Məhkəmə qərarları › İş №2-1(106)-330/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-330/2024

21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-330/2024 21.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, çıxarışın verilməsi” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(120)-176/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Masallı rayon İcra Hakimiyyəti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmişdır ki, onun Masallı rayonun Kəlbəhüseynli kəndində 0.07 ha torpaq sahəsi var, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir. Həmin yaşayış evini tərtib edilmiş lahiyəyə uyğun həyata keçirmiş, dam örtüyünü də vurmuşdur. DƏDRX-dən fərdi yaşayış evinin üzərində hüquqlarını qeydiyyata aldırmaq üçün müraciət etdiyindən, idarənin işçiləri əmlaka baxış keçirtdilər və müxtəlif bəhanələr gətirərək ona çıxarış verilməsindən imtina etdilər. DƏDRX-in Cəlilabad ərazi idarəsi imtinanı onunla əsaslandırmışdır ki, guya ev tam başa çatmamışdır, evin qapı pəncərələri xaricdən quraşdırılmış, 1-ci və 2-ci mərtəbədə qapılar quraşdırılmamış, döşəmə və tavan olmamasını, 2-ci mərtəbədə daxili hörgü işləri tam başa çatdırılmamışdır. Təqdim edilmiş eskiz lahiyədə sözü gedən əmlak fərdi ev kimi göstərilsə də, çöl ölçməişləri aparılarkən məlum olmuşdur ki, həmin daşınmaz əmlak naturada qeyri-yaşayış binası kimi inşa edilmişdir. Odur ki, ona məxsus Masallı rayonun Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evi üzrə hüquqlarının DƏDRX-in 8 saylı ərazi idarəsitərəfindən qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsini vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(120)-176/2024 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 27 yanvar 2022-ci il tarixli, **********30 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin Masallı rayon şöbəsinin mühəndisinin ölçmə işləri aparan zamanı məlum oldu ki, layihə üzrə inşa edilən fərdi yaşayış evinin tikintisi başa çatmamışdır. Evin qapı və pəncərələri xaricdən quraşdırılmış, 1 -ci və 2-ci mərtəbədə qapılar quraşdırılmamış, döşəmə və tavan yoxdur. 2-ci mərtəbədə daxili hörgü işləri tam başa çatdırılmamışdır. Təqdim edilmiş eskiz layihədə sözü gedən əmlak fərdi ev kimi göstərilsə də, çöl ölçmə işləri aparılarkən məlum olmuşdur ki, həmin daşınmaz əmlak naturada qeyri yaşayış binası kimi inşa edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-ci il tarixli 10/8744 saylı rəyindən göstərilir ki, torpaq sahəsi təqdim olunan tikilidən (fərdi yaşayış evi) şimal istiqamətdə təqribən 950 m aralıda yerləşir. Faktiki vəziyyətdə tikili təmirsiz olduğundan və hər hansı formada istifadə edilmədiyindən həmin tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olub- olmamasını müəyyən etmək mümkün olmamışdır. Rəydən və faktiki araşdırmadan da görünür ki, daşınmaz əmlakın tikintisi tam başa çatmamışdır. Məhkəmə tikintisi başa çatmamış daşınmaz əmlakın qeydiyyata alınması barədə qərar qəbul etmiş, Fövqəlada Hallar Nazirliyinin aidiyyatı qurumundan rəy almamışdır. Təqim edilmiş şəkillərdən və 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtina məktubu da sübut edir ki, layihə üzrə inşa edilən fərdi yaşayış evinin tikintisi başa çatmamış və həmin daşınmaz əmlak naturada qeyri yaşayış binası kimi inşa edilmişdir. Məhkəmə tikilinin torpaq sahəsinin təyinatına uyğun olması barədə müvafiq orqanlardan rəy almamışdır. Tikintisi başa çatmamış daşınmaz əmlaka fərdi yaşayış evi kimi qeydiyyata alınması barədə əsassız qərar qəbul etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(120)-176/2024 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Maddə 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; ... 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:

3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(120)-176/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbi “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli çıxarış və xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında Masallı rayonu, Çaxırlı kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilmiş və xx.xx.2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq imza və möhürlə təsdiq olunmuş Memarlıq-Planlaşdırma bölməsinə uyğun fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Masallı rayonu, Çaxırlı kəndi ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı öz iradəsi ilə söküb tam məhv etmişdir həmin əmlak üzərində çıxarışla ona verilmiş mülkiyyət hüququnu öz xahişi ilə ləğv etdirmişdir. Yenidən 2 mərtəbəli fərdi yaşayış evi tikmişdir, məhkəməyə təqdim edilmiş ekspert rəyinə əsasən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,07 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı vəölçüsü” sənədində göstərilən koordinatların hüdudları daxilində yerləşir. İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilən tikilinin faktiki olaraq kürsü mərtəbəsi, birinci və ikinci mərtəbələrdən ibarət olmaqla mişar daşından inşa edildiyi, tikilinin mərtəbəarası örtük hissəsinin monalit dəmir-beton konstruksiyadan inşa edildiyi müəyyən edilmişdir. Sözügedən tikili təmirsiz vəziyyətdə olmaqla faktiki olaraq hər hansı formada istifadə edilmədiyi və həmin tikilinin ölçülərinin, mərtəbəliliyinin, tikililərin planlı yerləşməsi və digər texniki parametrlərinin iş materiallarında olan Masallı rayonunun baş memarı tərəfindən təsdiq edilmiş (razılaşdırılmış) 2017-ci il tarixli Memarlıq-Planlaşdırma bölməsinə uyğundur. İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilən tikilinin planlı yerləşməsini, digər tikililərdən təcrid şəkildə ayrı olmasını, ayrıca girişçıxışının mövcud olmasını nəzərə alaraq, həmin tikilinin digər şəxslərin mülkiyyətindən istifadəyə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. İddiaçının tələbi əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə, Masallı rayonu, Çaxırlı kəndində yerləşən fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport almaq üçün müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinin mühəndisinin ölçmə işləri aparan zamanı məlum oldu ki, layihə üzrə inşa edilən fərdi yaşayış evinin tikintisi başa çatmamışdır. Evin qapı və pəncərələri xaricdən quraşdırılmış, 1-ci və 2-ci mərtəbədə qapılar quraşdırılmamış, döşəmə və tavan yoxdur. 2-ci mərtəbədə daxili hörgü işləri tam başa çatdırılmamışdır. Təqdim edilmiş eskiz layihədə sözü gedən əmlak fərdi ev kimi göstərilsə də, çöl ölçməişləri aparılarkən məlum olmuşdur ki, həmin daşınmaz əmlak naturada qeyriyaşayış binası kimi inşa edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldəedilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilərək sənədlərin əsli qaytarılır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, Masallı rayonu, Çaxırlı kəndində yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı adına **********98 reyestr nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli çıxarışa əsas olan xx.xx.2022-ci il tarixli, **********87 nömrəli məktuba əlavə edilmiş sənədlər arasında RX seriyalı, ******* saylı B.Abbasovanın adına Masallı rayonu, Çaxırlı kəndində 31.3 kv.m fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə **********98-10301 reyestr nömrə ilə qeydə alınmışdır. İddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizədən görünür ki, o, ünvan 3ünvanında yerləşən, fərdi yaşayış evi öz iradəsi ilə söküb tam məhv etmişdir və bəyan edir ki, həmin əmlak üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ yüklü deyildir. Bu, **********98-10301 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla ona məxsusdur. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azzərbaycan Respublikası Qanunun 18.2-ci maddəsinə uyğun olaraq göstərilən əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-66/2-2278/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı adına Masallı rayonu, Çaxırlı kəndində 1-ci mərtəbəsi mövcud, 2-ci mərtəbəsində tikinti işləri davam edən fərdi yaşayış evi Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Memarlıq və Tikinti Şöbəsi tərəfindənrazılaşdırılmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Masallı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-33RA/2-153/2023 saylı məktubundan görünür ki,, İddiaçı hansı təsərrüfatda olmasını bilmək üçün, Masallı RDA-də mühafizə olunan, Masallı rayon İHB-nın Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus 2010-cu ilə qədərki təsərrüfatbaşına kitabları araşdırıldı (təsərrüfatbaşına kitabların sonrakı dövrü Çaxırlı ərazi nümayəndəliyində saxlanılmaqdadır). Araşdırma zamanı, İddiaçı ayrıca təsərrüfatına rast gəlinmədi (təsərrüfatın başçısı X1 təsərrüfatında qeyd olunub). Masallı RDA-də mühafizə olunan, Masallı rayon İHB-nın 2011-2017-ci illər arası sərəncamları da araşdırıldı (2018-ci ildən bu günkü günə kimi olan sərəncamlar, Masallı rayon İcra hakimiyyətində saxlanılmaqdadır, sənədlər İH-də 5 il saxlanıldıqdan sonra dövlət arxivinə verilir), İddiaçı fərdi yaşayış evinə dair tikintiyə icazənin verilməsinə aid məlumata rast gəlinmədi. Bu səbəbdən də, sorğuda tələb olunan sərəncamın və ya istismara qəbul aktının və digər sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanı xaricindədir. 2018-ci ildən xx.xx.2020-ci ilə kimi (sorğuya əlavə edilmiş çıxarışın tarixi belə qeyd olunub) olan dövrdə İddiaçı fərdi yaşayış evinə dair tikintiyə icazənin verilibverilməməsinə aid məlumatın əldə olunması Masallı rayon İcra hakimiyyətinin səlahiyyətindədir. Əsas: Masallı Rayon Dövlət Arxivində mühafizə Masallı rayonİHB-nın Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus təsərrüfatbaşına kitabları. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5- 66/2-2278/2023 saylı məktubuna əsasən, İddiaçı məxsus fərdi yaşayış evinin Memarlıqplanlaşdırma bölməsi xx.xx.2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq imza və möhürlə təsdiq olunmuşdur. İş materiallarında olan X3 İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-10/2- 1934/2023 saylı məktubuna əsasən, Masallı rayonu Kəlbəhüseynli kənd sakini İddiaçı məxsus yaşayış binasına baxış keçirilərək müəyyən edilmişdir ki,İddiaçı məxsus Masallı rayonunun Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evi qaz xətlərinin mühafizə zonasına daxil deyil. İddiaçı məxsus Masallı rayonunun Kəlbəhüseynli kəndindəyerləşən fərdi yaşayış evi ilə qaz xətlərinin yerləşdiyi yer arasında faktiki məsafə 5 m təşkiledir. Masallı rayonunun Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı adına daşınmaz əmlak dövlət reyestrində qeydə alınması iddiaçınınvə digər şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törətmir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi ilə "xxxx" ASC-yə məxsus su təchizatı və kanalizasiya xətlərinin arasındakı məsafə 200 metr olduğu üçün həmin fərdi yaşayış evi mühafizə zonasında yerləşmir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin “a” bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək qadağan edilir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-13/2-1/16- 10257/2023 saylı məktubuna əsasən, Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin yüksək gərginlikli elektrik xətlərinin mühafizəzonasında yerləşib-yerləşməməsinə dair məlumatın təqdim edilməsinə ilə bağlı 2-1(120)- 448/2023 nömrəli məhkəmə işi üzrə müraciətə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmışdır. Müraciətə cavab olaraq bildirilir ki, qeyd olunan tikili "xxxx" ASC-nin balansında olan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən B.Abbasovanın adına olan Masallı rayonu, Çaxırlı kəndində yerləşənfərdi yaşayış evinin texniki pasportu təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8744 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixli 10/8744 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli 10/8744 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və AA № 610053 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin döngə nöqtə koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsi baxış zamanı təqdim olunan tikilidən (fərdi yaşayış evi) şimal istiqamətdə təqribən 950m aralıda yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda aparılmış tədqiqatla müəyyən edilmişdir ki, iddiaçıya məxsus baxış zamanı təqdim olunan kürsü mərtəbəsi, birinci və ikinci mərtəbələrdən ibarət tikili Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən**********98 reyestr nömrəli Çıxarışla Masallı rayonu, Çaxırlı kəndi ünvanında İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,07 ha torpaq sahəsinin xx.xx.2020- ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların hüdudları daxilində yerləşir. Faktiki vəziyyətdə tikili təmirsiz vəziyyətdə olduğundan və hər hansı formada istifadə edilmədiyindən (yaşayış və ya qeyriyaşayış kimi) həmin tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən**********98 reyestr nömrəli Çıxarışın məlumatlarına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi yaşayış məntəqələri təyinaltı torpaq sahəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli çıxarış və xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilən tikilinin faktiki olaraq kürsü mərtəbəsi, birinci və ikinci mərtəbələrdən ibarət olmaqla mişar daşından inşa edildiyi, tikilinin mərtəbəarası örtük hissəsinin monalit dəmirbeton konstruksiyadan inşa edildiyi müəyyən edilmişdir. Sözügedən tikili təmirsiz vəziyyətdə olmaqla faktiki olaraq hər hansı formada istifadə edilmədiyi və həmin tikilinin ölçülərinin, mərtəbəliliyinin, tikililərin planlı yerləşməsi və digər texniki parametrlərinin iş materiallarında olan Masallı rayonunun baş memarı tərəfindən təsdiq edilmiş(razılaşdırılmış) 2017-ci il tarixli Memarlıq-Planlaşdırma bölməsinə uyğun olduğu müəyyən edilir. İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilən tikilinin planlı yerləşməsini, digər tikililərdən təcrid şəkildə ayrı olmasını, ayrıca girişçıxışının mövcud olmasını nəzərə alaraq, həmin tikilinin digər şəxslərin mülkiyyətindən istifadəyə məhdudiyyət yaratmadığı müəyyən edilir. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, hazırda iddiaçı Masallı rayonu, Çaxırlı kəndi ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı öz iradəsi ilə söküb tam məhv etmiş və həmin əmlak üzərində çıxarışla ona verilmiş mülkiyyət hüququnu öz xahişi ilə ləğv etdirmişdir. Yenidən 2 mərtəbəli fərdi yaşayış evi tikmiş və fərdi yaşayış evinin Memarlıq-planlaşdırma bölməsi xx.xx.2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq imza və möhürlə təsdiq olunmuşdur. Məhkəməyə təqdim edilmiş ekspert rəyinə əsasən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,07 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı vəölçüsü” sənədində göstərilən koordinatların hüdudları daxilində yerləşir. İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilən tikilinin faktiki olaraq kürsü mərtəbəsi, birinci və ikinci mərtəbələrdən ibarət olmaqla mişar daşından inşa edildiyi, tikilinin mərtəbəarası örtük hissəsinin monalit dəmir-beton konstruksiyadan inşa edildiyi müəyyən edilmişdir. Sözügedən tikili təmirsiz vəziyyətdə olmaqla faktiki olaraq hər hansı formada istifadə edilmədiyi və həmin tikilinin ölçülərinin, mərtəbəliliyinin, tikililərin planlı yerləşməsi və digər texniki parametrlərinin iş materiallarında olan Masallı rayonunun baş memarı tərəfindən təsdiq edilmiş (razılaşdırılmış) 2017-ci il tarixli Memarlıq-Planlaşdırma bölməsinə uyğundur. İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilən tikilinin planlı yerləşməsini, digər tikililərdən təcrid şəkildə ayrı olmasını, ayrıca girişçıxışının mövcud olmasını nəzərə alaraq, həmin tikilinin digər şəxslərin mülkiyyətindən istifadəyə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin balansında olan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir, "xxxx" ASC-yə məxsus su təchizatı və kanalizasiya xətlərinin arasındakı məsafə 200 metr olduğu üçün həmin fərdi yaşayış evi mühafizə zonasında yerləşmir, fərdi yaşayış evi qaz xətlərinin mühafizə zonasına daxil deyildir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan iddiaçının mülkiyyətində olan Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, sözügedən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş və həmin fərdi yaşayış evinə dair məlumatlandırma icraatı aparılmış və tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi təsdiq edilmişdir. Həmin sənəd qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənəd hüquqların qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası Mülki Məcəllənin 139-1.1.10-ci, 139-1.1.10.2-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10 və 8.0.10.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, “Memarlıq-planlaşdırma bölməsi xx.xx.2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq imza və möhürlə təsdiq edilmiş və məlumatlandırma icraatına dair materiallar (mülkiyyət hüququna dair çıxarış və s.) iddiaçının mülkiyyətində olan 0,07 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində onun hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etməsini layihə üzrə inşa edilən fərdi yaşayış evinin tikintisinin başa çatmaması, evin qapı və pəncərələrinin xaricdən quraşdırılmaması, döşəmə və tavanın olmaması, həmçinin 2-ci mərtəbədə daxili hörgü işləri tam başa çatdırılmaması və həmin daşınmaz əmlakın naturada qeyri-yaşayış binası kimi inşa edilməsi ilə əsaslandırmışdır. Göstərilən səbəblərdən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmadığını bildirmişdir. Cavabdeh eyni əsaslardan çıxış edərək apellyasiya şikayətini tərtib etmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçının ilkin müraciətindən imtinanın və apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd eməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Yuxarıda qeyd edilən hüquq normalarına görə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verilir və bunun üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi məlumata əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər və barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.7-ci bəndinə əsasən həmin Məcəllənin 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evinə dair Memarlıq- Planlaşdırma bölməsinin layihəsini təsdiq edilməsi üçün məlumatlandırma icraatı qaydasında Masallı rayon İcra Hakimiyyətinə müraciət etmiş və həmin müraciəti müsbət qarşılanaraq Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən Memarlıq-Planlaşdırma bölməsinin layihəsi təsdiq edilmişdir. Həmin Memarlıq- Planlaşdırma bölməsinin layihəsindən və Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2023-cü il tarixli 5-66/2-2278/2023 nömrəli məktubunun məzmunundan müəyən edilmişdir ki, iddiaçı ərizə ilə müraciət edərək fərdi yaşayış evinin tikintisinə icazə istəmiş və ərizəsinə zəruri olan bütün sənədləri əlavə etmiş və Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən iddiaçının inşa etdiyi yeni fərdi yaşayış evinin layihəsinin Memarlıq-Planlaşdırma bölməsi qanunvericiliyə uyğun razılaşdırılaraq iddiaçıya təqdim edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri yerli icra hakimiyyəti ilə razılaşdırılır və təsdiq olnur. Bu baxımdan cavabdeh həmin sənədin (Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş Memarlıq-Planlaşdırma bölməsinin layihəsinin) məzmunu ilə bağlıdır və ona uyğun davranmağa borcludur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın Masallı rayon İcra Hakimiyyətinin razılaşdığı və təsdiq etdiyi fərdi yaşayış evinə dair tərtib edilmiş Memarlıq-Planlaşdırma bölməsinin layihəsini təftiş etmək səlahiyyətinə malik deyildir və belə yanaşma səlahiyyətlərin bölgüsü prinsipindən irəli gəlir. Bundan başqa, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında və apellyasiya şikayətində göstərilən dəlillər, məhkəmə qərardadı ilə keçirilmiş ekspertiza ilə təkzib edilir. Belə ki, 17 aprel 2023-cü il tarixli, 10/8744 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus baxış zamanı təqdim olunan kürsü mərtəbəsi, birinci və ikinci mərtəbələrdən ibarət tikili Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən**********98 reyestr nömrəli Çıxarışla Masallı rayonu, Çaxırlı kəndi ünvanında İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,07 ha torpaq sahəsinin xx.xx.2020- ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların hüdudları daxilində yerləşir. Faktiki vəziyyətdə tikili təmirsiz vəziyyətdə olduğundan və hər hansı formada istifadə edilmədiyindən (yaşayış və ya qeyri-yaşayış kimi) həmin tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən**********98 reyestr nömrəli Çıxarışın məlumatlarına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi yaşayış məntəqələri təyinaltı torpaq sahəsidir. Həmin tikilinin ölçülərinin, mərtəbəliliyinin, tikililərin planlı yerləşməsi və digər texniki parametrlərinin iş materiallarında olan Masallı rayonunun baş memarı tərəfindən təsdiq edilmiş(razılaşdırılmış) 2017-ci il tarixli Memarlıq-Planlaşdırma bölməsinə uyğun olduğu müəyyən edilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli çıxarış və xx.xx.2020ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında Masallı rayonu, Çaxırlı kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilmiş və xx.xx.2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq imza və möhürlə təsdiq olunmuş Memarlıq-Planlaşdırma bölməsinə uyğun fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas mövcuddur və bununla bağlı imtina üzrə qeydiyyatı aparan orqan kimi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mövqeyi əsaslı sayıla bilməz. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının hüquqi marağı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli çıxarış və xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında Masallı rayonu, Çaxırlı kəndində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilmiş və xx.xx.2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq imza və möhürlə təsdiq olunmuş Memarlıq-Planlaşdırma bölməsinə uyğun fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından və buna dair dövlət reyestrindən çıxarış verilməsindən ibarət olmuşdur. Məhz bu səbəbdən iddiaçı tələbinin hüquqi əsası kimi iddia ərizəsinə xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli çıxarışı, xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nü, xx.xx.2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq imza və möhürlə təsdiq olunmuş Memarlıq-Planlaşdırma bölməsini əlavə etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də həmin sənədlər əsasında müvafiq araşdırma aparılmış, ekspertiza keçirilmiş, müvafiq rəy alınmış və məhkəmə iddianı təmin edərkən həmin sənədlərə əsaslanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də izahatında qeyd edilən xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli çıxarış və xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında Masallı rayonu, Çaxırlı kəndində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilmiş və xx.xx.2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq imza və möhürlə təsdiq olunmuş Memarlıq-Planlaşdırma bölməsinə uyğun fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar cavabdehə müraciət etdiyini və bu məzmunda tələbinin təmin olunmasını xahiş etdiyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********28 nömrəli məktubuna əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, iddiaçı Masallı rayonu, Çaxırlı kəndində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınmasını cavabdehdən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağı xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli çıxarış və xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında Masallı rayonu, Çaxırlı kəndində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilmiş və xx.xx.2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq imza və möhürlə təsdiq olunmuş Memarlıq-Planlaşdırma bölməsinə uyğun fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar olduğundan və birinci instansiya məhkəməsi iddiaçının həmin tələbi üzrə araşdırma apararaq, mahiyyəti üzrə düzgün qərar qəbul etdiyindən qərarın həmin hissədə dəyişdirilməsinə ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göründüyü kimi yol verilmiş pozuntu formal xarakter daşıdığından və işin mahiyyəti üzrə həll edilməsinə maneə yaratmadığından və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan qərar həmin hissədə dəyişdirilməməlidir. Məhkəmə kollegiyası gələcəkdə qərarın icrasında yarana biləcək anlaşılmazlığın və çətinliklərin aradan qaldırılması məqsədi ilə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsinin yekun məhkəmə qərarının nəticə hissəsində qeyd edilmiş Kəlbəhüseyn kəndində yerləşən fərdi yaşayış evi Çaxırlı kəndində yerləşən fərdi yaşayış evi kimi oxunmalıdır. Yəni, iddiaçının tələbi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli çıxarış və xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında Masallı rayonu, Çaxırlı kəndində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilmiş və xx.xx.2017ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq imza və möhürlə təsdiq olunmuş Memarlıq-Planlaşdırma bölməsinə uyğun fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qiymətləndirilməlidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə:

Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(120)-176/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar