Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-334/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-173/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin 11 aprel 2023-c il tarixli protokolu vasitəsilə cavabdeh əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “pensiyanındayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin oktyabr ayınadək əmək pensiyası almış, lakin 2021-ci ilin oktyabr ayından əmək pensiyam dayandırılmışdır. Yaşa görə əmək pensiyasının yenidən bərpa edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan- Salyan regional filialına müraciət etmiş, cavabdeh orqan ona xx.xx.2022-ci il tarixli məktublabildirmişdir ki, xx.xx.2017-ci ildə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmin tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı 10 il olmuşdur. Onun pensiya hüququ yarandığı tarixdə ümumi sosial sığorta stajı 11 il 8 ay 29 gün olmuşdur. Lakin 1994-ci ildən 1999-ci ilədək X17 Ticarət İdarəsində işləməsi faktı Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilən əmr və əmək haqqı cədvəllərində 1991-ci ilin fevral ayından adı aşkar edilib 1994-cü ilin yanvar ayının 4-də son haqq-hesab ödənilməsi məlum olmuşdur. Lakin 1994-cü fevral ayından xx.xx.1999-cu ilədək olan əmək stajı Arxivdə saxlanılan əmr və əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi üçün həmin illərin əmək stajı təsdiq edilməmişdir. Bu səbəbdən X24 və Audit Departamentinin apardığı yoxlamaya əsasən ona təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Onun pensiya işi Fondun Arxiv və İnventarlaşdırılması Mərkəzi filialına təhvil verilmişdir. Belə ki, 1987-ci il tarixdən 1999-cu il tarixə kimi işləmiş və 6 uşaqanasıdır. 6 uşaq anasıdır, bundan başqa 1994-1999-cu illərdə Hacıqabul rayon “Qarışıq Mallar” Ticarət idarəsində işləmiş və əmək haqqı almışdır. Bu da Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 178 nömrəli arxiv arayışı və arayışı ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu təmamilə əsassızdır. Qeyd edilənləri nəzərə alaraq pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yaşa görə əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır. İddiaçının hüququ yarandığı (xx.xx.2017-cü il) tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən:Tələb olunan sosial sığorta stajı 10 il, İddiaçı ümumi sosial sığorta stajı 11 il 08 ay 29gün olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X19 və Audit Departamentinin apardığı yoxlama nəticəsində iddiaçıya təyin olunmuş əmək pensiyası dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. İddiaçının “Qarışıq Mallar” Ticarət İdarəsində xx.xx.1991- xx.xx.1999-cu illərdə işləməsi faktı Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilən əmr və əməkhaqqı cədvəllərinə əsasən yoxlanılmış və akt tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli yerində yoxlama aktına əsasən əməkhaqqı cədvəllərində 1991-ci ilin fevral ayında İddiaçı adına rast gəlinmiş, sonuncu haqq hesab ödənilməsi xx.xx.1994-cü il tarixə qeyd olunmuşdur. Sonraki illərə dair arxivdə saxlanılan əməkhaqqı cədvəllərində iddiaçının adına rast gəlinməmişdir. Nəticədə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sosial sığorta stajı olmadığından İddiaçı pensiyası dayandırılmışdır. Lakin Hacıqabul RayonDövlət Arxivin iddiaçıya verdiyi xx.xx.2021-ci il tarixli, 178 nömrəli arxiv arayışında İddiaçı 1991- 1998-ci illər üzrə əmək haqqı aldığı göstərilmişdir. Hacıqabul Rayon Dövlət Arxivinin müdiri V.F.Nağıyevin imzaladığı xx.xx.2021-ci il tarixli, 178 nömrəli arxiv arayışı ilə, arxiv müdirinin iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli yoxlama aktı arasında ziddiyyət mövcud olduğundan tərəflərindən Hacıqabul Rayon Dövlət Arxivində qorunub saxlanılan “Qarışıq Mallar” Ticarət İdarəsinin 1991-1999-cu il əmr və əmək haqqı cədvəllərinə baxış keçirilmiş, qarşılıqlı yoxlama aktı tərtib olunmuşdur. Belə ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlara əsasən, İddiaçı işə qəbul və işdən çıxma əmrləri, əmək haqqı cədvəllərində adı aşkar olunmamışdır. “Qarışıq Mallar” Ticarət İdarəsinin 1991-1999-cu il əmək haqqı cədvəllərində yalnız Məmmədova Rəna (ata adı göstərilmədən) adı aşkarlanmışdır. Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı da aid edilmişdir. Habelə Azərbaycan Respublikası Aii MəhkəməsiPlenumunun “Hüquqi əhəmiyyəti oian faktlann müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarınınəmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Eyni zamanda, əmək haqqı cədvəllərinə əsasən Məmmədova Rəna 1991-ci il üzrə 03 ay, 1992-ci il 05 ay, 1993-cü il 12 ay, 1995-ci il 02 ay, 1996-cıil 12 ay, 1997-ci il 11 ay, 1998-ci il 04 ay əmək haqqı almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2, 5 və 20.14-cü maddələrinin şərh edilməsinədair qərarında qeyd olunur ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumubelə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 2 və 1,0.5ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara ediiən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbitolunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunvericitərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərardaqeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən tələb olunan sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı inzibati iş üzrə iddia tələbinin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-173/2024 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçının “Qarısıq Mallar” Ticarət İdarəsində xx.xx.1991-xx.xx.1999-cu illərdə işləməsi faktı Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilən əmr və əməkhaqqı cədvəllərinə əsasən yoxlanılmış və akt tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli yerində yoxlama aktına əsasən əməkhaqqı cədvəllərində 1991 -ci ilin fevral ayında İddiaçı adına rast gəlinmiş, sonuncu haqq hesab ödənilməsi xx.xx.1994-cü il tarixə qeyd olunmuşdur. Sonraki illərə dair arxivdə saxlanılan əməkhaqqı cədvəllərində iddiaçının adına rast gəlinməmişdir. Nəticədə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sosial sığorta stajı olmadığından İddiaçı pensiyası dayandırılmışdır. Lakin Hacıqabul Rayon Dövlət Arxivin iddiaçıya verdiyi xx.xx.2021-ci il tarixli 178 nömrəli arxiv arayışında İddiaçı 1991-1998-ci illər üzrə əmək haqqı aldığı göstərilmişdir. Hacıqabul Rayon Dövlət Arxivinin müdiri V.F.Nağıyevin imzaladığı xx.xx.2021 -ci il tarixli 178 nömrəli arxiv arayışı ilə, arxiv müdirinin iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli yoxlama aktı arasında ziddiyyət mövcud olduğundan tərəfimizdən Hacıqabul Rayon Dövlət Arxivində qorunub saxlanılan “Qarışıq mallar ticarət idarəsinin” 1991-1999-cu il əmr və əmək haqqı cədvəllərinə baxış keçirilmiş, qarşılıqlı yoxlama aktı tərtib olunmuşdur. Belə ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlara əsasən, İddiaçı işə qəbul və işdən çıxma əmrləri, əmək haqqı cədvəllərində adı aşkar olunmamışdır. “Qarışıq mallar ticarət idarəsinin” 1991-1999-cu il əmək haqqı cədvəllərində yalnız Məmmədova Rəna (ata adı göstərilmədən) adı aşkarlanmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Eyni zamanda, əmək haqqı cədvəllərinə əsasən Məmmədova Rəna 1991-ci il üzrə 03 ay, 1992-ci il 05 ay, 1993-cü il 12 ay, 1995-ci il 02 ay, 1996-cı il 12 ay, 1997-ci il 11 ay, 1998ci il 04 ay əmək haqqı almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2,5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-173/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “pensiyanındayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi Qarışıq Mallar Ticarət İdarəsi fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər arxiv və müəssisədə yalnız İddiaçı ilə bağlı sənədlər tam olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına əsasən müəssisənin işçiləri ilə bağlı əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxivə tam təqdim edilmədiyi, ata adlarının isə yazılmadığı aşkar qeyd edilmişdir. Arxiv arayışında müəyyən dövrlər qeyd edilməmişdir ki, araşdırma nəticəsində həin dövrlərlə bağlı əmək haqqı cədvəlləinin arxivdə tam olmadığı müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən imtina və etiraz məktublarında göstərilən əsasların araşdırılması məqsədilə Hacıqabul rayon Dövlət Arxivinin müdiri X13 məhkəmə iclasına dəvət edilmiş, cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı ilə arxivdə olan sənədlərin əsllərinə bir daha baxış keçirilmiş, arxiv müdiri tərəfindən müəyyən suallar cavablandırılmış və yuxarıda qeyd edilənlərin bir daha öz təsdiqini tapdığı müəyyən edilişdir. Belə ki, müəssisə tərəfindən sənədlər dağınıq formada və tam olmayaraq arxivə təhvil verildiyi, ümumi işçilərin ata adlarının qeyd edilmədiyi müəyyən edilmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında giriş-çıxış əmrlərinin, əmək haqqı cədvəllərinin tam mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Eləcə də, cavabdeh inzibati orqanın imtina məktubunda əmək kitabçasının mötəbərliyi ilə bağlı qeyd etdiyi hallaramünasibət bildirərək məhkəmə qeyd edir ki, əmək kitabçasının düzgün doldurulmaması, qeydlərdə qaralama olması iddiaçının təqsiri səbəbilə olmamışdır. Belə ki, iddiaçının 1994-cü ildən sonra həmin müəssisədə işləməsi arxivdə olan sənədlərə əsasən öz təsdiqini tapır. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının işlədiyi illərionun sığorta stajına daxil edir. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası bərpa edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası, yuxarıda şərh olunan qanunvericiliyin normalarını rəhbər tutaraq qeyd edir ki, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. «Əmək pensiyaları haqqında» Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1962-ci il tarixdə doğulması və xx.xx.2017-ci il tarixdə pensiya hüququ qazanması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş şərtini ödəmişdir. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan görünür ki, iddiaçının pensiya hüququ qazandığı dövrə tələb olunan sığorta stajı 10 il olmuşdur. İddiaçının pensiya hüququ qazandığı dövrə kimi 11 il 8 ay 29 gün sığorta stajı olmuşdur. Həmin dövrdən cavabdeh tərəfindən hazırda mübahisələndirilməyən iş stajı 06 il 08 ay (xx.xx.1987-xx.xx.1991-ci il tarixinədək və xx.xx.1991-xx.xx.1994-cü il tarixədək olan dövrlər) təşkil edir. Cavabdeh tərəfindən mübahisələndirilən dövrlər 1994-cü fevral ayından xx.xx.1999cu il tarixədək olan dövrlərdir. Cavabdeh pensiyanın dayandırılmasını onunla əsalandırır ki, iddaçıya məxsus əmək kitabçasında qeyd olunan X17 Ticarət İdarəsindəki 1994-cü fevral ayından xx.xx.1999-cu ilədək olan dövr ilə bağlı əmək haqqı cədvəllərində iddiaçının adına rast gəlinmədiyi üçün həmin illərin əmək stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri (1994-cü fevral ayından xx.xx.1999-cu il tarixədək) və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən mötəbər hesab olunmalıdır. İşdə olan iddiaçıya məxsus ИТ ******* nömrəli, xx.xx.1989-cu il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1999- cu il tarixədək əmək fəaliyyətində olmuş, xx.xx.1991-ci il tarixdən Qazı- Məmməd şəhəri Ticarət idarəsinə keçməyi ilə əlaqədar olaraq AZSSR-nin ƏQM 36 maddəsinin 5 bəndinə əsasən köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1991-ci il tarixdən köçürmə yolu ilə 90 nömrəli mağazaya gözətçitəyin edilmiş, xx.xx.1999-cu il tarixdə işdən azad edilmişdir. İşdə olan Hacıqabul rayon Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli, İİ-İQ 311807 nömrəli çıxarışın surətindən görünür ki, X18 ilə X14 arasında nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra soyadları: kişi Əsədov, qadın Əsədova olmuşdur. İşdə olan Hacıqabul rayon Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli, Vİİİ-İQ 486329 nömrəli çıxarışın surətindən görünür ki, X10 xx.xx.1982-ci il tarixdə Haçıqabul şəhərində anadan olmuş, valideynləri qrafasında atası X18, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1984-cü il tarixli, X-ЖГ 264820 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1984-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X18, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1989-cu il tarixli, X-ЖГ 343478 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1989-cu il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X18, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1991-ci il tarixli, XV-ЖГ 484181 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1991-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X18, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1994-cü il tarixli, XVİİİ-ЖГ 332700 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1994-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X18, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Hacıqabul rayon Dövlət Arxivinin arayışında qeyd edilmişdir ki, Əsədova (Məmmədova) X12 rayon Dövlət Arxivində fond-20-də qorunub saxlanılan Hacıqabul rayon “Qarışıq Mallar” Ticarət idarəsinin 1991-1999-cu illərə aid olan əmək haqqı cədvəllərində qaytanlanmış kitablarda X5 adına 1991-1992-1993-1995-1996-1997-1998ci illərin əmək haqqı cədvəlində verilmiş arayışda olduğu kimi qeyd edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X33 Şəxsin 1 saylı X2 iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci ildə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmin tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı 10 il olmuşdur. Onun pensiya hüququ yarandığı tarixdəümumi sosial sığorta stajı 11 il 8 ay 29 gün olmuşdur.Lakin 1994-ci ildən 1999-ci ilədək X17 Ticarət İdarəsində işləməsi faktı Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilən əmr və əmək haqqı cədvəllərində 1991-ci ilin fevral ayından adı aşkar edilib 1994-cü ilin yanvar ayının 4-də son haqqhesab ödənilməsi məlum olmuşdur. Lakin 1994-cü fevral ayından xx.xx.1999-cu ilədək olan əmək stajı Arxivdə saxlanılan əmr və əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi üçün həmin illərin əmək stajı təsdiq edilməmişdir. Bu səbəbdən X24 və Audit Departamentinin apardığı yoxlamaya əsasən ona təyin edilmiş əmək pensiyası dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinə müraciəti əsasında xx.xx.2017-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyinedilmişdir. Vətəndaşın yaşa görə əmək pensiyası Dövlət Sosial Müdafiə X19 və Audit departamentinin apardığı yoxlamaya əsasən xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Fondun 4 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Hacıqabul rayonu Qarışıq Mallar Ticarət idarəsindəki xx.xx.1994-cü il tarixindən 04.01,1999-cu il tarixinədək olan dövr ilə bağlı əmək haqqı cədvəllərində vətəndaşın adına rast gəlinməyib. Bu səbəbdən həmin illər sığorta stajına daxil edilməmişdir. Bildiririk ki, onun xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyası tərəfimizdən yenidən hesablanmışdır. Belə ki, sığorta stajı xx.xx.1987-xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-xx.xx.1994-cü il tarixədək işlədiyi dövr daxil edilməklə 6 il 8 ay 29 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X33 şəxsin 1 saylı Şirvan-Salyan regional ərazi filialının aparıcı mütəxəssisi X4, Hacıqabul rayon Dövlət Arxivinin müdiri X6 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı xx.xx.1991-xx.xx.1999-cu illərdə “Qarışıq Mallar” ticarət idarəsində sığorta stajına daxil olan əmək stajını yerində yoxlanılmış, yoxlama zamanı İddiaçı işə qəbul olma və işdən çıxma əmrləri aşkar edilməmiş, 1991-1999-cu illər üzrə əmək haqqı cədvəllərində İddiaçı adı müəyyən edilməmişdir. “Qarışıq Mallar” ticarət idarəsində 1991-1998-ci illərin əmək haqqı cədvəllərində Məmmədova Rənanın (ata adı göstərilməmişdir) adı aşkarlanmışdır. Məmmədova Rənanın işə qəbul və işdən çıxma əmrləri müəyyən edilməmişdir. Məmmədova Rənanın əmək haqqı arayışı akta əlavə olunmuşdur. İşdə olan Hacıqabul rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022ci il tarixli, 59 nömrəli məktubundan görünür ki, Hacıqabul rayon Dövlət Arxivində, İddiaçı Xal it qızının “Qarışıq Mallar” Ticarət idarəsində xx.xx.1991-xx.xx.1999-cu illərdə işləməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əlavə edilmiş əmək haqqı barədə arayışda, əmək haqqının göstərilmədiyi dövrlərin əmək, haqqı cədvəlləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İşdə olan Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1506 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Hacıqabul şəhəri, Ə.Vahid küçəsi 60 saylı evdə yaşayır, 5 (beş) uşağı vardır. Səkkiz yaşına kimi özü böyüdüb tərbiyə etmişdir, işləmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-1-10596/2023 nömrəli məktubundan görünür ki, İddiaçı 1 saylı Şirvan-Salyan regional filialına ünvanlanmış ərizəsi xx.xx.2022-ci il tarixində Mərkəzi Filiala daxil olmuş və xx.xx.2022-ci il tarixində **********7 nömrəli məkktubla cavablandırılmışdır. İddiaçı xx.xx.2017-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə (azı 10 il sığorta stajı) əsasən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən onun xx.xx.1987-ci il tarixindən xx.xx.1991ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrlər üzrə ümumilikdə 11 il 8 ay 29 gün sığorta stajı nəzərə alınmışdır. Xidməti yoxlama nəticəsində İddiaçı qanunla tələb olunan sığorta stajının olmadığı müəyyən edilmiş və onun yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Hacıqabul rayon Dövlət Arxinin xx.xx.2021-ci il tarixli aktına və 1 saylı X2 xx.xx.2022-ci il tarixli aktına əsasən Flacıqabul rayon Dövlət Arxivində qorunub saxlanılan Qarışıq Mallar Ticarət idarəsinin 1991-1999-cu illər əmr və əməkhaqqı cədvəllərinə baxış keçirilmiş və İddiaçı əmr kitablarında işə qəbul olma və işdən çıxma əmrləri aşkar edilməmişdir. Qeyd olunan səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq müəssisənin arxiv sənədləri dövlət arxivinə tam təhvil verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması və əmək haqqı alması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 1994-cü fevral ayından xx.xx.1999-cu il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası onu da edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının işlədiyi, lakin cavabdeh tərəfindən nəzərə alınmayan 1994-cü fevral ayından xx.xx.1999-cu il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh inzibati orqan apellyasiya şikayətində mübahisələndirilən dövr kimi iddiaçının 1994-cü fevral ayından xx.xx.1999-cu ilədək olan əmək stajı Arxivdə saxlanılan əmr və əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi üçün həmin dövrlər əmək stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bildirdiyi hal iddiaçının təqsiri ilə bağlı yarana biləcək hal olmadığı üçün onun pensiya hüququnun məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Araşdırma ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal “Qarışıq mallar ticarət idarəsinin” həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, Qarışıq Mallar Ticarət İdarəsi fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. İddiaçının işə qəbul və işdən çıxma əmrlərinin olmaması və əmək haqqı cədvəllərində İddiaçı adının aşkar edilməməsi və yaxud həmin sənədlərin tam şəkildə arxivə təhvil verilməməsi iddiaçının təqsiri səbəbilə olmamışdır. Bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə kollegiyası iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər arxiv və müəssisədə yalnız İddiaçı ilə bağlı sənədlər tam olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına əsasən müəssisənin işçiləri ilə bağlı əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxivə tam təqdim edilmədiyi, ata adlarının isə yazılmadığı aşkar qeyd edilmişdir. Arxiv arayışında müəyyən dövrlər qeyd edilməmişdir ki, araşdırma nəticəsində həmin dövrlərlə bağlı əmək haqqı cədvəlləinin arxivdə tam olmadığı müəyyən edilmişdir. Belə ki, işdə olan Hacıqabul rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 59 nömrəli məktubundan görünür ki, Hacıqabul rayon Dövlət Arxivində, İddiaçı “Qarışıq Mallar” Ticarət idarəsində xx.xx.1991-xx.xx.1999-cu illərdə işləməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əlavə edilmiş əmək haqqı barədə arayışda, əmək haqqı barədə məlumatların göstərilməməsinin səbəbi, həmin dövrlərə dair əmək haqqı cədvəllərinin Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilməməsi olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtina və etiraz məktublarında göstərilən əsasların araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən Hacıqabul rayon Dövlət Arxivinin müdiri X13 məhkəmə iclasına dəvət edilmiş, cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı ilə arxivdə olan sənədlərin əsillərinə baxış keçirilmiş, arxiv müdiri tərəfindən müəyyən suallar cavablandırılmış və yuxarıda qeyd edilənlərin bir daha öz təsdiqini tapdığı müəyyən edilmişdir. Belə ki, müəssisə tərəfindən sənədlər dağınıq formada və tam olmayaraq arxivə təhvil verildiyi, ümumi işçilərin ata adlarının qeyd edilmədiyi müəyyən edilmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında giriş-çıxış əmrlərinin, əmək haqqı cədvəllərinin tam mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Belə ki, iddiaçının 1994-cü ildən sonra həmin müəssisədə işləməsi arxivdə olan sənədlərə əsasən öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının işlədiyi illəri onun sığorta stajına daxil edir. Qeyd olunan iş stajı cəmləndikdə, iddiaçının tələb olunan 10 ildən çox ümumi iş stajı mövcuddur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya təyin edilmiş pensiyanın dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla haqlı mövqe sərgiləmişdir. Ən əsası isə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli, 131/02 nömrəli qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixdən çox uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının hazırda mübahisələndirilən “Qarışıq Mallar” Ticarət idarəsində işlədiyi xx.xx.1991-xx.xx.1999-cu illər cavabdeh tərəfindən sığorta stajı kimi nəzərə alınmışdır (bax iş vərəqi 132). Lakin sonradan DSMF-nun Daxili Audit yoxlaması nəticəsində iddiaçının 1994-1999-cu illər üzrə sosial sığorta stajı yoxlanılmış və həmin dövrlərdə işlədiyi müəssisənin əmr və əmək haqqı cədvəlləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2021-ci ildən dayandırılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı pensiya təyin edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, 131/02 nömrəli qərar ləğv edilməmiş və yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən dayandırılması ilə bağlı qərar qəbul olunmamışdır. İddiaçı onun əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətindən imtina etmişdir. Hazırda iddiaçı ona təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixindən bərpa edilməsini xahiş edir. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı pensiya təyin edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, 131/02 nömrəli qərarı yazılı inzibati akt ilə ləğv edilməmiş və İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən dayandırılması ilə bağlı qərar qəbul olunmamışdır. Məhkəmə kollegiyası, müəyyən etdiyi işin faktiki hallarını yuxarıda şərh olunan hüquq normaları daxilində qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixindən dayandırılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz və əsassız, həmin pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddiaçının tələbi isə əsaslı və qanuni olmuşdur. Belə ki, Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını "İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh "İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın ləğv olunması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq "Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, "Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması "İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya pensiya təyin edilməsinə dair xx.xx.2018-ci il tarixli, 131/02 nömrəli inzibati aktın qanunsuz sayılması barədə "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən, həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhz bu səbəbdən cavabdeh tərəfindən iddiaçının pensiya ödənişinin dayandırılması qanunsuz olmaqla iddiaçının konstitusion sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixli, 131/02 nömrəli qərar ilə pensiya təyin edilərkən onun 1994-cü fevral ayından xx.xx.1999-cu il tarixədək “Qarışıq Mallar” Ticarət idarəsində işlədiyi dövrləri sosial sığorta stajına daxil edilmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya təyin edilmiş pensiyanın ödənişi cavabdeh tərəfindən faktiki olaraq xx.xx.2021-ci il tarixdən dayandırılmış və bununla bağlı qərar (inzibati akt) qəbul edilməmişdir. Lakin, sonradan inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə **********7 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın məzmunundan da görünür ki, pensiyanın ödənişi Daxili Audit tərəfindən dayandırılmışdır. Yəni, iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərar əsasında deyil, cavabdeh inzibati orqanın faktiki xarakterli hərəkətləri nəticəsində dayandırılmışdır. Belə olan halda iddiaçının hüquqi marağı tələb edir ki, o, məqsədinə çatmaq üçün həmin qərarın ləğv edilməsini deyil, cavabdeh inzibati orqanın üzərinə müvafiq hərkətlərin edilməsi (pensiyanın bərpa edilməsi və ödənilməsi) öhdəliyinin qoyulmasını tələb etsin. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hazırki iddia tələbi daxilində yəni, öhdəliyin icrasına dair iddia növündə, inzibati orqanın faktiki xarakterli hərəkətlərinin qanuniliyinə baxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-173/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-334/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-334/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver