Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-324/2025 22.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli, **********631400 nömrəli qərarının ləğv edilməsi” tələbinə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(120)-1264/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli, **********631400 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh cəmiyyətdə kameral vergi yoxlaması keçirərkən heç bir qanuni əsas olmadan mövcud olan mal qalığına əsasən vergi hesablamış və 05 mart 2024-cü il tarixli **********631400 nömrəli qərarı ilə cəmiyyətə 193529,6 (bir yüz doxsan üç min beş yüz iyirmi doqquz manat altmış qəpik) manat məlbəğində əlavə vergi hesablamışdır. Belə ki, vergi orqanı idxal etdiyi malların dəyərini gömrük orqanı tərəfindən götürülmüş statistik dəyər əsasında hesablamışdır. Halbuki təqdim etdiyi müvafiq sənədlər və icra etdiyi müvafiq ödənişlər cavabdehin hesablamalarından tamamilə fərqlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 22 may 2024-cü il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında **********456800 nömrəli qərarla onların cavabdehin 05 mart 2024-cü il tarixli **********631400 nömrəli qərarından verdiyi şikayəti təmin edilməmişdir. Qüvvədə olan vergi məcəlləsinin 139.2-ci maddəsinə əsasən əmtəəmaterial ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Cəmiyyət idxal etdiyi malların dəyərini satınalma qiymətlərinə, onların daşınması xərclərinə və sairə ösənişlərə əsasən hesablayaraq formalaşdırsa da cavabdeh bu faktı qəbul etməyərək mallar üçün gömrük orqanı tərəfindən müəyyən edilmiş statistik dəyərə əsaslanaraq mallar üçün qiymət müəyyən edərək buna müvafiq olaraq vergi hesablamışdır. Bununla da cavabdeh qanunların tələblərini və cəmiyyətin hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdehin İddiaçınə 193529,6 (bir yüz doxsan üç min beş yüz iyirmi doqquz manat altmış qəpik) manat məlbəğində əlavə vergi hesablaması haqqında 05 mart 2024-cü il tarixli **********631400 nömrəli qərarı tamamilə qeyri-qanuni və əsassız olmaqla həm qanunvericiliyin tələblərini və həm də onların hüquqlarını kobud şəkildə pozduğu üçün ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasəni nzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd olunanları nəzərə alaraq xx.xx.2024cü il tarixli, **********631400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(120)-1264/2025 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(120)-1264/2025 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı və əsas fəaliyyət növünün “parçaların topdan satışı” olduğu, ünvan 1 ünvanında yerləşən **********-12001 obyekt kodlu, ümumi sahəsi 126 m2 olan “İstehsalat obyekti (qeyri-ərzaq)” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə, ünvan 2 ünvanında yerləşən **********-41002 obyekt kodlu, ümumi sahəsi 150 m2 olan “Anbar” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev dəmir yolu stansiyasının cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən **********-11001 obyekt kodlu, ümumi sahəsi 50 m2 olan “Topdan satış anbarı” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə və ünvan 3 ünvanında yerləşən **********-12002 obyekt kodlu, ümumi sahəsi 200 m2 olan “İstehsal obyekti-2” adlı təsərrüfat subyektinin xx.xx.2024-cü il tarixdə vergi orqanında uçota alındığı, xx.xx.2023cü il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatına alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı Cəmiyyətin təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı alış qiyməti ilə 181917,46 manat (ƏDV-siz) dəyərində mal qalığı müəyyən olunduğunu, qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2024-cü il tarixədək invoys dəyəri ilə 5267505,3 manat, statistik dəyəri ilə 7413724,88 manat dəyərində mal idxal edildiyini, statistik dəyərin invoys dəyərdə nisbətinin 1,4-ə bərabər (7413724,88/5267505,3) olduğunu, nəticədə xx.xx.2024-cü il tarixə statistik dəyərlə 256038,85 manat (181917,46*1,4) mal qalığının olduğunu, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən xx.xx.2023-xx.xx.2024-cü il dövr aralığında ƏDV dövriyyəsinin 6182521,41 manat, xx.xx.2024-xx.xx.2024-cü il dövr aralığında elektron qaimə faktura ilə satışı 100000,1 manat (ƏDV-siz) olduğunu nəzərə alaraq cəmiyyət tərəfindən 1075164,72 manat (7413724,88-256038,85-(6182521,41-100000,1)) dəyərində təqdim edilmiş mallara görə hesabatın bəyan edilməməsi kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********937500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 193529,6 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********631400 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Belə ki, uçot baza məlumatlarının araşdırılması zamanı Cəmiyyət tərəfindən qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən operativ vergi nəzarəti tədbirinin aparıldığı xx.xx.2024-cü il tarixədək elektron qaimə fakturalar əsasında 8610,55 manat (ƏDV daxil) dəyərində xidmətlərin, 534,0 manat (ƏDV daxil) dəyərində malların və 4484,0 manat (ƏDV daxil) əsas vəsaitin (üç təkərli motosiklet) əldə edildiyi, 7144148,63 manat (ƏDV daxil) dəyərində malların təqdim edildiyi, elektron alış aktları əsasında malların əldə edilmədiyi, 6601975,81 manat (ƏDV, vergi və rüsumlar daxil) invoys dəyərində və 8783325,25 manat (ƏDV, vergi və rüsumlar daxil) gömrük dəyərində malların idxal edildiyi, ünvan 1 ünvanında yerləşən **********-12001 obyekt kodlu, ümumi sahəsi 126 m2 olan “İstehsalat obyekti (qeyri-ərzaq)” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə, ünvan 2 ünvanında yerləşən **********- 41002 obyekt kodlu, ümumi sahəsi 150 m2 olan “Anbar” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev dəmir yolu stansiyasının cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən **********-11001 obyekt kodlu, ümumi sahəsi 50 m2 olan “Topdan satış anbarı” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə və ünvan 3 ünvanında yerləşən **********- 12002 obyekt kodlu, ümumi sahəsi 200 m2 olan “İstehsal obyekti-2” adlı təsərrüfat subyektinin xx.xx.2024-cü il tarixdə vergi orqanında uçota alındığı müəyyən edilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idxal olunmuş mallara görə idxalda ödənilmiş 1949990,9 manat ƏDV məbləğin hamısının ƏDV bəyannamələri təqdim edilərək əvəzləşdirildiyi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə Cəmiyyətin təsərrüfat subyektlərində aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı ödəyicinin 181917,46 manat (ƏDV-siz) dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı xx.xx.2023-cü il tarixdən operativ vergi nəzarəti tədbirinin aparıldığı xx.xx.2024-cü il tarixədək Cəmiyyət tərəfindən invoys dəyəri ilə 5267505,3 manat, statistik dəyəri ilə 7413724,88 manat dəyərində mal idxal edilmiş statistik dəyərin invoys dəyərdə nisbəti 1,4ə bərabər (7413724,88/5267505,3) olmuşdur ki, bu da xx.xx.2024-cü il tarixə statistik dəyərlə 256038,85 manat (181917,46*1,4) mal qalığının olması deməkdir. Hüquqi şəxs tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il dövr aralığında təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsinin 6182521,41 manat, xx.xx.2024-xx.xx.2024-cü il dövr aralığında elektron qaimə faktura ilə satışı 100000,1 manat (ƏDV-siz) olduğunu nəzərə alaraq cəmiyyət tərəfindən 1075164,72 manat (7413724,88-256038,85- (6182521,41-100000,1)) dəyərində təqdim edilmiş malların hesabatda bəyan edilməməsi müəyyən edilmiş və vergi ödəyicisinə 193529,65 manat əlavə vergi məbləği hesablanmışdır. Fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün ƏDV bəyannamələri üzrə 1949990,91 manat idxalda ödənilmiş ƏDV məbləğinə qarşı 1899351,52 manat (vergi orqanı tərəfindən yanvar ayı üçün ƏDV bəyannaməsində qeyd olunmuş dövriyyə məbləği nəzərə alınaraq) daxil olmuş ƏDV məbləği qeyd edilərək 51908,85 (1949990,91-1899351,32) büdcədən geri qaytarma məbləği bəyan edilmişdir. Beləliklə, vergi orqanı tərəfindən Cəmiyyətin təsərrüfat subyektlərində xx.xx.2024-cü il tarixdə aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı ödəyicinin 181917,46 manat (ƏDV-siz) dəyərində mal qalığının olduğu müəyyən edildiyini, Cəmiyyətin qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən operativ vergi nəzarəti tədbirinin aparıldığı xx.xx.2024-cü il tarixədək Cəmiyyət tərəfindən invoys dəyəri ilə 5267505,3 manat, statistik dəyəri ilə 7413724,88 manat dəyərində mal idxal edildiyini, statistik dəyərin invoys dəyərdə nisbətin 1,4-ə bərabər olduğunu, bu da yerində baxış zamanı müəyyən edilən mal qalığının statistik dəyərlə 256038,85 manat (181917,46*1,4) olduğunu, hüquqi şəxs tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il dövr aralığında təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsinin 6182521,41 manat, xx.xx.2024-xx.xx.2024-cü il dövr aralığında elektron qaimə faktura ilə satışı 100000,1 manat (ƏDV-siz) olduğunu nəzərə alaraq cəmiyyət tərəfindən 1075164,72 manat (7413724,88-256038,85- (6182521,41-100000,1)) dəyərində təqdim edilmiş malların hesabatda bəyan edilmədiyini, araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idxal olunmuş mallara görə idxalda ödənilmiş 1949990,9 manat ƏDV məbləğin hamısının ƏDV bəyannamələri təqdim edilərək əvəzləşdirildiyini, fərdi sahibkar tərəfindən idxalda ödənilmiş 1949990,91 manat ƏDV məbləğinə qarşı 1899351,52 manat (vergi orqanı tərəfindən yanvar ayı üçün ƏDV bəyannaməsində qeyd olunmuş dövriyyə məbləği nəzərə alınaraq) daxil olmuş ƏDV məbləği qeyd edilərək 51908,85 (1949990,91- 1899351,32) büdcədən geri qaytarma məbləğinin bəyan edildiyini, Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarət olduğunu, Cəmiyyət tərəfindən araşdırmaya heç bir təsdiqedici sənədlərin təqdim edilmədiyini nəzərə alaraq vergi ödəyicisinin şikayəti təmin edilməmiş, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********631400 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxaırda qeyd edilənləri nəzərə alaraq Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1264/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirmiş və Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(120)-1264/2025 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının davam etdirilməsini mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyen edilməsi qaydaları 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası və sahəsi istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya muhasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçot və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləsdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlak üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin ve xidmətlərin alınmasına çəkilən xərcləri barəd rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyriəmlak barədə rəsmi məlumatlar; 67.1.5 vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların fiziki həcmi barədə 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7 vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;
67. 1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri barədə məlumatlar; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1.eyni xüsusiyyətli və ya eyni cinsli malların malların istehsalı; 67.2.2.eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3.fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 139. Əmtəə - material ehtiyatlarının uçotu qaydası 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 143. Aktivlərin dəyəri: Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.
"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əsas anlayışlar 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; Maddə 3. Gömrük rüsumları və onların dərəcələrinin müəyyən edilməsi qaydaları 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi ve gömrük dəyəri əsas götürülür. Maddə 4. Gömrük rüsumu dərəcələrinin növləri 4.1. Azərbaycan Respublikasında gömrük rüsumu dərəcələrinin asağıdakı növləri tətbiq edilir: 4.1.1. advalor - malların gömrük dəyərinə nisbətən faizlə hesablanan; 4.1.2. spesifik - mal vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 4.1.3. kombinə edilmiş - yuxarıda göstərilən hər iki növün birləşdirilməsi yolu ilə hesablanan.
Maddə 12. Gömrük dəyərinin müəyyen edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən mallarin gömrük dəyəri aşagıdakı üsullarla müəyyən edilir: 12.1.1. mallarin sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5.dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi:
M a d d ə 242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. M a d d ə 302. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük dəyəri 302.1. Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər..
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” “xx.xx.2024-cü il tarixli, **********631400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi invoys dəyəri ilə 5267505,3 manat məbləğində mal almış olduğu müəyyən edilir. İnvoys dəyəri 5267505,3 manat olan malların idxalı zamanı gömrük orqanının müəyyən etdiyi 7413724,88 manat statistik dəyər cavabdeh tərəfindən iddiaçının satışı kimi qiymətləndirilmiş və bununla da iddiaçıya əsassız olaraq 193529,6 manat əlavə vergi hesablanmışdır. Halbuki iddiaçının 7413724,88 manat məbləğində satışına dair iş üzrə materiallarda hər hansı sübut yoxdur. Əksinə, iddiaçı da gəlir vergisi bəyannaməsində məhz həmin məbləği, ƏDV hissəsi çıxılmaqla, özünün gəliri kimi qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, malların uçotu iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq faktiki alış (invoys) dəyəri əsasında aparıldığı halda, cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini pozaraq malların statistik dəyərini əsas götürərək əlavə vergi məbləği hesablamaqla qanunvericiliyin tələblərini və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin mövqeyi ehtimallara əsaslanmış, yuxarıda qeyd edilən hərəkətləri qanunsuz olmuşdur ki, işin faktiki halları qərarın əsassız qəbul edilməsini birbaşa təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Hazırki iş üzrə mübahisə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindənİddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********631400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarıdır. Məhkəmə kollegiyası hazırda mübahisələndirilən qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə uyğun olub-olmadığını müəyyən etmək üçün aşağıdakı dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin onuncu fəslindəki maddələr fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan münasibətləri tənzimləyir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən 10-cu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Həmin Məcəllənin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəllənin 132-ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur (139.1.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir (139.2.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər (139.3.). Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir (139.4.). Belə ki, işin faktiki halarına görə iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi invoys dəyəri ilə 5267505,3 manat məbləğində müxtəlif adlı mallar idxal etmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük rüsumu və əlavə dəyər vergisi hesablanarkən idxal edilmiş malların invoys dəyəri (yəni alqı-satqı dəyəri) əsas götürülməyərək idxal dəyəri müəyyən edilmişdir. İddiaçı idxal edilmiş mallara ticarət əlavəsi tətbiq edərək təsərrüfat subyektində elektron qaimə faktura ilə satışını həyata keçirmiş və satışdan əldə olunmuş gəlirə görə “Gəlir vergisi” və “ƏDV” bəyannaməsi təqdim etmişdir. Vergi orqanı tərəfindən iddiaçı barəsində təqdim edilmiş bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmişdir. Vergi orqanı elektron qaydada iddiaçının alqı-satqı sənədlərini, invoysları, həmçinin elektron qaimə faktura ilə satış əməliyyatlarını gördüyü halda ƏDV üzrə verginin hesablanması üçün real rəqəmləri deyil, statistik rəqəmləri (idxal dəyərini) əsas götürərək ƏDV vergisi hesablamışdır. İddiaçı tərəfindən ölkə ərazisinə idxal edilmiş malların faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV vergisi hesablamışdır. Belə ki, invoys dəyəri 5267505,3 manat olan malların idxalı zamanı gömrük orqanının müəyyən etdiyi 7413724,88 manat statistik dəyər cavabdeh tərəfindən iddiaçının satışı kimi qiymətləndirilmiş və bununla da iddiaçıya əsassız olaraq 193529,6 manat əlavə vergi hesablanmışdır. Cavabdeh apellyasiya şikayətində, o cümlədən hazırda mübahisələndirilən qərarında qeyd edir ki, kameral vergi yoxlaması zamanı Cəmiyyətin təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı alış qiyməti ilə 181917,46 manat (ƏDV-siz) dəyərində mal qalığı müəyyən olunduğunu, qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2024-cü il tarixədək invoys dəyəri ilə 5267505,3 manat, statistik dəyəri ilə 7413724,88 manat dəyərində mal idxal edildiyini, statistik dəyərin invoys dəyərdə nisbətinin 1,4-ə bərabər (7413724,88/5267505,3) olduğunu, nəticədə xx.xx.2024-cü il tarixə statistik dəyərlə 256038,85 manat (181917,46*1,4) mal qalığının olduğunu, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən xx.xx.2023-xx.xx.2024-cü il dövr aralığında ƏDV dövriyyəsinin 6182521,41 manat, xx.xx.2024-xx.xx.2024-cü il dövr aralığında elektron qaimə faktura ilə satışı 100000,1 manat (ƏDV-siz) olduğunu nəzərə alaraq cəmiyyət tərəfindən 1075164,72 manat (7413724,88- 256038,85-(6182521,41-100000,1)) dəyərində təqdim edilmiş mallara görə hesabatın bəyan edilməməsi kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hazırki mübahisənin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri üzrə onu qeyd edir ki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi orqanı ehtimallarla qərar qəbul etməməlidir. Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Gəlir vergisi vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. İddiaçının gəlirləri onun elektron qaimə faktura əsasında satışı ilə müəyyən edilir. Vergi orqanı isə elektron qaydada iddiaçının alqı-satqı sənədlərini, invoysları, həmçinin elektron qaimə faktura ilə satış əməliyyatlarını gördüyü halda əlavə dəyər vergisinin hesablanması üçün real rəqəmləri deyil, statistik rəqəmləri (idxal dəyərini) əsas götürərək yanvar 2024-cü il üçün 193.529,60 manat əlavə dəyər vergisi hesablamışdır. Lakin qanunvericilikdə verginin bu qaydada hesablanması müəyyən edilməmişdir. Bununla da, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya qanunsuz olaraq əlavə vergi hesablamışdır. İddiaçı tərəfindən ölkə ərazisinə idxal edilmiş malların faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergiödəyicisi tərəfindən ƏVD ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da müəyyən edildiyi kimi, vergi orqanı gətirilmiş malların gömrük dəyərinə əsasən verginin hesablanmasında haqlı olmamışdır. Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış fərq üzrə iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işdə olan gömrük bəyannamələrinin surətlərindən görünür ki, iddiaçı gömrük bəyannamələri təqdim etmiş və malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı və bütün ziddiyyətli, o cümlədən aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh etməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə hazırki mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, vergi ödəyicisinə əlavə verginin hesablanması haqqında mübahisələndirilən qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Başqa sözlə, məhkəmə kollegiyası hesab edir ki, malların uçotu iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq faktiki alış (invoys) dəyəri əsasında aparıldığı halda, cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini pozaraq malların statistik dəyərini əsas götürərək əlavə vergi məbləği hesablamaqla qanunvericiliyin tələblərini və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin mövqeyi ehtimallara əsaslanmış, yuxarıda qeyd edilən hərəkətləri qanunsuz olmuşdur ki, işin faktiki halları qərarın əsassız qəbul edilməsini birbaşa təsdiq edir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(120)-1264/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.