Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-323/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2-1(120)-297/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə qarşı “1976- 2008-ci illərdə Qarabağsutikinti TM-də daha sonra adı dəyişdirilərək Qarabağ-ER MMC-də işlədiyi illəri iş stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 12 iyul 2023-c il tarixli protokolu vasitəsilə cavabdeh əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə rəsmi olaraq müraciət etmiş, lakin DSMF Ağcabədi rayon şöbəsi 22 iyun 2021-ci il tarixdə ona imtina məktubu verilmişdir. Cavabdeh imtina məktubunda onun sığorta stajı 8 il, 3 aydır. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində göstərilir ki, əmək pensiyası şəxsin (ərizəçinin ) daimi yaşadığı yer, qaçqın və ya məcburi köçkünlər isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Lakin DSMF Ağcabədi rayon şöbəsi tərəfindən “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununa 7-cimaddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. xx.xx.1956-cı ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olmuş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı ilə kimi hərbi xidmətdə olmuş, 1976-ci ildən 2008-ci ilə kimi Ağcabədi rayon "xxxx" TM-də sürücü kimi işləmişdir. Həmin zaman onun adına əmək kitabçası açılmışdır. Lakin işlədiyi illərin hamısı əmək kitabçamda qeyd edilməmişdir. İşlədiyi müəssisənin baş ofisi Bərdə rayonunda yerləşirdi daha sonra isə həmin müəssisə Tərtər rayonu ilə birləşdirilmişdir. Müəssisənin adı dəyişdirilərək"xxxx" MMC olmuş, əmək kitabçasında göstərilməyən illəri başqa cür əldə edə bilməmişdir. 1976-2008-ci illərdə "xxxx" TM-də daha sonra adı dəyişdirilərək "xxxx" MMC olmuş müəssisədə işləmişdir. Lakiiı DSMF Ağcabədi rayon şöbəsi onun 1976- 2008-ci illərdə "xxxx" TM-də işlədiyi illəri sığorta stajıı 8 il, 3 ay hesablamışdır. Azərbaycan Respublikası Koııistusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlliliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi imtinası ilə onun konstitsiyon hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini öhdəliyinin cavabdehin üzərinəqoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə AR ƏƏSMN tabeliyində DSMF-nin Ağcabədi rayon şöbəsinə (hazırki Qarabağ regional filialına) müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Sosial ödənişlərin təyinatıüzrə mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubla İddiaçı qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq,bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalıolduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədəkolan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı pensiya hüququ 65 yaşla xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1.fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2. pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra- sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqlarıəməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-cimaddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsiplərivə qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş .özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İş materiallarında olan İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü, eləcə də əmək kitabçasının surətinə əsasən xx.xx.1981 -ci il tarixdən xx.xx.1987-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə 01.01,2006-cı il tarixədək ümumilikdə 8 il 3 ay 23 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021 -ci il tarixli 62 saylı arayışının surətinə əsasən xx.xx.1987-ci iltarixdən xx.xx.2006-cı il tarixədək İddiaçı işlədiyi "xxxx" Törəmə müəssisəsinin 2009-cu il tarixədək əmr kitablarında vətəndaşın adına rast gəlinməmişdir. Eyni zamanda xx.xx.2005-ci il tarixdən "xxxx" Törəmə müəssisəsinin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Sözügedən müəssisənin xx.xx.2021-ci il tarixli 9 saylıməktubuna əsasən xx.xx.1987-ci il tarixdən 01,07.2005-ci il tarixədək İddiaçı iş stajı barədə müəssisədə heç bir məlumat olmamışdır. Qeyd olunan səbəblərdən xx.xx.1987-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 18 il 6 ay vətəndaşın əmək fəaliyyəti dövrü mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2-1(120)-297/2024 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-297/2024 nömrəli məhkəmə qərarında məhkəmə qeyd etmişdir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə qərarına münasibət olaraq bildirməyi zəruri hesab edirik ki, işin faktiki hallarına görə, iddiaçı N.X13 daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2021ci il tarixli **********4 nömrəli məktubla qeyd edilmişdir ki, qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən ona yaşa görə pensiyanın təyin edilməsi mümkün hesab edilmir. Bundan sonra Fondun Qarabağ regional filialına göndərilmiş xx.xx.2023cü il tarixli 3z_17-1/3-1 -49457/2023 nömrəli xidməti məktuba əsasən iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1987-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "Qarabadsutikinti Törəmə müəssisəsimdə (xx.xx.2005-ci il tarixdən "xxxx" MMC) işləməsi ilə əlqədar Bərdə ravon X7 yoxlamanın keçirilməsi zərurətinin yarandığı bildirilmişdir. Fondun X6 25 mav 2023-cü il tarixli 3-17-1/3-1-51599/2023 nömrəli qarşılıqlı yoxlama aktına əsasən İddiaçı Bərdə rayon 5 saylı Avtonəqliyyat müəssisəsində 01 iyul 1987-ci il tarixdən Əmr M 101 Kamaz-5511 №18-12 sürücü vəzifəsinə isə qəbul edildiyi, həmçinin müəssisənin əmək haqqı kitablarına əsasən 1976- cı ilin iyul, sentyabr, oktyabr, noyabr və dekabr. 1977-ci ilin bütün ayları üzrə, 1978-ci ilin ivul avı istisna olmaqla digər avları üzrə. 1979-cu ilin sentyabr avı istisna olmaqla digər avları üzrə, 1980-ci ilin bütün avları üzrə, 1981-ci ilin yanvar, fevral və aprel ayları üzrə, 1988, 1989, 1989, 1990. 1991, 1992-ci illərin bütün avları üzrə. 1994-cü ilin fevral, mart, aprel, mav, iyun, ivul, avqust və sentyabr avları üzrə, 1995-ci ilin yanvar, fevral, iyun, sentyabr və oktyabr avları üzrə, 1996-cı ilin iyun avı üzrə əmək haqqı aldığının müəyyən edildiyi bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, müəssisənin 1982, 1983, 1984, 1985 və 1986-cı illər üzrə əmr və əməkhaqqı kitablarının olmasına baxmayaraq İddiaçı adma rast gəlinməmişdir. 1993 və 2003-cü illərə dair əməkhaqqı cədvəlinin olmasına baxmayaraq İddiaçı adma rast gəlinməmişdir. 1997, 1999, 2000, 2001 və 2002-ci illərə dair əmək haqqı cədvəlləri Bərdə ravon Dövlət Arxivinə təhvil verilməmiş, həmçinin əmr kitabları 1987-ci ilə qədər arxivə təhvil verilmişdir. Bundan başqa. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2023- cü il tarixli məktubuna əsasən iddiaçı N, Orucovun sosial sığorta stajına daxil edilən dövr kimi sonuncu il 2002-ci il hesab edilir. 1993 və 2003-cü illərə dair əməkhaqqı cədvəllərinin olmasına baxmayaraq İddiaçı adına rast gəlinməmiş olması, eləcə də xx.xx.2004-cü il tarixdən 06.07,2005-ci il tarixədək olan dövrlər üzrə heç bir məlumat olmadığından həmin dövrlər sosial sığorta stajına daxil edilmir. Bundan başqa, xx.xx.2005- ci il tarixdən 01.01,2006-cı il tarixədək, həmçinin 01.01,2006-cı il tarixdən sonra iddiaçı N. Orucovun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilmədiyi bildirilmişdir.İddiaçı N, Orucovun xx.xx.2006-cı il tarixədək 24 il 2 ay 22 gün sığorta stajına uyğun olaraq 17959,64 manat pensiya kapitalı pensiya yasına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır, eləcə də N. Orucovun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edirik ki, bəzi illərə dair əməkhaqqı cədvəlləri mövcud olsa da, iddiaçının adının həmin cədvəllərdə qeyd olunmaması həmin dövrlərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığını göstərir. Həmçinin bəzi illərə dair müəssisənin sənədləri arxivə təhvil verilsə də, bəzi illərə dair ümumiyyətlə sənədin olmaması əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur. Məhkəmə tərəfindən yuxarıda qeyd olunan hallara qiymət verilməmiş və qərar qəbul edilərkən əmək kitabcasındakı qeydləri mötəbər sübut hesab edilərək mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2-1(120)-297/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Qeyd olunan iş stajı cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası, yuxarıda şərh olunan qanunvericiliyin normalarını rəhbər tutaraq qeyd edir ki, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ciil tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən,01 iyul 2000-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş şərtini ödəmişdir. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-160526/23 nömrəli etiraza əlavədən görünür ki, cavabdeh tərəfindən hazırda mübahisələndirilməyən iş stajı 24 il 2 ay 22 gün təşkil edir. Cavabdehin ilkin imtinasından, yazılı etirazın surətindən və apellyasiya şikayətindən görünür ki, iddiaçıya pensiya təyin edilməsindən imtina üçün xx.xx.1987-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi "xxxx" Törəmə müəssisəsində işlədiyi dövrlə bağlı müəssisənin 1982, 1983, 1984, 1985 və 1986-cı illər üzrə əmr və əmək haqqı kitablarının olmasına baxmayaraq İddiaçı adına rast gəlinməmiş, 1997, 1999, 2000, 2001 və 2002-ci illərə dair əmək haqqı cədvəlləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilməmiş, həmçinin əmr kitablarının 1987-ci ilə qədər arxivə təhvil verilməməsi və iddiaçının 25 il ümumi iş stajını toplamaması əsas götürülmüşdür. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən mötəbər hesab olunmalıdır. İş materiallarında olan xx.xx.1977-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, ИТ-İ * * * * * * * nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in 5 saylı Regional Ərazi Filialının Tərtər rayon qəbul şöbəsinin baş mütəxəssisi X2, Tərtər rayon qəbul şöbəsinin baş mütəxəssisi X9, "xxxx" MMC-nin baş mühasibi X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı iş stajı yoxlanılaraq müəyyən edilmişdir ki, vətəndaş İddiaçı 27/k nömrəli xx.xx.2005-ci il tarixli əmrə əsasən "xxxx" Törəmə müəssisəsinə 09-257 nömrəli xx.xx.2008-ci il tarixli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəməkşərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi xx.xx.1981-ci il tarixində tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçanın və hərbi biletinin surətinə əsasən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 8 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006cı il tarixindən pensiya hüququnu yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 62 saylı arayışına əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi "xxxx" Törəmə müəssisəsinin 2009-cu il tarixinədək əmr kitablarında onun adına rast gəlinməmişdir. Eyni zamanda xx.xx.2005-ci il tarixindən "xxxx" Törəmə müəssisəsinin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Sözügedən müəssisənin xx.xx.2021-ci il tarixli 9 saylıməktubuna əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək iş stajı barədə müəssisədə heç bir məlumat olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********7 saylı xidməti məktubuna əsasən "xxxx" TM-in əmək haqqı cədvəlləri və əmr kitabları müəssisə bağlandığı üçün sabiq mühasibi tərəfindən şəxsi mühafizə olunur. Həmin şəxs sənədləri üzürlü səbəbdən təqdim edə bilmir. Sənədlər araşdırıldıqdan sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 08 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən 27/k saylı əmrə əsasən **-AC-*** nömrəli avtomaşına sürücü qəbul edilmişdir və xx.xx.2008ci il tarixdə 51/k saylı əmr ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bərdə regional ərazi şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı "xxxx" MMC-nin Qarabağ regional şöbəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubunda Bərdə rayonunda yerləşən keçmiş "xxxx" TM-nin Bərdə Avtonəqliyyat filialında işləmiş, xx.xx.2005-ci il tarixdə "xxxx" MMC-yə köçürmə yolu ilə sürücü qəbul edilmiş, xx.xx.2008-ci il tarixə kimi həmin müəsissədə sürücü işləmişdir. Həmin dövrdə müəssisə əmək haqqı ilə bağlı bütün Məcburi Sosial Sığorta Ödəmələrini DSMF-nin Tərtərrayon şöbəsinə ödənildiyini və işçilərin sığorta məbləğinin bölüşdürülməsi hər bir işçinin hesabına kapitalın yerləşdirilməsini DSMF-nin Tərtər Rayon Şöbəsinin icra ediyini bildirmişdir. Həmin dövr üçün əmək haqqı cədvəllərinə baxış keçirilmiş, işlədiyi dövr üzrə müəsissədə baş mühasib işləmiş şəxs vəfat etməsi səbəbindən ona aid əmək haqqı cədvəlləri tapılmamışdır. Müəssisə tərəfindən tələb olunan sənədlərin o cümlədən əmək haqqı cədvəllərinin təqdim edilməməsi səbəbindən şikayətinin araşdırılmasını tam başa çatdırmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 22.1.1-ci maddəsinə əsasən 2019-cu ilin 1 yanvar tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmçinin sözügedən Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019- 2022-ci illərdə 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı 25 il, 2023- cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli,******************************00 nömrəli məktubunda qeyd edilmişdir ki, Məlumat-uçot bazasına əsasən "xxxx" MMC vergi ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdır. Hal-hazırda fəaliyyəti aktivdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyihərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 8 il 3 ay 23 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ciil tarixli 62 saylı arayışının surətinə əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək İddiaçı işlədiyi "xxxx" Törəmə müəssisəsinin 2009-cu il tarixinədək əmr kitablarında vətəndaşın adına rast gəlinməmişdir. Eyni zamanda xx.xx.2005-ci il tarixindən "xxxx" Törəmə müəssisəsinin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Sözügedən müəssisənin xx.xx.2021-ci il tarixli 9 saylı məktubuna əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək İddiaçı iş stajı barədə müəssisədə heç bir məlumat olmamışdır. Qeyd olunan səbəblərdən xx.xx.1987-ci il tarixindən xx.xx.2006-cıil tarixinədək 18 il 6 ay vətəndaşın əmək fəaliyyəti dövrü mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 2022-ci il tarixli, 243 nömrəli məktubundan görünür ki, Bərdə rayon Dövlət Arxivində 271 saylı fondda mühafizə olunan Bərdə rayon 5 saylı Avtonəqliyyat Müəssisəsinin şəxsi heyətə dair sənəd materiallarına əsasən, vətəndaş İddiaçı işləyib qazandığı əmək haqqı 1976-cı ildə iyuldekabr, 1977-1980-ci ildə, yanvar-fevral, aprel 1981-ci ildə, 1988-1992-cı ildə, fevralsentyabr 1994-cü ildə, yanvar- fevral, iyun, sentyabr, oktyabr 1995-ci ildə və iyun 1996-cı ildə əmək haqqısı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X6 pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X5, filialın pensiya təminatı şöbəsinin mütəxəssisi X3, Bərdə rayon Dövlət Arxivinin müdiri X11 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdangörünür ki, Bərdə rayon 5 saylı Avtonəqliyyat Müəssisəsində işləmiş vətədaş İddiaçı işləməsi faktı üzrə əmr və əməkhaqqı cədvəlləri araşdırılarkən iyuldekabr 1976-cı ildə, 1977-1980-ci ildə, yanvar-fevral, aprel 1981-ci ildə, 1988-1992-cı ildə, fevral- sentyabr 1994-cü ildə, yanvar-fevral, iyun, sentyabr, oktyabr 1995-ci ildə və iyun 1996-cı ildə əmək haqqı qeyd edilmişdir. İddiaçı xx.xx.1987-ci il tarixli, 101 nömrəli əmrlə Kamaz-5511 nömrə 18-12 sürücü qəbul edilmişdir. Müəssisənin 1982-1983-1984-1985- 1986-cı illər üzrə əmr və əməkhaqqı kitabları olmasına baxmayaraq vətəndaşın adına rast gəlinməmiş, 1993 və 2003-cü illərə aid əməkhaqqı cədvəli olmasına baxmayaraq vətəndaşın adına rast gəlinməmiş, 1997-1999-2000-2001 və 2002-ci ilə aid əməkhaqqı cədvəlləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Əmr kitabları 1987-ci ilə qədər təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-160526/23 nömrəli etiraza əlavədən görünür ki, Fondun Qarabağ regional filialına göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-49457/2023 nömrəli xidməti məktuba əsasən iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1987-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Qarabaqsutikinti Törəmə müəssisəsi”ndə (xx.xx.2005-ci il tarixdən "xxxx"MMC) işləməsi ilə əlqədar Bərdə ravon X7 yoxlamanın keçirilməsi zərurətinin yarandığı bildirilmişdir. Fondun X6 25 mav 2023-cü il tarixli 3- 17-1/3-1-51599/2023 qarşılıqlı yoxlama aktına əsasən İddiaçı Bərdə ravon 5 saylı Avtonəgliyyat müəssisəsində 01 iyul 1987-ci il tarixdən Əmr M 101 Kamaz- 5511 №18-12 sürücü vəzifəsinə isə qəbul edildiyi, həmçinin müəssisənin əmək haqqı kitablarına əsasən 1976-cı ilin iyul, sentyabr, oktyabr, noyabr və dekabr. 1977-ci ilin bütün avları üzrə, 1978-ci ilin iyul avı istisna olmaqla digər avları üzrə, 1979-cu ilin sentyabr avı istisna olmaqla digər avları üzrə, 1980-ci ilin bütün avları üzrə, 1981-ci ilin yanvar, fevral və aprel avları üzrə, 1988, 1989, 1989, 1990, 1991, 1992-ci illərin bütün avları üzrə, 1994-cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr avları üzrə, 1995-ci ilin yanvar, fevral, iyun, sentyabr və oktyabr avları üzrə, 1996-cı ilin iyun avı üzrə əmək haqqı aldıdı müəyyən edildiyi bildirilmişdir. Müəssisənin 1982, 1983, 1984, 1985 və 1986-cı illər üzrə əmr və əmək haqqı kitablarının olmasına baxmayaraq İddiaçı adma rast gəlinməmişdir. 1993 və 2003-cü illərə dair əməkhaqqı cədvəlinin olmasına baxmayaraq İddiaçı adına rast gəlinməmişdir. 1997, 1999, 2000, 2001 və 2002-ci illərə dair əməkhaqqı cədvəlləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilməmiş, həmçinin əmr kitabları 1987-ci ilə qədər arxivə təhvil verilmişdir. Bundan başqa, Fondun Sosial ödənişlərintəyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı sosial sığorta stajına daxil edilən dövr kimi sonuncu il 2002-ci il hesab edilir. 1993və 2003-cü illərə dair is stajının əməkhaqqı cədvəllərinin olmasına baxmayaraq İddiaçı adına rast gəlinməmiş olması, eləcə də xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər üzrə hec bir məlumat olmadığından həmin dövrlər sosial sığorta stajına daxil edilmir. Bundan başqa, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, həmçinin xx.xx.2006-cı il tarixdən sonra İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilmədiyi bildirilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək 24 il 2 av 22 gün sığorta stajına uyqun olaraq 17959,64 manat pensiya kapitalı pensiya yasına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır, eləcə də İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün (24 il 2 ay 22 gün) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının 25 iyul 2024-cü il tarixli, 3-17-1/2-175053/2024 nömrəli məktubundan görünür ki, X12 yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1987-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" TM-də işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq müəssisənin arxiv sənədləri dövlət arxivinə tam təhvil verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1987-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi, lakin əmək haqqı barədə məlumatların aşkar edilmədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası onu da edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının işlədiyi və əmək kitabçşasında yazıldığı, lakin əmək haqqı barədə məlumatların aşkar edilməməsi səbəbindən cavabdeh tərəfindən nəzərə alınmayan əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə kollegiyası bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeydedilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondanibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, ******************************00 nömrəli məktubunda qeyd edilmişdir ki, məlumat-uçot bazasına əsasən "xxxx" MMC vergi ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdır. Hal-hazırda fəaliyyəti aktivdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyihərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 8 il 3 ay 23 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ciil tarixli 62 saylı arayışının surətinə əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək İddiaçı işlədiyi "xxxx" Törəmə müəssisəsinin 2009-cu il tarixinədək əmr kitablarında vətəndaşın adına rast gəlinməmişdir. Eyni zamanda xx.xx.2005-ci il tarixindən "xxxx" Törəmə müəssisəsinin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Sözügedən müəssisənin xx.xx.2021-ci il tarixli 9 saylı məktubuna əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək İddiaçı iş stajı barədə müəssisədə heç bir məlumat olmamışdır. Qeyd olunan səbəblərdən xx.xx.1987-ci il tarixindən xx.xx.2006-cıil tarixinədək 18 il 6 ay vətəndaşın əmək fəaliyyəti dövrü mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 2022-ci il tarixli, 243 nömrəli məktubundan görünür ki, Bərdə rayon Dövlət Arxivində 271 saylı fondda mühafizə olunan Bərdə rayon 5 saylı Avtonəqliyyat Müəssisəsinin şəxsi heyətə dair sənəd materiallarına əsasən, vətəndaş İddiaçı işləyib qazandığı əmək haqqı 1976-cı ildə iyul-dekabr, 1977- 1980-ci ildə, yanvar-fevral, aprel 1981-ci ildə, 1988-1992-cı ildə, fevral-sentyabr 1994-cü ildə, yanvar- fevral, iyun, sentyabr, oktyabr 1995-ci ildə və iyun 1996-cı ildə əmək haqqısı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X6 pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X5, filialın pensiya təminatı şöbəsinin mütəxəssisi X3, Bərdə rayon Dövlət Arxivinin müdiri X11 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bərdə rayon 5 saylı Avtonəqliyyat Müəssisəsində işləmiş vətədaş İddiaçı işləməsi faktı üzrə əmr və əməkhaqqı cədvəlləri araşdırılarkən iyul-dekabr 1976-cı ildə, 1977-1980-ci ildə, yanvar-fevral, aprel 1981-ci ildə, 1988-1992-cı ildə, fevral-sentyabr 1994-cü ildə, yanvar-fevral, iyun, sentyabr, oktyabr 1995-ci ildə və iyun 1996-cı ildə əmək haqqı qeyd edilmişdir. İddiaçı xx.xx.1987-ci il tarixli, 101 nömrəli əmrlə Kamaz-5511 nömrə 18-12 sürücü qəbul edilmişdir. Müəssisənin 1982-1983-1984-1985-1986-cı illər üzrə əmr və əməkhaqqı kitabları olmasına baxmayaraq vətəndaşın adına rast gəlinməmiş, 1993 və 2003-cü illərə aid əməkhaqqı cədvəli olmasına baxmayaraq vətəndaşın adına rast gəlinməmiş, 1997- 1999-2000-2001 və 2002-ci ilə aid əməkhaqqı cədvəlləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Əmr kitabları 1987-ci ilə qədər təhvil verilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırmaq istəyir ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi "xxxx" MMC fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən "xxxx" MMC-nin xx.xx.2004cü il tarixdə vergi uçotuna alındığı müəyyən edilir. "xxxx" MMC ilə bağlı təsis sənədlərinə nəzər yetirilən zaman qeyd edilən müəssisənin xx.xx.1998-ci ildə, 10/83 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınan "xxxx" Firmasının adının və təşkilati hüquqi formasının dəyişməsi ilə onun bazasında yaradıldığı, xx.xx.2000-ci il tarixində 10/74 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış Azərsutikinti ATSC-nin "xxxx" Törəmə Müəssisənin bazasında yaradılmış "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil olunduğu və hüquqi varisi olduğu müəyyən edilmişdir. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçınınxx.xx.2006-cı ilə kimi işlədiyi illəri onun sığorta stajına daxil edir. İddiaçının xx.xx.2006-ci il tarixdən sonraki dövr stajı üzrə məcburi dövlət sosial sığorta stajlarının ödənilmədiyi müəyyən edildiyindən həmin dövrlər sığorta stajına daxil edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki,cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər əsas ilə bağlı məhkəmə kollegiyası bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Qeyd olunan iş stajı cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Bu baxımdan, iddiaçıya pensiya hüququ yarandığı 16 yanvar 2021-ci il tarixdən (65 yaşdan)yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləğiilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həminhissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya xx.xx.2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasını təyin etməklə haqlı mövqe sərgiləmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd edir ki, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, həmçinin xx.xx.2006-cı il tarixdən sonra İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri üzrə qeyd edir ki, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı ilin 1 yanvar tarixindən etibarən başlanılmışdır. Həmin dövrdə qüvvədə olan Qanuna əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sığortaçının vəzifəsi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaqdır. Həmin Qanunun 13.1-ci maddəsinə görə sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb basa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifəsidir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında xx.xx.2006-cı il tarixindən sonra aparılır və onun aparılması sığortaolunanın deyil, sığortaedənin vəzifəsidir. Başqa sözlə, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər ərzində sığortaedən tərəfindən qanunvericiliklə zəruri hesab edilən məlumatların təqdim edilməməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının məsuliyyət sferasına daxil deyil və bu hal onun üçün mənfi nəticələr doğurmamalıdır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu baxımdan cavabdehin imtinasının əsası kimi göstərilmiş xx.xx.2006-cı tarixindən sonra pensiya kapitalının qeydə alınmaması, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərinin sosial sığorta stajı kimi nəzərə alınmasında maneə kimi qəbul edilə bilməz. Başqa sözlə, xx.xx.2006-cı tarixindən sonra məlumatların təqdim edilməməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi əsası ilə həmin tarixədək mövud olmuş əmək fəaliyyəti dövrünə şamil oluna bilməz və həmin dövrlər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2-1(120)-297/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-323/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-323/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver