƏDV məbləği 2623747,26 manat, azaldılan ƏDV məbləği 9152,46 manat büdcəyə hesablanan ƏDV məbləği 842104,08 manat olmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Həmçinin əldə edilmiş EQF-lar üzrə 7864.31 manat və YGB üzrə 7089.49 manat ödənilən, lakin əvəzləşmədə nəzərə alınmayan ümümilikdə 14953.8 manat ƏDV məbləği yoxlama zamanı nəzərə alınmışdır. Yoxlamanın əhatə etdiyi dövr üzrə ƏDVnin ümumilikdə 14953,80 manat artıq hesablandığı müəyyən edilmişdir.(ƏDV-nin müqayisəli cədvəli əlavə olunur) 2.2. Gəlir vergisinin yoxlanılması üzrə: 2018-2020-ci illər üzrə gəlir vergisinin düzgünlüyü yoxlanılmışdır. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə gəlir vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. Vergi Məcəlləsinin 96.1 -cı maddəsinə əsasən rezidentlərin gəlirləri üzrəvergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Eyni zamanda Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi yoxlamaya sənədləri təqdim etməkdən və yoxlamada iştirak etməkdən imtina etdiyi üçün yoxlama vergi ödəyicisinin iştirakı olmadan banklara edilmiş sorğular əsasında bank hesabı və əməliyyatları barədə əldə edilmiş məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, idxal əməliyyatları barədə məlumatlar, qarşılıqlı əlaqələr üzrə aparılmış əməliyyatlar barədə əldə edilmiş sənəd və məlumatlar və vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim etdiyi bəyənnamə məlumatları əsasında aparılmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi idxal olunan taxtanın və digər tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Malların bir qismi elektron qaimə faktura əsasında nağdsız qaydada, bir qismi isə vergi ödəyicisinin fəaliyyət göstərdiyi tikinti materialları mağazasında nağd qaydada satılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin obyektində quraşdırılmış nəzarət kassa aparatınının dövrü fiskal hesabatlarını əldə etmək mümkün olmadığı üçün vergi ödəyicisinin gəlirlərini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunan səbəbdən vergi ödəyicisinin gəlirlərinin VM-nin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında müəyyən edilməsinə zərurət yaranmışdır. Vergi ödəyicisinin fəaliyyətinə analoji vergi ödəyicisinin müəyyən edilməsi məqsədi ilə aparılmış araşdırmalarla vergi ödəyicisi kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyətinin İddiaçı sahibkarlıq fəaliyyətinə oxşar olması müəyyən edilmişdir. Lakin "xxxx" MMC və "xxxx" MMC tərəfindən satış məqsədi ilə yalnız meşə materiallarının idxal edildiyi, İddiaçı tərəfindən meşə materialları ilə yanaşı həm də əlavə olaraq dam örtüyü üçün asbest şiferlərin və armaturların idxal edildiyi müəyyən edilmiş, həmçinin işçi sayının, obyekt sayının və obyekt sahələrinin fərqli olması səbəbindən Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulan meyarlar üzrə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Vergi ödəyicisinin fəaliyyəti üzrə bundan əvvəlki yoxlama 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********168738 nömrəli qərarı əsasında aparılmış, vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fəaliyyət dövrü əhatə olunmaqla, nəticəsi 24.01,2020-ci il tarixli **********170382 nömrəli SVY aktı ilə rəsmiləşdirilmişdir. AKT vergi ödəyicisi tərəfindən imzalanmış və hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Vergi ödəyicisinin 2018 və 2019cu illər ərzində də taxtanın, armaturun, asbest dam örtüklərinin idxalı və satışı ilə məşğul olduğu nəzərə alınmaqla VM-nin 67.1.1-ci, 67.1.3-cü və 67.1.9-cu maddələrinə əsasən 2017-ci il üçün SVY aktı ilə təsdiqlənmiş gəlir vergisi bəyənnaməsinin göstəriciləri 2018 və 2019-cu illər üçün gəlir dövriyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə əlaqəli məlumat kimi istifadə olunmuşdur. 2020-ci ildə malların təqdim edilməsi müəyyən edilmədiyi üçün əlaqəli məlumatdan istifadə olunmamışdır. Belə ki, vergi ödəyicisinin 2017-ci il gəlir vergisi bəyannaməsi üzrə ümumi gəlirləri 10422277,56 manat, malın maya dəyəri 8604875,31 manat olmaqla ticarət əlavəsinin 21.12 % olması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən mal-materialların hərəkəti, yoxlamanın əvvəlinə və sonuna mal qalığı barədə məlumatlar təqdim edilmədiyi üçün 2018-2020-ci illər üzrə gəlir vergisi bəyannamələrinin yoxlanılması zamanı təqdim edilən malların maya dəyərinin müəyyənləşdirilməsi üçün statistik (gömrük) dəyərlə əks etdirilmiş malların invoys dəyəri müəyyən edilmiş və mal qalığı barədə məlumatlar nəzərə alınmışdır. Belə ki, gəlir vergisi bəyannamələrində bundan əvvəlki yoxlama ilə 2017-ci ilin sonuna, yəni 2018-Cİ ilin ƏVVƏİİnƏ mal qalığı 386646,88 manat (invoys dəyəri ilə) müəyyən edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə 2018-ci ilin sonuna mal qalığı 4579303,10 manat göstərilmişdir. 2018-ci il ərzində idxal olunmuş malların invoys dəyərinin (16740521,61 manat) statistik dəyərdə (19573879,72 manat) xüsusi çəkisinin 0,********** (16740521,61/19573879,72) olması nəzərə alınmaqla 2018-ci ilin sonuna invoys dəyər ilə mal qalığının 3916439,85 manat (4579303,10 x 0,**********) olması müəyyən edilmişdir. Beləliklə, 2018-ci il üzrə satılmış malın invoys dəyərinin 13210728,64 manat (386646,88+16740521,61-3916439,85) olması müəyyən edilmişdir. 2018-ci ildə satılmış malın dəyərinə 2017-ci il üçün müəyyən edilən ticarət əlavəsi tətbiq edilməklə ümümi gəlir 16000915,30 manat müəyyən edilmişdir. Ümumi gəlir = 13210728,64 + (13210728,64 x 21,120611101 %) = 16000915,30 manat 2018-ci il üzrə Gəlir vergisinin yoxlanılması zamanı xərc maddələri vergi ödəyicisinin bank hesabı və əməliyyatları haqqında əldə olunmuş məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları əsasında müəyyən edilmişdir. Vergi ödəyicisinin əldə etdiyi elektron qaimə fakturalara əsasən 2018-ci il ərzində daşımaların dəyəri 1461841,66 manat olmuşdur. Nəqliyyat xərcinin 2018-ci ilə düşən hissəsinin tapılması məqsədi ilə əldə edilmiş e-qaimə fakturalar üzrə nəqliyyat xərclərinin (1461841,66 manat) idxal olunmuş malların invoys dəyərində (16740521,61 manat) xüsusi çəkisi tapılmışdır. Nəqliyyat xərcinin 2018-ci ildə idxal olunan mallara görə çəkildiyi nəzərə alınmaqla satılmış malın dəyərindən ilin əvvəlinə qalan mal qalığı məbləği çıxılmaqla qalan məbləğ xüsusi çəkiyə vurulmaqla 2018-ci il üçün nəqliyyat xərcləri müəyyən edilmişdir. Nəqliyyat xərci = (13210728,64 - 386646,88) x 0,**********=1119844,26 manat malların daşınması ilə əlaqədar əldə edilmiş e-qaimə fakturalar üzrə 341997,40 manat nəqliyyat xərci (1461841,66 -1119844,26) 2019-cu ildə nəzərə alınmışdır. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə etdiyi gəlirlərin 15388749,72 manat, xərclərin 15375217,00 manat, o cümlədən əmək haqqı xərci 4800,00 manat, sosial sığorta haqqı 1056,00 manat, malın dəyəri 14966801,00 manat, nəqliyyat xərcləri 402560,00 manat olduğu vergiyə cəlb edilən gəlirin 13532,72 manat, gəlir vergisinin 2706,54 manat olduğu göstərilmişdir. Yoxlama ilə 2018-ci il üzrə malların təqdim edilməsindən əldə etdiyi gəlirlərin 16000915,30 manat, (gəlir dövriyyəsi VM-nin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında müəyyən edildiyi üçün ƏDV dövriyyəsi arasında fərqin yaranmasına səbəb olmuşdur) xərclərin 14424635,93 manat, o cümlədən əmək haqqı xərci 4800,00 manat, sosial sığorta haqqı 1075,00 manat, malın dəyəri 13210728,64 manat, icarə haqqı 1200,00 manat, nəqliyyat xərcləri 1119844,26 manat, bank xidməti üzrə xərclər 68255,69 manat, mənfi məzənnə fərqi 7858,68 manat, digər xərclər 8773,66 manat, gəlirdən çıxılan vergi (sadələşmiş 1%) 2100,00 manat olduğu, vergiyə cəlb edilən mənfəətin 1576279,37 manat, mənfəət vergisinin 315255,87 manat olduğu müəyyən edilmişdir. 2018-ci il üzrə gəlir vergisinin 312549,33 manat (315255,87-2706,54) azaldılması müəyyən edilmişdir. Təqdim olunmuş bəyənnamə məlumatları üzrə 2019-cu ilin əvvəlinə mal qalığı 4579303,10 manat, ilin sonuna mal qalığı 2423495,27 manat təşkil etmişdir. Bəyannamədə göstərilən mal qalığı statistik dəyərlə göstərildiyi üçün həmin malların invoys dəyərinin müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə 2019-cu il ərzində idxal olunmuş malların invoys dəyərinin (8630139,06 manat) statistik dəyərdə (9867084,43 manat) xüsusi çəkisi tapılmış və tapılan xüsusi çəki statistik dəyərlə göstərilmiş mal qalığına vurulmaqla 2019- cu ilin sonuna qalıq qalmış malların invoys dəyəri müəyyən edilmişdir. cu ilin əvvəlinə qalıq qalmış malların invoys dəyəri 3916439,85 manat, 2019-cu ilin sonuna qalıq qalmış malların invoys dəyəri 2119684,02 manat (2423495,27 x 0,**********) müəyyən edilmişdir. Beləliklə, 2019-cu il üzrə satılmış malın invoys dəyəri aşağıdakı kimi müəyyən edilmişdir. Malın dəyəri = 3916439,85 + 8630139,06 - 2119684,02 = 10426894,89 manat 2017-ci il üçün müəyyən edilən ticarət əlavəsi (21,120611101 %) 2019-cu ildə təqdim edilmiş malın invoys dəyərinə tətbiq edilməklə ümumi gəlir müəyyən edilmişdir. 2019-cu ilin Ümumi gəliri = 10426894,89 + (10426894,89 x 21,120611101%) = 12629118,80 manat 2019-cu il üzrə Gəlir vergisinin yoxlanılması zamanı xərc maddələri vergi ödəyicisinin bank hesabı və əməliyyatları haqqında əldə olunmuş məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan uçot- baza məlumatları əsasında müəyyən edilmişdir. Nəqliyyat xərclərinin araşdırılması zamanı il ərzində malların daşınması ilə əlaqədar 785199,90 manat e-qaimə fakturalar əldə edilmişdir. Satılan mallara çəkilən nəqliyyat xərclərini müəyyən etmək üçün nəqliyyat ilə əlaqədar əldə edilmiş e-qaimə fakturaların dəyərinin (785199,90 manat) idxal olunmuş malların invoys dəyərində (8630139,06 manat) xüsusi çəkisi tapılmışdır. Göstərilən nəqliyyat xərci 2019-cu ildə idxal olunan mallara görə çəkildiyi üçün satılmış malın dəyərindən ilin əvvəlinə olan mal qalığı çıxılaraq xüsusi çəkiyə vurulmuş və 2019-cu ilin nəqliyyat xərcləri müəyyən edilmişdir. Nəqliyyat xərcinin 2018-ci ildən 2019-cu il üçün müəyyən edilən hissəsi (341997,40 manat) nəzərə alınmışdır. 2019-cu il üçün nəqliyyat xərci =(10426894,89-3916439,85) x 0,**********=592343,72 +341997,40 = 934341,12 manat təşkil edir. Malların daşınması ilə əlaqədar əldə edilmiş e-qaimə fakturalar üzrə 192856,18 manat (785199,90 -592343,72) daşınma xərci növbəti illərin xərclərinə aid edilməlidir. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə etdiyi gəlirlərin 12759608,76 manat, xərclərin 12751964,64 manat, o cümlədən əmək haqqı xərci 7140,00 manat, sosial sığorta haqqı 1470,00 manat, malın dəyəri 12009002,00 manat, nəqliyyat xərcləri 606244,00 manat, digər xərclərin 128108,64 manat olduğu vergiyə cəlb edilən gəlirin 7644,12 manat, gəlir vergisinin 1528,82 manat olduğu göstərilmişdir.Yoxlama ilə 2019-cu il üzrə malların təqdim edilməsindən əldə etdiyi gəlirlərin 12629118,80 manat (gəlir dövriyyəsi VM-nin 67ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında müəyyən edildiyi üçün ƏDV dövriyyəsi arasında fərqin yaranmasına səbəb olmuşdur), xərclərin 11398201,13 manat, o cümlədən əmək haqqı xərci 7140,00 manat, sosial sığorta haqqı 1564,50 manat, malın dəyəri 10426894,89 manat, icarə haqqı 3300,00 manat, nəqliyyat xərcləri 934341,12 manat, bank xidməti üzrə xərclər 18490,62 manat, mənfi məzənnə fərqi 4970,00 manat, gəlirdən çıxılan vergi (sadələşmiş 1%) 1500,00 manat olduğu, vergiyə cəlb edilən mənfəətin 1230917,67 manat, gəlir vergisinin 246183,53 manat olduğu müəyyən edilmişdir. 2019-cu il üzrə gəlir vergisinin 244654,71 manat (246183,53-1528,82) azaldılması müəyyən edilmişdir. ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlirlərin olmadığı, xərclərin 35255,30 manat, o cümlədən nəqliyyat xərclərinin 35115,30 manat, digər xərclərin 140,00 manat, maliyyə nəticəsinin 36255.30 manat zərər olduğu göstərilmişdir. Yoxlama ilə 2020-ci il üzrə malların təqdim edilməsi müəyyən edilməmiş, xərclərin 8707,26 manat, o cümlədən əmək haqqı xərci 6550,00 manat, sosial sığorta haqqı 1365,25 manat, icarə haqqı 600,00 manat, bank xidməti üzrə xərclər 52,01 manat, digər xərclərin 140,00 manat olmaqla 8707,26 manat zərər müəyyən edilmişdir. 2020-ci ilin əvvəlinə invoys dəyəri ilə mal qalığının 2119684,02 manat, 2020-ci il ərzində idxal olunan malların invoys dəyərinin 39139,56 manat olması nəzərə alınmaqla 2020-ci ilin sonuna qalıq qalmış malların invoys dəyəri 2158823,58 manat (2119684,02 + 39139,56) müəyyən edilmişdir. Vergi ödəyicisinin idxal olunmuş malın daşınmasına görə əldə edilmiş manat e-qaimə fakturanın dəyəri növbəti illərin xərci kimi tanınmışdır. Yoxlama zamanı gəlir vergisinin ümumilikdə 557204,04 manat azaldılması müəyyən edilmişdir. 2.3. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsinin düzgünlüyünün yoxlanılması Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət SOSİal sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsinin düzgünlüyünün yoxlanılması zamanı 50,00 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, kameral vergi yoxlaması ilə 2020-ci ilin 3-cü rübü üzrə (iyul ayı üzrə) 1400,00 manat əmək haqqı məbləğinə 364,00 manat MDSS haqqı hesablanmış, lakin vergi ödəyicisinə sahibkarlıq fəaliyyət ilə əlaqədar MDSS haqqı hesablanmadığı üçün yoxlama zamanı “Sosial sığorta haqqında” AR qanunun həmin dövrdə qüvvədə olan 14.5.1 -ci maddəsinə əsasən resbublika tabeli şəhərlərdə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün 50,00 manat (250*25%*80%=50) MDSS haqqı hessablanmışdır. Ödəmə mənbəyindətutulan verginin yoxlanılması zamanı vergi ödəyicisi tərəfindən "xxxx" MMCnin (VÖEN:**********) təqdim etdiyi e-qaimə fakturalara əsasən 2018-ci ilin 4- cü rübü üzrə 1200,00 manat, 2019-cu ilin 2-ci rübü üzrə 1500,00 manat, 2019-cu ilin 3-cü rübü üzrə 900,00 manat, 2019-cu ilin 4-cü rübü üzrə 900,00 manat, 2020-ci ilin 1 -ci rübü üzrə 600,00 manat icarə haqqı ödənilmişdir. Lakin vergi ödəyicisi tərəfindən ÖMV bəyənnamələri vergi orqanına təqdim edilməməsinə görə hər rüb üzrə 40 manat olmaqla ümumilikdə 200,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində vergilərin 557254,04 manat azaldılması müəyyən edilmişdir: o cümlədən 557204,04 manat gəlir vergisinin azaldılması, 50,00 manat məcburi dövlət sosial sığorta haqqlarının azaldılması Səyyar vergi yoxlaması nəticəsində vergilərin 14953,80 manat artıq hesablanması müəyyən edilmişdir: o cümlədən 14953,80 manat əlavə dəyər vergisinin artıq hesablanması. Yoxlama ilə vergilərin ümumilikdə 542300,24 manat azaldılması müəyyən edilmişdir. Yoxlama ilə azaldılmış 557254,04 manat vergi məbləğinə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 278627,03 manat, Vergi Məcəlləsinin 57.1 ci maddəsinə əsasən 200,00 manat olmaqla ümumilikdə 278827,03 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qeyd olunanlara əsasən İddiaçı iddiası üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 02 may 2023-cü il tarixli, 2-1(120)- 1089/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şirvan İnzibati Məhkəməsinin qərarında qeyd edilmişdir ki, 12 noyabr 2020-ci il tarixli **********141648 (qeyd olunan qərar ümumiyyətlə mövcud deyildir) nömrəli qərarın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: Cavabdeh inzibati orqanın iddiaçının faəliyyəti üzrə səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, yəni 8 aydan çox davam etmiş və bu müddət ərzində 1 dəfə “müddətin uzadılması barədə” və 9 dəfə “yoxlamanın müvəqqəti dayandırılması barədə” qərarlar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş 08 avqust 2022-ci il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Vergi orqanı fərdi sahibkar İddiaçı 2018 və 2019-cu illər gəlir vergisi üzrə əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı 2017-ci il üçün sahibkarın özü tərəfindən təqdim edilmiş vergi bəyannaməsindən deyil, əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə etmişdir. Bununla bağlı bildiririk ki, məhkəmə yuxarıda qeyd olunan sübuta söykənərək qəbul etdiyi, barəsində şikayət olunan qərarı əsaslandırmağa çalışmış və araşdırmanın tam və hərtərəfli həyata keçirilməsi və obyektiv həqiqətin müəyyən edilməsi üzrə vəzifələrini yerinə yetirməmişdir. Belə ki, AR İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Öncəliklə bildiririk ki, “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” haqqında qərarlarda (qeyd olunan qərarlar və reystrdən çıxarış əlavə olunur) tədbirlərin keçirilməsi üçün əsas olan hallar və zərurət, yəni əsaslar göstərildiyi halda “göstərilməmişdir” kimi əsaslandırma aparılması tərəflərin hüquq bərabərliyi prinsipini pozmaqla cavabdehin xeyrinə olan sübutlara təhrif olunmuş yön verərək ədalətli məhkəmə araşdırılması hüququ üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi və AR İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi xx.xx.2022-ci il tarixindən xx.xx.2022 tarixinədək (22 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (21 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (18 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (12 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (19 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; 24.05.202 tarixindən xx.xx.2022 tarixinədək (14 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (19 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (20 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (20 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi barədə qərarlar qəbul edilmişdir. Belə ki, AR İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bu istiqamətdə heç bir araşdırma aparmamış, sadəcə iddiaçının verdiyi məlumatları əsas və mötəbər hesab edərək qənaətə gəlmişdir. Bununla da qanunvericiliyin təhlili nəticəsində bizdə formalaşmış olan hüquqi mövqeyimizə əsasən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmişdir. Həmçinin məhkəmə qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nаzirliyi X10 Xidməti 3-cü ərazi X10 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayış öz əksini tapmışdır ki, həmin arayışda aşağıdakılar göstərilmişdir: “Verilir vətəndaş İddiaçı ondan ötrü ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2095-2096-cı məhəllə ünvanda Bakı şəhəri İH-nin X5 balansında olan tikinti materiallarının satışı bazarının ərazisində onun tərəfindən icarəyə götürülmüş satış sahəsində 150 kvm sahədə yanğın hadisəsi baş vermişdir" Yəni, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi X10 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayışında hadisənin baş verdiyi tarix səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə aid, həmçinin həmin Arayışın verilmə tarixi səyyar vergi yoxlaması Aktının tərtib edildiyi tarixdən əvvəlki dövrə təsadüf etsə də, xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktında həmin halın nəzərə alınması öz əksini tapmamışdır. Bununla bağlı bildiririk ki, Fövqəladə Hallar Nazirliyi X10 Xidməti tərəfindən İddiaçı təqdim olunmuş arayış yoxlamaya təqdim edilmədiyi üçün münasibət bildirilməmişdir. Ekspert həmin arayışa istinad etmiş, lakin həmin arayışda məhv olmuş və ya yararsız hala düşmüş malların miqdarı və məbləği barədə heç bir məlumat verilməmişdir. Arayışda həmin məlumatların olmamasına baxmayaraq ekspert tərəfindən 150 kv.m sahədə məhv olmuş və ya yararsız hala düşmüş malların olubolmamasının və ya onların dəyərinin müəyən edilməsi qaydası barədə məlumat verilməmişdir. X7 Məhkəməsi qəbul etdiyi qərarı əsaslandırmaq üçün qeyd etmişdir ki, “Məhkəmə, həmçinin hazırki işlə bağlı təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/9284 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir.” Yuxarıda qeyd olunan bu cümləni qəbul etdiyi qərarında əks etdirən məhkəmə heç bir əsaslandırma aparmadan sadəcə ekspert rəyini qərarı ilə kifayətlənmiş və özünün hüquqtətbiq edən orqan kimi yanaşması və qiymətləndirməsi olmamışdır. Ekspert rəyini mötəbər sübut hesab edən məhkəmə rəyin mötəbər sübut hesab edilməsi üzrə heç bir əsaslandırma aparmamışdır. Ekspertin qanunvericiliyə zidd olan və xüsusi peşə fəaliyyəti ilə bağlı olmayan, maddələrin təfsir və tətbiqini əsaslandırmağa çalışan rəyini məhkəmə mötəbər hesab edərək özünəməxsus olan və məhkəmə anlayışına cavab verməli olan fəaliyyətini rəyə söykənməklə həyata keçirmiş hesab etmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan milli və beynəlxalq qanunvericiliyin tələblərinə riayət etməmiş və nəticədə cavabdehin prosessual hüquqları ciddi şəkildə pozulmuşdur. Məhkəmə sübutların qiymətləndirilməsini həyata keçirərkən hansı “sübutetmə standartı”nı əsas götürməsi də bəlli deyildir. Hesab edirik ki, hakim inzibati mübahisə üzrə həm “sübutların üstünlüyü” sübutetmə standartından istifadə etmiş, həm də “əsaslı şübhədən kənar” sübutetmə standartını tətbiq etmişdir. Sübutlar qiymətləndirilən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartı əsas götürülür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni drəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (Avropa Məhkəməsinin “Avşar Türkiyəyə qarşı işi). İnzibati prosessual qanunvericiliyin fəlsəfi mahiyyəti faktların obyektiv həqiqət prinsipindən irəli gələn mütləq həqiqətin müəyyən edilməsi təşkil edir. Yəni, hakim obyektiv, real, mütləq həqiqətin axtarışında olmalıdır. Bu baxımdan inzibati mübahsiə üzrə məhkəmə qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını mümkün dəqiqliklə müəyyən etməkdir. Onlara tətbiq edilən qanun/hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). “Sübutların üstünlüyü” (ehtimallar balansı) standartını belə izah etmək olar ki, əgər təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verməməsindən çox baş verməsi qənaətinə gəlmək olarsa, sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Bu standart mülki mübahisələrə tətbiq olunur. Lakin təəssüfedici hal ondan ibarətdir ki, sübutların üstünlüyü prinsipindən istifadə edilməsi qeyd olunan inzibati mübahsiənin tam ədalətsiz və qərəzli aparılmasına gətirib çıxartmışdır. Belə ki, məhkəmə mötəbər hesab etdiyi və məhkəmə aktının hüquqi və faktiki əsasını təşkil etmiş ekspert rəyi üzrə aktiv arbitr olaraq obyektiv həqiqətin axtarışında olmamışdır. Yəni, ekspert rəyi qəti olaraq araşdırılmamış, yoxlanılmamış və qiymətləndirilməmişdir. Belə olan halda obyektiv həqiqətin müəyyən olunması birmənalı şəkildə istisna olunur. Hesab edirik ki, qeyd olunan faktlar ciddi araşdırlmış olsaydı, əvvəla bu məhkəmə aktında şərh olunacaqdır, digər tərəfdən də ciddi nöqsanların aşkar olunacağı qaçılmaz olacaqdır. Nəticədə obyektiv həqiqət müəyyən olunaraq qanuni və əsaslı qərar qəbul olunacaqdır. Məhkəmənin mötəbər hesab etdiyi, lakin heç bir şəkildə qiymtləndirmədiyi ekspert rəyinə tərəfimizdən əsaslandırılmış etiraz təqdim edilmiş, lakin məhkəmə tərəfindən etirazda göstərilmiş dəlillər üzrə qiymətləndirmə və münasibət olmamışdır. Bu isə məhkəmə prosesi zamanı tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət olunmasını istisna edir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, proses zamanı tərəfimizdən Əlavə məhkəmə-mühasibat ekspertizasının keçirilməsi haqqında vəsatət təqdim edilmiş, lakin sözügedən vəsatətin təmin və ya rədd edilməsi, rədd edildiyi təqdirdə hansı səbəblərdən rədd edilməsi barədə məhkəmə aktında hər hansı bir münasibət mövcud deyildir. Qeyd olunanlardan bir daha aydın olur ki, məhkəmə ədalətli məhkəmə araşdırılması hüququnu pozmuş, tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət etməmişdir. Rəyin əsaslandırılmasında olan bu ziddiyyətlər rəyin mötəbərliyini şübhə altına almaqla əsassızlığına dəlalət edir. Məhkəmə inzibati mübahisə üzrə obyektiv həqiqətin axtarışında olmalıdır. Obyektiv həqiqət hüquq nəzəriyyəsində daha çox tanınan iki sübutetmə standartından biri olan “sübutların üstünlüyü” sübutetmə standartını birmənalı şəkildə istisna edir. Beləliklə bu formada, yəni bəsit şəkildə və şübhə doğuracaq anlamda məhkəmə tərəfindən əsaslandırma aparılması tərəfin yekun məhkəmə qərarının şübhə doğurmaması hüququnu pozur, qərəzli və ədalətsiz davranışını ortaya qoyur. "Məhkəmə" anlayışına qeyri-məhkəmə orqanı tərəfindən bir tərəfin əleyhinə dəyişdirilməsi mümkün olmayan məcburi qüvvəyə malik qərar çıxarmaq səlahiyyəti xasdır (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə qərarı). Qanunun aliliyi prinsipinin əsas aspektlərindən biri, hüquqi müəyyənlik prinsipidir, bu prinsip, digərlləri ilə yanaşı, tələb edir ki, məhkəmələr iş üzrə yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğurmamalıdır (Avropa Məhkəməsinin Brumarescu Rumıniyaya qarşı iş üzrə qərarı). Bundan əlavə, bir daha qeyd olunur ki, ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi işığında şərh olunmalıdır. Qanunun aliliyi prinsipinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir ki, (Avropa Məhkəməsinin Okyay və digərləri Türkiyəyə qarşı iş üzrə qərarı) bu da digərləri arasında məhkəmələr işlə bağlı yekun qərar çıxardığı zaman onların qərarının şübhə doğurmamasını tələb edir (Avropa Məhkəməsinin Agrokompleks Ukraynaya qarşı iş üzrə qərarı). Məhkəmə aktının əsaslandırılması tələbi əsaslandırmanın şübhə doğurmayacaq şəkildə həyata keçirilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994cü il tarixli, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normasının tətbiq və təfsir olunmasında yanlışlara yol vermiş və nəticə etibarı ilə yalnışa söykənən qənaət onun qərarının hüquqi əsaslandırılmasını təşkil etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin dəllilləri əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). «İnzibati icraat haqqında» Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın 23 sentyabr 2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddian təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarla bağlı qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, itabiznİ̇İ“ icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (rəlsxəş) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (rəlsxəş) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (nirəlsxəş) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir aqşab) sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar itabiznİ̇İ“ icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3- cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İİ̇nzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə itabiznİ̇İ“ icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə səyyar vergi yoxlaması üçün müddətin iş günləri ilə deyil, təqvim günləri ilə hesablanması məhz qanunvericinin iradəsindən irəli gəlir. İş materiallarından görünür ki, xx.xx.2021-ci ildə başlanmış səyyar vergi yoxlaması xx.xx.2021-ci ildə başa çatdırılmalı olduğu halda, yoxlama 30 iş günü davam etdirilərək xx.xx.2021-ci il tarixinədək davam etmiş və həmin tarixdə yoxlamanın 49 gün müddətinə uzadılması barədə qərar qəbul edilmiş və yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırılmalı olduğu halda yoxlama xx.xx.2022-ci ildə başa çatdırılmışdır. Həmçinin, cavabdeh özünün qərarları ilə səyyar vergi yoxlamasını dayandırarkən MMC-nin rəhbərinin əmək qabiliyyətinin itirilməsinə istinad etsə də bunu təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş KY211695503 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 20 gün müddətinə dayandırılmışdır. Ancaq səyyar vergi yoxlaması aktdan görünür ki səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə bitmişdir. Yəni, səyyar vergi yoxlamasının dayandırıldığı halda cavabdeh inzibati orqan tərəfindən həmin müddət ərzində yoxlama hərəkətləri həyata keçirilmişdir. Ümumiyyətlə, xx.xx.2022-ci il tarixindən sonra yoxlama müddətinin uzadılması və aparılması ilə bağlı qərarlar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. Həmçinin Azərbaycan Respublikası VM-də müəyyən edilmiş müddətlərin cavabdeh tərəfindən pozulması həm də "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin avqust 2016-cı il tarixli Sərəncamından və həmin Sərəncamla təsdiq edilmiş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin müddəalarından irəli gəlir. Azərbaycan Respublikası Prezidentinin həmin Sərəncamının 2ci bəndində Vergilər Nazirliyinə tapşırılmışdır ki, vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin (2.2); vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etsin (2.3), həmin Sərəncamla təsdiq olunmuş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin 7-ci bəndində "kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması təsbit edilmiş, beləliklə, vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı daha uzun müddət ərzində həyata keçirmiş, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə cavabdehin "səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ı, "Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərar"ları barədə məlumatlar daxil edilsə də, bundan sonra həyata keçirilən digər yoxlama hərəkətləri Reyestrdə qeydə alınmadığına görə həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş pozuntularla bağlı iddiaçı məsuliyyətə cəlb edilə bilməz, cavabdeh müddət uzadılması haqqında qərarı əvvəlki qərarla müəyyən edilmiş müddətlər ərzində aparılan yoxlama başa çatdıqdan sonra qəbul etmiş və bu qərarla belə bir səlahiyyəti olmadığı halda, faktiki olaraq vergi yoxlamasının müddətini dəfələrlə artırmışdır. İİ̇şə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2-ci maddəsinə görə, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. (Vergi Məcəlləsinin 01 yanvar 2022-ci il qədər olan redaksiyası) 38.4-cü maddəsinə görə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. İstinad olunan qanunvericilik normalarına əsasən vergi orqanı növbəti və növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edə bilsə də, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz və həmin müddət çərçivəsində başa çatdırılmalı, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir və burada nəzərdə tutulan 30 gün müddəti 30 təqvim gününü ehtiva edir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması həmin vəzifəli şəxsin əmək qabiliyyəti bərpa olunanadək, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 3.4, 3.4.16, 3.4.18, 3.4.19-cu bəndlərinə əsasən, reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri. Göründüyü kimi, vergi yoxlamalarının müddətinin artırılması, yoxlamanın nəticəsi və aşkarlanmış qanun pozuntusunun məzmunu barədə məlumatlar da Reyestrə daxil edilməsi tələb olunan məlumatlar sırasındadır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.5-ci bəndində deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması zamanı fiziki şəxsə vergilər Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə əsasən hesablanmışdır. Vergi Məcəlləsinin 67.1.1-ci maddəsində əvvəlki hesabat dövrləri üçün vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş vergi bəyannamələri nəzərdə tutulmuşdur. Lakin, səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış gəlir vergisi müəyyən edilərkən Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə istinad edildiyi göstərilsə də həmin maddənin tələbləri gözlənilməmişdir. Belə ki, yoxlama ilə əvvəlki dövrə aid olan 2017-ci ilin SVY bəyannaməsinin məlumatlarına istinad edilmişdir. Bundan başqa qeyd edilir ki, yoxlayıcı tərəfindən əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə edilərək həmin bəyannamə üzrə müəyyən edilmiş ticarət əlavəsi göstəricisi 2018 və 2019-cu ilə tətbiq edilmişdir ki, belə qayda vergilərin hesablanması ilə bağlı qanunvericilikdə, o cümlədən Vergi Məcəlləsinin 67-ci (vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi), 83-cü (vergi orqanları tərəfindən vergilərin hesablanması) maddələrində və fiziki şəxslərin gəlir vergisinə aid hissəsində nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilir ki, yoxlama aktında vergi ödəyicisinin meşə materialları, asbest şiferləri, armatur idxal edildiyi göstərilmişdir ki, həmin malların əmtəə bazarında rentabellik səviyyəsi müsbət və ya mənfi olaraq dəyişə bilər. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İİ̇PM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İİ̇PM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Belə ki, hakim qəbul etdiyi qərarın hüquqi və faktiki əsasını təşkil edən xx.xx.2023-cü il tarixli, 9/9284 nömrəli ekspert rəyini qiymətləndirməli olduğu halda qiymətləndirməmişdir. Hakim mötəbər sübut hesab etdiyi ekspert rəyinin mötəbərliyini sadəcə bir cümlə ilə ifadə etmiş və həmin rəy üzrə təqdim edilən etirazın dəlillərinə münasibət bildirməmiş və qəti şəkildə sübutun qiymətləndirilməsindən qanunsuz və əsassız olaraq çəkinmişdir. Eləcə də ekspert rəyi qəti olaraq araşdırılmamış, yoxlanılmamış və qiymətləndirilməmişdir. Məhkəmənin mötəbər hesab etdiyi, lakin heç bir şəkildə qiymətləndirmədiyi ekspert rəyinə əsaslandırılmış etiraz təqdim edilmiş, lakin məhkəmə tərəfindən etirazda göstərilmiş dəlillər üzrə qiymətləndirmə və münasibət olmamışdır. Bu isə məhkəmə prosesi zamanı tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət olunmasını istisna edir. Eyni zamanda proses zamanı cavabdeh tərəfindən təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi haqqında vəsatət təqdim edilmiş, lakin sözügedən vəsatətin təmin və ya rədd edilməsi, rədd edildiyi təqdirdə hansı səbəblərdən rədd edilməsi barədə məhkəmə aktında hər hansı bir münasibət mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən xx.xx.2023-cü il tarixli, 9/9284 nömrəli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir. Ekspert rəyinin nəticəsinə əsasən, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktı və həmin akt əsasında qəbul edilmiş vergi orqanının “xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında öz əksini tapmış gəlir vergisinin düzgünlüyü müəyyən olunmur. Yəni, vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış gəlir vergisi və maliyyə sanksiyası vergi qanunvericiliyinin tələblərinə uyğun hesablanmamışdır. Bütün yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarında olan sənədlərə (kassa sənədləri, e-qaimələr, ödəniş tapşırılan, müqavilələr, YGB-lər, bəyannamə məlumatları və s.) əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisinin fəaliyyəti üzrə gəlir vergisinə dair az hesablanmanın olması müəyyən olunmadı. Əlavə olaraq qeyd edilir ki, təqdim edilmiş iş materiallarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi X10 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayış öz əksini tapmışdır ki, həmin arayışda aşağıdakılar göstərilmişdir: "Verilir vətəndaş İddiaçı ondan ötrü ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2095- 2096-cı məhəllə ünvanda Bakı şəhəri İH-nin X5 balansında olan tikinti materiallarının satışı bazarının ərazisində onun tərəfindən icarəyə götürülmüş satış sahəsində 150 kvm sahədə yanğın hadisəsi baş vermişdir” Yəni, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi X10 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayışında hadisənin baş verdiyi tarix səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə aid, həmçinin həmin Arayışın verilmə tarixi səyyar vergi yoxlaması Aktının tərtib edildiyi tarixdən əvvəlki dövrə təsadüf etsə də, xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktında həmin halın nəzərə alınması öz əksini tapmamışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində “əlavə”, apellyasiya icraatında isə “təkrar” ekspertiza adı altında təqdim etdiyi vəsatətlərə münasibət bildirərək qeyd edir ki, həmin vəsatətlərdə təkrar (və yaxud əlavə) ekspertizanın keçirilməsini zəruri edən faktiki şərtlərin nədən ibarət olması göstərilməmişdir. Həmin vəsatət məzmun baxımdan ekspert rəyinə etiraz kimi qiymətləndirilə bilər. Çünki həmin vəsatətdə ziddiyyətli məqamların nə ilə bağlı olduğunu və təkrar (və yaxud əlavə) ekspertiza keçirilərkən konkret olaraq hansı məsələlərin aydınlaşdırmalı olduğu və buna dair ekspert qarşısında hansı sualların qoyulmalı olduğu göstərilməmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. Həmin Məcəllənin 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Göründüyü kimi ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilir və ekspertiza iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə keçirilir. Yəni, ekspertə xüsusi bilik tələb olunan suallar verilməlidir ki, həmin sualları ekspert öz rəyində cavablandıra bilsin. Həmin sualları məhkəmə həm öz təşəbbüsü ilə, həm də işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə təyin edir. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdeh təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verməklə kifayətlənməməli, həmin vəsatətdə təkrar ekspertizanın keçirilməsini zəruri edən faktiki şərtləri göstərməklə, ekspert qarşısında qoyulması nəzərdə tutulan sualları qeyd etməli, yalnız bundan sonra məhkəmə həmin sualların ekspertiza keçirilən zaman ekspert qarşısında baxılmalı olan suallar kimi qoyulması məsələsini müzakirə etməlidir. Lakin, məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq cavabdeh inzibati orqan təkrar ekspertizanın keçirilməsini zəruri edən faktiki şərtləri göstərməmiş və ekspertiza keçirilən zaman baxılmalı olan zəruri sualları məhkəmə kollegiyasına təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 23 sentyabr 2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı” qanunvericliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilən zamanı cavabdeh inzibati orqan tərəfindən əlavə araşdırma aparılmamış sadəcə olaraq Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə əsasən vergilər hesablanmışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 15.1.3-cü maddəsində vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək, 15.1.7-ci maddəsində vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqları kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 64-cü maddəsində göstərilir ki, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(120)-1089/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar