Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-343/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və onun nümayəndəsi X10 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-42/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Tapdıq oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsinin koordinatlarının elektron bazadan silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Tapdıq oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, koordinatların yerinə uyğunlaşdırılması və plan ölçünün ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 23 dekabr 2024-cü il tarixli, 2- 1(120)-42/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Tapdıq oğluna məxsus koordinatların yerinə uyğunlaşdırılması və üçüncü şəxs X7 məxsus plan ölçünün ləğv edilməsi, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm mütəxəssis və ekspert rəylərindən, həm də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-45/2-123/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş “mübahisəli torpaq sahəsinin yerquruluşu planı”ndan görünür ki, məhz X8 və onun ailə üzvləri X2 X12, X9 ümumi birgə mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndəki koordinat göstəricilərinin üzərinə vurulmuşdur. Beləliklə, təsdiq olunur ki, İmişli rayon X19 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı ilə ayrılmış 0,05 hektar torpaq sahəsi üzərində İddiaçı Tapdıq oğlunun sahiblik, istifadə və sərəncam vermək hüquqları həm cavabdeh inzibati orqan, həm də üçüncü şəxs tərəfindən pozulmuşdur. Həmçinin üçüncü şəxs X18 iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona İmişli rayon X19 Rəyasət Heyyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında ayrılmış həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması barədə müraciətindən cavabdeh tərəfindən imtina olunmuşdur. Digər halda üçüncü şəxs X13 həyətyani torpaq sahəsinə verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamənin kodları İmişli rayon X19 Rəyasət Heyyətinin xx.xx.1994-cü il tarixli 278 saylı qərarı əsasında ona verilmiş 0.05 hektar həyətyanı torpaq sahəsinin üzərinə düşür. X1 məxsus olan həyətyani torpaq sahəsi İmişli rayon X19 Rəyasət Heyyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında ona verilmiş 0.05 hektar həyətyanı torpaq sahəsindən kənar məsafədə tamamilə ayrı yerdə yerləşir. Ona görə də həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə ala bilmir. Yəni onun 0.05 hektar torpaq sahəsinin koordinatlarını axtaranda üçüncü şəxs X13 həyətyani torpaq sahəsinə verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamənin kodları çıxır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, daşınmaz əmlakın ünvanında İdarənin mütəxəssisləri tərəfindən yoxlama ölçü işləri aparılmadığından torpaq sahəsinin təyinatı və kommunikasiya xətlərinin mühafizə zolağında, yerləşib və ya yerləşmədiyinə münasibət bildirilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsinin yerini müəyyən etmək, həmçinin torpaq sahələri üst-üstə düşdüyündən koordinatların yerində uyğunlaşdırılması mümkün deyil. Prosessual məsələlər İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Nümayəndə həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X5 adına işlənmiş JN-112A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə koordinatların İmişli rayon X19 Rəyasət Heyyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı tapdıq oğluna verilmiş 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Üçüncü şəxs işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -İmişli rayon X19 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarından və ona əlavə olunmuş plan-çizgidən görünür ki, Rayon Soveti Torpaq Komissiyasının xx.xx.1994-cü il tarixli, 20 saylı iclasının tövsiyyəsi nəzərə alınmış, İmişli şəhər sakini İddiaçı Tapdıq oğluna ev tikmək üçün və həyətyanı təsərrüfat üçün İmişli şəhəri, Şərq küçəsi, 21 nömrəli evdə yaşayan qohumu X3 həyətyanı təsərrüfatından 0,05 hektar torpaq sahəsi kəsilib verilmişdir. -İmişli şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X13, X4 və onun ailə üzvləri X15, X14 ayrılmış 0.07 ha torpaq sahəsi xəritədə 112 nömrə ilə qeyd edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6658 nömrəli ekspert rəyində qeyd edilmişdir: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İmişli rayon X19 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir; İmişli rayon X19 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir; İmişli rayon X19 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi ayrılan zamanı torpaqların mülkiyyət növü müəyyən edilmədiyinə görə həmin həyətyanı torpaq sahəsinin hansı mülkiyyət növünə aid olmasını təyin etmək mümkün olmadı. Mövcud baza məlumatlarına əsasən, qeyd olunan həyətyanı sahə xüsusi mülkiyyətdə olan torpaq sahəsidir; İmişli rayon X19 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi faktiki olaraq İddiaçı Tapdıq oğlunun istifadəsindədir; İmişli rayon X19 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsinin koordinatları elektron məlumat bazasına görə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən (JN- 112 A) X8 xüsusi mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir; İmişli rayon X19 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. Şərh olunan sübutlardan göründüyü kimi iddiaçıya torpaq sahəsi xx.xx.1994-cü il tarixdə verilmiş, bundan sonra torpaq islahatı zamanı üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları elektron bazada iddiaçıya verilmiş sahəyə işlənmişdir. İşin faktiki halından görünür ki, hər iki şəxs faktiki olaraq fərqli torpaq sahələrindən istifadə edir, buna baxmayaraq, iddiaçının faktiki istifadəsində olan sahənin koordinatlarının üçüncü şəxsin adına işlənməsi iddiaçının həmin sahəyə dair hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 07 mart 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın: - 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. -1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasın Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 15-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilən torpaq sahələrini yer üzərində (naturada) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi mərzlərlə ayırırlar. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.9-cu maddəsinə əsasən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, nə iş materiallarında, nə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxivində JN-112A nömrəli şəhadətnamə, eyni zamanda üçüncü şəxsin adına işlənməsi qeyd olunan plan və ölçü sənədi müvcud deyil. Bu halda mövcud olmayan plan və ölçü sənədinin ləğv edilməsi, həmçinin iddiaçıya məxsus torpaq sahəsinin koordinatları bəlli olduğundan, sadəcə həmin sahənin koordinatlarının digər şəxsin adına işlənməsi halında torpaq sahəsinin koordinatlarının yerində uyğunlaşdırılması iddiaçının maraqlarına xidmət etmir və onun üçün hər-hansı hüquqi nəticə yaratmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsinin icraata qəbul edilməsini və həmin tələb üzrə qərar qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununlas yanaşı Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)- 42/2024 nömrəli qərarı iddianın təmin edilməsi hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-42/2024 nömrəli qərarı iddianın təmin edilməsi hissəsində dəyişdirilsin. X5 adına işlənmiş JN-112A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə koordinatların İmişli rayon X19 Rəyasət Heyyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna verilmiş 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndən silinməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-343/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-343/2025
10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver