Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-317/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi İddiaçı2 Ağaməmməd oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-115/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müracitə edərək, İdarənin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********962600 nömrəli və **********963300 nömrəli qərarlarının ləğv edilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 20 aprel 2023-cü il tarixli, 2- 1(120)-115/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi və 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarlar yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1 -ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunanlardan başqa ekspert rəyinin tədqiqi hissəsində göstərilənlərə əsasən, iddiaçının fəaliyyət istiqamətləri və müşahidənin keçirilmə vaxtı (yəni fəsil və yaxud ilin hər hansi ayı) nəzərə alınaraq yalnız xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə uyğun vergi məbləğinin hesablanmasının düzgünlüyünün müəyyən edilməsi ekpert mühasibin səlahiyyətlərinə aid deyildir. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərdən (vergi orqanının etirazında və s.) göründüyü kimi, vergi ödəyicisi tərəfindən təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi və s. bağlı xx.xx.2019-cu il tarixində vergi orqanına müraciət edilmişdir. Lakin həmin sənədlərdən (vergi orqanının xx.xx.2021 -ci il tarixli etirazında və s.) göründüyü kimi vergi orqanı tərəfindən təkrar xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Beləliklə xx.xx.2021-ci il tarixli **********962600 nömrəli qərarı ilə 2019-cu ilin avqust ayı üçün və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli qərarı ilə 2019-cu ilin sentyabr ayı üçün hesablanmış vergi məbləği vergi qanunvericiliyinə uyğun düzgün hesablanmamışdır. Yəni hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir. Qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respyblikası Ali Məhkəməsinin 2-1(102)-139/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə qismən təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hansı tarixdən hansı vergi mükəlləfiyyətinə malik olması araşdırılmamışdır. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixdə **********962600 saylı qərar ilə, 2019-cu ilin avqust ayı üçün 21941,52 manat və xx.xx.2021-ci il tarixdə **********963300 saylı qərar ilə 2019-cu ilin sentyabr ayı üçün 33194,03 manat olmaqla, hər iki qərar əsasında ümumilikdə 55135,55 manat məbləğində, 02 iyun 2021-ci il tarixində heç bir əsas olmadan 2019-cu ilin avqust və sentyabr ayları üçün onun şəxsi vərəqəsinə əsassız borc yazılmışdır. Bu məbləğ onun şəxsi hesab vərəqəsində mütəmadi dəyişilərək 60675 manat və ya 62098 manat və s. qeyd olunmaqla yanaşı, onun bütün bank hesablarına həmin məbləğin silinməsi barədə sərəncamlar göndərilmişdir. Dəfələrlə vergi orqanına qərəzli şəkildə ona hesablanmış borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsini, bank hesablarından sərəncamların geri götürülməsini və həmin borcun yaranma əsasları barədə yazılı məlumat vermələrini xahiş etsə də, müraciət etdiyi vergi orqanlarından heç bir əsaslı və müsbət cavab verilməmişdir. Bütün bu müraciətlərindən sonra 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona məxsus əmlakların siyahıya alınması barədə qərar verilmiş, xx.xx.2021-ci il tarixində 64043 manat vəsaitin ödənilməsi barədə ona bildiriş göndərilmiş və borcun 105 faizi həcmində onun ƏDV sub-ucot hesabında olan pul vəsaitinin dondurulması barədə xx.xx.2021-ci il tarixli, **********595200 saylı növbəti qərar qəbul edilərək onun onlayn kargüzarlığıma yerləşdirilmişdir. Dövlət Vergi Xidmətinə və 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ümumilikdə 4 dəfə onlayn kargüzarlıq vasitəsi ilə və poçt qutusu vasitəsi ilə müraciət etsə də, vergi orqanları tərəfindən heç bir müsbət cavab verilmədən şikayəti təmin olunmamışdır. Odur ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı1 barəsində çıxarılmış xx.xx.2021-ci il tarixli **********962600 və **********963300 saylı "vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Vergi Məcəlləsinin 177.2-ci maddəsinə görə ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Lakin vergi ödəyicisi tərəfindən 2019-cu ilin avqust ayı üçün ƏDV bəyannaməsi qanunvericilikdə müəyyən edilmiş müddətdə vergi orqanına təqdim edilməmişdir. Qeyd edilən hesabat dövrü üçün ƏDV bəyannaməsinin təqdim edilməməsinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə 143838,89 manat (ƏDV ilə birlikdə), (121897,36 manat ƏDV-siz) müəyyən edilmişdir. Qeyd olunmuş kənarlaşmaya əsasən (143838,89 /113*18=21941,53 manat) əlavə vergi məbləği hesablanmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il avqust ayı üçün əlavə dəyər vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 21941,53 manat əlavə dəyər vergisi hesablanmış və xx.xx.2021-ci il tarixli **********962600 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi qanunvericilikdə müəyyən edilmiş müddətdə vergi orqanına təqdim edilməmişdir. Qeyd edilən hesabat dövrü üçün ƏDV bəyannaməsinin təqdim edilməməsinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə 217605,28 manat (ƏDV ilə birlikdə), (184411,25 manat ƏDV-siz) müəyyən edilmişdir. Qeyd olunmuş kənarlaşmaya əsasən (217605,28 /118*18=33194,03) manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə kameıal vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il sentyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 33194,03 manat əlavə dəyər vergisi hesablanmış və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar göndərilmişdir. Eyni zamanda bildirilir ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ********* nömrəli cinayət işi üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarına və 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli **********188663 nömrəli qərarına əsasən iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrləri əhatə edən fəaliyyəti yoxlanılmışdır. Yoxlama xx.xx.2019-cu il tarixdə başlanılmış, xx.xx.2019- cu il tarixdə başa çatdırılaraq, nəticəsi 08.10 3019-cu il tarixli **********190566 nömrəli “Səyyar vergi yoxlaması aktı" ilə rəsmiləşdirilmişdir. Yoxlama fərdi sahibkar İddiaçı1 xx.xx.2011 -ci il tarixli ƏN-İ 283591 və xx.xx.2019-cu il tarixli 7E-465 reyestr nömrəli etibarnamələr üzrə rəsmi nümayəndələri olan X1 və X3 iştirakı ilə və 6 Saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli müvafiq qərarları əsasında İddiaçı1 məxsus, Lerik rayonu, Hamarmeşə kəndi ərazisində yerləşən “Relax" İstirahət mərkəzində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı “Sənədlərin və Nümunə kimi əşyaların qötürülməsi haqqında" xx.xx.2019-cu il tarixli **********6767 nömrəli qərar əsasında istirahət mərkəzinin ofisindən götürülmüş və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və real dövriyyəsini özündə əks etdirən mühasibat sənədləri və məlumatları, həmçinin qarşılıqlı əməliyyatlar və vergi ödəyicisinin bank hesabı və əməliyyatları barədə daxil olmuş məlumatlar əsasında aparılmişdir. İbtidai istintaq zamanı iddiaçı ərizə ilə müraciət edərək, yayındırdığı 635153,79 manat vergiləri tamamilə dövlət büdcəsinə ödədiyinə görə istintaq olunan ********* nömrəli cinayət işində barəsində aparılan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Beləliklə də iş üzrə aparılmış istintaq zamanı iddiaçının əməlində AR Cinayət Məcəlləsinin 213.3-cü maddəsinin tərkibinin olduğu tam olaraq sübuta yetirilmişdir. İddiaçı şikayətlərində 2019-cu ilin avqust və sentyabr ayları üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği ilə razı olmadığını bildirərək, hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2017-ci il tarixdən (xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məcburi qeydiyyat, xx.xx.2020-ci il tarixdən isə könüllü qeydiyyat) əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün "mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi" olduğu, xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən "X7 Pizza Restoran” adlı əsas sahəsi 60 m2, əlavə sahəsi 50 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63010) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34cü km ünvanında yerləşən "Küləfrəngi" adlı əsas sahəsi 35 m2, əlavə sahəsi 50 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63014) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu İ tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən "şəxsi heyətin qidalanması üçün yeməkxana” adlı əsas sahəsi 150 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63016) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən "icarə obyekti” adlı əsas sahəsi 572,1 m2, əlavə sahəsi 00 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63001) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən "Hörümçək Bar” adlı əsas sahəsi 25 m2, əlavə sahəsi 38 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu-**********- 63015) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2020-ci il tarixdə Lerik rayonu, Piran, 20-ci km ünvanında yerləşən "icarə obyekti” adlı əsas sahəsi 4000 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63020) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Özbəkistan ev.24 ünvanında yerləşən "icarə obyekti” adlı əsas sahəsi 20,1 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu -**********-16001) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2017-ci iı tarixdə Lerik rayonu, Piran ünvanında yerləşən "İcarə” adlı əsas sahəsi 54899,0 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63002) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən "Təndir” adlı əsas sahəsi 90 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********- 63018) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən "Aqua Park” adlı əsas sahəsi 150 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63017) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən "Beerelax Bar” adlı əsas sahəsi 20 m2, əlavə sahəsi 28 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63008) təsərrüfat subyektinin (obyektinin), və xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən "X8 Bar” adlı əsas sahəsi 50 m2, əlavə sahəsi 70 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63013) təsərrüfat subyektinin (obyektinin) vergi orqanına qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsinə əsasən avqust ayı üçün 143 838,89 manat (ƏDV ilə birlikdə), sentyabr ayı üçün 217 605,28 manat (ƏDV ilə birlikdə) dövriyyə müəyyən edilməsinə baxmayaraq, həmin dövrlər üzrə ƏDV bəyannamələri təqdim edilməmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktublara cavab olaraq əsaslı izahat, təsdiqedici sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2019-cu ilin avqust ayı üçün 21 941,52 manat, sentyabr ayı üçün 33 194,03 manat hesablama aparılmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********962600, **********963300 nömrəli qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Aparılmış araşdırma zamanı fərdi sahibkara məxsus təsərrüfat subyektlərində xx.xx.2019cu il tarixli "Xronometraj metodu ilə müşahidələrin aparılması haqqında” **********63 14,**********6328, **********6324, **********6329, **********6322, **********6326, **********6318, **********6323, **********6313, **********6321 nömrəli qərarlarına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrinin xx.xx.2019-cu il tarixli 003864 nömrəli, xx.xx.2019-cu il tarixli 003872, 003841, 003855, 003862, 003866, 003881, 003860, 003879, 003809 nömrəli aktlarla rəsmiləşdirilməklə orta günlük satış dövriyyənin 8 989,94 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı1 etibarnamə ilə səlahiyyətli nümayəndəsi X5 günlük və yekun aktların doğruluğunu imzası ilə təsdiq etmiş və aktların bir nüsxəsini əlavələrlə birlikdə aldığı barədə imza etmişdir. Araşdırma ilə fərdi sahibkar tərəfindən "Təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi barədə” və keçirilmiş xronometrajın passivləşdirilməsi barədə vergi orqanına xx.xx.2019- cu il tarixdə müraciət edilməsinə baxmayaraq, xronometraj müşahidənin nəticəsi vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 50-1.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən passivləşdirilmişdir. Həmçinin, fərdi sahibkar tərəfindən 2019-cu ilin avqust və sentyabr ayları üzrə ƏDV bəyannamələri təqdim edilmədiyi üçün xx.xx.2019-cu il tarixli **********252900 nömrəli "Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə” xəbərdarlıqla vergi ödəyicisinə məlumat verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə kameral vergi yoxlaması bəyannamə təqdim edildikdən sonra ən çoxu 90 gün ərzində aparılmalı olduğu halda cavabdeh 2021-ci ildə 2019-cu il üzrə yoxlama aparmışdır. Həmçinin iddiaçı 2020-ci ilin iyul ayından ƏDV ödəyicisi kimi qeydiyyata alınmasına baxmayaraq, cavabdeh ona 2019cu ilin avqust və sentyabr ayları üzrə əlavə dəyər vergisi hesablamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********962600 nömrəli və **********963300 nömrəl qərarların qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). -36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. -54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0. 1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0. 2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması -67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası və sahəsi istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya muhasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçot və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləsdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlak üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin ve xidmətlərin alınmasına çəkilən xərcləri barəd rəsmi məlumatlar; vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri- əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların fiziki həcmi barədə vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri barədə məlumatlar; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. -221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. İş materiallarında olan: --Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinin məhkəmə kollegiyasına təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı1 əlavə dəyər vergisi mükəlləfiyyəti xx.xx.2020-ci il tarixdən aktivləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişindən görünür ki, ƏDV-nin qeydiyyata alınma tarixi xx.xx.2020-ci il, qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2020-ci ildir. -xx.xx.2021-ci il tarixli, **********962600 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçı1 2019-cu ilin avqust hesabat dövrünə münasibətdə 10.458.87 manat azaldılmış əlavə dəyər vergisi üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. -xx.xx.2021-ci il tarixli, **********963300 saylı ""Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçı1 2019-cu ilin sentyabr hesabat dövrünə münasibətdə 35.737.27 manat azaldılmış əlavə dəyər vergisi üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3128 nömrəli rəyində aşağıdakılar bildirilir: -xx.xx.2021-ci il tarixli **********962600 nömrəli qərarla 2019-cu ilin avqust ayı üçün və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli qərarla 2019-cu ilin sentyabr ayı üçün hesablanmış vergi məbləği vergi qanunvericiliyinə uyğun düzgün hesablanmamışdır. Yəni hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir. -iş materiallarında vergi ödəyicisi İddiaçı1 üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək olan dövrün xronometraj metodu ilə müşahidənin nəticələrinə dair tərtib edilmiş sənədlər mövcud deyil. Bu səbəbdən də, sözügedən müşahidənin vergi qanunvericiliyinin tələblərinə uyğun keçirilib-keçirilmədiyini və həmin müşahidənin nəticələrinin həqiqəti əks etdirib- etdirmədiyini müəyyən etmək mümkün olmadı. -iddiaçının fəaliyyət istiqamətləri və müşahidənin vaxtı (yəni fəsil və yaxud ilin hər hansı ayı) nəzərə alınaraq yalnız xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə uyğun vergi məbləğinin hesablanmasının düzgünlüyünün müəyyən edilməsi ekspert mühasibin səlahiyyətlərinə aid deyildir. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərdən (vergi orqanının etirazında və s.) göründüyü kimi, vergi ödəyicisi tərəfindən təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi və s. bağlı xx.xx.2019-cu il tarixdə vergi orqanına müraciət edilmişdir. Lakin həmin sənədlərdən (vergi orqanının xx.xx.2021 -ci il tarixli etirazında və s.) göründüyü kimi vergi orqanı tərəfindən təkrar xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına əsaslanaraq hesab edir ki, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və **********963300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilərkən, Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən sadələşdirilmiş vergi üzrə 2019-cu ilin İİİ rübünə dair bəyannamə verilmiş, lakin vergi orqanı tərəfindən həmin dövrün iki ayı (2019-cu ilin avqust və sentyabr ayları) üzrə kameral qaydada ƏDV hesablanmış, beləliklə xx.xx.2021-ci il tarixli, **********963300 nömrəli qərarı ilə 2019-cu ilin avqust ayı üçün və xx.xx.2021-ci il tarixli, **********963300 nömrəli qərarı ilə 2019-cu ilin sentyabr ayı üçün vergi məbləğinin hesablanması Vergi məcəlləsinin tələblərinə tamamilə ziddir. Bundan əlavə xüsusilə qeyd edilməlidir ki, iddiaçının ƏDV-nin qeydiyyata alınma tarixi xx.xx.2020-ci il, qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2020-ci il olmasına baxmayaraq, cavabdeh orqan iddiaçının əlavə dəyər vergisinin ödəyicisi olmadığı hesabat dövrü (2019) üçün sözügedən vergi borcu hesablamışdır ki, bu hal da müvafiq qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı xx.xx.2021-ci il tarixdə kameral vergi yoxlamasının nəticəsi olaraq 2019-cu il avqust-sentyabr dövrləri üçün ƏDV hesablamış, lakin 20 avqust tarixdən başlayaraq 08 oktyabr 2019-cu il tarixə qədər vergi ödəyicisi olmuş İddiaçı1 fəaliyyəti həmin vergi orqanı tərəfindən həm də səyyar vergi yoxlaması qaydasında yoxlama keçirilməklə yoxlanmış və vergi ödəyicisi barədə xx.xx.2019-cu il tarixdə **********190566 nömrəli akt tərib edilmiş və həmin aktda ƏDV-yə münasibətdə hər hansı məsələ qeyd edilməmişdir. Həmçinin cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və **********963300 nömrəli qərarları — əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Azərbaycan Respublikasının "İnzibati İcraat haqqında” Qanununa görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (maddə 61.1 və 61.2). Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Məhkəmə kollegiyası bundan əlavə qeyd edir ki, İddiaçı1 vergi ödəyicisi kimi xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək faktiki və hüquqi olaraq fəaliyyətini dayandırmış və onun ərizəsi əsasında uçot-məlumat bazasında fəaliyyətini xx.xx.2019-cu il tarixdə aktivləşdirmişdir. Cavabdeh orqan tərəfindən vergi ödəyicisinin 1-ci rüb 2017-2-ci rüb 2019-cu il dövrü, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər səyyar vergi yoxlaması qaydasında yoxlanılmış və nəticələrinə dair xx.xx.2019-cu il tarixdə **********190566 nömrəli akt tərtib edilmişdir. Bütün bunları nəzərə alaraq qeyd olunmalıdır ki, hazırda mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan məlumatlar kameral qaydada cavabdehdə mövcud olmuşdursa səyyar vergi yoxlaması zamanı zəruri tədbirlər görülə bilərdi. Lakin, işin hallarından görünür ki, belə tədbirlər görülməmişdir. Bu hal isə belə bir pozuntunun mövcud olmamasına dəlalət edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Beləliklə, işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-115/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-317/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-317/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver