Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-345/2025 21.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(120)-166/2024 nömrəli qərarından üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı iclas protokolunun qərarının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarın ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Biləsuvar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə İddiaçı şəhərin ünvan 1 ünvanda 0,037 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarı ilə İddiaçı həyətyanı torpaq sahəsinin ayrılması barədə bələdiyyənin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ləğv edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)- 74/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı iddiası təmin edilərək, Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəyə minmişdir. Daha sonra Biləsuvar bələdiyyəsi xx.xx.2021-ci il tarixli, 08 saylı qərarla özünün xx.xx.2006-cı il tarixli, 01 saylı qərarının yenidən, həmçinin xx.xx.2019-cu il tarixli, 08 saylı, xx.xx.2019-cu il tarixli, 13 saylı və xx.xx.2019-cu il tarixli, 15 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul etmişdir. Hazırda iddiaçı Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı qərarının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunmasını xahiş edir. Şirvan İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(120)-166/2024 nömrəli qərardadı ilə X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, əsas kimi göstərilmişdir ki, həmin şəxsin cəlb edilməsi işin hallarının daha tez müəyyənləşdirilməsi və ağlabatan müddət çərçivəsində mümkün qədər surətli yekunlaşdırılması ilə nəticələnə bilər. Şirvan İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(120)-166/2024 nömrəli qərarı ilə (hakim Ş.Musayev) iddia təmin edilmiş, Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı iclas protokolunun qərarının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarın ləğv edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, 2005-ci ildə atası Həsənov Əzizağa mübahisəli torpaq sahəsini bələdiyyədən almış və keçmiş əri Anar Əhmədovla yaşamaları üçün həmin sahədə ev tikmiş, 2019-cu ildə Anarla münasibətləri pisləşdiyinə görə torpaq sahəsinin sənədləri ilə maraqlandıqda məlum olmuşdur ki, bələdiyyə onun xəbəri olmadan torpaq sahəsinin bir hissəsini İddiaçı, bir hissəsini isə Anar Əhmədovun adına rəsmiləşdirmişdir. Hazırda 3 uşağı ilə həmin evdə yaşayır. Prosessual məsələlər: İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən məhkəmənin apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilməli, apellyasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. -81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. -87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların məcmusunun təhlili onu göstərir ki, icraatın bütün iştirakçıları kimi üçüncü şəxsə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün qəbul edilmiş məhkəmə qərarı ilə onun tələblərinin təmin olunmaması və yaxud qanunla qorunun maraqlarına toxunulması halı baş verməlidir. Məhkəmə kollegiyasının 21 may 2025-ci il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin X1 üçüncü şəxs qismində cəlb edilməsi barədə 22 may 2024-cü il tarixli, 2- 1(120)-166/2024 nömrəli qərardadı ləğv edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, üçüncü şəxsin birinci instansiyası məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ istisna olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilərək, inzibati iş apellyasiya baxışından çıxarılmalı, cavabdehin apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətlnin mümkün hesab edilməsi barədə məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İnzibati iş apellyasiya baxışından çıxarılmaqla apelyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-345/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-345/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver