Məhkəmə qərarları › İş №2-1(106)-344/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-344/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-344/2024 16.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X3 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “X5 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(120)-1352/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “X5 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və gəldiyi nəticə: İddia onunla əsaslandırılmışdır ki, oğlu X9 14 sentyabr 2005-ci il tarixdə anadan olub. Oğluna məcburi köçkün statusunu təsdiq edən sənədin alınması üçün Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin cavabdeh təşkilat övladına məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsini mümkünsüz sayıb. Baxmayaraq ki, həm o, həm də övladının anası məcburi köçkündür və bunu təsdiq edən sənədləri ərizəyə əlavə edilmişdir. Belə olan halda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və 33.1-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizəvə təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktikihalları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 -ci maddəsinə əsasən incibati icraat zamanıişin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Yuxarıda qeyd olunanlar və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32, 33 və 45-ci maddəsini rəhbər tutaraq, oğlu X5 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(120)-1352/2024 saylı qərarı (Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun geri götürülməsi: Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verilərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(120)-1352/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Sonradan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 08 iyul 2024-cü il tarixli ərizəsində (vəsatətində) cavabdeh olaraq Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2- 1(120)-1352/2024 saylı qərarından vermiş olduqları apellyasiya şikayətini geri götürdüklərini bildirmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Maddə 88.3. şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini nəzərə alaraq hesab edir ki, cavabdeh apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 08 iyul 2024-cü il tarixli ərizəsində (vəsatətində) cavabdeh olaraq Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(120)-1352/2024 saylı qərarından vermiş olduqları apellyasiya şikayətini geri götürdüklərini bildirmişlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini, iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin geri götürmə barədə ərizəsi nəzərə alınaraq iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “X5 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(120)-1352/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar