Məhkəmə qərarları › İş №2-1(106)-325/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-325/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-325/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə Agahüseyn oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(120)-447/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı torpaq sahəsinin koordinatlarının ilkin sənədlərə uyğunlaşdırılması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********62 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, **********63 reyestr nömrəli çıxarışlara və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən xüsusi mülkiyyətində olan 0,3527 ha və 0,327 ha torpaq sahələrinin koordinatları ilə bağlı uyğunsuzluqların aradan qaldırılaraq X10 X21ndə hüquqmüəyyənedici sənədlərdə qeyd edilən koordinatlara əsasən uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) Şirvan İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(120)-447/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 100 manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ

22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən xx.xx.1998-ci il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. “Torpağın mülkiyyət hüququna dair” JN 207, KOD 80220018 saylı və JN 208, KOD 80220018 dövlət aktına əsasən torpaq sahəsi sahibinin istifadəsindədir, lakin faktiki istifadə vəziyyətlərinin döngə nöqtələri yanlış qeyd edilmiş və uyğunsuzluqlar yaranmışdır. Araşdırma nəticəsində qeyd edilən torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərə əsasən koordinatlarının uyğunlaşdırılması zərurəti yarandığı, faktiki vəziyyətin isə tərəfin hüquqlarının pozulması ilə nəticələndiyi müəyyən edilir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Lənkəran rayonu Separadi kəndində 0,327 ha və 0,3527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri mülkiyyətinə verilmişdir. Bununla bağlı Torpağa mülkiyyət hüququna dair JN-207 və JN-208 saylı Dövlət Aktları tərtib edilmişdir. Sonradan isə digər payçılar öz torpaqlarındakı paylarını ona verdiklərindən qeyd olunan torpağa dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli çıxarışlarla plan-ölçü sənədləri verilmişdir. Torpağın naturada yerinin dəqiqləşdirilməsi zamanı isə məlum olmuşdur ki, sonradan həmin ərazi ilə bağlı elektron bazada dəyişiklik edilmiş və torpaqların koordinatları dəyişdirilmişdir. Belə ki, sözügedən torpaq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilməklə uzun illərdir ki, istifadələrində olmasına baxmayaraq elektron bazada göstərilmişdir ki, torpağın bir hissəsi 1941-1945-ci illər müharibəsinə dair abidənin ərazisində yerləşmişdir. Halbuki elektronlaşmadan öncə olan ərazinin yerquruluşu xəritəsində torpaq sahələrinin heç də abidənin ərazisinə düşmədiyi açıq-aşkar görünür. Bu isə ərazi ilə bağlı elektron bazada olan məlumatların həm ərazinin əvvəlki yerquruluşu xəritəsinə, həm Dövlət Aktlarına, həm də hazırda olan plan-ölçü sənədlərinə uyğun olmadığını göstərir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərlə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluq mövcuddur. İddiaçıya məxsus həmin torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-207 və JN-208 nömrəli “Dövlət Akt’larında göstərilən konfiqurasiya ilə faktiki vəziyyət, habelə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluq vardır. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində 0.3527 ha torpaq sahəsinin 0.01 ha hisəsinin cənub-qərb istiqamətdə abidənin üzərinə düşməsi, 0.017 ha hissəsinin isə şimal-qərb istiqamətdə naturada mövcud təsərrüfatdaxili gedişgəliş yolunun üzərinə düşməsi göstərilmişdir. Qeyd olunan 0.327 ha torpaq sahəsinin 0.005 ha hissəsi tərtib edilmiş rəqəmsal kadastr xəritəsinə əsasən şimal-qərb istiqamətdə naturada mövcud təsərrüfatdaxili gediş-gəliş yoluna düşməsi müəyyən olunmuşdur. Sözügedən torpaq sahələrinin qərb hissəsinin dəmir torla hasara alındığı və müəyyən hissəsinin isə yaxınlıqda yerləşən ümumi istifadədə olan tarixi abidənin üzərinə düşür.

Apellyasiya şikayətinin dəlilləri

Cavabdeh apellyasiya şikayətində iddia ərizəsinə etirazın dəlillərinə istinad edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, ilkin hüquqmüəyyənedici sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan qeyd olunan 0.3527 ha və 0.327 ha kənd təsərrüfatı təyinatlı toraq sahələrinin X10ı X21ndə faktiki istifadə vəziyyətinə uyğun dürüstləşdirilməsinin mümkün olduğu müvafiq ekspert rəyində göstərilsə də, məhkəmə tərəfindən qeyd olunan xüsusat nəzərə alınmamış və əvvəlki koordinatlara uyğun bərpa edilməsi məsələsinə baxılmışdır.

Prosessual məsələlər İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Nümayəndə həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sənədləri üzrə X10 uçot infiormasiya sistemində düzəliş edilərək, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********63 reyestr nömrəli çıxarış üzrə verilmiş koordinatların həmin çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd olan JN-208 nömrəli Dövlət Aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılınası, həmçinin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və **********62 reyestr nömrəsi üzrə koordinatların həmin çıxarışın verilməsinə əsas olmuş JN-207 nömrəli Dövlət Aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -JN-207 KOD 80220018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən 0.33 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini X11, X12, X8, X3 mülkiyyətinə verilmişdir. -JN-208 KOD 80220018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən 0.35 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini X23, X14, X17, X9 mülkiyyətinə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0.327 ha olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0.3527 ha olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 269 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X26, X15, X1 rayonu Separadi kəndində yerləşən ümumi sahəsi 0,35 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus 3/4 hissə 0.2645 ha olan torpaq sahəsini İddiaçı hədiyyə vermişdirlər. Lənkəran rayon Torpaq şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X26, X15, X4 verilmiş seriya nömrəsi JN 208, KOD: 80220018 olan dövlət aktına əsasən birgə mülkiyyət üzrə, 0.3527 ha olan torpaq sahəsidir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, AN 810855 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Lənkəran rayonu, Separadi kənd sakini İddiaçı xüsusi mülkiyyətinə 0.3527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6620 nömrəli ekspert rəyində bildirilir ki, sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunduğu göstərilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998ci il tarixli, 09 saylı qərarı ilə X18 və onun ailə üzvlərinə ayrılmış JN-208 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********63 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,3527 ha torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı çoxillik əkmə torpaq sahəsi olması müəyyən edildiyi göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X18 və onun ailə üzvlərinə ayrılmış JN-208 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********63 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Speradi kəndi ərazisində yerləşən 0,3527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının ləğv edilmiş islahatına dair kompleks yerqruluşu layihəsinə (DWG faylına) əsasən tərtib olunması və bunun da faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olunduğu göstərilmişdir. Qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluqların mövcud olması müəyyən olunduğu göstərilmişdir. Həmçinin sözü gedən 0,3527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissəsinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu Speradi kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunduğu göstərilmişdir. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin 0,3527 ha torpaq sahəsinin 0,01 ha hissəsinin cənub-qərb istiqamətdə abidənin ərazisinə düşməsi, 0,017 ha hissəsinin isə şimal-qərb istiqamətdə naturada mövcud təsərrüfatdaxili gediş-gəliş yolunun üzərinə düşməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron baza məlumatlarında mövcud olması və Speradi kəndinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunduğu göstərilmişdir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı əsasında JN-208 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X18 və ailə üzvlərinə ayrılmış 0,3527 ha torpaq sahəsinin koordinatları ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və **********63 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" ilə İddiaçı mülkiyyətində olan 0,3527 ha torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun mövcud olmaması, eyni torpaq sahəsi olması müəyyən olunduğu göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar islahat komisiyyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X7 və onun ailə üzvlərinə ayrılmış JN-207 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********62 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Speradi kəndi ərazisində yerləşən 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçekmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerqruluşu layihəsinə (DWG faylına) əsasən tərtib olunması və bunun da faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olunduğu göstərilmişdir. Əvvəli sualların cavablarında qeyd olunduğu kimi qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluqların mövcud olması müəyyən olunduğu göstərilmişdir. Həmçinin sözü gedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissəsinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu Speradi kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunduğu göstərilmişdir. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin 0,327 ha torpaq sahəsinin 0,005 ha hissəsinin şimal-qərb istiqamətdə naturada mövcud təsərrüfatdaxili gediş-gəliş yolunun üzərinə düşməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron baza məlumatlarında mövcud olması və Separadikəndinin hüdudları daxilində yerləşməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin olmaması müəyyən olunduğu göstərilmişdir. İddiaçı mülkiyyətində olan qeyd olunan 0,3527 ha və 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X10 X21ndə faktki istifadə vəziyyətinə uyğun dürüstrləşdirilməsi mümkün olduğu göstərilmişdir. Qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki olaraq iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçı iddia etdiyi 0,03 ha torpaq sahəsinin isə onun mülkiyyətindı olan 0,3527 ha və 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin koordinatlarından kənara düşməsi və iddia edilən torpaq sahəsinin X2 istifadəsində olması müəyyən olunduğu göstərilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında X10 X21nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki, X10 X21nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. Qeyd olunan normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahələri sonradan “X10 X21”nə əlavə edilərkən ilkin hüquqmüəyyənedici sənədlərdə göstərilən koordinatların bazada yanlış qeydə alınması bu sahə üzrə səlahiyyətli qurumun səhvi və yaxud yanlış hərəkətinin nəticəsi olduğundan hazırda müvafiq düzəlişin edilməsi də həmin qurumun öhdəliyi kimi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair verilmiş çıxarışlar üzrə koordinatların “X10 X21”ndə uygunlaşdırılması qərara alınsa da, hansı hüquqmüəyyənedici sənədə uyğunlaşdırılması dəqiq göstərilmədiyindən, iddiaçının müvafiq müraciəti nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində dəyişdirilməlidir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməsi hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(120)-447/2025 nömrəli qərarı iddianın təmin edilməsi hissəsində dəyişdirilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sənədləri üzrə “X10 X21”ndə düzəliş edilərək, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********63 reyestr nömrəli çıxarış üzrə verilmiş koordinatların həmin çıxarışın verilməsinə əsas olmuş JN-208 nömrəli Dövlət Aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılınası, həmçinin xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəli və **********62 reyestr nömrəsi üzrə koordinatların həmin çıxarışın verilməsinə əsas olmuş JN-207 nömrəli Dövlət Aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar