Məhkəmə qərarları › İş №2-1(106)-314/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-314/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-314/2024 16.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 23 yanvar 2024cü il tarixli, 2-1(120)-996/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatıüzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3494/2023 saylı qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1976-xx.xx.1981-ci illərdə X6 ali təhsil almışdır. xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş. xx.xx.1975xx.xx.1976-cı illərdə Sabirabad kolxozlararası tikintiidarəsində fəhlə işləmişdir. xx.xx.1983xx.xx.2000-ci illərdə Sabirabad rayonlararası təmir istehsalat və layihələndirmə müəssisəsində, xx.xx.2001-xx.xx.2009, xx.xx.2009- xx.xx.2009, xx.xx.2019-05.11,2019-cu illərdə digər müəssisələrdə işləmişdir. O, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsaslanaraq ona xx.xx.2023-cü il tarixli imtina məktubu göndərilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, icraatda İddiaçı cavabdeh AzərbaycanRespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət SosialMüdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görəəmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinədair 2-1(120)-3494/2023 nömrəli inzibati iş vardır. İddiaçı iddia ərizəsindəcavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1//2-T- 97885/2023 nömrəli məktubununqanunsuz hesab edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarqəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi tam əsassızdır vəaşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcəməhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslıolmuşdur.Belə ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsiməqsədilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciətetmişdir. İddiaçı Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq,xx.xx.2023-cü il tarixli 3-17-1//2-T-97885/2023 nömrəli məktubla bildirilmişdir ki, Filialatəqdim edilmiş Fondun Mil-Muğan regional filialının müvafiq aktına əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyini iddia etdiyiSabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirməmüəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçünSabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanıməlum olmadığı üçün həmin müəssisədə əmək haqqı alıb- almadığını müəyyənləşdirmək mümkün olmadığından, eləcə də “Azərbaycan Respublikası NazirlərKabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əməkkitabçasının forması və onun tərtibi qaydaları”na əsasən onun əmək kitabçasınınsurətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövründoldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixində qaralama olduğu üçün)həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımındanmümkün hesab edilməmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığortahissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən azolmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bupensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əməkpensiyası hüququ vardır. 01,07.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaşmüəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əməkpensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyətdövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsininmüddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçünbir il azaldılmaqla hesablanır.Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə (65 yaşda) yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Məhkəməyə bildirməyi zəruri hesab edir ki, İddiaçı təqdim etdiyi əmək kitabçası, diplom və hərbi biletininin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 17 il 9 ay 6 gün təşkil edir.Eyni zamanda İddiaçı fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 15 il 2 ay 6 gün sığorta stajına uyğun olaraq 16223,27 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək3933,44 manat olmaqla ümumilikdə 20156,71 manat təşkil edir ki, bu məbləğ də qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.Bundan başqa, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır.Fondun Mil-Muğan regional filialınınmüvafiq aktına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir- İstehsal və Layihələndirmə müəssisəsininəmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün İddiaçı həmin müəssisədə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bununla da, sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəməyə bildirməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli aərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi aavdaları”na əsasən İddiaçı əmək kitabçasının surətində gevd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu ücün (isdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrün sığorta staiına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı Ə.Tağıvevə məxsus əmək kitabçasında isdən çıxma barədə əmrin tarixində düzəliş edildiyi, yəni müvafiq tarixin “28” ilə əvəz edildivi müəvvən olunmuşdur.Məhkəməyə bildirməyi zəruri hesab edir ki, “İşçilərin əmək kitabçasınınforması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 26 dekabr 1996- cı il qərarının 3.2-ci bəndinə görə, müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən aparılmalıdır. Həmin Qərarın 3.6-ci bəndinə görə, əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: nömrəli qeyd etibarsızdır". Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.Bundan başqa, əmək kitabçasında iddiaçının xx.xx.1992-ci il tairxdə vəzifə dəyişiminə dair müvafiq qeydlər rus əlifbası əsasında aparılmışdır.“Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991 -ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur.Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı“yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (120)-3494/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(120)-996/2024 saylı qərarı (hakim A.Hüseynova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiya təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2023cü il tarixli 3-17-1//2-T-97885/2023 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş Fondun Mil-Muğan regional filialının müvafiq aktına əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyini iddia etdiyi Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-istehsal və Layihələndirmə müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin müəssisədə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından, eləcə də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən onun əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə (65 yaşda) yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Məhkəməyə bildirməyi zəruri hesab edirik ki, İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən 04.01,1976-ci il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1981 -ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrləri, 048301 nömrəli təhsil haqqında diplomun surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil illəri, 073391 nömrəli hərbi biletə əsasən xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 15 il 2 ay təşkil edir. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi •məlumata əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Bununla da, İddiaçı xx.xx.2001 -ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyəti dövrlərinin sığorta stajı kimi hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Pensiya altsisteminə əsasən iddiaçının əmək fəaliyyətinə başladığı xx.xx.2019-cu il tarixdən pensiya yaşına çatdığı xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 3937,82 manat (2 il 7 ay sığorta stajı) təşkil edir. Fondun Mil- Muğan regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin müəssisədə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Əlavə ola raci bildirməyi zəruri hesab edirik ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi gavdaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (isdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçı Ə. Tağıvevə məxsus əmək kitabçasında isdən çıxma barədə əmrin tarixində düzəliş edildiyi, yəni müvafiq tarixin “28" ilə əvəz edildiyi müəyyən olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək inzibati işə “cavabdehin pensiyanın təyin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə vəsatətə etirazının olmadığını bildirir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işə daxil olduğuvə işdən xaric olduğu dövrdə işlədiyi dövrdə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsi mövcud olmuş, iddiaçı həmin Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsində işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq idarənin sənədləri tam şəkildə arxivə təhvil verilməmiş, sənədlər təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsində işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası AR İPM-nin 13-cü maddəsini rəhbər tutub, tələbin dəqiləşdirilməsi ilə bağlı iddiaçıya yardım etmiş və iddiaçı məhkəmənin yardımını nəzərə alıb, tələbini dəqiqləşdirərək “cavabdehin pensiyanın təyin edilməsindən imtina edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsinin icraata qəbul etmişdir. Məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşin müəyyən edilmiş faktiki hallarına görə cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan fəaliyyət illərini mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri (xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan fəaliyyət illəri) və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DövlətSosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T- 97885/2023 saylı imtina məktubuna əsasən, Azərbaycan Respublikasının Prezidentiyanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Sabirabad regional “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizənizə vəona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasənmüvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən əmək kitabçası, diplomun və hərbi biletinin surətlərinəəsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1981 -ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 17 il 9 ay 6 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 15 il 2 ay 6 gün sığorta stajınıza uyğun olaraq 16223,27 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 3933,44 manat olmaqla ümumilikdə 20156,71 manat təşkil edir ki, məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, əmək kitabçanın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Fondun Mil-Muğan regional filialının müvafiq aktına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsininəmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin müəssisədə əmək haqqı alıb-almamağı müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996- cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklənəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və hazırda aktiv əmək müqaviləsi (“X16” MMC) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüquqununa yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan ИТ-İ0148922 nömrəli xx.xx.1976-cı il tarixli nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1981-ci illərdə X6 ali təhsil almışdır. xx.xx.1975-xx.xx.1976-cı illərdə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə işləmişdir. xx.xx.1983-xx.xx.2000-ciillərdə Sabirabad rayonlararası təmir istehsalat və layihələndirmə müəssisəsində, xx.xx.2001-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2019-xx.xx.2019-cu illərdə digər müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan ВУ 073391 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçıxx.xx.1981xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan ЖВ 048301 diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1976xx.xx.1981-ci illərdə X6 ali təhsil almışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-48-38/RA/2-117/2023nömrəli məktubunda göstərilmişdir ki, Sabirabad Rayonlararası Təmir istehsalat və Layihələndirmə müəssisəsinin 1992-2000-ci illərə aid olan sənədləri Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməyib. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-34/2-3151/01-3/2023 nömrəli məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir- İstehsal və Layihələndirmə müəssisəsinə dair məlumat mövcud deyildir. Məlumat üçün bildirilir ki, Rayonlararası çoxsahəli təsərrüfat hesablı təmir istehsal və layihələndirmə müəssisəsi 19 iyun 1996-cı il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli **********901200 nömrəli məktubda göstərilmişdir ki, Hüquqi şəxsin dövlət qeydiyyatı barədə məlumatlarının təqdim edilməsi haqqında müraciətinizə 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildirilir ki, dövlət reyestrində “Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir- İstehsal və Layihələndirmə müəssisəsi” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı 9 rəqəmli VÖEN-i (6********) olan “Sabirabad Rayonlararasi Tə"mir İstehsal və Layihələndirmə Üzrə Təsərrüfat X7”nin xx.xx.1992-ci il tarixdə 566 nömrə ilədövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur.2004-cü ildən hal- hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Həmçinin bildirilir ki, 2008-ci ildə Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədləri arasında həmin müəssisəyə aid qovluq aşkar edilmədiyindən qeydiyyat sənədlərinin təqdim edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 17-1/2- 273505/2023 nömrəli məktubunda göstərilmişdir ki, müraciətə əsasən vətəndaş X4 (Sabirabad, №052400) pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti Sizə təqdim olunur. Mərkəzi Filialın arxivində və elektron informasiya bazalarında X13 və X2 dair hər hansı məlumat aşkar edilmədi. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3/2-17494/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoylması barədə iddia tələbinə dair inzibati işə baxılması ilə əlaqədar Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir- İstehsal və Layihələndirmə müəssisəsinin hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati- hüquqi formasına dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi barədə məlumatın və məlumatı təsdiqləyən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin təqdim edilməsi ilə bağlı məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Xidmətin arxivində Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsi barədə məlumat aşkar edilmədi. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-206883/2023 saylı məktubuna əsasən, İddiaçı müraciətinə dair inzibati icraat materiallarının surəti məhkəməyə təqdim olunur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Mil-Muğan regional filialının vətəndaşın sosial sığorta stajının yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli xidməti məktubdagöstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1989-cü il tarixdən xx.xx.2000-ci il tarixədək Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir İstehsal və layihələndirmə müəssisəsində işlədiyi dövr üzrə sosial sığorta stajının doğruluğu araşdırılmışdır. Araşdırma zamanı tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktında göstərilmişdir ki, İddiaçı xx.xx.1989-cü il tarixdən xx.xx.2000-ci il tarixədək Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir İstehsal və layihələndirmə müəssisəsində işləməsi faktını sübut edən əmr kitabları əmək haqqı cədvəlləri və kitabları mühafizə olunması üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən vətəndaş İddiaçı 1989-2000-ci illərüçün iş stajının doğruluğunu müəssisənin əmr kitabları əmək haqqı cədvəllərini və kitablarına əsasən yoxlamaq mümkün olmamışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-13885/2024 saylı məktubuna əsasən, İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci iltarixindən xx.xx.1976-ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri 048301 nömrəli təhsil haqqında diplomun surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil illəri, 073391 nömrəli hərbi biletə əsasən xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 15 il 2 ay təşkil edir. Fondun Mil- Muğan regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin müəssisədə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996- cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibiqaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1992-ci iltarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 altsistemində olan məlumataəsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən iddiaçının xx.xx.2001-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək, xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək əmək fəaliyyəti dövrlərinin sığorta stajı kimi hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Pensiyaaltsisteminə əsasən iddiaçının əmək fəaliyyətinə başladığı xx.xx.2019-cu il tarixindən pensiya yaşına çatdığı 11,02.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 3937,82 manat təşkil edir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-15707/2024 saylı məktubuna əsasən, İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixdətərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci iltarixdən xx.xx.1976-ci il tarixinədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri 048301 nömrəli təhsil haqqında diplomun surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1981- ci il tarixədək təhsil illəri, 073391 nömrəli hərbi biletə əsasən xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 15 il 2 ay təşkil edir. Fondun Mil-Muğan regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi vəmüəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin müəssisədə əmək haqqı alıb- almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996- cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrün sığorta stajına daxil edilməsimümkün hesab edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 altsistemində olan məlumata əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən iddiaçının xx.xx.2001-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək, xx.xx.2009cu il tarixindən xx.xx.2009-cu il tarixinədək əmək fəaliyyəti dövrlərinin sığorta stajı kimi hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, Pensiya altsisteminə əsasən iddiaçının əmək fəaliyyətinə başladığı xx.xx.2019-cu il tarixindən pensiya yaşına çatdığı xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 3937,82 manat (2 il 7 ay sığorta stajı) təşkil edir. Bildirilir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək mübahisələndirilən və mübahisələndirilməyən ümumi iş stajı 29 il 1 ay 25 gün, xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alındığı sığorta stajı isə 2 il 7 ay təşkil edir. Beləliklə, iddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrləri nəzərə alındıqda onun pensiya yaşına çatdığı xx.xx.2023-cü il tarixinə əmək pensiyası hüququ yaranır. İddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək dövr üzrə əmək fəaliyyətinin olması təsdiq olunacağı halda belə fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə pensiya kapitalı olmadığı üçün həmin dövrlərin sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının sığorta hissəsinin hesablanması həm qanunvericiliyin tələbləri baxımından həm də texniki cəhətdən mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında işlədiyi bütün idarə və müəssisələrin ona məxsus əmək kitabçasında öz əksini tapdığını, müəssisə və idarələrin möhürü ilə təsdiq edildiyini, həmçinin işlədiyi dövrlərdə əmək haqqı aldığını, işlədiyi illərdə əmək haqqı almadığı dövrlərin olmadığını bildirmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iş yoldaşı X4 pensiya işi tələb edilmiş, A.Məmmədova məxsus pensiya işi məhkəmə daxil olmuş və müəyyən olunmuşdur ki, A.Məmmədov Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir- İstehsal və Layihələndirmə müəssisəsində xx.xx.1992-xx.xx.1994-cü illərdə mühəndis vəzifəsində çalışmış və cavabdeh orqan tərəfindən A.Məmmədova pensiya təyin edilən zaman həmin dövrlər qəbul edilmiş və mübahisələndirilməmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1976-xx.xx.1981-ci illərdə X6 ali təhsil almış, xx.xx.1975-xx.xx.1976-cı illərdə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə işləmişdir. xx.xx.1983-xx.xx.2000-ci illərdə Sabirabad rayonlararası təmir istehsalat və layihələndirmə müəssisəsində, xx.xx.2001-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2019-xx.xx.2019-cu illərdə digər müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, cavabdeh inzibati orqan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixində qaralama olduğu üçün) və xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanı olmadığı üçün həmin dövrün sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmadığını əsas gətirərək iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq və işin faktiki hallarına hüquqi qiymət vermək üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən mötəbər hesab olunmalıdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq müəssisənin arxiv sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası onu da edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının işlədiyi, lakin cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Bundan başqa cavabdeh inzibati orqan apellyasiya şikayətində əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrün sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmadığını bildirmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bildirdiyi hal iddiaçının təqsiri ilə bağlı yarana biləcək hal olmadığı üçün onun pensiya hüququnun məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin “pensiyanın təyin edilməsindən imtina ilə bağlı” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(120)-996/2024 saylı qərarı dəyişdirilsin. “Əmək pensiyanın təyin edilməsindən imtina olunması haqqında” cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/1-T-64643/2023 saylı qərarı ləğv edilsin və İddiaçı hüququnun yarandığı (xx.xx.2023-cü il) tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar