Məhkəmə qərarları › İş №2-1(106)-316/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-316/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-316/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin Ağcəbədi X2rşı “xx.xx.2022-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(120)-599/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin Ağcəbədi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2022-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 noyabr 2019-cu ildə qanunsuz yazılmış aktbu vaxta qədər icra olunmamışdır. Həmin aktın qanunsuz yazılması, əsassız olması və özlərinin maddi maraqlar xətrinə icazəsi ilə başqalarının etdiyi qanunsuz əməli ona yönəltmə üçün tərtib etdikləri hərəkətlər barədə toplanmış sənədlər aidiyyəti üzrə 2(020)- 526/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli Beyləqan rayon məhkəməsinin qərarı qəbul edilmişdir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin Ağcəbədi X8 Mərkəzinin direktoru X9 Azərbaycan Dövləti adından qəbul olunmuş birinci məhkəmə instansiyasının qərarını nəzərə almadan akt ilə yazılmış cərimənin ödənilməsiilə bağlı qərar qəbul etmişdir. Həmin qərarın ləğvi ilə bağlı tərəflərindən verilmiş şikayət ərizəsi 01 iyul 2022-ci il tarixdə 3(020)-78/2022 saylı iş üzrə qəbul edilmiş Beyləqan rayon məhkəməsinin məhkəmə qərarı ilə 23 yanvar 2020-ci il tarixli, MN ******* saylı inzibzti tənbehetmə haqqında qərarı ləğv edilmişdir. Buna baxmayaraq Ağcəbədi X8 Mərkəzi öz qanunsuz və cinayət tərkibi olan əməllərindən əl çəkməyərək xx.xx.2022-ci il tarixdə tələbin icraya yönləndirilməsi barədə qərar qəbul edərək Beyləqan rayon İcra və Proborsiya şöbəsinə göndərilmişdir. Onlar öz qanunsuz əməllərini ört basdır etmək üçün əsassız yazılmış akt üzrə cərimənin ödənilməsinə nail olmaq üçün davamlı qanunsuz əməllər törədirlər. Məhkəməyə aktda yazılan əsassız məbləğləri təsdiq edən fakt və sübutların olmaması nəticəsində edilən iddia geri qaytarılaraq təsdiqedicisənədlərlə icraya yönəldilməsi qərara alınmışdır. Onlar isə heç bir təsdiqedici fakt vəsübutlar təqdim etmədən icraya yönəldərək həyata keçirilməsini tələb edirlər. Baş verən əməlin törədiciləri məlimdur. Ancaq onları ortaya çəkmək xeyirlərinə deyil. Ona görə də dirəniş göstərirlər. Qeyd olunanları və hadisədən 3 ilə yaxın vaxt keçməsini nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin Ağcəbədi X8 Mərkəzinin 25 avqust 2022-ci il tarixli tələbin icraya yönləndirilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(120)-599/2024 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(120)-599/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağcabədi (hazırda 9 saylı) X8 Mərkəzinin əməkdaşları 15.11,2020-ci il tarixdə Mil meşəbəyliyinin 3 saylı dolayının 4-cü kvartalında meşələrin mühafizəsi vəziyyəti yoxlayarkən, Beyləqan rayon 2ci Aşıqlı kəndində qeydiyyatda olan İddiaçı qanunsuz olaraq özünə məxsus 6 baş 2 yaşdan yuxarı iri buynuzlu mal-qarasını otarmaq məqsədilə meşə ərazisinə salıb 2,0 ha 2015-ci ilin payızında əkilmiş göyrüc və qarağac cinsindən olan 300 ağacın məhv etməsi faktını aşkar etmişlər. Faktla bağlı İddiaçı barəsində 2019-cu il tarixli 56749 nömrəli akt tərtib olunmuş və hüquqazidd hərəkətləri nəticəsində X16 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 712,80 manat maddi zərər vurulması müəyyən edilmişdir. Ağcabədi X8 Mərkəzinin rəhbərliyi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh İddiaçı təbiətə vurduğu 712,80 manat ziyanı könüllü ödəməmişdir. Təbiətə dəymiş 712,80 manat ziyanın İddiaçı alınaraq Ağcabədi X8 Mərkəzinin hesabına ödənilməsi üçün Azərbaycan Respublikası MPM-nin 149-151 -ci maddələrini rəhbər tutaraq, toplanmış material 27.01,2020-ci il tarixdə 29 saylı iddia ərizəsi ilə birlikdə Beyləqan rayon məhkəməsinə göndərilmişdir. Beyləqan rayon Məhkəməsi cavabdeh İddiaçı qarşı təbiətə dəymiş 712,80 manat ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli 2(020)-526/2020 saylı qərardad qəbul etmişdir. Məhkəmə öz qərardadında izah etmişdir ki, “iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2,-ci maddəsinin tələbinə uyğun olaraq dəymiş ziyana görə pul tələbinin icraya yönəldilməsi haqqında qərar qəbul edib, həmin qərarı məcburi qaydada icra edilməsi üçün müvafiq rayon icra şöbəsinə göndərməlidir”. Məhkəmə gəldiyi nəticəyə əsasən Ağcabədi X8 Mərkəzi inzibati orqandır və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 2-ci bəndində göstərilən müddəalara əsaslanaraq (Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir), təbiətə dəymiş ziyana görə idarə tərəfindən inzibati akt qəbul edilməli və icra olunması üçün icra şöbəsinə göndərilməlidir. Beyləqan rayon Məkəməsinin qərardadından xx.xx.2020-ci il tarixdə 321 saylı ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilmişdir. Lakin, Şirvan Apellyasiya Məhkəməsi Beyləqan rayon Məhkəməsinin qərardadını dəyişdirilmədən qüvvədə saxlaması barədə 10.11,2020-ci il tarixli 2(106)-2724/2020 saylı qərardad qəbul etmişdir. Mərkəz məhkəmələrin qəbul etdiyi qərarları rəhbər tutaraq, xx.xx.2022- ci il tarixdə İddiaçı 712,80 manat məcburi alınaraq, hesabına ödənilməsi məqsədi ilə barəsində “Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edərək, icra edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə 27/1/62 saylı məktubla aidiyyəti üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı həmin qərardan ləğv edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsi qarşısinda iddia qaldırmışdır. Məhkəmə İddiaçı iddiasını xx.xx.2024-cü il tarixli 2-1(020)-599/2024 saylı qərarı ilə təmin etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(120)-599/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(120)-599/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(120)-599/2024 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçının hüquqi tələbi “xx.xx.2022-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarın ləğv edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarın müəyyən etdim hissəsində hadisənin baş verdiyi 2019-2020-ci iltarixlərdə İddiaçı təsərrüfatında iribuynuzlu mal-qarasıolmamışdır. İnzibati oqan tərəfindən tərtib edilən 15 noyabr 2019-cu il tarixli aktda və akt əsasında qəbul edilən qərarda dəymiş ziyanın 6 baş 2 yaşdan yuxarı iri buynuzlu mal-qara tərəfindən vurulduğu qeyd edilsə də, bu halın İddiaçı tərəfindən vurulması sübut olunmamış və sübut olunacağını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eləcə də, iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilən diskə baxış zamanı təqdim edilən video və fotoşəkillərə əsasən inzibati orqan tərəfindən araşdırılma aparılmadığı və qeyri müəyyən sübutlar nəticəsində qərarın qəbul edildiyi müəyyən olunur. Halbuki inzibati orqan tərəfindən aktın tərtibi zamanı maraqlarına toxunan İddiaçı iştirakı təmin edilmiş olsa sonuncu tərəfindən təqdim edilən sübutlar əsasında inzibati icraat tam aparıla bilərdi. Cavabdehin İddiaçı barəsində mövqeyi yuxarıda adıçəkilən qanunvericiliyin kriteriyalarına uyğun olmamış,qərar ehtimallara əsaslanaraq qəbul edilmişdir. Bu zaman, qeyd edilən cərimənin tətbiqi iddiaçının vəziyyətini onun ziyanına dəyişmişdir. Belə ki, mübahisəli hallarla bağlı araşdırılma aparılmadan yalnız müşahidələrlə aktın tərtib edilməsi həyata keçirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İş materiallarında olan tələbin icraya yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, cavabdeh xx.xx.1932-ci il tarixdə Beyləqan rayon 2-ci Aşıqlı kəndində anadan olmuş, hazırda Beyləqan rayon 2-ci Aşıqlı kəndində qeydiyyatda olan İddiaçı qarşı 712,80 (yeddi yüz on iki manat səksən qəpik) manat alınaraq X3, VÖEN: **********, Kod: 210005, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTRAZ22, Ağcabədi X8, Hesablaşma hesabı: AZ13CTRE********************, VÖEN: **********, Büdcə səviyyəsinin kodu fond: 1, Büdcə təsnifatının kodu: 142330 hesaba ödənilməsi qərara almışdır. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(020)- 78/2022 nömrəli qərarından görünür ki, İddiaçı şikayəti təminedilmiş, İddiaçı Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X13 Təsərüffatı Mərkəzinin direktoru X9 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 23 yanvar 2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ləğv edilmiş, İddiaçı barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin şöbəyə göndərilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının İkinci Aşıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 285 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Beyləqan rayonu İkinci Aşıqlı kəndində qeydiyyatdadır, İkinci Aşıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 03 nömrəli təsərrüfatbaşına kitabın 13-cü səhifəsində iribuynuzlu mal-qarası yoxdur.(2020-ci il üçün) İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 1- 334 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru X9 tərəfindən qəbul edilmiş MN ******* nömrəli. 23 yanvar 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayət Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 3(020)-78/2022 saylı qərarı ilə (hakim S.Seyfullayev) təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru X9 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 23 yanvar 2020-ci il tarixli İnzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Çıraqov X7 Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli. 3(020)-78/2022 saylı qərarından narazı qalaraq apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 3(106)-128/2022 saylı qərarı ilə (hakim K.Bəşirov) İddiaçı şikayəti qismən təmin olunmuş, Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 3(020)-78/2022 saylı qərarı ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru X9 tərəfindən qəbul edilmiş MN ******* nömrəli. 23 yanvar 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli. 3(020)-78/2022 saylı qərarı ilə (hakim: Ramiz Nurullayev) İddiaçı şikayəti təmin edilərək İddiaçı Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X13 Təsərüffatı Mərkəzinin direktoru X9 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 23 yanvar 2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ləğv edilmiş və İddiaçı barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin şöbəyə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli. 3(020)- 78/2022 saytı qərarından şikayət verilməmişdir. İş materiallarında olan Ağcabədi X8 Mərkəzinin 16 iyul 2024-cü il tarixli, 3-14-27- 1/2-104/2024 nömrəli məktubundan görünür ki, Beyləqan rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 3(020)-78/2022-ci il tarixli qərarından sonra hadisə yerinin bərpa edilməsinin mümkün olmaması səbəbindən İddiaçı barəsində protokol tərtib edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağcabədi X8 Mərkəzinin əməkdaşları xx.xx.2020-ci tarixdə Mil meşəbəyliyinin 3 saylı dolayının 4-cü kvartalında meşələrin mühafizəsi vəziyyəti yoxlanılarkən İddiaçı qanunsuz olaraq özünə məxsus 6 baş 2 yaşdan yuxarı iri buynuzlu mal-qarasını otarmaq məqsədi ilə meşə ərazisinə salıb 2 ha 2015-ci ilin payızında əkilmiş göyrüc və qarağac cinsindən olan 300 ağacın məhv etməsi faktı ilə bağlı İddiaçı barəsində 2019-cu il tarixli, 56749 nömrəli akt tərtib edilmiş və bunun əsasında MN ******* nömrəli, 23 yanvar 2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı məhkəməyə müraciət edərək inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş və Beyləqan rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 3(020)-78/2022-ci il tarixli qərarı ilə inzibati tənbehvermə haqqında MN ******* nömrəli, 23 yanvar 2020-ci il tarixli qərar ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Ağcabədi X8 Mərkəzinə göndərilmiş, lakin hadisə yerinin bərpa edilməsinin mümkün olmaması əsas gətirilərək yenidən inzibati araşdırma aparılmamışdır. Bundan sonra Ağcabədi X8 Mərkəzi tələbin icraya yönəldilməsi haqqında 25 avqust 2022-ci il tarixli qərar qəbul etmişdir. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, mübahisəli qərarın qəbul edilməsini şərtləndirən sübutlar məhkəməyə təqdim edilməmiş, nəticədə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Halbuki, yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, mübahisələndirilən qərarın müəyyən etdi hissəsində hadisənin baş verdiyi 2019-2020-ci iltarixlərdə İddiaçı təsərrüfatında iribuynuzlu mal-qarasıolmamışdır. İnzibati oqan tərəfindən tərtib edilən 15 noyabr 2019-cu il tarixli aktda və akt əsasında qəbul edilən qərarda dəymiş ziyanın 6 baş 2 yaşdan yuxarı iri buynuzlu mal-qaratərəfindən vurulduğu qeyd edilsə də, bu halın İddiaçı tərəfindən vurulması sübut olunmamış və sübut olunacağını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hansı ki, yuxarıda qeyd edilən hüquq normalarına uyğun inzibati orqan tərəfindən aktın tərtibi zamanı maraqlarına toxunan İddiaçı iştirakı təmin edilmiş olsa sonuncu tərəfindən məhkəməyə təqdim edilən sübutlar əsasında inzibati icraat tam aparıla bilərdi. Nəzərə almaq lazımdır ki, inzibati icraatın aparılmasından imtina etməklə, inzibati icraata dair qanunvericiliyin normalarını və prinsiplərini nəzərə almamaqla şəxs barəsində əlverişsiz inzibati akt qəbul edilə bilməz. Cavabdehin İddiaçı barəsində mövqeyi yuxarıda adıçəkilən qanunvericiliyin kriteriyalarına uyğun olmamış,qərar ehtimallara əsaslanaraq qəbul edilmişdir. Bu zaman, qeyd edilən cərimənin tətbiqi iddiaçının vəziyyətini onun ziyanına dəyişmişdir. Belə ki, mübahisəli hallarla bağlı araşdırılma aparılmadan yalnız müşahidələrlə aktın tərtib edilməsi həyata keçirilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız ehtimallara əsaslanaraq akt tərtib etmək ilə kifayətlənməməli, əlavə araşdırma aparmalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə inzibati orqan İddiaçı tərəfindən meşə ərazisinə maddi zərər vurması səbəbilə təbiətə dəymiş 712,80 manat ziyanın ödənilməsini sonuncudan tələb etsə də, iş materialları ilə İddiaçı tərəfindən qeyd edilən zərərin vurulması ilə bağlı aktın tərtibi zamanı iştirakının təmin edildiyi, ona məlumat verildiyi sübut olunmur. İddiaçıla bağlı tərtib edilən aktonun iştirakı ilə tərtib olunmamışdır. Digər tərəfdən aktla dəymiş zərər müəyyən edilsə də, həmin zərərin ümumiyyətlə İddiaçı tərəfindən vurulduğu, sonuncununhadisə zamanı təsərrüfatında iri buynuzlu malqarasının olub-olmamasını və s. araşdırmamışdır. Halbuki dəymiş zərərin müəyyən edilməsi kimi həmin zərərin kim tərəfindən vurulmasınında əsaslandırılması da zəruridir. Sübutlarla bağlı mülahizələr formal xarakter daşımamalı, obyektiv həqiqəti əks etdirən hallar dəlillərlə sübuta yetirilməli,dəymiş zərərin müəyyən edilməsi üçün əraziyə baxış keçirilməsi zamanı çəkilişlər aparılmalı (fotoşəkillər) və başqa müşahidəçinin də iştirakı təmin olunmalıdır. Hazırkı iş üzrə isə inzibati orqan tərəfindən belə bir əsaslandırma məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi izahatında pozuntuların aşkar edilməsinə dair 56749 nömrəli, 15 noyabr 2019-cu il tarixli inzibati xəta haqqında akt tərtib edilərkən foto və video çəkilişlərindən istifadə edilmədiyini və hazırki mübahisələndirilən qərarı həmin akt əsasında qəbul edildiyini bildirmişdir. Hansı ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilmişdir ki, 56749 nömrəli, 15 noyabr 2019-cu il tarixli inzibati xəta haqqıda akt əsasında cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş MN ******* nömrəli 23 yanvar 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli. 3(020)- 78/2022 saylı qərarı ilə ləğv edilmiş və İddiaçı barəsində olan inzibati xəta haqqında işə yenidən baxılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmənin sorğusu əsasında müəyyən edilmişdir ki, məhkəmənin qərarından sonra cavabdeh orqan tərəfindən yenidən akt tərtib edilməmiş və hər hansı yeni araşdırma aparılmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı barəsində qəbul edilmiş MN ******* nömrəli 23 yanvar 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edildiyindən, həmin qərarın qəbul edilməsinə əsas olan 56749 nömrəli, 15 noyabr 2019-cu il tarixli inzibati xəta haqqında akta istinad edərək iddiaçı üçün əverişsiz hüquqi nəticə yaradan hazırda mübahsiələndirilən qərarın qəbul edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibatiaktı ləğv edərək iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(120)-599/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar