Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-315/2023 22.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, İddiaçı5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(120)-51/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı5, X9, X4, X5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı qərarın qismən ləğv edilməsi və iddiaçılara torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı5, X23, X17, X18, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarının qismən ləğv edilməsi, iddiaçılara torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Həmçinin iddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 31 may 2023-cü il tarixli, 2- 1(120)-51/2023 nömrəli qərardadı ilə iddiaçıların buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizələri təmin edilməmiş, iddiaları mümkün sayılmamışdır. Qərardaddan iddiaçılar İddiaçı5, X23, X17, X18, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, İddiaçı5 və İddiaçı1 qardaşdırlar, digər iddiaçılar isə onların ailə üzvləridirlər. İddiaçılar torpaq islahatından əvvəl və torpaq islahatı aparılarkən mübahisəli həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamış, həmçinin həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olmuşdurlar. Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev iddiaçılar İddiaçı5 və İddiaçı1 ataları Cəmilə məxsus olmuşdur. Mübahisəli daşınmaz əmlakın Cəmilin adına olması barədə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport da vardır və surəti iddia ərizəsinə əlavə edilmişdir. 2005-ci ildə isə mübahisəli torpaq sahəsində yerləşən evə İddiaçı5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bununla əlaqədar ona qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Mübahisəli həyətyanı torpaq sahəsində yerləşən evdə əvvəllər iddiaçılar İddiaçı5 və İddiaçı1 ataları Cəmil və Cəmilin qardaşı Könto, yəni iki qardaş və onların ailə üzvləri yaşamışdırlar. Könto 1974-cü ildə, Cəmil isə 1978-ci ildə ölmüşdür. Mübahisəli həyətyanı torpaq sahəsində əvvəllər bir ikimərtəbəli ev olmuşdur. Evin ikinci mərtəbəsində iddiaçılar yaşayırlar. Evin birinci mərtəbəsində isə hazırda əmiləri Köntonun oğlu - üçüncü şəxs X24 yaşayır. Mübahisəli torpaq sahəsində sonradan əlavə bir ev də tikilmiş və həmin evdə üçüncü şəxs X10 qardaşı oğlu üçüncü şəxs X11 yaşayır. İddiaçılar torpaq islahatından əvvəl, torpaq islahatı aparılarkən, həmçinin bu günə qədər fasiləsiz mübahisəli həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdırlar. İslahatdan əvvəl və islahat vaxtı, həmçinin hazırda da mübahisəli həyətyanı torpaq sahəsi iddiaçıların da istifadəsində olmasına baxmayaraq İmişli rayon Aqrar İslahat Komissiyası xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarı ilə torpaq sahəsini qanunsuz olaraq yalnız üçüncü şəxslərin mülkiyyətinə vermişdir. Onlar həmin qərardan məlumatsız olmuşdurlar. Həmin qərarla onların hüquqları pozulmuşdur. Torpaq islahatı haqqında qanunvericiliyə əsasən həyətyanı torpaq sahələri qanuni istifadələrində olan şəxslərin mülkiyyətinə verilməlidir. İddiaçılar fasiləsiz mübahisəli torpaq sahəsinin istifadəçiləri olmalarına, özlərinə məxsus fərdi yaşayış evində yaşamalarına baxmayaraq İmişli rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onların hüquqları pozulmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apelyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və baxılması üçün inzibati işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Prosessual məsələlər İddiaçı5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, İddiaçı1 ilə qardaşdırlar, digər iddiaçılar isə onların ailə üzvləridirlər. İddiaçılar torpaq islahatından əvvəl və torpaq islahatı aparılarkən mübahisəli həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamış, həmçinin həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olmuşdurlar. Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev iddiaçılar İddiaçı5 və İddiaçı1 ataları Cəmilə məxsus olmuşdur. Mübahisəli daşınmaz əmlakın Cəmilin adına olması barədə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport da vardır və surəti iddia ərizəsinə əlavə edilmişdir. 2005ci ildə isə mübahisəli torpaq sahəsində yerləşən evə İddiaçı5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bununla əlaqədar ona qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Mübahisəli həyətyanı torpaq sahəsində yerləşən evdə əvvəllər iddiaçılar İddiaçı5 və İddiaçı1 ataları Cəmil və Cəmilin qardaşı Könto, yəni iki qardaş və onların ailə üzvləri yaşamışdırlar. Könto 1974-cü ildə, Cəmil isə 1978-ci ildə ölmüşdür. Mübahisəli həyətyanı torpaq sahəsində əvvəllər bir ikimərtəbəli ev olmuşdur. Evin ikinci mərtəbəsində iddiaçılar yaşayırlar. Evin birinci mərtəbəsində isə hazırda əmiləri Köntonun oğlu üçüncü şəxs X24 yaşayır. Mübahisəli torpaq sahəsində sonradan əlavə bir evdə tikilmiş və həmin evdə üçüncü şəxs X10 qardaşı oğlu üçüncü şəxs X11 yaşayır. İddiaçılar torpaq islahatından əvvəl, torpaq islahatı aparılarkən, həmçinin bu günə qədər fasiləsiz mübahisəli həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdırlar. İslahatdan əvvəl və islahat vaxtı, həmçinin hazırda da mübahisəli həyətyanı torpaq sahəsi iddiaçıların da istifadəsində olmasına baxmayaraq İmişli rayon Aqrar İslahat Komissiyası xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarı ilə torpaq sahəsini qanunsuz olaraq yalnız üçüncü şəxslərin mülkiyyətinə vermişdir. Onlar həmin qərardan məlumatsız olmuşdurlar. Həmin qərarla onların hüquqları pozulmuşdur. Torpaq islahatı haqqında qanunvericiliyə əsasən həyətyanı torpaq sahələri qanuni istifadələrində olan şəxslərin mülkiyyətinə verilməlidir. İddiaçılar fasiləsiz mübahisəli torpaq sahəsinin istifadəçiləri olmalarına, özlərinə məxsus fərdi yaşayış evində yaşamalarına baxmayaraq İmişli rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onların hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin edilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar X23, X17, X18, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh nümayəndəsi və üçüncü şəxslər X24, X19, X11, X27, X28 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən digər iddiaçılar X9, X4, X5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh nümayəndəsinin və üçüncü şəxslər X10, X6, X1, X20, X21 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşdə olan İmişli rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş İmişli şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə qeyd olunmuşdur ki, ailə başçılarının və ailə üzvlərinin soyadı, adı və atasının adı qeyd edilən bölmədə X3, X2, X22, X10, X6, X12, X13, X14 və X15 adı qeyd edilərək xəritədə nömrəsi 1300 və ailə tərkibi 9 nəfər göstərilmişdir. İşdə olan İmişli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 1 nömrəli iclas protokolunun çıxarışından görünür ki, vətəndaşların həyətyanı torpaq sahələrinə şəhadətnamələrin verilməsi ilə əlaqədar “M.P.Vaqif” adına kolxoz yerli aqrar islahat komissiyasının xx.xx.2006-cı il tarixli qərarının təsdiq edilməsi, İmişli rayonunun “M.P.Vaqif” adına kolxozu və İmişli şəhəri üzrə vətəndaşların həyətyanı torpaq sahələrinin ölçüləri barədə sənədlərin təsdiq edilməsi, “M.P.Vaqif” adına kolxozu və İmişli şəhəri üzrə vətəndaşların həyətyanı torpaq sahələrinə şəhadətnamələrin hazırlanıb verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi qərara alınmışdır. İşdə olan JN-1300A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarı ilə X3 və onun ailə üzvləri X2, X22, X10, X6, X12, X13, X14 və X15 mülkiyyətinə 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İşin faktiki hallarından görünür ki, İddiaçı5 və İddiaçı1 qardaşdırlar, digər iddiaçılar isə onların ailə üzvləridirlər. İddiaçılar torpaq islahatından əvvəl və torpaq islahatı aparılarkən mübahisəli həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamış, həmçinin həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olmuşdurlar. İddiaçılar qeyd edir ki, mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev iddiaçılar İddiaçı5 və İddiaçı1 ataları Cəmilə məxsus olmuşdur. Mübahisəli daşınmaz əmlakın Cəmilin adına olması barədə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport da vardır və surəti iddia ərizəsinə əlavə edilmişdir. 2005-ci ildə isə mübahisəli torpaq sahəsində yerləşən evə İddiaçı5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bununla əlaqədar ona qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Mübahisəli həyətyanı torpaq sahəsində yerləşən evdə əvvəllər iddiaçılar İddiaçı5 və İddiaçı1 ataları Cəmil və Cəmilin qardaşı Könto, yəni iki qardaş və onların ailə üzvləri yaşamışdırlar. Könto 1974-cü ildə, Cəmil isə 1978-ci ildə ölmüşdür. Mübahisəli həyətyanı torpaq sahəsində əvvəllər bir ikimərtəbəli ev olmuşdur. Evin ikinci mərtəbəsində iddiaçılar yaşayırlar. Evin birinci mərtəbəsində isə hazırda əmiləri Köntonun oğlu - üçüncü şəxs X24 yaşayır. Mübahisəli torpaq sahəsində sonradan əlavə bir ev də tikilmiş və həmin evdə üçüncü şəxs X10 qardaşı oğlu üçüncü şəxs X11 yaşayır. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir (maddə 10). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərdilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul etməli idi. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilərdi. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçılar maraqlarına toxunduğu üçün İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarını mübahisələndirirlər. Torpaq islahatı haqqında qanunvericilikdə aqrar islahat komissiyasının qərarının mübahisələndirilməsi üçün müddət və cavabdeh komissiyalar müəyyən edilmişdir. Lakin hazırda həmin komissiyalar fəaliyyət göstərmirlər. İddiaçılar mübahisələndirdikləri qərardan məlumatsız olduqlarını qeyd etsələr də, onlar torpaq islahatı həyata keçirilən ərazidə yaşamış və torpaq islahatının həyata keçirilməsindən məlumatlı olmuşdurlar. Lakin vaxtında torpaq islahatının nəticələri ilə maraqlanmamış və torpaq islahatından 14 il, yəni uzun müddət keçdikdən sonra iddia qaldırmışdırlar. xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı5, X9, X4, X5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(120)-51/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-315/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-315/2023
22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver