Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-325/2023 18.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, İddiaçı, üçüncü şəxs Abdullayeva Simuzər Alverdi qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(120)-1099/2023 nömrəli qərarından üçüncü şəxslər Abdullayeva Simuzər Alverdi qızı, Abdullazadə Əliağa Akif oğlu və Abdullazadə Nicat Akif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Abdullazadə Əliağa Akif oğlunun, Abdullazadə Nicat Akif oğlunun, Abdullayeva Aidə Qulubala qızının, Abdullayev Məlik Əliağa oğlunun, Abdullayeva Simuzər Alverdi qızının, Abdullayev Səbuhi Mübariz oğlunun, Bayramova Aytən Mübariz qızının, Bayramov Yunus Azər oğlunun, Bayramova Aylin Azər qızının və Abdullayev Mübariz Əliağa oğlunun onun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 14 mart 2023-cü il tarixli, 2- 1(120)-1099/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından Abdullazadə Əliağa Akif oğlunun, Abdullazadə Nicat Akif oğlunun, Abdullayeva Aidə Qulubala qızının, Abdullayev Məlik Əliağa oğlunun, Abdullayeva Simuzər Alverdi qızının, Abdullayev Səbuhi Mübariz oğlunun, Bayramova Aytən Mübariz qızının, Bayramov Yunus Azər oğlunun, Bayramova Aylin Azər qızının və Abdullayev Mübariz Əliağa oğlunun qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan üçüncü şəxslər Abdullayeva Simuzər Alverdi qızı, Abdullazadə Əliağa Akif oğlu və Abdullazadə Nicat Akif oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı yaşayış evi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxslərin həmin yaşayış evində qeydiyyatda olması formal xarakter daşıyır. O, üçüncü şəxslərin ona məxsus yaşayış evindən pasport qeydiyyatından çıxarılması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxslər Abdullayeva Simuzər Alverdi qızı, Abdullazadə Əliağa Akif oğlu və Abdullazadə Nicat Akif oğlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının onlara aid hissədə ləğv edilməsini və onlara münasibətdə iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1(120)-1099/2023 saylı qərarını qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Astara Rayon Məhkəməsinin 19 oktyabr 2006cı il tarixli qətnaməsi ilə Abdullayeva Simuzər Alverdi qızının iddiası təmin edilmiş, iddiaçı Abdullayeva Simuzər Alverdi qızı himayəsində olan 01 may 1999-cu ildə doğulmuş Abdullazadə Əliağa Akif oğlu və 09 iyul 2000-ci ildə doğulmuş Abdullazadə Nicat Akif oğlu ilə birlikdə uzun müddət ailənin üzvü kimi yaşadıqları cavabdeh Abdullayeva Qızxanım Müzəffər qızının sahibliyində və istifadəsində olan Astara şəhəri, Azərbaycan küçəsi 44-də yerləşən üç otaqlı fərdi yaşayış evinin iddiaçıya məxsus şəxsi və cehiz əmlaklarının yerləşdirildiyi otağına köçürülmələri, onlara ailənin üzvü kimi mübahisəli yaşayış evinin yaşayış və qeyri yaşayış sahələrindən istifadə etmək hüququnun verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Qızxanım Abdullayeva 13 mart 2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin evi əvəzsiz olaraq qızı İddiaçı bağışlamışdır. Məhkəmə qaydasında həmin evə Abdullayeva Simuzər Alverdi qızının istifadə hüququnın tanınmasına, Simuzər Abdullayevanın 2 nəfər uşağı ilə birlikdə həmin evə köçürülməsi qət edilməsinə baxmayaraq İddiaçı onların həmin evdə yaşamalarına imkan verməmişdir. Qızxanım Abdullayeva 13 mart 2008-ci il tarixli bağışlanma müqaviləsinə əsasən həmin evini qızı İddiaçı bağışlamasından əvvəl Astara Rayon Məhkəməsinin 19 oktyabr 2006-cı il tarixli qətnaməsinə əsasən Simuzər Abdullayevanın həmin evə istifadə hüquqları tanınmışdır. Beləliklə də iddiaçı Simuzər Abdullayevanın mübahisəli evə istifadə hüquqlarının məhkəmə qaydasında tanınmasına baxmayaraq onlar bu hüquqlarından istifadə edə bilmirlər. Ona görə də üçüncü şəxs kimi onların hüquqlarının kobud surətdə pozulması ilə nəticələnən qanunsuz, əsassız və son dərəcə ədalətsiz olan qərar qəbul edilmişdir. Prosessual məsələlər Üçüncü şəxs Abdullayeva Simuzər Alverdi qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının onlara aid hissədə ləğv edilməsini, iddia tələbinin ona və övladlarına aid hissədə təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və digər üçüncü şəxslər Abdullazadə Əliağa Akif oğlu, Abdullazadə Nicat Akif oğlu, Abdullayeva Aidə Qulubala qızı, Abdullayev Məlik Əliağa oğlu, Abdullayev Səbuhi Mübariz oğlu, Bayramova Aytən Mübariz qızı, Bayramov Yunus Azər oğlu, Bayramova Aylin Azər qızı və Abdullayev Mübariz Əliağa oğlu məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən Cavabdeh nümayəndəsinin və digər üçüncü şəxslər Abdullazadə Əliağa Akif oğlu, Abdullazadə Nicat Akif oğlu, Abdullayeva Aidə Qulubala qızı, Abdullayev Məlik Əliağa oğlu, Abdullayev Səbuhi Mübariz oğlu, Bayramova Aytən Mübariz qızı, Bayramov Yunus Azər oğlu, Bayramova Aylin Azər qızı və Abdullayev Mübariz Əliağa oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 490 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 44 nömrəli yaşayış evi Abdullayev Əliağa Məlik oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Astara rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 28 dekabr 2004-cü il tarixli 490 saylı qeydiyyat vəsiqəsinə və 14 mart 2006-cı il tarixli, 09 saylı arayışına əsasən mərhum Abdullayev Əliağa Məlik oğlunun miras əmlakı Astara şəhəri, Azərbaycan küçəsi 44 saylı evin mülkiyyətində olan 600 kv.m torpaq sahəsində yerləşən 1981-ci ildə tikilmiş, 137,2 kv.m ümumi, 73,3 kv.m yaşayış, 63,9 kv.m köməkçi sahəsi olan 3 otaqlı fərdi yaşayış evindən ibarətdir. Vərəsəsi Abdullayeva Qızxanım Müzəffər qızıdır. İşdə olan Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 419/4-160/23 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı Abdullayeva Simuzər Alverdi qızının cavabdeh İsgəndərova Qızxanım Müzəffər qızına qarşı mənzilə köçürülmə və sair barədə iddia tələbinə dair Astara Rayon Məhkəməsinin 19 oktyabr 2006-cı il tarixli 2-219/2006 saylı qanuni qüvvəyə minməsinə dair qətnaməsinin surəti və ona əlavə edilmiş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının qəbul etdiyi 02 fevral 2007-ci il tarixli, 1MK-780/2007 saylı qətnaməsinin surəti Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Astara Rayon Məhkəməsinin 19 oktyabr 2006-cı il tarixli, 2-219/2006 saylı qətnaməsindən görünür ki, iddiaçı Abdullayeva Simuzər Alverdi qızı himayəsində olan 01 may 1999-cu ildə doğulmuş Abdullazadə Əliağa Akif oğlu və 09 iyul 2000-ci ildə doğulmuş Abdullazadə Nicat Akif oğlu ilə birlikdə uzun müddət ailənin üzvi kimi yaşadıqları cavabdeh İsgəndərova Qızxanım Müzəffər qızının sahibliyində və istifadəsində olan Astara şəhəri, Azərbaycan küçəsi, 44-də yerləşən 3 otaqlı fərdi yaşayış evinin iddiaçıya məxsus şəxsi və cehiz əmlaklarının yerləşdirildiyi otağına köçürülməsi, onların ailə üzvü kimi mübahisəli yaşayış evinin yaşayış və qeyri-yaşayış sahələrindən istifadə etmək hüququnun verilməsi qət edilmişdir. İşdə olan Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 fevral 2007-ci il tarixli, 1MK-780/2007 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Astara Rayon Məhkəməsinin 2-219/2006 saylı, 19 oktyabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2008-ci il, qeydiyyat nömrəsi ********* olan çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 73,9 kv.m yaşayış, 58 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə Abdullayeva Qızxanım Müzəffər qızının tam mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan 13 mart 2008-ci il tarixli müqavilədən görünür ki, Abdullayeva Qızxanım Müzəffər qızı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən 2 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydə alınan xx.xx.2008-ci ildə verilmiş, qeydiyyat nömrəsi 220800239, qeydiyyat nömrəsi **********78-10301 Seriya MH0006080 saylı çıxarışa və 15 fevral 2008-ci ildə verilmiş 22/4/574 saylı arayışına əsasən ona məxsus olan Astara şəhəri, Heydər Əliyev küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 73,9 kv.m yaşayış, 58 kv.m köməkçi sahəsi olan 44 saylı fərdi yaşayış evini qızı İddiaçı bağışlamışdır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2008-ci il, qeydiyyat nömrəsi ********* olan çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0,06 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 73,9 kv.m yaşayış, 58 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə İddiaçı tam mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 135-17166Ə-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə zidd olduğu üçün mümkün deyil. Odur ki, qeyd olunan Qanunun tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədə müvafiqdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşaşyış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, ünvan 1 İddiaçı mülkiyyətində olduğundan, üçüncü şəxslər Abdullazadə Əliağa Akif oğlu, Abdullazadə Nicat Akif oğlu, Abdullayeva Aidə Qulubala qızı, Abdullayev Məlik Əliağa oğlu, Abdullayeva Simuzər Alverdi qızı, Abdullayev Səbuhi Mübariz oğlu, Bayramova Aytən Mübariz qızı, Bayramov Yunus Azər oğlu, Bayramova Aylin Azər qızı və Abdullayev Mübariz Əliağa oğlu həmin evdə yaşamadıqlarından, eləcə də onların həmin evdə istifadə hüquqlarının hazırda mövcudluğuna dair cavabdeh və ya üçüncü şəxslərin özləri tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, üçüncü şəxslərin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə üçüncü şəxslər Abdullayeva Simuzər Alverdi qızının, Abdullazadə Əliağa Akif oğlunun və Abdullazadə Nicat Akif oğlunun yaşayış sahəsindən istifadə hüququna mülki mühakimə icraatı qaydasında xitam verilməsi barədə məhkəmənin qətnaməsi yoxdur, əksinə qanuni qüvvədə olan Astara Rayon Məhkəməsinin 19 oktyabr 2006-cı il tarixli, 2-219/2006 saylı qətnaməsi ilə iddiaçı Abdullayeva Simuzər Alverdi qızının, onun övladları Abdullazadə Əliağa Akif oğlunun, Abdullazadə Nicat Akif oğlunun mübahisələndirilən Astara şəhəri, Heydər Əliyev küçəsi, 44-də yerləşən 3 otaqlı fərdi yaşayış evinə istifadə hüququ tanınmışdır. Lakin birinci instansiya məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərini nəzərə almayaraq iş üzrə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından Abdullayeva Simuzər Alverdi qızının, Abdullazadə Əliağa Akif oğlunun, Abdullazadə Nicat Akif oğlunun qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxslər Abdullayeva Simuzər Alverdi qızının, Abdullazadə Əliağa Akif oğlunun və Abdullazadə Nicat Akif oğlunun apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(120)-1099/2023 nömrəli qərarı qismən, üçüncü şəxslər Abdullayeva Simuzər Alverdi qızı, Abdullazadə Əliağa Akif oğlu və Abdullazadə Nicat Akif oğluna aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı iddia tələbi mülkiyyətində olan ünvan 1 ünvanından Abdullayeva Simuzər Alverdi qızının, Abdullazadə Əliağa Akif oğlunun, Abdullazadə Nicat Akif oğlunun qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-325/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-325/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver