Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-331/2023 06.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyeva Nərmin Ramiz qızının, iddiaçı X5, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2-1(120)-945/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X5 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X9 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsinin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 18 may 2023-cü il tarixli, 2-1(120)-945/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı X7 pensiya hüququnun yarandığı (xx.xx.2022-ci il tarixdən) tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Saatlı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1974-cü il tarixdən başlamışdır. 1976- 1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İşlədiyi bütün illər onun əmək kitabçasında qeyd edilmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən ona əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənməməsi və ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 ildən) az olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X9 tərəfindən təqdim edilən hərbi biletin surətinə əsasən onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 1 ay 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 15 il 2 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi 17 il 1 ay 5 gün sığorta stajı vardır. İddiaçının sığorta stajına uyğun olaraq 13902,26 manat X1 Sisteminin Pensiya altsisteminə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış 1459,52 manat olmaqla ümumilikdə 15361,78 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. X5 xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı X9 tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddəti dəqiqləşdirmək zərurəti ilə əlaqədar Fondun Mil-Muğan regional filialı tərəfindən Sabirabad rayon Dövlət Arxivində yoxlama keçirilmişdir. Yoxlama nəticəsində tərtib olunan Fondun Mil-Muğan regional filialının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarına əsasən sözügedən müəssisənin əməkhaqqı kitabları saxlanılmadığından və Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci tarixədək olan əmək fəaliyyəti dövrləri (ümumilikdə 9 il 10 ay) mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasında qeyd olunan xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövrdə əmək kitabçasının doldurulma qaydasına riayət edilməmişdir (eyni qələm, eyni xətlə yazılma). X5 xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab olunmur. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı X9 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, əmək haqqı kitablarının dövlət arxivinə təhvil verilməməsi onun təqsiri deyil və onun əmək hüququnun məhdudlaşdırılmasına səbəb olmamalıdır. Apellyasiya şikayətində qeyd edilən iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasında qeyd olunan xx.xx.1993xx.xx.2001-ci il tarixləri arasındakı dövrdə əmək kitabçasının doldurulma qaydasına riayət edilməməsi dəlilinə münasibətdə isə qeyd edir ki, o, işdən çıxarkən əmək kitabçasını götürmüşdür. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 06563397 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1957-ci il tarixdə Saatlı şəhərində doğulmuş, Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 2Q, mənzil 4-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək 2 nömrəli Sabirabad sənaye kombinatı idarəsində, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Sabirabad tədarük kontorunda, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək PMK-10 idarəsində, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Sabirabad univermağında, xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının əməkdaşları və Sabirabad rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktların təsdiq edilmiş surətlərində qeyd edilmişdir ki, X5 "xxxx" ASC-də işlədiyi 1992-2001-ci illərə aid əməkhaqqı cədvəlləri və əməkhaqqı kitabları Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməyib. X5 "xxxx" ASC-də işlədiyi müddətdə xx.xx.1987-ci il tarixdə (əmr № 241) 3 nömrəli briqadanın növbə rəisindən OSTP rəisi vəzifəsinə, xx.xx.1993-cü il tarixdə (əmr № 62) Xammal hazır məhsullar şöbəsinin rəisi vəzifəsinə, xx.xx.1994-cü il tarixdə (əmr № 53) istehsalat və texniki sahə üzrə mühəndisi vəzifəsinə, xx.xx.1995-ci il tarixdə (əmr № 116) Xammal və hazır məhsullar şöbəsinə rəis vəzifəsinə, xx.xx.1999-cu il tarixdə (əmr № 56) 2 saylı İstehsalat birqadasına növbə ustası vəzifəsinə təyin edilməsi və xx.xx.2001-ci il tarixdə (Qərar № 19) Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən işdən azad edilməsi barədə məlumatların qeyd olunduğu "xxxx" ASCnin əməkhaqqı kitabları saxlanılmadığı üçün X5 əməkhaqqı cədvəlini yoxlamaq mümkün olmamışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən X7 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, X5 təqdim etdiyi əmək kitabçasının surətinə, hərbi biletinin surətinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən iddiaçının sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 16 il 4 ay təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-dəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Fondun Mil-Muğan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ASC-nin əməkhaqqı kitabları Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməyib. Əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçı X7 yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı X9 xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 1 ay 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 15 il 2 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi 17 il 1 ay 5 gün, X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 2 il əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 19 il 1 ay 5 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. X5 17 il 1 ay 5 gün sığorta stajına uyğun olaraq 13902,26 manat, X1 Sisteminin Pensiya altsisteminə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış 1459,52 manat olmaqla ümumilikdə 15361,78 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. X5 xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddəti dəqiqləşdirmək zərurəti yaranmışdır. Fondun Mil-Muğan regional filialının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarına əsasən sözügedən müəssisənin əməkhaqqı kitabları saxlanılmadığından və Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən əmək fəaliyyəti dövrləri, ümumilikdə 9 il 10 ay mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. 25 ildən artıq sığorta stajı olduğundan o, qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. İddiaçı 25 illik sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi hərbi biletinə və əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin təqdim etdiyi sənədlərə əsasən 25 il stajı olsa da, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-də işlədiyi və cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrün (9 il 10 ay) sığorta stajına daxil edilmədiyi, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. İddiaçı əmək kitabçasına əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək (02 ay 09 gün) 2 nömrəli Sabirabad sənaye kombinatında, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (01 ay 18 gün) Sabirabad tədarük kontorunda, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək (05 ay 12 gün) PMK 10 saylı idarədə, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (09 ay 02 gün) Sabirabad univermağında işləmiş, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (02 il 01 ay 03 gün) hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (23 il 03 ay 21 gün) "xxxx" ASC-də işləmişdir. Beləliklə, hesablama nəticəsində iddiaçının hərbi xidmət illəri ilə birlikdə ümumilikdə 26 il 11 ay 05 gün sosial sığorta stajının olduğu müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının əmək fəaliyyətində olduğu xx.xx.1974-cü il tarixdən xx.xx.1992-ci il tarixədək və hərbi xidmətdə olduğu dövrlərə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının əmək kitabçasına əsasən "xxxx" ASC-də işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan müddətə münasibətdə meydana çıxmışdır. Belə ki, cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının əmək kitabçasına əsasən qeyd edilən tarixlərdə işlədiyi idarənin əməkhaqqı kitabları dövlət arxivinə təhvil verilmədiyindən qarşılıqlı yoxlamanın aparılması mümkün olmadığı üçün həmin müddət sosial sığorta stajı kimi nəzərə alına bilməz. Belə olan halda da iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əməkhaqqı kitabları tam formada arxivə təhvil verilməsə də, iddiaçının işə girmə və işdən çıxma əmrləri barədə məlumatlar əmək kitabçasında mövcuddur, həmçinin iddiaçının həmin müəssisədə işlədiyi müəyyən edilmişdir. Bu, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisənin müvafiq dövrə aid əmr və əməkhaqqı kitablarının qorunub saxlanılmamasına, həmçinin həmin kitabların tam işlənilməməsinə, eləcə də həmin kitabların dövlət arxiv idarəsinə təhvil verilməməsinə görə həmin müəssisənin işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hallar iddiaçının ziyanına qiymətləndirilməməli, bu səbəbdən iddiaçı əmək pensiyası hüququndan məhrum edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı qeyd edilən tarixlərdə (xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək) sözügedən müəssisədə işlədiyini və əməkhaqqı aldığını və işləməsinə dair faktların (işə girmə və işdən çıxma əmrlərinin) əmək kitabçasında qeyd edildiyini bildirir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməməsinə, həmçinin iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini təsdiq edən əmək kitabçasındakı müvafiq qeydlərin, eləcə də müvafiq əmrlərin həqiqətə uyğun olmamasına, o cümlədən qeyd edilən tarixlərdə sözügedən müəssisənin fəaliyyətinin olmamasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 il sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2-1(120)-945/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-331/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-331/2023
06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver