Məhkəmə qərarları › İş №2-1(106)-329/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-329/2024

04.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-329/2024 04.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X24, iddiaçılar İddiaçı1, X13, X9, X14, X15 və X10 və X20, üçüncü şəxs X16 (eyni zamanda X4 nümayəndəsi qismində) iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2-1(120)-53/2024 nömrəli qərarından üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdehnə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kəndin ümumi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətə X6 icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 07 saylı qərarının və X16 adına verilmiş 3,00 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə İmişli Regional Ədliyyə İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-99/2023 saylı qərardadı ilə mübahisələndirilən qərarlardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-53/2024 saylı qərardadı ilə iddia tələbi Cavabdeh X16 adına verilmiş 3,00 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 02 fevral 2024-cü il tarixli, 2- 1(120)-53/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh kəndin ümumi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətinə X6 icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 07 saylı qərarın ləğv edilməsi, 50 manat ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bələdiyyə tərəfindən inzibati akt iddiaçılara münasibətdə inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən müəyyən edilir ki, ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. Ümumi istifadədə olan örüş sahələri icarə və alqı-satqı müqaviləsinin predmeti ola bilməz və hər hansısa bir şəxsə ayrıla bilməz. Qeyd edilən hal Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-c maddəsinin 15 aprel 2023-cü ilədək qüvvədə olan və 15 aprel 2023-cü il tarixindən sonra qüvvədə olan mətnlərində birmənalı olaraq qeydd edilmişdir. Cavabdehin mübahisələndirilən qərarı iddiaçılara münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Qərardan üçüncü şəxs X11 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, İmişli rayonunun Qulubəyli kəndində yaşayaraq fərdi təsərrüfatlarında mal-qara saxlayırlar. Əvvəllər mal-qaralarını başqa kəndin ərazisində otarıblar. Yaşadıqları İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin mülkiyyətində olan örüş-otlaq yerlərinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin uzunmüdətli istifadəsinə verilməsi səbəbindən şəxsi təsərrüfatlarında olan heyvanların otarıİmasında çətinliklər yaranmış və bu səbəbdən səksən iki nəfərin imzası ilə İmişli rayonunun o zamankı İcra Hakimiyyəti başçısına edilən müraciətlərdən sonra örüş sahələri bələdiyyə mülkiyyətinə qaytarılaraq camaatın istifadəsinə verilmişdir. Keçmiş İcra Hakimiyyəti başçısı çoxsaylı müraciətlərə vermiş olduğu cavabında bələdiyyənin bütün icarə müqavilələrinin ləğv olunacağına və mal-qaralarının həmin örüşlərdə otaracaqlarına vəd vermişdir. Bundan sonra İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin mülkiyyətində olan, lakin Bələdiyyəsinin 01 may 2004-cü il tarixli, 25 saylı icarə müqaviləsi ilə X4 45 il müddətinə icarəsinə verilmiş 40,0 ha örüş torpaq sahəsindən örüş-otlaq sahəsi kimi istifadə etməyə başlamışlar və qeyd etdikləri səbəbdən həmin sahədən özbaşına olara istifadə etməmişlər. İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin 40,0 ha örüş ərazisinin 45 il müddətə icarəyə verilməsi haqqında X11 ilə bağladığı 01 may 2004-cü il tarixli, 25 saylı müqaviləsi qanunaziddir. Bu səbəbdən də həmin müqavilənin ləğv edilməsi barədə bələdiyyəyə dəfələrlə müraciətlər etdikdə bələdiyyə sədri də adı çəkilən müqavilənin ləğv olunduğunu demişdir. Bu səbəbdən imişli rayonunun Qulubəyli X1 ilə bağladığı 01 may 2004-cü il tarixli, 25 saylı müqavilənin ləğv olunduğunu güman etmişdlər. Lakin onlar özləri müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişlər. 01 may 2004-cü il tarixli, 25 nömrəli “Torpağın icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Qulubəyli bələdiyyəsinin 11 aprel 2004-cü il tarixli, 07 saylı qərarına əsasən İmişli rayonu Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan 40,0 hektar örüş torpaq sahəsi istifadə olunması üçün 45 il müddətə X4 icarəsine verilmişdir. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 03 iyul 2020-ci il tarixli, **********61 saylı məktubundan görünür ki, X4 adına hər-hansı bir torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkarlanmamışdır. X21 2004-cü illərdə rayon Qulubəyli kəndində sədri işləmiş, hazırda imişli rayonunda İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışır. Mirzə Quliyev bələdiyyə sədri işləyən zaman xx.xx.2004-cü il tarixli, 25 saylı protokol əsasında 40 hektar torpaq sahəsi bir neçə nəfərin imzası ilə kənd sakini X17, müqavilə ilə kənd camaatına mal-qara otlaması üçün verilmişdir. Müqavilənin vaxtı 15 il olmuşdur. Bundan sonra Qulubəyli bələdiyyəsi qeyriqanuni olaraq həmin müqavilənin şərtini pozmuş, 45 il müddətinə həmin torpaq sahəsini X2 yolla satmışdır. Sonradan Qulubəyli kənd bələdiyyəsi 40 ha torpaq sahəsinin müqaviləsi ləğv olmamış 7,5 hektar sahəsini təkrar olaraq X3 yol ilə satmisdır. Qanunsuz olaraq torpağın təyinatı dəyişdirilmədən bir neçə kilometr, 2 metr enində, 1 metr dərinlikdə xəndək çəkmiş və qeyri-qanuni olaraq əkin sahəsinə çevrimişdir. Həmin sahənin bir hissəsində özü yaşamaq üçün yaşayış evi tikmişdir. Qeyd olunan 40 hektar ərazi camaatın mal-qarasının otlaması üçün nəzərdə tutulsa da, əraziyə heyvan otarmağa heç kim buraxılmır. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz mülahizələri təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki halını tam araşdırmamış, təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir. Prosessual məsələlər Üçüncü şəxs X25 (digər üçüncü şəxs X4 nümayəndəsi qismində) məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi şəxs icarəsinə verilmiş torpaq sahəsinə su xətti çəkdirmiş və digər yaxşılaşdırma işləri görməklə xeyli miqdarda xərc çəkmişdir. İddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməmişlər və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Üçüncü şəxs İmişli Regional Ədliyyə İdarəsi işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Cavabdeh xx.xx.2004-cü il tarixli, 07 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan otlaq sahəsindən 40 ha torpaq sahəsinin 45 il müddətinə X5 ayrılması qərar alınmışdır. -“Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 may 2004-cü il tarixli, 25 nömrəli müqaviləsinin surətindən görünür ki, Cavabdeh sədri M.Quliyev ilə İmişli rayonu Qulubəyli kənd sakini X8 arasında Qulubəyli bələdiyyəsinin 11 aprel 2004-cü il tarixli, 07 saylı qərarına əsasən İmişli rayonu Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan 40,0 hektar örüş torpaq sahəsi istifadə olunması üçün 45 il müddətinə X4 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7849 nömrəli ekspert rəyində bildirilir: -Cavabdeh xx.xx.2004-ci il tarixli 07 saylı qərarına əsasən X6 icarəyə verilən İmişli rayonu Qulubəyli kəndində yerləşən 40.0 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan örüş sahəsidir. Htorpaq sahəsinin koordinatları üçüncü şəxlərin qanuni istifadəsində olan torpaq sahəsi və tikililəri ilə üst-üstə düşmür. Həmin torpaq sahəsi göstərilən texniki göstəricilərə uyğundur və təyinatı üzrə örüş sahəsi kimi istifadəyə yararlıdır. Həmin torpaq sahəsi elektron məlumat bazasında olan Qulubəyli bələdiyyəsinə dair tərtib olunmuş yerquruluşu planında bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin torpaq sahəsi naturada mövcuddur. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2004-cü il tarixli, 07 saylı qərarının qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün torpaq münasibətlərini tənzimləyən müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 15 aprel 2023-cü ilədək qüvvədə olan 16-cı maddəsinin: 1-ci bəndinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. 2-ci bəndinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir 3-cü bəndinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Birinci instansiya məhkəməsinin iddianın əsaslı sayılması üçün istinad etdiyi əsas normalardan biri yuxarıda qeyd edilmiş 3-cü bənddir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: -ehtiyat fondu torpaqları; -fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. -Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. 11.7-ci maddəsinə əsasən ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. Qeyd olunan normaların təhlili müstəvisində məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsi mənsubiyyətindən və təyinatından asılı olmayaraq ölkə ərazisində olan bütün torpaq sahələrinə dair hüquq münasibətlərini tənzimləyir və həmin qanunla ümumi istifadədə olan örüş torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı qadağalar müəyyən edilməmişdir. “Torpaq icarəsi haqqında” Qanun isə bələdiyyə mülkiyyətində ümumi istifadədə olan torpaq sahələrinin icarəyə verilməsi xüsusiyyətlərinin bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmasını təsbit edir. Beləliklə sonuncu qeyd olunan qanunun mənasına görə bu münasibətlər sahəvi qanunla tənzimlənir. Həmin münasibətləri tənzimləyən sahəvi qanun isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunudur ki, həmin qanunun yuxarıda qeyd edilən normaları bələdiyyə mülkiyyətində ümumi istifadədə olan torpaq sahələrinin qismən icarəyə verilməsinə məhdudiyyət qoymamışdır. Nəzərə alınmalıdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu sözügedən Qanun və Məcəllədən daha sonra qəbul edilməsi baxımından daha yüksək hüquqi qüvvəyə malikdir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun: -10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. -10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün təfsir etməmiş, işin araşdırılmış faktiki və hüquqi halına uyğun normaları nəzərə almamış, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2-1(120)-53/2024 nömrəli qərarı iddianın təmin olunması hissəsində ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2-1(120)-53/2024 nömrəli qərarı iddianın təmin olunması hissəsində ləğv edilsin. İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdehnə qarşı Cavabdeh kəndin ümumi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətə X6 icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 07 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar