Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-347/2025 08.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2-1(120)-384/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarının ləğv edilməsi və ona 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 16 yanvar 2025-ci il tarixli, 2- 1(120)-384/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarının ləğv edilməsi, İddiaçı sağlamlıq imkanları 35-60 faiz məhdud olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi və əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sonuncu göndərişin verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2 bəndində nəzərdə tutulan xəstəliklərlə bağlı orqanizmin funksiyalarının pozulması 35-60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. İddiaçı “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağır eşitmə diaqnozu iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2.1 bəndinə əsasən 35-60 faiz əlillik meyarlarına uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Odur ki, iddiaçı tələbində qismən haqlıdır və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarı ləğv edilməli, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməli, ona 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməlidir. Qərardan ayrı-ayrılıqda iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci il tarixdən 2000-ci ilədək Azərbaycan Ordusu sıralarında xidmət keçmişdir. xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək Dağlıq Qarabağ döyüş bölgəsində iştrak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə xəsarət almışdır. Ona xx.xx.2008-xx.xx.2011-ci il tarixləri arasında İİİ qrup əlillik təyin edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. 2011-ci ildə əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi zamanı İİ qrup (Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Postravmatik ensefalopatiya. Asteno-nevrotik hal) diaqnozu qoyulmuş və xx.xx.2011-ci il tarixindən etibarən, Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2011-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində ”Qapalı kəllə-beyin travması Baş beyin silkələnməsi” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi tramva olması müəyyən edilmişdir. Bundan sonra xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək əlillik müddəti müəyyən olunmuşdur. Təkrar xx.xx.2016-ci il tarixdən əlillik müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona təkrar əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 200 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, Bas beyin silkələnməsi diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş əsməsi, başda uğultu, yaddaş zəifliyi, əsəbilikdən, qıcolma tutmalarından, aşağı ətrafların hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı nevroloji defisit izlənilməmiş, yuxarı və aşağı ətraflarda reflekslər canlı alınmış, nevroloji sınaqları uğurla yerinə yetirmiş, Romberq vəziyyətində dayanıqlı, hərəkətlər tam həcmdə olmuş, atrofiya, parez, iflic izlənilməmişdir. Anamnestik məlumatlarda təsvir olunmuş qıcolma tutmaları, epitutmanı təsdiqləməmişdir. Psixiatriya xəstəxanasından müalicə sənədləri və reseptlər təqdim etsə də, hal-hazırda dərman qəbul etmədiyini, heç vaxt psixiatrik xəstəxanada müalicə almadığını bildirmiş, 2016-2017-ci ilə qədər aktiv əmək müqaviləsi olduğu aşkarlanmışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 12159 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış KBT-sı nəticəsində) şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi ilə” kimi qeyd edilmişdir. X9 xx.xx.2023-ci il tarixli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli Qarabağ müharibəsi zamanı alınmış KBT-sı nəticəsində) şəxsiyyət pozuntusu, yaddaş zəifliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X1 xx.xx.2023cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi "Diffuz rezidual-organik tipli dəyişiklikər fonunda orta sturukturların disfunksiyası, aktivləşdirici strukturların üstünlüyü qeyd olunur” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X6 xx.xx.2022-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi “Subaraxnoidal şırımların genişlənməsi və kortikal qırışların atrofiyası aşkarlanır. Burun sümüklərinin və sol ziqomatiko-maksillyar kompleksin köhnə sınıqları qeyd olunur. Soldan orbitanın, haymor boşluğunun, etmoidal labirintin tamlığı pozulub kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü ii tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3.5 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=60%). Aortaİ və Mitraİ qapaqlar fibrotikdir. Min MR. Perikard təmizdik kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli X7 müayinəsinin nəticəsi “Hepatosteatoz. Grade 2” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftolmoloq müayinəsinin nəticəsi “OD- Pterigium İİ mərhələ. OU-Yetişməmiş katarakta” kimi müəyyənləşdirilmişdir. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində əvvəllər ona müddətsiz əlillik təyin edilməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmədiyini göstərməklə, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, xəstəliklər klinik olaraq təsdiqini tapmamasına baxmayaraq, məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq, yanlış qənaətə gəlmişdir. Prosessual məsələlər İddiaçı özünün apellyasiya şikayətini müdafiə etmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarından görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 200 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Əli-Bayramlı mərkəzi şəhər xəstəxanasında müayinə və müalicə olunduğu travma diaqnoz: «Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi» (Şirvan ŞHK-nın xx.xx.2011-ci il tarixli 328 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli 327 nömrəli arayışı. Əli- Bayramlı mərkəzi şəhər xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHP-dan verilmiş xx.xx.1994-cü il tarixli 3955 saylı arayış, MN MHHK-nın həkim mütəxəssisi-nevropatoloqun rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin a) bəndi. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” X10nin xx.xx.2023-cü il tarixli T 889/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı 2 saylı Klinik Psixiatriya xəstəxanasında 03.10-xx.xx.2023-cü il tarixlərdə “Baş beyinin üzvi xəstəliyi (QKBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi ilə” diaqnozu ilə müalicədə olmuşdur. İş materiallarına əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün onun adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: Kəllədaxili travma, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı fəsadı. Ağırlaşmalar: Xoşxassəli kəllədaxili hipertenziya, hipertenzion sindrom, dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik serbrasteniya, ensefalopatiya” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı əmək qabiliyyətinin itirilməsi 0% qeyd edilmişdir. “Baş beyinin üzvi xəstəliyi (QKBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi ilə” xəstəliyindən əziyyət çəkən xəstələr poliklinikada qeydiyyata götürülməklə mütəmadi müalicəyə cəlb olunurlar. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X10nin xx.xx.2022-ci il tarixli, 12159 nömrəli arayışından görünür ki, İddiaçı F 07.0 kodu, üzvi xəstəliyi, (İ Qarabağ müharibəsi zamanı alınmış KBT-sı nəticəsində şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi diaqnozu qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1/383 nömrəli həkim Psixiatr Komissiyasının 382 nömrəli rəyindən görünür ki, İddiaçı F 07.0 kodu, baş beynin üzvi xəstəliyi, (QNBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, T464/2025 nömrəli rəydə göstərilir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: S06- Kəllədaxili travma, keçirilmiş QKBT-nm davamlı fəsadı. Ağırlaşmalar: G93.2- Xoşxassəli kəllədaxili hipertenziya, hipertenzion sindrom. G93.4- Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik serbrasteniya, ensefalopatiya. Yanaşı xəstəliklər: B18.2-Virus mənşəli xroniki C hepatiti, virus hepatiti “C”, H35.8-Digər dəqiqləşdirilməmiş retinal pozğunluqlar, OU-Retinal angiopatiya; İll-Ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya İİ mərhələ, K72.9- Dəqiqləşdirilməmiş qaraciyər çatmamamazlığı; M19-Digər artrozlar, sol dirsək oynağının içəri epikondilusun soltərəfli neyral kapral sindromu, dirsək bilək oynağında artroz” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı emosional stabil olmuş, patoloji affekt halı izlənilməmiş, müayinə və analiz qabiliyyəti təhrif olunmamış, təfəkkür ardıcıl və məntiqi izlənmiş, bütün klinik əlamətlər və instrumental müayinə nəticələri nəzərə alınaraq vətəndaşın kənar şəxsin nəzarətinə və ya qulluğuna səbəb olan psixi vəziyyəti aşkarlanmamış, təqdim olunan MRT müayinəsində travma nəticəsində (Hərbi qərarda yaralanma yerinə uyğun) ensefalomalazik sahələr təsdiqlənməmiş, 2023cü ildən başlamış psixiatrik ağırlaşmaların 30 il öncəki travma ilə əlaqələndirilməsi istər sənədləşmə, istərsə də instrumental olaraq hərbi travma ilə əlaqələndirilməmişdir. xx.xx.2025-ci il tarixdə özünün əyani müayinəsində sinir oyanıqlığı müşahidə edilməmiş, ünsiyyət zamanı fikirlərini sərbəst ifadə etmiş, aqressiya göstərməmişdir. İddiaçı məhkəmə-tibbi müayinə zamanı “Respublika Psixiatriya Xəstəxanası” phş-nə göndərilmiş və xx.xx.2025-ci il tarixdə Həkim Məsləhət Komissiyası tərəfindən müayinə zamanı ona “F07.O-Üzvi (İ Qarabağ müharibəsi zamanı keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, dekompensasiya dövrü” diaqnozu qoyulmuş və həmin diaqnozla 04xx.xx.2025-ci il tarixlərdə stasionar müayinə, müalicədə olmuşdur. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçıda “F07.O-Üzvi (İ Qarabağ müharibəsi zamanı keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, dekompensasiya dövrü” diaqnozu olması öz təsdiqini tapır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2-ci bəndi ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2-1(120)-384/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-347/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-347/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver