Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-332/2023 08.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(120)-658/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona 16 iyul 2017-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 23 may 2023-cü il tarixli, 2- 1(120)-658/2023 nömrəli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məktub göndərərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtina məktubunu onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az - 1 il 10 ay 11 gün (xx.xx.2004xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. xx.xx.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı və 10 ildən artıq güzəştli iş stajı mövcuddur. Cavabdehin imtina məktubunda xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən az - 1 il 10 ay 11 gün (xx.xx.2004 -xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil etməsini qeyd etməsi əsassızdır. Belə ki, cavabdeh iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2004-cü ilədək 6-cı dərəcəli sementləyici aqreqatın maşinisti işləməsini güzəştli iş stajı kimi qəbul etmir. Halbuki 6-cı dərəcəli sementləyici aqreqatın maşinisti vəzifəsi cavabdehin xx.xx.2004xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərdə işlədiyi 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu vəzifəsi İlə eynilik təşkil edir, yəni sadəcə olaraq əmək kitabçasında motorçu vəzifəsi o dövrdə çox işlədildiyi üçün rus dilində maşinist kimi yazılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və indiyədək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və indiyədək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2004-cü ilədək 6-cı dərəcəli sementləyici aqreqatın maşinisti işləməsini güzəştli iş stajı kimi qəbul etmir. Halbuki 6-cı dərəcəli sementləyici aqreqatın maşinisti vəzifəsi cavabdehin xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərdə işlədiyi 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu vəzifəsi İlə eynilik təşkil edir, yəni sadəcə olaraq əmək kitabçasında motorçu vəzifəsi o dövrdə çox işlədildiyi üçün rus dilində maşinist kimi yazılmışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Neftçala rayonunda doğulmuş, Neftçala rayonu, Mirqurbanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1986-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən əmək fəaliyyəti ilə məşğuldur. İşdə olan xx.xx.1983-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan SOCAR Nəqliyyat İdarəsinin xx.xx.2021-ci il tarixli, SOCAR **********80020123X00012 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2013-cü il tarixdən ARDNŞ “Azneft” İB-nin Nəqliyyat Departamentinin 5 saylı texnoloji nəqliyyat sexinə 6-cı dərəcəli sementləmə aqreqatının motorçusu peşəsinə işə qəbul edilib (əmr № 1416/K, xx.xx.2013-cü il). ARDNŞ-nin xx.xx.2014-cü il tarixli, ARDNŞ/14-1000/01/SM-04-000003 nömrəli əmrinə əsasən “Azneft” İB-nin Nəqliyyat Departamenti xx.xx.2014-cü il tarixdən ARDNŞ-nin birbaşa tabeliyinə verilmişdir. xx.xx.2014-cü il tarixdən ARDNŞ Nəqliyyat Departamentinin 4 saylı texnoloji nəqliyyat bölümünün 2 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli sementləmə aqreqatının motorçusu peşəsinə keçirilmişdir (əmr № 192/K, xx.xx.2014-cü il). ARDNŞ-nin xx.xx.2014-cü il tarixli, ARDNŞ/14-1000/01/SM-04-000041 nömrəli əmrinə əsasən ARDNŞ-nin Nəqliyyat Departamenti xx.xx.2014-cü il tarixdən ARDNŞ-nin Nəqliyyat İdarəsi adlandırılmışdır. xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir (əmr № 1509/K xx.xx.2014-cü il). İxtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a" bəndinə əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək iddiaçının güzəştli stajı 7 ay 08 gün təşkil edir. İşdə olan SOCAR Baş ofis mərkəzi arxivinin xx.xx.2021-ci il tarixli, SOCAR **********80020123X00248 nömrəli arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən 1965-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1986-cı ildə (əmr № 25/k,xx.xx.1986-cı il) “Neftçalaneft” Neft və Qazçıxarma idarəsinin (NQÇİ) Texnoloji Nəqliyyat İdarəsinə (TNİ) İ~A3-66 21-44 nömrəli a/maşına 3-cü sinif sürücü peşəsinə işə qəbul edilmişdir. xx.xx.1986-cı ildə (əmr № 50/k, xx.xx.1986-cı il) müvəqqəti olaraq avtomaşın təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. SSRİ Neft Sənaye Nazirliyinin xx.xx.1987-ci il tarixli, 640 nömrəli əmrinə əsasən “Kürsəngi” TNİ “Neftçalaneft” NQÇİ-nin tərkibindən çıxarılaraq “Salyanneft” NQÇİ-nin tərkibinə verilmişdir. “Azneft” Birliyinin xx.xx.1987-ci il tarixli, 68 nömrəli əmrinə əsasən “Salyanneft” NQÇİ-nin Kürsəngi TNİ-si və “Neftçalaneft” NQÇİ-nin Neftçala TNİ-si birləşdirilmiş və “Salyanneft” NQÇİ- nin Kürsəngi TNİ-si kimi fəaliyyət göstərmişdir. xx.xx.1987-ci ildə (əmr № 31/k, xx.xx.1987-ci il) “Salyanneft” NQÇİ-nin Kürsəngi TNİ-nə 3-cü dərəcəli sürücü peşəsinə keçirilmiş, YA3-469 96-07 nömrəli a/maşına təhkim olunmuşdur. xx.xx.1989-cu ildə (əmr № 18/k, xx.xx.1989-cu il) Neftçala sahəsinin 3-cü sinif sürücüsü УA3-452 30-88 nömrəli (laboratoriya) a/maşına təhkim olunmuşdur. xx.xx.1991-ci ildə (əmr № 8/k, xx.xx.1991-ci il) TA3-53 60-41 nömrəli a/maşına təhkim olunmuşdur. xx.xx.1992-ci il tarixli, 42/k nömrəli əmrlə YA3-452 markalı a/maşının 3-cü sinif sürücüsü kimi növbəti məzuniyyətə buraxılmışdır. Haqq-hesab cədvəlində olan qeydə əsasən müvəqqəti olaraq 3/6 dərəcəli sürücü xx.xx.1994-cü ildə ZİL-130 08-99 nömrəli maşına keçirilmişdir. xx.xx.1997-ci ildə (əmr № 64/k, xx.xx.1997-ci il) Kpa3-250 CA-320 markalı 01-13 AİT saylı avtomaşının sürücü və maşinist heyəti ilə birlikdə Kürsəngi sahəsinin 3 saylı avtomobil H kolonuna keçirilmişdir. xx.xx.1998-ci il tarixli, 46/k nömrəli əmrlə Kpa3-250 CA-320 markalı 01-13 saylı avtomaşının 6-cı dərəcəli motorist-sürücüsü kimi əmək məzuniyyətinə buraxılmışdır. xx.xx.1999-cu ildə (əmr № 27/k, xx.xx.1999-cu il) sürücü və maşinist heyəti ilə birlikdə Neftçala sahəsinin 4 saylı avtomobil kolonuna keçirilmişdir. P.S SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində Kürsəngi TNİ-nin 2002-ci ilədək olan kadr, 2001-ci ilədək olan mühasibatlıq sənədləri saxlanıldığından işdən azad olunma barədə qeyd yazmaq mümkün deyildir. Haqq-hesab cədvəllərində 1990-cı ildə peşəsi xüsusi maşınların İİ qrupunda 3-cü dərəcəli sürücü, 1991-ci ildə 3-cü dərəcəli sürücü, 6-cı dərəcəli maşinist, 1992-ci ildə 6-cı dərəcəli maşinist, sürücü, 1993-cü ildə sementləmə aqreqatı maşını bölməsində 6-cı dərəcəli sürücü, 1994-cü ildə 3, 6 və 3/6-cı dərəcəli sürücü, 1995-ci ildə sementləmə aqreqatı maşını bölməsində 6-cı dərəcəli sürücü və maşınçı, 1996-1997-ci illərdə 6-cı dərəcəli sürücü, 1998-ci ildə 6-cı dərəcəli motorist, 1999-cu ildə 6-cı dərəcəli motorist, motorist-sürücü olaraq göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2021-ci il tarixli, 01-01ink/185 nömrəli arxiv arayışından görünür ki, “28 May” NQÇİ-nin sabiq işçisi xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək “28 May” NQÇİ-də sementləyici aqreqat motorçu vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən iddiaçının işlədiyi vəzifə güzəştli iş stajı sayılır və 09 il 10 ay 03 gün təşkil edir. İşdə olan SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli, **********80020115X00233 nömrəli arxiv arayışından görünür ki, xx xxxx 1965-ci il təvəllüdlü İddiaçı “Azneft” istehsalat Birliyinin Kürsəngi Texnoloji Nəqliyyat, Kürsəngi Qazma İşləri İdarəsində işləmişdir. “Azneft” İstehsalat Birliyinin xx.xx.2003- cü il tarixli, 08 nömrəli əmrinə əsasən Kürsəngi Texnoloji Nəqliyyat İdarəsi nəqliyyat sexi kimi xx.xx.2003cü il tarixindən Kürsəngi Qazma İşləri İdarəsinin tərkibinə verilmişdir. “Azneft” İstehsalat Birliyinin xx.xx.2005-ci il tarixli, 25 nömrəli əmrinə əsasən Kürsəngi Qazma işləri idarəsi qazma sexi kimi Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsinin tərkibinə verilmişdir. SOCARın xx.xx.2007-ci il tarixli, 51 nömrəli və xx.xx.2007-ci il tarixli, 60 nömrəli əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmış, Qobustan Kəşfiyyat Qazma İşləri idarəsi və Abşeron Qazma İşləri İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin xx.xx.2012-ci il tarixli, 82 nömrəli əmrinə əsasən Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsi qazma sexi kimi Abşeron Qazma İşləri İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 nömrəli əmrinə əsasən “Kompleks Qazma işləri“ trestinin Abşeron Qazma işləri İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 nömrəli əmrinə əsasən “Siyəzən”, "Qaradağ-Qalmaz”, “Abşeron” İstehsalat bölümləri halhazırda “Abşeron” istehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçının vəzifəsi güzəştli iş stajı sayılır və 09 ay, 17 gün təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-14050-kodu ilə qeyd edilmiş quyuların sementlənməsi üzrə maşinistlər peşəsi güzəştli iş stajı sayılır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası müəyyən etdi ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2006cı il tarixədək 20 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 10 ildən çoxunu güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı xx.xx.2017ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun xx.xx.2006-cı il tarixədək tələb edilən 10 il güzəştli iş stajının olmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. İddiaçı da cavabdehin imtinasını əsassız hesab edərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 20 il sığorta stajına malik olmalı və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil müddəti, hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq sosial sığorta stajına daxil edilməlidir. İlk öncə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, imtina məktubunda və məhkəməyə təqdim edilən etiraz və etiraza əlavə məktublarında iddiaçının xx.xx.2006-cı ilə qədər 10 il güzəştli iş stajının mövcud olmadığı bildirilmişdir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndinin (10.1) fəhlələr yarımbəndində vəzifələr nəzərdə tutulmuşdur. İddiaçı təqdim etdiyi 17 mart 1986cı il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az, yəni 01 il 10 ay 11 gün təşkil edir. Belə ki, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövr mübahisələndirilməyən güzəştli iş stajı hesab edilərək, sosial sığorta stajına daxil edilmişdir. SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30020123X00062 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarının Xİİ paraqrafına əsasən iddiaçının işlədiyi dövrdə xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 2130100a-14050 (2 nömrəli siyahı üzrə) kodu ilə quyuların sementlənməsi üzrə maşinistlər peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu digər illərə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarına əsasən iddiaçının işlədiyi peşələrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, İddiaçı İPM-in 13-cü maddəsinin tələbləri üzrə iddianın dəyişdirilərək “57 yaşdan” və ya “60 yaşdan” güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi kimi göstərilməsinin tövsiyə olunmasını məhkəmə məqsədəuyğun saymamışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən əvvəlki və sonrakı dövrdə qüvvədə olan tələbləri üzrə müvafiq olaraq 57 yaşdan və 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Çünki mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Yəni ümumi iş stajı və güzəştli iş stajının hər ikisinin mövcudluğu pensiya təyini üçün əsas hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmamağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan azdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə münasibətdə isə, onun 57 yaşı 16 iyul 2022-ci il tarixdə, yəni 1 iyul 2017-ci il tarixdən sonra tamam olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 57 yaş deyil, 60 yaşın tamam olması tələb olunur və iddiaçının məhkəmədə iddia qaldırdığı zaman 60 yaşı olmamışdır. Belə olan halda, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə 10 ildən artıq iş stajına malik olmadığından (xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək olan 9 ay 17 gün və mübahisəsiz dövr kimi heab edilən xx.xx.2004- xx.xx.2005-ci il tarixləri arasındakı dövr 1 il 10 ay 11 gün, cəmi 2 il 7 ay 28 gün), onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. Odur ki, iddiaçının “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişi sığortaolunanın azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ili həmin işlərdə çalışmışsa, 52 yaşına çatdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsaslıdır. Beləliklə, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(120)-658/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-332/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-332/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver