Məhkəmə qərarları › İş №2-1(106)-334/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-334/2025

17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-334/2025 17.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, X20 ooğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona ayrılmış 300 kv.m torpaq sahəsi üzərində müilkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-353/2024 saylı qərarından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şşikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona ayrılmış 300 kv.m torpaq sahəsi üzərində müilkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona ayrılmış 300 kv.m torpaq sahəsi üzərində müilkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(120)-1096/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı ərazi idarəsinə qarşı "Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona ayrılmış 300 kv.m torpaq sahəsi üzərində müilkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə Lənkəran rayonu Sütəmurdov bələdiyyəsi zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(120)-353/2024 nömrəli qərardadından görünür ki, X11 və X12 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sütəmurdov Bələdiyyəsinin 17 oktyabr 2007-ci il tarixli 12 saylı qərarı əsasında ona 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin təyinatı sahibkarlıq fəaliyyəti üçün olmuşdur. Qeyd edilən torpaq sahəsi X19 kitabında 02 aprel 2010-cu il tarixdə A № 408462 /122 nömrə ilə uçota alınmış, plan və ölçüsü tərtib edilmişdir. Amma buna baxmayaraq həmin torpaq sahəsinin üzərində müilkiyyət hüquqları hələdə qeydiyyata alınmamışdır. Halbuki, həmin torpaq sahəsinin üzərində müilkiyyət hüquqlarının qeydiyyata alınması üçün bütün sənədlər mövcuddur. Yuxarıda yazılanları nəzərə alaraq ki, Sütəmurdov Bələdiyyəsinin 17 oktyabr 2007-ci il tarixli 12 saylı qərarı əsasında iddiaçıya ayrılmış 300 kv.m torpaq sahəsi üzərində müilkiyyət hüququnun qeydiyyata alınmasını Daşınmaz Əmlakın 10 saylı Lənkaran ərazi idarəsindən xahiş etsə də müraciətinə cavab verilməmişdir. Ərizənin cavabdeh qurum tərəfindən cavablandırılmaması əsassızdır. Sütəmurdov Bələdiyyəsinin 17 oktyabr 2007-ci il tarixli tarixli. 12 saylı qərarı əsasında iddiaçıya ayrılmış 300 kv.m torpaq sahəsi üzərində müilkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-353/2024 saylı qərarı ilə (hakim Amilya Hüseynova) iddia təmin edilmiş, Lənkəran rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, sahibkarlıq üçün ayrılmış (300 kv.m) 0.03 ha (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsi üzrə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmuş və iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülməsi qərara alınmışdır. Həmin qərardan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-353/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şşikayətinin dəlilləri: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə tərəf olaraq bizim 3-cü şəxs qismində cəlb edilməyimizdən və keçirilən məhkəmə iclaslarının heç birindən məlumatımız olmamış, heç bir məhkəmə iclasında iştirak etməmiş və ünvanımıza da heç bir məhkəmə bildirişi gəlməmiş, xəbərdar edilməmişik. Yalnız təsadüfən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən belə bir qərar çıxarılması barədə bildirilmiş və yalnız bundan sonra məlum olmuşdur ki, Şirvan İnzibati Məhkəməsində İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Sütəmurdov bələdiyyəsinin 17 oktyabr 2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona ayrılmış 300 kv.metr torpaq sahəsi üzərində müilkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasına baxılaraq iddia thəmin edilmiş və Lənkəran rayon Sütəmurdov bələdiyyəsinin 17 oktyabr 2007-ci il tarixli, 12 saylı qərarına əsasən sahibkarlıq üçün ayrılmış (300 kv.m) 0,03 ha (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsi üzrə müilkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə Kollegiyasının nəzərinə çatdırıram ki, həmin iş üzrə İddiaçı qaynatası X2 İnzibati Məhkəməsində eyni məzmunlu, 0,05 ha torpaq sahəsi üzərində müilkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırmış, həmin iddia da eyni hakimin, yəni Amilya xanım Hüseynovanın icraatında olmuşdur. Həmin işin mövcudluğu barədə Şirvan Apellyasiya Məhkəməsinin icraatında əlaqəli müilki iş olarkən məlumat əldə etdiyimizdən tərəfimizdən məhkəməyə ərizə təqdim edilərək Şirvan İnzibati Məhkəməsinin icraatında olan sözügedən işə yekun verilənədək həmin apellyasiya icraatında olan işin icraatı dayandırılmışdır. Həmin, inzibati məhkəmənin icraatında olan Sadıq BBağırovun yuxarıda qeyd edilən tələbinə dair işə münasibətdə tərəfimizdən rəsmi olaraq 08 iyul 2024-cü il tarixdə etiraz təqdim edilmiş və məhkəməyə məlum olmayan hallar barədə məlumat verərək mənafeyimizə toxunulduğundan "xxxx" MMC-nin həmin iş üzrə maraqlı şəxs qismində cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə də ərizəmizi thəmin edərək "xxxx" MMC-ni Sadıq BBağırovun iddia tələbinə dair inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Həmin iş üzrə bir neçə məhkəmə iclasında iştirak etmiş və növbəti məhkəmə iclası 14 aprel 2025-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, bütün bunlardan başqa "xxxx" MMC Şirvan İnzibati Məhkəməsində 24 sentyabr 2024-cü il tarixdə başqa bir iddia qaldıraraq cavabdeh Lənkəran rayonu Sütəmurdov bələdiyyəsinin 0,03 ha torpaq sahəsinin İddiaçı ayrılması, eləcə də 0,05 ha torpaq sahəsinin X13 ayrılmasına dair xx.xx.2007-ci il tarixli 12 saylı qərarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və həmin iş üzrə də hakim Fehruz Abbasovun sədrliyi ilə bir neçə məhkəmə iclası keçirilmiş və həmin iş üzrə İddiaçı və eləcə də X16 3-cü şəxs qismində cəlb edilmişlər. Digər bir xüsusat isə odur ki, İddiaçı Lənkəran Rayon Məhkəməsində cavabdehlər X6, X7, X12 və Lənkəran rayon Sütəmurdov bələdiyyəsinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi» tələbinə dair iddia qaldırmış və Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 2(049)-1143/2024 saylı qətnaməsinə əsasən həmin iddia thəmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 2(049)- 1143/2024 saylı qətnaməsinin surəti əlavə edilir. Daha sonra onun tərəfindən verilən apellyasiya şikayəti isə Şirvan Apellyasiya Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 2(106)-617/2024 nömrəli qərardadı ilə qeyri mümkün hesab edilmişdir. (06 sentyabr 2024cü il tarixli 2(106)-1617/2024 nömrəli qərardadı şikayatə əlavə edilir.) Fikir aydınlığı yaratmaq üçün nəzərinizə çatdırmaq istəyirəm ki, Bank VTB Azərbaycan ASC-yə məxsus olmuş və Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən ümumi sahəsi 0.1709 hektar torpaq sahəsi və onun üzərində olan 195.8 kv.m qeyri-yahayş binasını hərrac vasitəsilə Lənkəran rayonu Ahağı-Nüvədi qəsəbə sakini X14 tərəfindən alqı-satqı yolu ilə alınmş və həmin torpaq sahələri və qeyri yahayış binası X5 adına sənədləşdirilmişdir. Eləcə də həmin torpaq sahəsinə bitişik olmaqla eyni ərazidə 1,26532 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 2871,6 kv.metr olan qeyri-yaşayış sahəsi də Namiq Nəcəfovun adına çıxarış alınıb sənədləşdirilməklə daha sonra həmin torpaq sahəsini və qeyri-yaşayış binasını Namiq Nəcəfov həyat yoldaşı, yəni X7 bağışladığından X14 ilə Səlimə Əliyeva arasında 13 dekabr 2018-ci il tarixdə Daşınmaz əmlakın bağışlanması haqqında müqavilələr bağlanmş və həmin müqavilələr əsasında həmin torpaq sahəsi və qeyri-yaşayış binası Səlimə Əliyevanın müilkiyyətinə keçmişdir. Bu barədə Səlimə Əliyevaya Daşınmaz Əmlakın Dövlət reyestrində 4 nömrəli kitabın 108-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli və **********04-06301 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Bundan sonra həmin sahə hasara alınarkən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin reyestrin koordinatları əsasında zəbt edilmiş müəyyən hissəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan X16 tərəfindən yanacaq doldurma məntəqəsi üçün qanunsuz olaraq ofis binası tikdirilmiş, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının 40 faizi yerləşir. Sadıq Bağırovdan zəbt etdiyi torpaq sahəsini buraxması tələb edilsə də, ilk vaxtlar o, torpaq sahəsini zəbt etmədiyini, həmin çənlərin özünə məxsus olan torpaq sahəsində yerləşdiyini iddia etmiş ancaq Daşınmaz Əmlakın Dövlət Reyestrinin 10 sayl ərazi idarəsinə edilmiş müraciətə əsasən həmin torpaq sahəsi yerində ölçülərək koordinatları müəyyən edilərkən Sadıq Bağırovun həmin çənlərinin və digər adları qeyd edilən tikililərin Səlimə Əliyevaya məxsus olan torpaq sahəsində yerləşdirdiyini və həmin torpaq sahəsinii zəbt etdiyini baha düşərək etiraf etmişdir. Bununla belə sonradan dəfələrlə Sadıq Bağırova iddiaçıya məxsus olan torpaq sahəsini zəbtdən azad etməsini və orada aparmış olduğu qanunsuz tikililərin sökülməsini tələb edəndə Sadıq Bağırov hər dəfə müxtəlif bəhanələr gətirməklə mülkiyyətə aid olan torpaq sahəsini zəbtdən azad etməmişdir. Hansı ki, sözügedən torpaq sahəsi ilə bağlı Lənkəran rayon PŞ-də araşdırma aparılarkən Sadıq Bağırov rəsmi olaraq izahat verərək qeyd edilən torpağın müəyyən hissəsini zəbt etdiyini bildirmişdir. Sadıq Bağırov sonradan Səlimə Əliyevanın mülkiyyətində olmaqla hasara alınmış torpaq sahəsinə bitişik olan 0,05 ha torpaq sahəsini sənədləşdirib həmin vaxt oranın müilkiyyətçisi olmuş Səlimə Əliyevaya verəcəyini təklif etsə də, sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsinin ilkin sənədlərdən başqa heç bir hüquq müəyyənedici sənədi yoxdur və müvafiq çıxarış verilmədiyindən Sadıq Bağırovun mülkiyyətində deyildir, eləcə də İddiaçı münasibətdə bələdiyyə tərəfindən verilmiş 0,03 ha torpaq sahəsi tamamilə qanunsuz olaraq satılmışdır. Hesab edirik ki, həmin işlər bir-biri ilə əlaqəli olduğundan və hər iki işin kökündə bələdiyyə qərarı durduğundan məhkəmə ilk növbədə bələdiyyə qərarının ləğvinə dair işə baxıb yekun qərar qəbul etdikdən sonra sözügedən işə nəticə verilə bilərdi. Qeyd edilənlər nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-353/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Müilki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Müilki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 27.1. İnzibati məhkəmə icraatının iştirakçıları, hahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şşikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şşikayətin əsaslandırma hissəsi birbaha apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şşikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ thəmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şşikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şşikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şşikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şşikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ahağıdakılara əsasən apellyasiya şşikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə thəminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına thəminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(120)-353/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona ayrılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə X11 və X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-353/2024 saylı qərarı ilə iddia təmin edilmiş, Lənkəran rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, sahibkarlıq üçün ayrılmış (300 kv.m) 0.03 ha (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsi üzrə müilkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmuş və iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-353/2024 saylı məktubu ilə Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024cü il tarixli, 2-1(120)-353/2024 saylı qərarının surəti tanış olmaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə, Lənkəran rayon Sütəmurdov Bələdiyyəsinə, X7 və X8 rəsmi qaydada göndərilmişdir. Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti birinci instansiya məhkəməsində inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb olunmamış və Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2- 1(120)-353/2024 saylı qərarının surəti ona təqdim edilməmişdir. Bu arada qeyd olunmalıdır ki, məhkəmə sənədləri istənilən şəxsə deyil, yalnız məhkəmə icraatının iştirakçılarına(proses iştirakçılarına) təqdim olunur. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını ahağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 27.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları, hahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 27.3-ci maddəsinə əsasən iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin thəmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Yuxarıda qeyd olunan hüquq normalarına görə tələblərinin təmin olunmadığı hallarda məhkəmənin yekun qərarından yalnız inzibati məhkəmə icraatının iştirakçıları, o cümlədən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Lakin, işdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti birinci instansiya məhkəməsində inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə verilmiş apellyasiya şşikayəti ona hüququ olmayan şəxs tərəfindən yəni, inzibati məhkəmə icraatının iştirakçısı tərəfindən verilmədiyindən və bu hal apelyasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina üçün əsas olduğundan, hazırki apelyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi yardım məktubu ünvanlanmış və yuxarıda qeyd edilən məsələlər onun nəzərinə çatdırılmışdır. Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X9rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şşikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şşikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şşikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar