Məhkəmə qərarları › İş №2-1(106)-348/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-348/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-348/2023 18.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-167/2023 nömrəli qərarından iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 05 oktyabr 2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmrini ləğv edərək polis serjantı kimi X7 xidmətə yenidən qəbul edilməsi, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsinə işə bərpa edilməsi və işə bərpa edildiyi günə qədər məcburi işburaxmaya görə ödənilməmiş əməkhaqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 16 may 2023-cü il tarixli, 2- 1(120)-167/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 26 oktyabr 2007-ci il tarixdə polis serjantı kimi X8 xidmətə qəbul edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisinin 05 oktyabr 2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmri ilə “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə əsası” ilə X7 xidmətdən xaric edilmişdir. Həmin əmr ona rəsmi olaraq təqdim edilməmiş, işdən azad edilməsi barədə məlumatı 02 noyabr 2020-ci il tarixdə əmək kitabçası ona təqdim edilən zaman almışdır. 22 yanvar 2020-ci il tarixdə məzuniyyətə buraxılmış və məzuniyyət dövründə Rusiya Federasiyasına getməyinə Baş Mühafizə İdarəsinin rəisi tərəfindən rəsmi icazə verilmişdir. Əmək məzuniyyətinə buraxıldığı vaxtdan müalicə üçün Rusiya Federasiyasında olmuş və orada olduğu müddətdə hər hansı bir qanunazidd və ya daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət etməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı və onun nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli rəyinin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, vəzifə borcunun icrasına etinasız yanaşaraq uzun müddət xidmətə çıxmadığına, onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmayaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına və ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə, bununla da, “Polisin post-patrul xidmətinin Nizamnaməsi”-nin, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam Nizamnaməsi”-nin tələblərini kobud şəkildə pozduğuna görə hissənin “Sıravi və rəis heyətinin yığıncağı”-nın qərarı da nəzərə alınmaqla Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri - polis serjantı İddiaçı X7 xidmətdən xaric olunmağa layiqdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, vəzifə borcunun icrasına etinasız yanaşaraq uzun müddət xidmətə çıxmadığına, onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmayaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına və ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə, bununla da, “Polisin post-patrul xidmətinin Nizamnaməsi”-nin, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”-nin və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam Nizamnaməsi”-nin tələblərini kobud şəkildə pozduğuna görə, hissənin “Sıravi və rəis heyətinin yığıncağı”-nın qərarı da nəzərə alınmaqla Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında Əsasnamə”-nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X7 xidmətdən xaric olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, polis serjantı İddiaçı - Ağcabədi Rayonlararası Mühafizə şöbəsinin polis nəfəri 05 oktyabr 2020-ci il tarixdən “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xaric edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmri ilə vəzifə borcunun icrasına etinasız yanaşaraq uzun müddət xidmətə çıxmadığına, onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmayaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına və ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə, bununla da, “Polisin post-patrul xidmətinin Nizamnaməsi”-nin, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam Nizamnaməsi”-nin tələblərini kobud şəkildə pozduğuna görə, hissənin “Sıravi və rəis heyətinin yığıncağı”-nın qərarı da nəzərə alınmaqla polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında Əsasnamə”-nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X7 xidmətdən xaric olunmuşdur. Həmin inzibati akt əsasında qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmri ilə isə İddiaçı 05 oktyabr 2020-ci il tarixdən “Azərbaycan Respublikasının X7 xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xaric edilməsi əmr edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmrini mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi iki əmr qəbul etmişdir: xx.xx.2020-ci il tarixli, Ə 309-038-20 nömrəli əmr və xx.xx.2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmr. İddiaçı birinci əmri mübahisələndirmədən ikinci əmri, yəni xx.xx.2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmri məhkəmədə mübahisələndirir. Cavabdehin xx.xx.2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmri xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmri ilə əlaqədar qəbul edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmrin “Əsas” hissəsindən görünür ki, bu əmr xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmr əsasında qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda ilk növbədə birinci əmr, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmri mübahisələndirilməlidir, çünki ikinci əmr birinci əmr (inzibati akt) əsasında qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci əmr (inzibati akt) mübahisələndirilmədən iddiaçı ikinci əmri mübahisələndirərək hüquqi marağının təmin edilməsinə nail ola bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarını aydınlaşdırmamış və iddiaçıya hüquqi yardım göstərməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını aydınlaşdıraraq iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar hüquqi yardım göstərməlidir. İddiaçı iddia tələbini dəqiqləşdirdikdən sonra birinci instansiya məhkəməsi iddianın mümkünlük məsələsinə də qiymət verməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-1(120)-167/2023 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-1(120)-167/2023 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar