Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-337/2023 15.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X6 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-ci il tarixli, 2-1(120)-2275/2023 nömrəli qərarından cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən yaş və staj tələbləri əsas götürülməklə 01 yanvar 2006-cı il tarixə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında 23 oktyabr 2020-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 02 iyun 2023-cü il tarixli, 2- 1(120)-2275/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2006-cı il tarixədək işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 57 yaşdan, yəni 23 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə doğulmuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Azneft” X11 X17 kontorunda gözətçi, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “AzSTM” trestinin Əli-Bayramlı Montaj İdarəsində çilingər-santexnik, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Qazaxıstanda yerləşən X1 İxtisaslaşdırılmış İdarəsində 2-ci dərəcəli termoizolyatorçu, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “AzSanitar” X3 Əli-Bayramlı Quraşdırma İdarəsində çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Avtomobil Nəqliyyatı Nazirliyi Təmir-Tikinti İdarəsinin Əli Bayramlı sahəsində çilingər-santexnik, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “AzSTM” trestinin Əli-Bayramlı Montaj İdarəsində çilingər-santexnik, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Əli-Bayramlı Dəzgahqayırma zavodunda çilingər, xx.xx.1990-cı ildən isə elektrik qaynaqçısı, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Əli-Bayramlı şəhəri “Alət” kooperativində elektrik qaynaqçısı, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Əli-Bayramlı Dəzgahqayırma zavodunda elektrik qaynaqçısı, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" Azərbaycan-X14 müəssəsinin Əli-Bayramlı filialın qazanın təmiri sahəsində elektrik qaynaqçısı, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Dövlət Şirkəti İstehsalat Təmir Müəssisəsində elektrik qaynaqçısı və xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-də elektrik qaynaqçısı işləmişdir. O, güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından aydın olur ki, İddiaçı ümumi iş stajı 24 il 3 ay 19 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1987-xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.1984-cü il xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1997-ci il, xx.xx.1999-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan həddən (25 il) azdır. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. İşin faktiki hallarına əsasən iddiaçının "xxxx" Azərbaycan-X8 işlədiyi və əməkhaqqı aldığını iddia etdiyi xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı illər onun sosial sığorta stajına daxil edilməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən aparılan araşdırma zamanı adıçəkilən müəssisənin xx.xx.1994-cü il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən qeyd olunan dövrlər üzrə iddiaçının əmək fəaliyyətini təsdiq edən sənədlər, o cümlədən əməkhaqqı cədvəllərini, işləməsi faktını təsdiq edən arxiv sənədlərini müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, onlar güzəştli iş stajı dövrünü mübahisələndirmirlər. Onlar yalnız ümumi iş stajının yetərli olmaması ilə əlaqədar apellyasiya şikayəti vermişdirlər. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, o, 1997-1999-cu illərdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı işlədiyi "xxxx" Azərbaycan-Rusiya müəssisəsi "xxxx" ASC-nin bazasında fəaliyyət göstərmişdir. Müəssisənin əsas mərkəzi Bakı şəhərində yerləşirdi və müəssisə enerji istehsalı ilə məşğul olurdu. Şirvan şəhərində müəssisənin bir sahəsi yerləşirdi. 1999-cu il tarixdən halhazıradək "xxxx" ASC-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.1990-cı il tarixdən sonra iş yerləri dəyişsə də, xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək müxtəlif müəssisələrdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmişdir. "xxxx" Azərbaycan-X13 və "xxxx" ASC ayrı-ayrı müəssisələr idi, amma əlaqəli, birgə fəaliyyət göstərirdilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 12A-da yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən və tərcüməsindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Azneft” X11 X17 kontorunda gözətçi, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “AzSTM” trestinin Əli-Bayramlı Montaj İdarəsində çilingər-santexnik, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Qazaxıstanda yerləşən X1 İxtisaslaşdırılmış İdarəsində 2-ci dərəcəli termoizolyatorçu, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “AzSanitar” X3 Əli-Bayramlı Quraşdırma İdarəsində çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Avtomobil Nəqliyyatı Nazirliyi Təmir-Tikinti İdarəsinin Əli Bayramlı sahəsində çilingər-santexnik, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “AzSTM” trestinin Əli-Bayramlı Montaj İdarəsində çilingərsantexnik, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Əli-Bayramlı Dəzgahqayırma zavodunda çilingər, xx.xx.1990-cı ildən isə elektrik qaynaqçısı, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Əli-Bayramlı şəhəri “Alət” kooperativində elektrik qaynaqçısı, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Əli-Bayramlı Dəzgahqayırma zavodunda elektrik qaynaqçısı, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" Azərbaycan- X14 müəssəsinin Əli-Bayramlı filialın qazanın təmiri sahəsində elektrik qaynaqçısı, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Dövlət Şirkəti İstehsalat Təmir Müəssisəsində elektrik qaynaqçısı və xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-də elektrik qaynaqçısı işləmişdir. İşdə olan xx.xx.2001-ci il tarixli, AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01-FA/172 nömrəli işin xarakteri haqqında arxiv arayışdan görünür ki, İddiaçı xx.xx.1999-cu ildən (əmr № 06щ. xx.xx.1999-cu il) “Azbaşenerji”-nin İstehsalat-Təmir müəssisəsinin Turbin Avadanlıqlarının təmiri üzrə Əli-Bayramlı daimi təmir sahəsində 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə (əmr № 28-kş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) əsasən işdən azad edilmişdir. xx.xx.2009cu ildə (əmr №-04/17-kş, xx.xx.2009-cu il) "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Şirvan Təmir sahəsinin Turbin Avadanlıqlarının Təmiri sexinə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2012-ci ildə ( əmr № 48/6kş. xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşələr, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarının XXİİİ “Ümumi peşələr” Fəslinin 2-ci Siyahısına “Rezervuarların, bakların və sisternlərdə əl ilə qaynaq aparan elektrik qaynaqçıları” xüsusi zərərli iş şəraiti hesab edildiyindən Elektrik stansiyalarında qazanxana, turbin avadanlığını yerində təmir edən və qaynaq işlərini aparan elektrik qaynaqçılarının işi də bilavasitə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. "xxxx" ASC-nin ATÜ/442 nömrəli, xx.xx.2015-ci il tarixli əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Güzəştli pensiya üçün staj 06 il 09 ay 07 gün təşkil edir. “Azbaşenerji”-nin xx.xx.1978-ci il tarixli, 401 nömrəli əmrinə əsasən “Azərenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 nömrəli əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüqiqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli, AÜ 032 nömrəli əmrinə əsasən "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli, AÜ 40 nömrəli əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 17 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci ildə (Əmr №-65-km, xx.xx.1997-ci il) "xxxx" Azərbaycan-X14 Müəssisəsinin X2 təmiri sahəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilib və xx.xx.1999-cu ildə (Əmr №-01-km, xx.xx.1999-cu il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. İddiaçı xx.xx.1997-xx.xx.1999-cu il tarixlərdə işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci “Ümumi peşələr” fəsilinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə (şifrə- ********) əsasən 23200000-19906 saylı şifrəsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 01 il, 02 ay, 26 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" Azərbaycan-X13 ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C10515\2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş 20 fevral 1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan X8 işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zaınanı adıçəkilən müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrü iş stajına daxil etmək mümkün olmadığından 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 3 ay 19 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1997-ci il, xx.xx.1999-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********531400 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin hüquqi ünvanı ünvan 2 Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Vergi orqanının uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 nömrəli VÖEN-lə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası müəyyən etdi ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 12 il 6 ayından çoxunu güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun xx.xx.2006-cı il tarixədək tələb edilən 25 il ümumi iş stajının olmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. İddiaçı da cavabdehin imtinasını əsassız hesab edərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (1 il 9 ay 10 gün) “Azneft” X11 X17 kontorunda işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (2 il 9 ay 26 gün) hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (4 ay 8 gün) “AzSTM” trestinin Əli-Bayramlı Montaj İdarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (1 ay 4 gün) Qazaxıstanda yerləşən X1 İxtisaslaşdırılmış İdarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (9 ay 8 gün) “AzSanitar” X3 Əli-Bayramlı Quraşdırma İdarəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək (1 il 5 ay 29 gün) Avtomobil Nəqliyyatı Nazirliyi Təmir-Tikinti İdarəsinin Əli Bayramlı sahəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (1 il 7 ay 6 gün) “AzSTM” trestinin Əli-Bayramlı Montaj İdarəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək (1 il 3 ay 20 gün) X9 zavodunda, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək (2 ay 29 gün) “Alət” kooperativində, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (6 il 8 ay 5 gün) X9 zavodunda, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (1 il 2 ay 27 gün) "xxxx" Azərbaycan-X14 müəssisəsinin Əli Bayramlı (Şirvan) filialının qazanın təmiri sahəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2002ci il tarixədək (2 il 5 ay 9 gün) "xxxx" Dövlət Şirkəti “İstehsalat təmir müəssisəsi”ndə və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (3 il 6 ay 18 gün) "xxxx" ASC-də işləmişdir. Belə hesablama nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (25 il 6 ay 19 gün) sığorta stajı var ki, bu da iddiaçıya hüququnun yarandığı 57 yaşdan, yəni 23 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 6 ay güzəştli sığorta stajının olmasına münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Belə ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək X9 zavodunda əl ilə elektrik qaynaqçısı, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Alət kooperativində əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (7 il 8 ay 5 gün) X9 zavodunda əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.1997-ci il tarixdən xx.xx.1999cu il tarixədək (1 il 2 ay 26 gün) "xxxx" Azərbaycan-X14 müəssisəsinin Əli X7 təmiri sahəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək (2 il 5 ay 9 gün) "xxxx" Dövlət Şirkəti “İstehsalat təmir müəssisəsi”-nin Əli Bayramlı turbin təmiri sahəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (3 il 6 ay 18 gün) "xxxx" Əli Bayramlı DRES-in təmir quraşdırma sexində əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmişdir ki, həmin peşə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”-nda XXXİİİ (Ümumi peşələr) bölmə, “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000—19906)” öz əksini tapmışdır. Tərəflər arasında mübahisə iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi sosial sığorta stajının olub-olmamasına münasibətdə ortaya çıxmışdır. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi və əməkhaqqı aldığını iddia etdiyi "xxxx" Azərbaycan-X13 xx.xx.1994-cü il tarixdən sonra fəaliyyətdə olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" Azərbaycan-X14 müəssisəsinin X2 təmiri sahəsində 5-ci dərəcəli elektrik qaynaqçısı işləməsinə dair qeydlər mövcuddur. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********531400 nömrəli məktubdan görünür ki, vergi orqanının uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsi xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 nömrəli VÖEN-lə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanunu ilə, həmçinin həmin Qanunun 9.8-ci maddəsinə əsasən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajını) topladığı müəyyən edildiyindən iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi tələbində haqlıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə hesablanması deyil, təyin edilməsi müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərin əmək pensiyasının məbləği, yəni hesablanaraq ödənilməsi əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən deyil, həmin şəxslərin hüquqlarının yarandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən hesablanır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(120)-2275/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-337/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-337/2023
15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver