Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-348/2024 13.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-531/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsinə qarşı son haqq hesabın aparılması və istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxmağı ilə əlaqədar son haqqhesabın aparılaraq ödənilməsi və xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixə kimi işlədiyi illərə görə məzuniyyətə çıxmadığı nəzərə alınaraq ümumi məzuniyyət pulunun alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 06 mart 2024-cü il tarixli, 2- 1(120)-531/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 07 dekabr 2015-ci il tarixli əmrlə işdən azad edilmiş, lakin 19 oktyabr 1994-cü il tarixdən 07 dekabr 2015-ci il tarixə kimi ona məzuniyyət pulunun verilmədiyini mübahisələndirərək 23 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı tərəfindən qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi pul tələbləri ilə əvvəllər məhkəməyə müraciət etməsi müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya verilməmiş pulların tələb olunması barədə iddia tələbləri üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1994-cü il tarixli, 220 nömrəli əmrlə İmişli rayon Mədəniyyət Şöbəsində baş mühasib vəzifəsinə təyin olunmuş, İmişli rayon İçra Hakimiyyəti başcısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamina əsasən İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, öz ərizəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başcısının xx.xx.2015-ci il tarixli, 271 nömrəli əmri ilə tutduğu vəzifədən azad olmuşdur. İşlədiyi dövr ərzində məzuniyyətdən istifadə etməmiş, işdən azad olunandan sonra dəfələrlə İmişli rayon Mədəniyyət şöbəsinə müraciət edərək onunla son haqq hesab edilməsini tələb etmiş, lakin ona pul vəsaiti olmadığı bildirilmişdir. Əmək Məcələsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən ona catası əmək haqqi 24556.60 manat təşkil edir. 2018-ci ilin mart ayında dövlət quluqcularının əmək haqqı 10% artaraq 27012.26 manat olmuş, 2019-cu ilin sentyabr ayında dövlət qulluqcularının əmək haqqi 44% artaraq 38897.65 manat olmuşdur. 2019-cu ildən sonrakı əmək haqlarında olan artımlarda nəzərə alınmalıdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.1994-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək İmişli Rayon Mədəniyyət şöbəsində çalışmış, xx.xx.2015-ci il tarixində İmişli Rayon İcra Hakimiyyəti başçısının eyni tarixli əmri ilə işdən azad edilmişdir. İşdən azad edildikdən sonra onunla son haqq-hesab aparılmamış, bu barədə aidiyyəti üzrə müraciət etsə də nəticəsi olmamışdır. İddia tələbi cavabdeh X2 İdarəsinə aid hissədə mümkün sayılmamalıdır. Bununla yanaşı, həmin məsələ ilə əlaqədar dəlillər məhkəmə tərəfindən qəbul edilmədiyi halda, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin (bundan sonra - Əsasnamə) 1.5-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər və mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq İnzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. Qeyd olunmalıdır ki. Əsasnamənin 28 oktyabr 2016-cı il tarixinədək qüvvədə olmuş 4.1.9-cu bəndinə əsasən yerli mədəniyyət şöbələrinin rəhbərlərini yerli icra hakimiyyəti başçıları vəzifəyə təyin etmiş və vəzifədən azad etmişdir. Yerli icra hakimiyyəti başçılarının sözügedən səlahiyyəti yalnız Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 oktyabr tarixli 1088 nömrəli Fərmanı ilə aradan qaldırılmışdır. Belə olan halda iddiaçıya münasibətdə işəgötürən qismində İmişli Rayon İcra Hakimiyyəti çıxış etmiş, bu səbəbdən də iddiaçı ilə son haqq-hesabı da məhz adıçəkilən qurum həyata keçirməli idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqq və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin, ödənilməli əmək haqqı və digər ödəmələrin ödənilməsi vəzifəsi işəgötürənin üzərinə qoyulmuşdur. İdarə əmək münasibətlərinin mövcud olduğu və bitdiyi tarixdən sonrakı dövrdə - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olar regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2023-cü il tarixli Sərəncamı ilə Kürdəmir və X3 İdarələrinin bazasında X2 İdarəsi yaradılmışdır. Adıçəkilən Sərəncamlarla X2 İdarəsinin İmişli Rayon icra Hakimiyyətinin hüquqi varisi olması və (və ya) öhdəliklərinə görə cavabdehlik daşıması müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində qeyd olunan dəlillərlə uyğun məzmunda apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, surəti iş materiallarına əlavə edilmiş: -İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamından görünür ki, İddiaçı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq xx.xx.2013-cü il tarixdən İmişli rayonunun Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. -İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin xx.xx.2013-cü il tarixli, 241 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı Rayon Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi həmin tarixdən etibarən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. -İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 271 nömrəli əmrindən görünür ki, xx.xx.2015-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əlavəyə əsasən Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində dövlət qulluğuna xitam verilmişdir. Hazırki işdə iddia 1994-2015-ci illər üzrə istifadə olunmamış məzuniyyət haqqlarının və son haqq-hesabın ödənilməsindən ibarətdir. Məhkəmə kollegiyası 1994-2010-cu illərə münasibətdə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmaqla qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan vətəşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd olunan formalaşmış məhkəmə təcrübəsi onu deməyə əsas verir ki, 01 yanvar 2011-ci il tarixdən əvvəlki dövrdən fərqli olaraq, sonra yaranmış hüquq münasibətlərinə fərqli hüquqi yanaşmalar tətbiq edilməlidir. Bu baxımdan tələbin 2011-2015-ci illərə dair məzuniyyət haqqının ödənilməsi və son haqq-hesabın ödənilməsi hissəsinə gəlincə məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmıır. Belə ki, birinci instansiya məhkəməsi iddianın mümkünsüz sayılmasına əsas verən istinad etdiyi normalar baxımından qismən düzgün hüquqi mövqe sərgiləsə də, iddiaçının tələbinin əsaslarını və işin faktiki hallarını tam aydınlaşdırmadan, tələbin mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış və iddianın bötövlükdə mümkün iddia olmaması qənaətinə gəlmişdir. Başqa sözlə, qeyd edilən müddət üzrə iddianın mahiyyəti üzrə əsaslı olub-olmaması araşdırılmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərardad qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, prosessual pozuntuya yol vermişdir. Beləliklə apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-531/2024 nömrəli qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-531/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsinə qarşı son haqq hesabın aparılması və istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi tələbinə dairinzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-348/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-348/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver