Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-328/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlunun sədrliyi ilə, Həsənov Müşfiq Kamil oğlu və X4 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı2 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Beyləqan bələdiyyəsi) qarşı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Beyləqan rayonunda 1996-cı ildə torpaq islahatı həyata keçirilərkən hər birinə adambaşına ayrılmış 1,7 ha torpaq sahəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(120)-670/2023 saylı qərardadından İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Beyləqan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,«Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən Beyləqan Rayonunda 1996-cı ildə torpaq islahatı həyata keçirilərkən hər birinə adambaşına ayrılmış 1,7 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Beyləqan rayonunda 1996-cı ildə torpaq islahatı həyata keçirilərkən hər birinə adambaşına ayrılmış 1,7 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar 1999-cu il tarixinədək ailəvi olaraq Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olmaqla yaşamışlar. 2000-ci ilin əvvəllərində ünvan 1 ünvanına köçmüşlər. Hal-hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müxtəlif regionlarda olduğu kimi Beyləqan rayonunda da 1996-cı il tarixində torpaq islahatı həyata keçirilmişdir. Torpaq islahatı zamanı hər bir şəxsə 1,7 ha. pay torpaq sahəsi verilmişdir. Lakin onlar həmin tarixdə Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olsalar da, məlum olmayan səbəbdən adları Baş Təsərrüfat Kitabında qeyd olunmadığı üçün onlara torpaq sahəsi verilməmişdir. Bu səbəbdən həmin vaxt bildirilmişdir ki, torpaq sahəsi ayrılmamış bəzi şəxslər kimi onlara da sonradan torpaq sahəsi veriləcəkdir. Verilmiş vədə inanıb bir müddət gözləsələr də, torpaq sahəsi əldə edə bilməmişlər. Ona görə də rayon İcra Hakimiyyətinə və Rayon Bələdiyyəsinə müraciət edərək onlara torpaq sahəsinin verilməsini xahiş etmişlər. Lakin müraciətlərin heç bir nəticəsi olmamışdır. Belə ki, Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən müraciətlərinə verilmiş sonuncu 09 mart 2022-ci il tarixli cavab məktubunda məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Eyni zamanda, Beyləqan rayonu Beyləqan Bələdiyyəsi tərəfindən müraciətlərinə verilmiş 10 mart 2022-ci il tarixli cavab məktubunda 1978-2005-ci illər üzrə Baş Təsərrüfat Kitabının Beyləqan rayon Arxivlər İdarəsinə təhvil verildiyi bildirilmişdir. Eyni zamanda, Beyləqan rayonu Beyləqan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli cavab məktubunda qaldırılmış məsələ ilə bağlı məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 maddəsinə uyğun olaraq "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Beyləqan rayonunda 1996-cı il tarixində Torpaq islahatı həyata keçirilərkən hər birinə adambaşına ayrılmış 1,7 ha. torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti iddia ərizəsinə etiraz etmişdir. Etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 1977-2005ci il tarixlərdə Beyləqan rayonunun Mayak qəsəbəsində qeydiyyatda olub-olmaması barədə X17 edilmiş sorğuya xx.xx.2022-ci il tarixli 1/77 nömrəli məktubla cavab verilmişdir. Beyləqan rayonu Yuxarı Aran kənd İƏD üzrə nümayəndəliyinin Mayak qəsəbəsinin 1977- 1990-cı illər üzrə Təsərrüfatbaşına uçot kitablarında iddiaçılardan yalnız İddiaçı1 X7 ailə başçısı olduğu təsərrüfatda onun qızı kimi qeydiyyatda olmuşdur. 1991-2005-ci illər üzrə Mayak qəsəbəsinin Təsərrüfatbaşına uçot kitablarında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qeydiyyatı barədə heç bir məlumat aşkar edilməmişdir. İddiaçıların "1996-cı il tarixdə Torpaq islahatı keçirilərkən hər birinə adambaşına ayrılmış 1.7 ha. torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə tələbinə dair inzibati mübahisə üzrə cavabdeh olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin seçilməsi düzgün deyildir. Belə ki, “X24 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli Fərmanı ilə qüvvədən düşdükdən sonra X3 səlahiyyətlərinə xitam verilmişdir. X3 arxiv sənəd materialları nə Beyləqan Rayon İcra hakimiyyətinə, nə də Beyləqan Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Beyləqan rayonunda pay torpağı almayan şəxslərə torpaq sahəsi ayrılması üçün Rayon İcra hakimiyyətinin balansında torpaq sahəsi mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 aqrar islahat keçirilən zaman onlara ayrılmamış pay torpaq sahəsinə görə Beyləqan rayon İcra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması mümkün deyildir. Şirvan İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(120)-670/2021 saylı qərardadı (Amilya Hüseynova) ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Beyləqan bələdiyyəsinə qarşı «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən Beyləqan Rayonunda 1996-cı ildə torpaq islahatı həyata keçirilərkən hər birinə adambaşına ayrılmış 1,7 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən birgə apellyasiya şikayəti verilərək iş üzrə qəbul edilmiş 22 may 2023-cü il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, məhkəmə iş üzrə qərardad qəbul edərkən cavabdehin qanunsuz hərəkəti nəticəsində subyektiv hüququnun pozulduğunu nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyəti apellyasiya şikayətinə etiraz etmiş, etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 1977-2005-ci il tarixlərdə Beyləqan rayonunun Mayak qəsəbəsində qeydiyyatda olub-olmaması barədə X17 edilmiş sorğuya xx.xx.2022-ci il tarixli 1/77 nömrəli məktubla cavab verilmişdir. Məktuba əsasən Beyləqan rayonu Yuxarı Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin Mayak qəsəbəsinin 1977-1990-cı illər üzrə Təsərrüfatbaşına uçot kitablarında iddiaçılardan yalnız İddiaçı1 X7 ailə başçısı olduğu təsərrüfatda onun qızı kimi qeydiyyatda olmuşdur. 1991-2005-ci illər üzrə Mayak qəsəbəsinin Təsərrüfatbaşına uçot kitablarında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qeydiyyatı barədə heç bir məlumat aşkar edilməmişdir. İddiaçıların "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Beyləqan rayonunda 1996-cı ildə torpaq islahatı həyata keçirilərkən hər birinə adambaşına ayrılmış 1.7 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair” inzibati mübahisə üzrə cavabdeh olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin seçilməsi düzgün deyildir. Belə ki, “X24 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995ci il 2 mart tarixli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə qüvvədən düşdükdən sonra X3 səlahiyyətlərinə xitam verilmiş və X5 hüquqi varisi müəyyən edilməmişdir. X3 arxiv sənəd materialları nə Beyləqan Rayon İcra hakimiyyətinə, nə də Beyləqan Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatı xx.xx.1996-cı il tarixli, 155-İQ nömrəli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmışdır. Torpaq islahatı nəticəsində Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçıların tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) mövcud deyildir və 2005-ci ildə səlahiyyətlərinə xitam verilmişdir. Odur ki, Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi hesab olunmur və inzibati qaydada hazırkı tələbə cavab verməli şəxs (tərəf) deyildir. Beyləqan rayonunda pay torpağı almayan şəxslərə torpaq sahəsi ayrılması üçün Rayon İcra hakimiyyətinin balansında torpaq sahəsi mövcud deyildir və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 aqrar islahat keçirilən zaman onlara ayrılmamış pay torpaq sahəsinə görə Beyləqan rayon İcra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması mümkün deyildir. Eyni zamanda, hazırkı halda iddiaçılar tərəfindən Aqrar İslahat Komissiyasının hərəkətlərindən və ya qərarlarından şikayət verilmə müddəti də ötürülmüşdür. Cavabdeh Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyəti apellyasiya şikayətinə edilmiş etirazında apellyasiya şikayətinin təmin edilməməsi və Şirvan İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(120)-670/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: İddiaçı2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(120)-670/2023 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və digər iddiaçılar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının X3 qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon X3 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçılar iddia əzisəsində qeyd edirlər ki, 1996-cı il tarixində Beyləqan rayonunda torpaq islahatı həyata keçirilmiş və həmin zaman hər bir şəxsə 1.7 ha torpaq sahəsi verilmişdir. Lakin, həmin tarixdə Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatada olsalar da onlara torpaq sahəsi verilməmişdir. Bu səbəbdən hazırki iddianı qaldıraraq «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən Beyləqan Rayonunda 1996-cı ildə torpaq islahatı həyata keçirilərkən hər birinə adambaşına ayrılmış 1,7 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiyası məhkəməsi iddianı qeyri mümkün saymaqla belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. Hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının aparatının 7/J-31-038 saylı, 09 mart 2022-ci tarixli məktubu ilə İddiaçı1 1978-ci ildən 1999-cu ilədək Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olmalarına baxmayaraq, ona və onun övladlarına pay torpaq sahəsinin verilməməsi barədə Beyləqan rayon İcra hakimiyyətinə ünvanlanmış müraciətinə baxıldığı bildirilmiş və pay torpaq sahəsinin ayrılması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayonu Beyləqan Bələdiyyəsinin 96 saylı, 28 mart 2022-ci il tarixli məktubu ilə İddiaçı1 müraciətinə cavab olaraq pay torpaq sahəsinin ayrılması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Beyləqan rayon Dövlət arxivinin 381-saylı, 21 dekabr 2021-ci il tarixli arxiv arayışından görünür ki, X7 ailə tərkibi aşağıdakı kimi qeyd olunmuşdur: 1) X12 -1938; 2) İddiaçı1 – 1957; 3) X13 – 1960; 4) X14 – 1962; 5) X10 - 1963; 6) X11 – 1965; 7) X16 - 1968. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X2 adına daşınmaz əmlak – Şabran rayonu, Hacıiskəndər kəndi, 0,10 ha, h/y torpaq sahəsi (********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli) – qeydiyyata alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2027/2022 saylı, 01 avqust 2022-ci il tarixli sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin, **********69 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 adına hər hansı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə məlumat aşkarlanmamışdır. İş materiallarında olan Beyləqan Rayon Dövlət Arxivinin Beyləqan rayon İcra Hakimiyyətinə ünvanlanan 1/77 nömrəli, 31 avqust 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı1 Mayak qəsəbəsində Təsərrüfatbaşına uçot kitablarında qeydiyyat araşdırılmış, 1977-1990-cı illər üzrə Beyləqan rayon Yuxarı Aran kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Mayak qəsəbəsi üzrə Təsərrüfatbaşına uçot kitablarında İddiaçı1 X7 ailə başçısı olduğu təsərrüfatda qızı kimi qeydiyyata alınmış, 1991-2005-ci illər üzrə Yuxarı Aran kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin Mayak qəsəbəsində Təsərrüfatbaşına uçot kitablarında İddiaçı1, İddiaçı2, İddiaçı4 və X15 qeydiyyatı barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2027/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli soğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin **********80 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən ərazidə orta pay norması torpaq sahəsinin keyfiyyətinə görə bölündüyündən adambaşına müxtəlif orta pay norması verilmiş, orta pay norması özəlləşəcək torpaq sahələrinə münasibətdə şərti sahələr (fiziki sahə x torpağın bonitet balı) üzrə hesablanmış, sonradan hər bir parselin keyfiyyət göstəricisi (bonitet balı) nəzərə alınmaqla, mülkiyyətçiyə ayrılacaq torpağın fiziki sahəsi hesablanmış, bu səbəbdən hər bir mülkiyyətçiyə ayrılmış torpaq normaları fiziki sahələrə görə müxtəlif olsa da, şərti sahələrə görə bərabər olmuşdur. İş materiallarında olan Beyləqan Bələdiyyəsinin 10 saylı, 17 yanvar 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Beyləqan rayonunda qismən islahat aparılmış və islahat aparılan ərazidəki torpaqlar həmin ərazidə yaşayan vətəndaşlara şamil edilmiş, iddia tələbinin isə Beyləqan rayonu, Mayak kəndinə aid olan torpaqlardan pay bölgü tələbi olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Başçısının Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-37-12/2-21-2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Beyləqan şəhər ərazisində 1996-cı ildə torpaq islahatı keçirilməmiş, bu səbəbdən də nümayəndəlikdə adambaşına düşən torpaq payının, həmçinin nə qədər payın olması barədə məlumat olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Başçısının Yuxarı Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-37-22/2-15/2023 saylı, xx.xx.2023cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 1996-cı ildə Torpaq islahatı həyata keçirilərkən Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində yaşamamışdırlar, həmçinin 1996-cı ildə torpaq islahatı həyata keçirilərkən Yuxarı Aran qəsəbəsində adambaşına 0,80 ha və ya 0,85 ha çöl pay torpaq sahəsi, 0,09 ha və ya 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan İddiaçı1 aid olan “Kolxozçunun əmək kitabçası”ndan görünür ki, o, xx.xx.1978-ci il tarixdə Jdanov MRX-nın infeksion şöbəsinə tibb bacısı təyin edilmiş, xx.xx.2000-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-328/2023 saylı, 29 avqust 2023-cü il tarixli soğusuna Beyləqan rayon polis şöbəsinin 44/3-13-67/2- 13808/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı1 xx.xx.1978-ci ildə Beyləqan rayon Mayak qəsəbəsində qeydiyyata alınıb, xx.xx.1981-ci ildə Beyləqan şəhəri (Kirov küçəsi 39) Magistral küçəsinə qeydiyyata düşüb. xx.xx.1999-cu ildə qeydiyyatdan çıxaraq Bakı şəhərinə Xətai rayonuna getmişdir. İddiaçı2, İddiaçı3 və İddiaçı4 1996-cı ilədək Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatları barədə Beyləqan rayon polis şöbəsinin X8 arxivində heç bir məlumat yoxdur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-328/2023 saylı, 29 avqust 2023-cü il tarixli soğusuna Beyləqan rayon İcra Hakimiyyətinin 5-37-2/2- 847/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Beyləqan rayonu, Yuxarı Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin Mayak qəsəbəsinin 1977-1990cı illər üzrə Təsərrüfatbaşına uçot kitablarında iddiaçılardan yalnız İddiaçı1, X7 ailə başçısı olduğu təsərrüfatda qızı kimi qeydiyyatı olmuşdur. 1991-2005-ci illər üzrə Mayak qəsəbəsinin Təsərrüfatbaşına uçot kitablarında iddiaçılar İddiaçı1 və onun ailə üzvləri-İddiaçı2, İddiaçı3 və İddiaçı4 qeydiyyatı barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-328/2023 saylı, 29 avqust 2023-cü il tarixli soğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 3-21-3-45/2-2263/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Beyləqan rayonu, Mayak qəsəbəsində Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq islahatı 1999-cu il 18 mart tarixli qərar əsasında aparılmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-328/2023 saylı, 29 avqust 2023-cü il tarixli soğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsi "xxxx" MMC-nin 3-21-3-60/2-25362023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Beyləqan rayonu, Mayak qəsəbəsi üzrə torpaq sahələrinə dair mövcud subyektlərin siyahılarında İddiaçı1 və onun ailə üzvlərinin adları aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən edilmişdir ki, İddiaçı1 xx.xx.1978-ci ildə Beyləqan rayon Yuxarı Aran kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Mayak qəsəbəsi üzrə Təsərrüfatbaşına uçot kitablarında anası X7 ailə başçısı olduğu təsərrüfatda qızı kimi qeydiyyata alınmış, xx.xx.1981-ci ildə Beyləqan şəhəri (Kirov küçəsi 39) Magistral küçəsinə qeydiyyata düşmüş, xx.xx.1999-cu ildə qeydiyyatdan çıxaraq Bakı şəhərinə Xətai rayonuna getmişdir. Digər iddiaçılar - İddiaçı2, İddiaçı3 və İddiaçı4 isə 1996-cı ilədək Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatları barədə heç bir məlumat aşkar edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Beyləqan rayonu, Mayak qəsəbəsi üzrə torpaq islahatı 1996-cı il tarixində deyil, Aqrar İslahat Komissiyasının 1999-cu il 18 mart tarixli qərarı əsasında aparılmış və həmin qərarla iddiaçının anası X9 və onun ailə üzvlərinə torpaq sahəsi ayrılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına qiymət verilməsindən ötrü və iddiaçıların hazırki iş üzrə qanundan irəli gələn subyektiv hüquqlarının olub-olmadığını müəyyən etmək üçün aşağıdakı hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir.. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Şərh olunan hüquq normasının tələbindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələb üzrə iddiaçıların subyektiv hüququnun olması üçün onlar sözügedən Qanunun 12-ci maddəsində göstərilən şəxslərin dairəsinə düşməlidir. Yəni, Qanunun tələbinə görə torpaq payı əldə etməkdən ötrü iddiaçıların torpaq islahatının aparıldığı zamanı həmin torpaq sahəsinin yerləşdiyi ərazi üzrə daimi yaşayış yeri olmalıdır. İddiaçılar iddia ərizəsində və apellyasiya şikayətində Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olduqlarından çıxış edərək onlara torpaq sahəsinin verilmədiyini qeyd etsələr də, məhkəmə araşdırması zamanı əldə edilmiş və iş materiallarına əlavə olunmuş sübutlardan (Beyləqan rayon Dövlət Arxivinin, Beyləqan rayon Polis Şöbəsinin məktublarından) görünür ki, iddiaçılar torpaq islahatının keçirildiyi 1999-cu ilin mart ayında (hətta 1996-cı ildə) həmin ərazidə yəni, Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olmamış və yaşamamışdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hətta şərti olaraq qəbul etsək ki, iddiaçıların subyektiv hüququ var, bununla belə iddiaçılar hazırki iddianı qaldırmaq üçün prosessual müddəti ötürmüşlər. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçılar torpaq islahatı zamanı aqrar islahat komissiyaları tərəfindən adam başına düşən normaya uyğun onlara torpaq sahəsinin verilməməsindən narazıdır və verilməyən torpaq sahəsinin əldə edilməsini istəyirlər. Başqa sözlə, iddiaçıların hazırki iddianı qaldırmaqda məqsədi torpaqların bölgüsünü həyata keçirən X3 hərəkətlərindən və qəbul etdikləri qərardan şikayət verilməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların iddia etdiyi ərazidə torpaq islahatı Aqrar İslahat Komissiyasının 1999-cu il 18 mart tarixli qərarı əsasında həyata keçirilmişdir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər yerli X3 çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon X3 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon X3 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçılar hüquqi maraqlarına uyğun razılaşmadıqları Aqrar İslahat Komissiyasının 1999-cu il 18 mart tarixli qərarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdilər. Lakin işdən görünür ki, iddiaçılar üzərindən uzun müddət keçməsinə baxmayaraq həmin qərarı mübahisələndirməmişdirlər və şikayət vermə müddətini ötürmüşdürlər. Eyni zamanda həmin qərardan şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması barədə sübutları təqdim edilməmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X18 izahatında hazırki tələblə bağlı 2000-ci il tarixlərində dəfələrlə inzibati orqanlara müraciətlər etdiklərini, lakin, müraciətlərinin nəticəsiz qaldığını və məhkəməyə müraciət etmədiklərini bildirmişdir. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Məhkəmə həmçinin qeyd edir ki, həm hazırki mübahisəyə tətbiq edilməli olan xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları baxımından, həm xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı X1 hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçılar razılaşmadığı Aqrar İslahat Komissiyasının qərarından məhkəməyə şikayət verə bilərdilər ki, həmin qərardan şikayət vermək üçün Qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdürlər. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən iddiaçılara № 2-1(106)-328/2023 nömrəli 28 noyabr 2023-cü il tarixli məktubla hüquq yardım göndərilərək razılaşmadıqları Aqrar İslahat Komissiyasının 1999-cu il 18 mart tarixli qərarından şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair sübutların məhkəməyə təqdim olunması təklif olunmuş, lakin iddiaçılar bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzasında) öz əksini tapmış hüquqi mövqedə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Bundan başqa məhkəmə araşdırması zamanı Beyləqan rayon İcra Hakimiyyətinin 5-37-2/2-847/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Beyləqan rayonunda xüsusi mülkiyyətə pay torpaq sahəsinin verilməsi üçün Rayon İcra Hakimiyyətinin balansında torpaq sahəsi mövcud deyildir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərar verdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(120)-670/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Sədrlik edən: Vəli Abdullayev Hakimlər: Müşfiq Həsənov Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(106)-328/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-328/2023
25.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver