Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-324/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(120)-32/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli protokolu vasitəsilə cavabdeh əsl cavabde Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuş, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmət keçmiş, xx.xx.1972-xx.xx.1974-cü illərdə və xx.xx.1976-xx.xx.1978-ci illərdə 10 saylı DBM zavodunda, xx.xx.1978-xx.xx.1982-ci illərdə SMD-32-də, xx.xx.1982-xx.xx.1983-cü illərdə YTİ-35-də, xx.xx.1983-xx.xx.1984cü illərdə TQİ-20-də, xx.xx.1984-xx.xx.1989-cu illərdə Bəhrəmtəpə qum-çınqıl karxanasında xx.xx.1989-xx.xx.1992-ci illərdə Kemen müəssisəsində. xx.xx.1993xx.xx.2007-ci illərdə İmişli ATN, Faiq kooperativində, işləmiş və buna dair əmək kitabçası vardır. 31 il 9 ay 13 gün sosial sığorta stajının olması cavabdeh tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin İmişli rayon filialına ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Lakin xx.xx.2020-ci il tarixli məktubda 31 il 9 ay 13 gün sosial sığorta stajının olması təsdiq olunsa da, işlədiyi idarələrin bir qisminin sənədlərinin İmişli rayon dövlət arxivinə təhvil verrilmədiyini səbəb göstərib ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin həmin hərəkəti qanuna ziddir. Belə ki, qeyd etdiyi işlərdə işləməyi rəsmi əmək kitabçası ilə təsdiq olunur. Ona görə işlədiyi illər ona iş stajı kimi nəzərə alınmalıdır. Əmək pensiyaları haqqında Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 7-ci bəndinə görə 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yasa görə əmək pensiyası təvin edilmiş. şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə- Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək pensiyaları haqqında Qanun 01 yanvar 2006-cı ildə qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun 2019-cu ilin 1 yanvarından qüvvəyə minmişdir. Qanuna edilmiş və qüvvəyə minən dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsinə başlanılmışdır. Pensiya şəxsə təyin olunandan sonra ona bu. həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə "sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir. Ona görə Azərbaycan Respublikası İPM-nin 45-46-cı maddələrinə əsasən xahiş edirəm ki, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin İmişli rayon filialının qanunsuz hərəkətindən müdafiə olunmağı, qanunsuz hərəkətlərin aradan qaldırılması, 2 il hərbi xidmət illərini, əmək kitabçasında qeyd edilən işlədiyi xx.xx.1972-xx.xx.1974, xx.xx.1976-xx.xx.1978, xx.xx.1978-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984.xx.xx.1984xx.xx.1989,xx.xx.1989-xx.xx.1992 və xx.xx.1993-xx.xx.2007-ci illərdə işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, 23.11,2020- ci il tarixli ********** nömrəli məktubla bildirilmişdir ki, Filiala təqdim edilmiş əmək kitabçasının surətinə əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müəssisələrin mövcud olubolmaması barədə sənədlər, əmr kitabları və əmək haqqı cədvəlləri arxivə mühafizə üçün təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2- ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığoıia hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) az; 25 il sığoıia stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2021-ci il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 30 il 1 gün sosial sığorta stajı vardır. X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən hazırkı dövrədək iddiaçıya münasibətdə pensiya kapitalı aşkar edilməmişdir. İddiaçı əmək kitabçasına və hərbi biletinə əsasən mübahisəsiz sığorta stajı 8 il 6 ay 20 gün, mübahisələndirilən sığorta stajı isə 21 il 5 ay 12 gün təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Azərbaycan Respublikasının İmişli rayon Dövlət Arxivindən daxil olmuş xx.xx.2021-ci il tarixli 56 nömrəli məktubunda “Muqanmelisutikinti” trestinin 20 nömrəli Tikinti Quraşdırma İdarəsinin, “Bəhramtəpə” qum-çınqıl karxanasının, "xxxx" kiçik müəssiəinin, İmişli “Avtonəqliyyat” müəssəsinin və İmişli ATN “Faiq” kooperativinin qeyd olunan illərə dair arxiv sənədlərinin mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********27 nömrəli məktubuna əsasən İmişli “Avtonəqliyyat” müəssisənin bazasında 1998-ci ildə özəlləşdirilərək (xx.xx.2007-ci il tarixdə) mülkiyyəti dəyişmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergi İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********841000 nömrəli məktubuna əsasən “Muğanmelisutikinti” trestinin 20 nömrəli Tikinti Quraşdırma İdarəsinin, "xxxx" kiçik müəssisənin və İmişli ATN “Faiq” kooperativi adlı qurumlar idarədə dövlət qeydiyyatında yoxdur və vergi uçotuna alınmamışdır. “Bəhramtəpə” qum-çınqıl karxanası xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınıb, vergi uçotuna alınmayıb və vergi ödəyicisi deyil. Bildiririk ki, iddiaçının əmək kitabçasında Rusiya Federasiyasının Çita vilayətində yerləşən "xxxx" kiçik müəssisəsində işləməsi faktının yoxlanılması məqsədiylə X14 Departamenti tərəfindən Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə sorğu ünvanlanmışdır. Sorğuya gələn xx.xx.2022-ci il tarixli **********2 nömrəli cavab məktubuna əsasən iddiaçının həmin müəssisədə 1989-1990-cı illərdə əmək haqqı almasına dair məlumat qeyd edilmişdir. Məktubda T2 sənədlərində iddiaçının adının qeyd olunmadığı bildirilmişdir. Digər dövrlərə dair məlumat aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, müəssisənin qeydiyyatda olması İddiaçı həmin müəssisədə işləməsi faktını təsdiq etmir. Həmin faktın təsdiq olunması üçün vətəndaşın işə daxiloma, işdən azad edilmə barədə əmrlərinin, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəllərinin (ad, ata adı və soyad dəqiq göstərilməklə) olması zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir, iddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd etmək lazımdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990- cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi dövrün əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(120)-32/2024 saylı qərarı (hakim H.Nəcəfov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 30 il 1 gün sosial sığorta stajı vardır. X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən hazırkı dövrədək iddiaçıya münasibətdə pensiya kapitalı aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Azərbaycan Respublikasının İmişli rayon Dövlət Arxivindən daxil olmuş xx.xx.2021-ci il tarixli 56 nömrəli məktubunda “Muqanmelisutikinti” trestinin 20 nömrəli Tikinti Quraşdırma İdarəsinin. “Bəhramtəpə” qum-çınqıl karxanasının. "xxxx" kiçik müəssiəinin, İmişli “'Avtoneqliyyat” müəssəsinin və İmişli ATN “Faiq” kooperativinin qevd olunan illərə dair arxiv sənədlərinin mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********27 nömrəli məktubuna əsasən İmişli Avtonəqliyyat11 müəssisənin bazasında 1998-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək (xx.xx.2007-ci il tarixdə) mülkiyyəti dəyişmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergi İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********841000 nömrəli məktubuna əsasən “Muğanmelisutikinti” trestinin 20 nömrəli Tikinti Quraşdırma İdarəsinin, "xxxx" kiçik müəssisənin və İmişli ATN adlı qurumlar idarədə dövlət qeydiyyatında yoxdur və vergi uçotuna alınmamışdır. “Bəhramtəpə’’ qum-çınqıl karxanası xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınıb, vergi uçotuna alınmayıb və vergi ödəyicisi deyil. Qeyd etmeyi zeruri hesab edirik ki, məhkəmənin və cavabdehin verdiyi sorğulara gələn cavab məktublarına əsasən “Bəhramtəpə” qum-çınqıl karxanası xx.xx.1997-ci il tarixdə qeydiyyat keçmişdir.Lakin iddiaçı qeyd olunan müəssisədə xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək işləmişdir. Həmçinin İmişli “Avtonəqliyyat” müəssisəsi xx.xx.1997-ci il tarixdə D- 6/112 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir. İddiaçı qeyd olunan müəssisədə xx.xx.1993-cü il tarixdən əmək fəaliyyətə başlamışdır. Bildiririk ki, iddiaçının əmək kitabçasında Rusiya Federasiyasının Çita vilayətində yerləşən “Kemen" kiçik müəssisəsində işləməsi faktının yoxlanılması məqsədiylə X14 Departamenti tərəfindən Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə sorğu ünvanlanmışdır. Sorğuya gələn xx.xx.2022-ci il tarixli **********2 nömrəli cavab məktubuna əsasən iddiaçının həmin müəssisədə 1989-1990-cı illərdə əmək haqqı almasına dair məlumat qeyd edilmişdir. Məktubda T2 sənədlərində iddiaçının adının qeyd olunmadığı bildirilmişdir. Digər dövrlərə dair məlumat aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, müəssisənin qeydiyyatda olması İddiaçı həmin müəssisədə işləməsi faktını təsdiq etmir. Həmin faktın təsdiq olunması üçün vətəndaşın işə daxiloma, işdən azad edilmə barədə əmrlərinin, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəllərinin (ad. ata adı və soyad dəqiq göstərilməklə) olması zəruridir. 12 dekabr 2003-cü tarixli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”qanunun 4.1-ci maddəsinə yəni hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının ümumi qaydalarına əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və filiallları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı işlədiyini iddia etdiyi müəssisələr onun işlədiyini dövrdən sonra dövlət qeydiyyatından keçmişdir. Müəssisənin qeydiyyat məsələlərində aşkar olunan ziddiyyətlər vətəndaşın həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur. Həmçinin İddiaçı iddia ərizəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək İmişli “Avtonəqliyyat" müəssəsində işlədiyini və əməkhaqqı aldığını iddia etmişdir. Lakin Nazirliyinin X1 sisteminin “Sığorta (Monitorinq)" altsisteminin “Sığortaolunanların reyestri" bölməsindən əldə edilən məlumatlara əsasən İddiaçı hər hansı bir sığortaedən tərəfindən sığortaolunan kimi uçota alınmamış, həmçinin xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2007ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinin qeydə alınmadığı bildirilmişdir. Hesab edirik ki, X13 xx.xx.2023-cü il tarixli 2-1(120)- 32/2024 nömrəli qərarında cavabdeh orqan tərəfindən mübahisələndirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2- 1(120)-32/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi xx.xx.1972-xx.xx.1974, xx.xx.1976-xx.xx.1978, xx.xx.1978-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983xx.xx.1984, xx.xx.1984-xx.xx.1989, xx.xx.1989-xx.xx.1992 və xx.xx.1993-xx.xx.2007-ci illərdə müəssisələrin fəaliyyətdə olan təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxiv və müəssisə də saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv və müəssisədə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər arxiv və müəssisədə yalnız İddiaçı ilə bağlı əmək haqqı arayışı və cədvəlləri olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına əsasən müəssisənin işçilərinin o cümlədən İddiaçı əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxivə təqdim edilmədiyi aşkar qeyd edilmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, X6, X10 və X7 pensiya təyin edilən zaman iddiaçı ilə eyni müəssidə işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmışdır. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.2006-cı ilə kimi əmək fəaliyyəti dövrünü onun sığorta stajına daxil edir. İddiaçının xx.xx.2006-ci il tarixdən sonraki dövr stajı üzrə məcburi dövlət sosial sığorta stajlarının ödənilmədiyi müəyyən edildiyindən həmin dövrlər sığorta stajına daxil edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşin müəyyən edilmiş faktiki hallarına görə cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan fəaliyyət illərini mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri (xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan fəaliyyət illəri) və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan xx.xx.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan xx.xx.1998-ci il tarixli, D2636 nömrəli nizamnamənin surətindən görünür ki, "xxxx" X25 Cəmiyyətinin Nizamnaməsi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1548 nömrəli sərəncamının surətindən görünür ki, Ləğv olunmuş “Azərtikintimaterialsənaye” X19 rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanında yerləşən Bəhrəmtəpə Qum-Çınqıl Karxanası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İmişli rayon filialının xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olduğu dövr, əmək kitabçasında qeyd olunan xx.xx.1978- xx.xx.1978, xx.xx.1978xx.xx.1978, xx.xx.1978-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984,xx.xx.1984-xx.xx.1989, xx.xx.1989-xx.xx.1990, xx.xx.1990-xx.xx.1992, xx.xx.1993-xx.xx.2006-cı illərdə işləməsi qeyd edilməklə ümümilikdə 31 il 9 ay 13 gün sosial sığorta stajı təşkil edir. Yoxlama zamanı məlum oldu ki, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984- xx.xx.1989, xx.xx.1989xx.xx.1990, xx.xx.1990-xx.xx.1992, xx.xx.1993-xx.xx.2006-cı illərdə həmin müəsissələrin olub olmaması barədə sənədlər və əmr kitabları əmək haqqı cədvəlləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. X23 Sistemində İddiaçı xx.xx.2006-xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barəsində məlumat və RPS proqramının baza məlumatına əsasən vətəndaşın adına sosial sığorta şəhadətnaməsi aşkar edilməmiş, həmçinin sığorta olunanlar haqqında B1, B2, B3 hesabatlarında vətəndaşın adı aşkarlanmamışdır. Bu səbəbdən həmin illərdə əmək haqqı alıb almadığını və müəssisələr tərəfindən sosial sığorta haqqının ödənilib ödənilməməsini yoxlamaq mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 22.1-ci bəndinə əsasən iş sosial (sığorta stajın) müəyyən edilməsi əmək kitabçasına əsasən aparılır əmək pensiyası hüququ verən sğorta stajın hesablanma təqvimi illər, aylar, adam günü əsasında həyata keçirilir. X16 “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 22.1-ci bəndinin şərtləri ödənilmədiyi üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********504500 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədlərinə əsasən bildiririk ki, “Bəhrəmtəpə” Qum-Çınqıl Karxanası xx.xx.1997-ci il tarixdə D-6/109 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir. Həmin Karxana 2004-cü ildən hazırki dövrədək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Reyestrdə "xxxx" Müəssisəsi, "xxxx" Müəssisəsi və “İmişli ATN Faiq Kooperativi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Sorğunun 1997-ci ilədək, yəni Azərbaycanda VÖEN verilməsinə başlanılması tarixinədək olan dövrə aid olduğu üçün, sorğunun formalaşdırılması zamanı hüquqi şəxsin adının tam (abreviatura ilə deyil) göstərilməsinin, habelə həmin hüquqi şəxsin qeydiyyat nömrəsi, ünvanı, tabeçiliyi və onu identikləşdirməyə imkan verə biləcək digər məlumatlarının göstərilməsinin zəruri olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********133400 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədlərinə əsasən bildiririk ki, “Bəhrəmtəpə” Qum-Çınqıl Karxanası xx.xx.1997-ci il tarixdə D-6/109 qeydiyyat nömrəsi ilə, İmişli Avtonəqilyyat müəssisəsi xx.xx.1997-ci il tarixdə D-6/112 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir. Həmin müəssisələr 2004-cü ildən hazırki dövrədək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Reyestrdə "xxxx" Müəssisəsi (“Muğanmeliosutikinti” trestinin 20 nömrəli Tikinti Quraşdırma İdarəsinin) və “İmişli ATN Faiq Kooperativi (8 saylı Avtobazanın nəzdində olmuş) adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********31 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının registri haqqında Əsasnamə”yə əsasən, dövlət əmlakının Registrində daşınmaz əmlaklar, o cümlədən onların balanssaxlayıcı müəssisələri haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Bəhramtəpə qum- çınqıl karxanası və ATN Faiq kooperativi barədə dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilməmişdir. Eyni zamanda, keçmiş Dövlət Əmlak Komitəsinin müvafiq sərəncamı ilə İmişli Avtonəqliyyat müəssisəsinin bazasında "xxxx" ASC təsis edilmiş və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi xx.xx.2007-ci il tarixində başa çatdırılmışdır. Həmçinin, Saatlı rayonu, Sancalar qəsəbəsində yerləşən 20 saylı Tikinti Quraşdırma İdarəsinin daşınmaz əmlakları dövlət əmlakının Registrində qeydiyyata alınmış və qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilmişdir. Bununla yanaşı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.11-ci yarımbəndinə əsasən, kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunur. İşdə olan Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Saatlı Tikinti filialının xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, əmək haqqı cədvəlləri saxlanılmadığı üçün aşkar etmək mümkün olmamışdır. 20 saylı Tikinti Quraşdırma İdarəsinin Saatlı Tikinti Filialına çevirilmişdir. İşdə olan 16 nömrəli Xüsusi Təyinatlı Yol X11 Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 35 nömrəli yol istismar sahəsində işləmişdir. İndi hal-hazırda həmin müəssisə 16 nömrəli Xüsusi Təyinatlı Yol X11 Cəmiyyəti adlandırılır. İşdə olan Azərbaycan Respublikası “X26” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 49 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1972-ci il tarixdə 134-a nömrəli əmrlə 10 nömrəli X21 zavodunun armatur sexinə 2-ci dərəcəli armaturçu kimi işə qəbul olmuş, xx.xx.1977-ci il tarixdə 818 nömrəli əmrlə 10 nömrəli X21 zavodunun armatur sexindən elektrik qaynaqçısı kimi öz xahişi ilə işdən azad edilmişdir. 10 nömrəli X21 zavodu 2006-cı ilin aprel ayında özəlləşməyə gedərək “X26” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Ona gprə də İddiaçı işə girib-çıxma barədə verilmiş arayış bu gün fəaliyyət göstərən möhürlə təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, iddiaçının əmək kitabçasında Rusiya Federasiyasının Çita vilayətində (местность приравненная к районам крайнего Севера) aşağıda qeyd olunan iş yerlərində əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir: xx.xx.1989-xx.xx.1990-cı il tarixlərdə - Министерство Транспортного Строительства СССР «Главбамстрой», Управление строительства «Бамстройпуть»; xx.xx.1990-xx.xx.1992-ci il tarixlərdə - Малое предприятие «Кемен». İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə qeyd olunan dövrlərdə İddiaçı Rusiya Federasiyasında adıçəkilən müəssisələrdə işləyib-işləməməsi ilə bağlı zəruri məlumatların əldə edilməsi aşağıda qeyd olunan ardıcıllıqla həyata keçirilmişdir: 19 may 2021-ci il tarixdə **********7 nömrəli xidməti məktubla tərəfimizdən X14 Departamentinə müraciət edilmişdir; 08 iyun 2021-ci il tarixdə **********4 nömrəli məktubla X14 Departamenti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il tarixli Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq iddiaçının Rusiya Federasiyasında işlədiyi 1989-1992-ci illər üzrə əmək stajı və əməkhaqqı barədə məlumatların əldə edilməsinə köməklik göstərməsi xahiş edilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 23 sentyabr 2021-ci il tarixli xx/xx-10137 nömrəli məktubuna Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin 03 sentyabr 06-103904/21 nömrəli cavab məktubu əlavə edilmişdir. Həmin məktuba əsasən, göndərilmiş sorğuda İddiaçı işlədiyi müəssisələr barədə məlumatların ətraflı göstərilməməsi səbəbindən sözügedən sorğunun Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən cavablandırılmasının mümkün olmadığı qeyd edilmişdir; 26 oktyabr 2021-ci il tarixli **********0 nömrəli məktubla X14 Departamenti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə təkrar müraciət edilmişdir. Hazırda sonuncu müraciətin Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən cavablandırılması gözlənilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, iddiaçının əmək kitabçasında Rusiya Federasiyasının Çita vilayətində (местность приравненная к районам крайнего Севера) aşağıda qeyd olunan iş yerlərində əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir: - xx.xx.1989-xx.xx.1990-cı il tarixlərdə- Министерство Транспортного Строительства СССР «Главбамстрой», Управление строительства «Бамстройпуть»; xx.xx.1990-xx.xx.1992-ci il tarixlərdə - Малое предприятие «Кемен». İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə qeyd olunan dövrlərdə İddiaçı Rusiya Federasiyasında adıçəkilən müəssisələrdə işləyib- işləməməsi ilə bağlı zəruri məlumatların əldə edilməsi aşağıda qeyd olunan ardıcıllıqla həyata keçirilmişdir: 26 oktyabr 2021-ci il tarixdə **********0 nömrəli məktubla X14 Departamenti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il tarixli Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq iddiaçının Rusiya Federasiyasında işlədiyi 1989-1992-ci illər üzrə əmək stajı və əməkhaqqı barədə məlumatların əldə edilməsinə köməklik göstərməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 17 noyabr 2021-ci il tarixli 14/21- 12369 nömrəli məktubuna Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin 06 dekabr 06-149268/21 nömrəli cavab məktubu əlavə edilmişdir. Sözügedən məktub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli xx/xx-1683 nömrəli məktubla X14 Departamentinə göndərilmişdir. Həmin məktuba əsasən, göndərilmiş sorğuda İddiaçı işlədiyi müəssisələr barədə məlumatların ətraflı göstərilməməsi səbəbindən sözügedən sorğunun Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən cavablandırılmasının mümkün olmadığı qeyd edilmişdir; 14 mart 2022-ci il tarixli **********9 nömrəli məktubla X14 Departamenti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə təkrar müraciət edilmişdir. Hazırda sonuncu müraciətin Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən cavablandırılması gözlənilir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********220400 nömrəli məktubundan görünür ki, Bəhrəmtəpə Qum-Çınqıl Karxanası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına, xx.xx.2000-ci il tarixdə vergi uçotuna alınmış, xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək 10 rəqəmli VÖEN almışdır. (VÖEN **********) Məlumat bazasına əsasən cəmiyyətin hazırda fəaliyyət növü “Çınqıl və qumun hasilatı”dir. Cəmiyyətin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Cəmiyyətin dövlət reyestri məlumatları məktuba əlavə edilən Dövlər reyestrindən çıxarışda qeyd olunub Dövlət reyestrindən çıxarış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) İmişli Avtonəqliyyat müəssisəsinin bazasında təsis edilmiş, xx.xx.1998-cı il tarixdə dövlət qeydiyyatına, xx.xx.2006-cı il tarixdə yenidən dövlət qeydiyyatına (0606-F7-325 nömrə ilə), xx.xx.1998-cı il tarixdə vergi uçotuna alınmış, xx.xx.2000-ci il tarixdə inventarlaşmadan keçərək 10 rəqəmli VÖEN almışdır. (VÖEN **********) Məlumat bazasına əsasən cəmiyyətin hazırda fəaliyyət növü “Sair yardımçı nəqliyyat fəaliyyətidir. Cəmiyyətin fəaliyyəti aktivdir. Cəmiyyətin dövlət reyestri məlumatları məktuba əlavə edilən Dövlər reyestrindən çıxarışda qeyd olunub. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-159067 nömrəli məktubundan görünür ki, vətəndaş X9 xx.xx.1997-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən onun xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti dövrü tam nəzərə alınmışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 25 iyul 2024-cü il tarixli məktubundan görünür ki, X6 əlilliyə görə, X10 yaşa görə əmək pensiyası təyin edilən zaman Bəhrəmtəpə Qum-Çınqıl Karxanasında olan əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmış, həmçinin X7 keçmiş İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.1997-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, onun əmək kitabçasının surətində qeyd edilən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrləri tam nəzərə alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı işlədiyi bütün idarə və müəssisələrin ona məxsus əmək kitabçasında öz əksini tapdığını, müəssisə və idarələrin möhürü ilə təsdiq edildiyini, mübahisəli dövrlərdə həmin müəssisələrdə işlədiyini və əmək haqqı aldığını, işlədiyi illərdə əmək haqqı almadığı dövrlərin olmadığını, o cümlədən X5, X8 və X3 da onunla birlikdə həmin mübahisəli hesab edilən müəssisədə işlədiyini və həmin müəssisədə işlədiyi dövrün nəzərə alınmaqla onlara əmək pensiyası təyin edildiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-cı il tarixdə doğulması və xx.xx.2020-ci il tarixində, yəni 64,5 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş şərtini ödəmişdir. İddiaçı xx.xx.1972-ci ildən xx.xx.2007-ci il tarixədək müxtəlif idarələrdə çalışmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan iddiaçının işlədiyi xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək dövrlərdə müəssisələrin mövcud olub-olmaması barədə sənədlərin, əmr kitablarının və əmək haqqı cədvəllərinin arxivə mühafizə üçün təhvil verilmədiyindən və İddiaçı 25 il ümumi iş stajının toplamamasını əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının hazırda mübahisələndirilməyən iş stajı 8 il 6 ay 20 gün təşkil edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq və işin faktiki hallarına hüquqi qiymət vermək üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İşdə olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1972-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək fəaliyyətində olmuşdur və hazırda hüquqi marağı əmək kitabçasında xx.xx.2006-cı ilə kimi qeyd edilən dövrlərin nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən mötəbər hesab olunmalıdır. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq müəssisənin arxiv sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası onu da edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının işlədiyi, lakin cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Budan başqa işdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 25 iyul 2024-cü il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən (pensiya işlərindən), o cümlədən məhkəmə iclasında iştirak edən iddiaçının izahatından görünür ki, X6, X10 və X12 Bəhrəmtəpə Qum-Çınqıl Karxanasında olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla pensiya təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Başqa sözlə, həmin mübahisəli müəssisədə işləyən yuxarıda qeyd edilən şəxslər ilə bağlı hazırkı mübahisəyə münasibətdə də cavabdeh eyni qaydada davranmağa və bərabər yanaşma prinsipinə əməl etməyə borcludur. Bundan başqa, cavabdeh apellyasiya şikayətində nazirliyin X1 sisteminin “Sığorta” altsisteminin “Sığortaolunanların reyestri” bölməsindən əldə edilən məlumatlara əsasən İddiaçı hər hansı bir sığortaedən tərəfindən sığortaolunan kimi uçota alınmamış, həmçinin xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinin qeydə alınmadığı bildirilmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabına məcburi dövlət sosial sığorta haqlarının müəssisə tərəfindən ödənilməməsi həmin müəssisədə iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək işləməsinə dair şübhələr doğurması bildirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri üzrə qeyd edir ki, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı ilin 1 yanvar tarixindən etibarən başlanılmışdır. Həmin dövrdə qüvvədə olan Qanuna əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sığortaçının vəzifəsi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaqdır. Həmin Qanunun 13.1-ci maddəsinə görə sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb basa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifəsidir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında xx.xx.2006-cı il tarixindən sonra aparılır və onun aparılması sığortaolunanın deyil, sığortaedənin vəzifəsidir. Başqa sözlə, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər ərzində sığortaedən tərəfindən qanunvericiliklə zəruri hesab edilən məlumatların təqdim edilməməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının məsuliyyət sferasına daxil deyil və bu hal onun üçün mənfi nəticələr doğurmamalıdır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu baxımdan cavabdehin imtinasının əsası kimi göstərilmiş xx.xx.2006-cı tarixindən xx.xx.2007-ci il tarixədək pensiya kapitalının qeydə alınmaması, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərinin sosial sığorta stajı kimi nəzərə alınmasında maneə kimi qəbul edilə bilməz. Başqa sözlə, xx.xx.2006-cı tarixindən sonra məlumatların təqdim edilməməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi əsası ilə həmin tarixədək (xx.xx.1993-xx.xx.2006-cı il tarixədək) mövud olmuş əmək fəaliyyəti dövrünə şamil oluna bilməz və həmin dövrlər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin müddəalarını təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixindən sonra işlədiyi, lakin fərdi uçot məlumatlarında pensiya kapitalı qeydə alınmadığı əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməməsində haqlı olmuşdır. Belə ki, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006cı ilin 1 yanvar tarixdən etibarən başlanılmışdır. Fərdi uçot məlumatlarında pensiya kapitalı qeydə alınmadığı halda, əmək kitabçasında göstərilməsindən asılı olmayaq həmin dövrlər sığorta stajına daxil edilə bilməz. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, xx.xx.2006-cı il tarixindən sonra fərdi uçot məlumatlarında iddiaçının yığılmış pensiya kapitalı barədə məlumat yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrü sığorta stajı kimi qəbul etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Başqa sözlə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə, yəni mötəbər sübut kimi əmək kitabçasına əsaslanaraq iddiaçının xx.xx.2006-cı il tarixinə kimi olan əmək fəaliyyəti dövrünün qəbul edilməsi və xx.xx.2006-cı il tarixindən sonrakı əmək fəaliyyəti dövrünün nəzərə alınmaması ilə razılaşır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının hüquqi marağı məhz ona hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuş və yalnız xx.xx.2006-cı il tarixinə kimi əmək fəaliyyəti dövrününü nəzərə alınaraq pensiyanın təyin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və həmin hissədən apellyasiya şikayəti verməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləğiilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həminhissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İmişli rayon filialının xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, iddiaçının hazırki tələb üzrə cavabdehə müraciət etmiş və onun müraciətindən cavabdeh imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyini cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoymaqla haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(120)-32/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-324/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-324/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver