Məhkəmə qərarları › İş №2-1(106)-349/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-349/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-349/2023 21.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı və vəkili X12, cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-614/2023 saylı qərаrından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinin xx.xx.2017-ci il tarixinədək olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X25 qərarlarını, X25 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən l' istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Filiala təqdim etdiyi onun xx.xx.1982xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “X28 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 3 ay 13 gün (xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində peyda alınmalı olan pensiya kapitalının aşağı həddi Qanunvericiliyə uydun olaraq İddiaçı münasibətdə 46560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində peyda alınan pensiya kapitalı cəmi 18959,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Verilən cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Salyan rayonu, Arbatan kəndində anadan olmuş, 1982-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş, inzibati orqan ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq ye işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işl; (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tə olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsinə pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödən məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin əmr və sərəncamlarını, X25 qərarlarını, X25 sərəncam və əmrlərini rəhbər tutur. ‘‘Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xı sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kat tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qəra təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşəl vəzifələrin və göstəricilərin siyahısı ’nın ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində “X28 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajınız 10 ildən az (6 il 3 ay 13 gün (xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 46560,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18959,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd edilmişdir. 25 ildən çox əmək stajı vardır. Belə ki, Azərbaycan Respublikası X28 Emalı ASCnin xx.xx.2021 –ci il tarixli, 01/38 nömrəli arayışında onun 29 il 5 ay stajı və bunun 17 il 4 ay 24 gününün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı əlavəsinin Vİİİ Kimya İstehsalı bölməsi 10800000-1080A010 bəndinə və 2 saylı əlavəsinin XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-13399 “Plastik kütlənin tökücüləri” bölməsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarına əsasən Ümumi peşələr bölməsi 35 (Plastik kütlənin tökücüləri) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa hüquq verən peşə olması öz təsdiqini tapır. Bundan başqa “Samux rayon Mərkəzi Xəstəxanası” X29 ona verdiyi xx.xx.2022-ci il tarixli, 397 nömrəli arayışında da qeyd edilmişdir ki, 11 il 5 ay həmin xəstəxanada işləmiş və qeyd edilən iş stajından 6 il 3 ay 14 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən peşələrə aid olduğu öz əksini tapır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ona ünvanlanan imtina məktubu qanunsuz və əsassızdır. Qeyd etdiyi peşə və ümumi iş stajı imkan verir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi sərflərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda onun güzəştli is stajı 6 il 3 av 13 gün olmaqla (xx.xx.2010-xx.xx.2016) qanunvericiliklə tələb olunan müddətdən az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalısan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X25 qərarlarını, X25 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Belə ki, iddiaçı G.S.X7 təqdim etdiyi əmək kitabçalarına eyni zamanda xx.xx.2021-ci il tarixli, 01/38 nömrəli “X28 Emalı” zavodunun və xx.xx.2022-ci il tarixli, 397 nömrəli “Samux Rayon Mərkəzi Xəstəxanası” X29 güzəştli arayışlarına istinadən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia edir. Məlum olduğu kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş üç şərt ödənilməlidir: ümumi iş stajının 20 il ilması, güzəştli iş stajının 10 il olması, pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Aşağıda göstərilən əsaslara görə iddiaçının güzəştli sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Qanunda göstərilmiş şərtləri ödəmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən l' istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Filiala təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 01/38 nömrəli “X28 Emalı” zavodunun arayışına əsasən onun xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “X28 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 3 ay 13 gün (xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində peyda alınmalı olan pensiya kapitalının aşağı həddi Qanunvericiliyə uydun olaraq İddiaçı münasibətdə 46560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində peyda alınan pensiya kapitalı cəmi 18959,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 05 iyun 2023-cü il tarixli, 2-1(120)- 614/2023 saylı qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya ünvanlanmış imtina məktubu əsaslıdır. Lakin, Şirvan İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi X21 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı vəkili X22 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəyə baxış və qəbul edilmiş məhkəmə aktı: İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh ƏƏSMN-in tabeliyində olan DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X21 iddia tələbinin dəyişdirilməsi barədə iddiaçının təqdim etdiyi ərizənin icraata qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyaya əsasən: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli siyahısı (əlavəsi): Vİİİ Kimya İstehsalı bölməsi 10800000-1080A010 bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısı (əlavəsi): XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-13399 “Plastik kütlənin tökücüləri” bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”:

8. Kimya İstehsalatı bölməsi: 8.1; 8.2; 8.3; 8.3.1 (Asfalt, pek materialları, asfalt-pek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq; dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik quru boyaq, xalis əlifdə boyaq; yodbrom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; ftor-xlor üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsulla məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast polixlorvinil plastikatı (*), fenol və karbomid plastikatları, üzvi şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əsasında plastik kütlələr; süni qaragül lifl əsasında plastik dəri (*) və süni dərilər (*); lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyu sodası (hasilatı); parçaların hopdurulması və emalı (*), təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin:) bəndləri

35. Ümumi peşələr bölməsi 34-cü sırasında “plastik kütlənin tökücüləri”

1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən;

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2- 1(120)-614/2023 saylı qərarı ləğv edilməli, yeni qərar çıxarılmalı, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarına görə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktub ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı iddiaçının müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci, 149-cu maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 3.1, 9.1-ci, 21.1-ci, 21.2.3-cü, maddələrinə istinad edərək əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Azərbaycan Respublikası X28 Emalı ASC-nin işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı əlavəsinin Vİİİ Kimya İstehsalı bölməsi 10800000-1080A010 bəndinə və 2 saylı əlavəsinin XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-13399 “Plastik kütlənin tökücüləri” bölməsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarına əsasən Ümumi peşələr bölməsi 35 (Plastik kütlənin tökücüləri) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa hüquq verən peşə olması öz təsdiqini tapır. Belə ki, X28 X37 Cəmiyyətinin xx.xx.2023-ci il tarixli, 01/20 nömrəli güzəştli arayışından İddiaçı etirazda qeyd edilən operator peşəsinə deyil xx.xx.1982-xx.xx.1987-ci illər arasında tökmə sexinə tökməci operator peşəsinə təyin edildiyi və güzəştli peşə üzrə ikinci, üçüncü və dördüncü dərəcələrə yiyələndiyi müəyyən edilir. İş materiallarına əlavə edilən sənədlərə əsasən qeyd edilən peşənin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edimiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın Vİİİ. "Kimya İstehsalı" bölməsinin 8.1; 8.2; 8.3; 8.3.1 (Asfalt, pek materialları, asfalt-pek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq; dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik quru boyaq, xalis əlifdə boyaq; yod-brom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; ftor-xlor üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsulla məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast polixlorvinil plastikatı (*), fenol və karbomid plastikatları, üzvi şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əsasında plastik kütlələr; süni qaragül lifi əsasında plastik dəri (*) və süni dərilər (*); lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyu sodası (hasilatı); parçaların hopdurulması və emalı (*), təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin:) bəndlərinə və XXXV. "Ümumi peşələr" (Plastik kütlənin tökücüləri)bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil etdiyi müəyyən edilir. Belə olan halda məhkəmə qeyd edilən xx.xx.1982-xx.xx.1987-ci illəri güzəştli iş stajı kimi qəbul edir. Bundan başqa Samux rayon Mərkəzi Xəstəxanasında İddiaçı 11 il 5 ay işləməsi qeyd edilmişdir. Qeyd edilən iş stajından 6 il 3 ay 14 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Səhiyyə və sosial təminat bölməsi (19) vərəm və infeksion idarələrində, kabinetləri bəndində (a) çalışan kiçik tibb heyəti vəzifələrində öz təsdiqini tapır. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları” əsasında müəyyən edilməlidir. Belə ki, iddiaçının işlədiyi zərərli maddələrin tətbiq edilməsi işlərində məşğul olan (vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində kiçik tibb heyəti) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXİV Səhiyyə və sosial təminat idarələri bölməsi a) bölməsi (2260000a) kodları ilə öz əksini tapmışdır. Qeyd edilən 2010-2016-cı il tarixli dövr cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz hal kimi və güzəştli olaraq qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixədək (xx.xx.1982xx.xx.1987-ci illər üzrə 04 il 04 ay və xx.xx.2010-xx.xx.2016-cı illər üzrə 06 il 02 gün, cəmi 10 il 04 ay 02 gün) güzəştli iş stajı 10 ildən çox təşkil edir. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajını) topladığından o, 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur (iş vərəqi 18-26, 131). İşdə olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur (iş vərəqi 14-17). İşdə olan Salyan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(057)-359/2013 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi X8 hüquqi faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilmiş, ərizəçi X8 X28 Emalı zavodun tökmə sexində xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixədək presləyici, xx.xx.1976-cı il tarixdən xx.xx.1990-cı il tarixədək tökməçi və xx.xx.1992-ci ildən xx.xx.2000-ci il tarixədək tökməçi vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası X28 Emalı” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021ci il tarixli, 01/38 nömrəli arayışının surətindən görünür ki, İddiaçı X28 Emalı Zavodunun xx.xx.1982 -ci il tarixli 92 “K” saylı əmrə əsasən Tökmə Sexinə operator köməkçisi kimi işə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli, 115 “K” saylı əmrə əsasən 2-ci dərəcə verilmişdir. xx.xx.1983-cü il tarixli, 221 “K” saylı əmrə əsasən 3-cü dərəcə verilmişdir. xx.xx.1987-ci il tarixli, 112 “K” saylı əmrə əsasən 4-cü dərəcə verilmişdir. xx.xx.1987-ci il tarixli, 03 “K” saylı əmrə əsasən həmin sexə 3-cü dərəcəli anbardar keçirilmişdir. xx.xx.1987-ci il tarixli, 83 “K” saylı əmrə əsasən həmin sexin iqtisadçı mühasib keçirilmişdir. xx.xx.2000-ci il tarixli, 17 “K" saylı əmrə əsasən AR ƏM-nin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən işdən azad edilmişdir. Umumi iş stajı 29 il 5 ay, güzəştli iş stajı 17 il 4 ay 24 gün ona AR NK-nin xx.xx.1993 -cü il tarixli, 320 saylı qərarının 1 saylı əlavəsinin Vİİİ Kimya İstehsalı bölməs: 10800000 - 1Q30AG10 bəndinə və 2 saylı əlavəsinin XXXİİİ Umumi peşələr bölməsinin 23200000 - 13399 “Plastik kütiənin tökücüləri" bölməsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən Ümumi peşələr bölməsi 35 (Plastik kütlənin tökücüləri) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa hüquq verir (iş vərəqi 27). İşdə olan Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2021-ci il tarixli, 546 nömrəli arxiv arayışından görünür ki, X23 Filialında mühafizə olunan Salyan rayon X34 zavodunun arxiv sənədlərində o cümlədən 1992-2000-ci illərdə İddiaçı mühasib işləyib əmək haqqı almağı qeyd edilmişdir. İşdə olan “Samux rayon Mərkəzi Xəstəxanası” X29 xx.xx.2022-ci il tarixli, 43 nömrəli arayışından görünür ki, Salyan şəhər sakini 1964-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2010cu il tarixdə 11 saylı əmrlə Samux RMX PHŞ-in vərəm kabinetinə xadimə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdə 45 saylı əmrlə Samux RMX PHŞ-in vərəm kabinetinin xadimə vəzifəsindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan Regional filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X3, pensiya təminat şöbəsinin baş mütəxəssisi X9, Dövlət X10 arxivçisi X1 tərtib etdikləri xx.xx.2022-ci il tarixli, 17 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialında daxil olmuş xx.xx.2022-ci il tarixli, **********1 saylı məktubun icrası ilə əlaqədar vətəndaş Məmmədov. Gülcahan Səməd qızının xx.xx.1982-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “X35; Emalı” ASC-də iş stajı faktını X23 filialında saxlanılan əmr və zavodun fəhlə v; qulluqçularının əmək haqqı barədə fərdi uçot kitablarına əsasən yoxlanılmış, yoxlama zamanı, İddiaçı adına olan faktlar aşağıda qeyd edilən qaydada müəyyən edildi, xx.xx.1982-ci il tarixli, 92-K nömrəli əmrə əsasən xx.xx.1982-ci il tarixdən Tökmə sexinə operato şagirdi qəbul edilmiş, xx.xx.1982-ci il tarixli 115-K əmrlə 16 nömrəli protokola əsasən xx.xx.1982-ci i tarixdən İİ dərəcə litovşik verilmiş, xx.xx.1983- cü il tarixli 221-K əmrlə 22,23,24 nömrəli protokola əsasən İ dərəcə litovşikdən İİİ dərəcə litovşik vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci il tarixli 112-K əmrlə 35 nömrəl protokola əsasən xx.xx.1985- ci il tarixdən İİİ dərəcə litovşikdən İV dərəcə litovşik vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixli, 03-K əmrlə xx.xx.1987-ci il tarixdən İV dərəcə litovşikdən İİİ dərəcə kladovşik vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixli, 83-K nömrəli əmrlə xx.xx.1987-ci il tarixdən İİİ dərəcə kladovşikdən iqtisadçı mühasib vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixli, 17-K nömrəli əmrlə tökmə sahəsinin iqtisadçı mühasibi, xx.xx.2000-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işdən azad edilmişdir. X23 filialında saxlanılan “X28 Emalı” ASC-nin 1991-2000-ci illərə aid zavodun fəhlə və qulluqçularının əmək haqqı barədə fərdi uçot kitablarının yoxlanılması zamanı İddiaçı adına olan faktlar müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası X28 X37 Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/34 nömrəli məktubundan görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi "X28 Emalı "Zavodunda işləmişdir. "X28 Emalı" Zavodu Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Özələşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli, 33 saylı sərəncamına əsasən "X28 Emalı" ASC-nə çevrilmiş və zavoda aid sənədlər X23 Filalına təhvil verilmişdir. Odur ki, vətəndaş İddiaçı adına lazım olan əmək haqqı, əmr və digər sənədlər üçün X23 Filalına müracət etməyi xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası X28 X37 Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/39 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli, 92 "K" saylı əmrə əsasən X28 Emalı Zavodunun isti üsulla plastik kütlələr (məhsullar) hazırlayan Tökmə sexinə-tökməçi operator qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli, 115 "K" saylı əmrə əsasən 2-ci (ikinci) dərəcə, xx.xx.1983-ci il tarixli, 221 "K" saylı əmrə əsasən 3-cü (üçüncü) dərəcə, xx.xx.1985-ci il tarixli, 112 "K" saylı əmrə əsasən 4-cü (dördüncü) dərəcə, xx.xx.1987-ci il tarixli, 03 “K” saylı əmrlə sex anbarına 3-cü (üçüncü) dərəcəli anbardar, xx.xx.1987-ci tarixli, 83 “K” saylı əmrə əsasən həmin sexə iqtisadçı mühasib keçirilmişdir. xx.xx.2000-ci il tarixli, 17 “İST” saylı əmrə əsasən ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixli, 25 “K” saylı əmrə əsasən TTS-nə fəhlə qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Özələşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli, 33 saylı sərəncamına əsasən “X28 Emalı Zavodu" "X28 Emalı ASC"nə çevrilmişdir. xx.xx.2002-ci il tarixli, 06 “K” saylı əmrə əsasən ƏM-nin 75-ci maddəsinin 2.a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixindən xx.xx.2000-ci il tarixinə və xx.xx.2001-ci il tarixindən xx.xx.2002 ci il tarixinə kimi arasındakı dövr ərzində İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş ) stajı 18 il 2 ay 24 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edimiş İ saylı Siyahının 10800000-Vİİİ Kimya bölməsinin 1080A00- 17541 (A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri); 1080B000-17541 (B. Məhsul istehsalında texnoloji proseslərdə tam iş günü məşğul olan xalq təsərrüfatında və sənayenin başqa sahələrində müəssisələrin ustaları və fəhlələr; qeyri - üzvü kimya, gübrələr, polimerlər, plastik kütlələr, kompozik materiallar, şüşə plastik və poliuretanlar, (o cümlədən tozlama üsulu ilə), kauçuklar, lak-boyama, məişət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi) 1 nömrəli Siyahı üzrə güzəştli pensiya hüququna malikdirlər bəndlərinə və İİ saylı Siyahının X. Kimya istehsalatı 2110A00; 2110B000- 1753 a; 22102000 - Ümumi peşələr; 23200000-13399 (plastik kütlənin tökücüləri), bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, 13 avqust 2013-cü il tarixindən Fondunun Salyan rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 268,62 manat olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X25 qərarlarını, X25 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “X28 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 10 ildən az (6 il 3 ay 13 gün (xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Həmçinin adıçəkilən şəxsin 01.01,2006-cı il tarixədək ümumi iş stajının 14 il 15 gün (xx.xx.1972- xx.xx.1974-ci il, xx.xx.1974-xx.xx.1976-cı il, xx.xx.1977-xx.xx.1977-cu il, xx.xx.1978- xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2005-ci il, tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. xx.xx.2006cı il tarixindən sonra isə onun ümumi iş stajı 13 il təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 18616,72 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X36 “Salyan rayon X16 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2997 nömrəli məktubundan görünür ki, İddiaçı həqiqətən xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixə kimi Salyan MRX-nın Fizioterapiya şöbəsində sanitarka işləmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli, 232 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzində laborant vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası X28 X37 Cəmiyyətinin xx.xx.2023-ci il tarixli, 01/20 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli 92 "K" saylı əmrə əsasən X28 Emalı Zavodunun isti üsulla plastik kütlələrdən plastik kütlə (məhsullar) hazırlayan Tökmə Sexinə - tökməçi operator qəbul edilmişdir. xx.xx.1982 -ci il tarixli 115 "K" saylı əmrə əsasən 2-ci (ikinci) dərəcə; xx.xx.1983-ci il tarixli 221 "K" saylı əmrə əsasən 3-cü (üçüncü) dərəcə; xx.xx.1985-ci il tarixli 112 "K" saylı əmrə əsasən 4-cü (dördüncü) dərəcə; xx.xx.1987- ci il tarixli 03"K" saylı əmrə əsasən sex anbarına 3-cü(üçüncü) dərəcəli anbardar; xx.xx.1987-ci il tarixli 83 "K" saylı əmrə əsasən həmən sexə iqtisadçı mühasib keçirilib. xx.xx.2000- ci il tarixli 17 "İST" saylı əmrə əsasən ƏM-nin 70—ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. xx.xx.2001- ci il tarixli 25 "k" saylı əmrə əsasən Tikinti Təmir Sahəsinə fəhlə qəbul edilmişdir. Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyinin Dövlət Özələşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli 33 saylı sərəncamına əsasən "X28 Emalı Zavodu" "X28 Emalı ASC"nə çevrilmişdir. xx.xx.2002- ci il tarixli 06 "k" saylı əmrə əsasən ƏM nin 75-ci maddəsinin 2.a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixindənxx.xx.2000-ci il tarixinə və xx.xx.2001- ci il tarixindən -xx.xx.2002-ci il tarixinə kimi arasındakı dövr ərzində İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 18 il 2 ay 24 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edimiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın Vİİİ. "Kimya İstehsalı" bölməsinin 8.1; 8.2; 8.3; 8.3.1 (Asfalt, pek materialları, asfalt-pek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq; dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik quru boyaq, xalis əlifdə boyaq; yod-brom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; ftor-xlor üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsulla məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast polixlorvinil plastikatı (*), fenol və karbomid plastikatları, üzvi şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əsasında plastik kütlələr; süni qaragül lifi əsasında plastik dəri (*) və süni dərilər (*); lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyu sodası (hasilatı); parçaların hopdurulması və emalı (*), təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin:) bəndlərinə və XXXV. "Ümumi peşələr" (Plastik kütlənin tökücüləri)bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxx 1964-cü il təvəllüdlüdür və onun 03 fevral 2016-ci il tarixində 52 yaşı tamam olmuşdur. Ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 20 ildən artıq ümumi iş stajı və 10 ildən artıq güzəştli iş stajı vardır. Belə ki, iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli əmək kitabçasının və ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə, iddiaçının təqdim etdiyi əmək kitabçasına və güzəştli sığorta stajına dair arayışına əsasən iddiaçının 03 fevral 2016-cı il tarixinədək yəni, 52 yaşı tamam olanadək 20 ildən artıq sığorta stajı vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququ verən yaş həddinə çatması, həmçinin pensiya təyin edilməsi üçün kifayət edən ümumi sığorta stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mübahisə iddiaçının xx.xx.2016-cı il tarixinə (52 yaşına) kimi tələb olunan 10 il güzəştli sığorta stajına nisbətdə 6 il, 3 ay, 13 gün sığorta stajının olmasıdır. Yəni, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2010-xx.xx.2016-cı illər üzrə (06 il 02 gün) əmək fəaliyyətini güzəştli iş stajı kimi qəbul etsə də, xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “X28 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyi illəri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sığorta stajı kimi qəbul etmir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. Lakin, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “X28 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası cabadehin mübahisələndirdiyi və apellyasiya şikayətində göstərdiyi həmin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası iddiaçının əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Şərh olunan qanunvericiliyin müddəalarının təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə qadınlara 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 20 il, güzəştli iş stajının 10 ildən çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərdən çıxış edərək bildirir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərtin ödənilməsi tələb olunur. 20 il ümumi iş stajının olması; (52 yaşı tamam olanadək), bu müddətin azı 10 ilinin güzəştli iş stajı olması. Məhkəmə kollegiyası, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin güzəştli iş stajı kimi qəbul etmədiyi xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövrləri barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. İddiaçı məxsus əmək kitabçasından görünür ki, o, “X28 Emalı” Açıq Səhmdar Cəmiyyətində xx.xx.1982-ci il tarixli 92 “K” saylı əmrə əsasən Tökmə Sexinə operator köməkçisi kimi işə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli, 115 “K” saylı əmrə əsasən ona 2-ci dərəcə verilmişdir. xx.xx.1983-cü il tarixli, 221 “K” saylı əmrə əsasən ona 3-cü dərəcə verilmişdir. xx.xx.1987-ci il tarixli, 112 “K” saylı əmrə əsasən ona 4-cü dərəcə verilmişdir. xx.xx.1987-ci il tarixli, 03 “K” saylı əmrə əsasən həmin sexə 3-cü dərəcəli anbardar keçirilmişdir. xx.xx.1987-ci il tarixli, 83 “K” saylı əmrə əsasən o, həmin sexin iqtisadçı mühasibi keçirilmişdir. xx.xx.2000-ci il tarixli, 17 “K" saylı əmrə əsasən AR ƏM-nin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən işdən azad edilmişdir. X28 X37 Cəmiyyətinin xx.xx.2023-ci il tarixli, 01/20 nömrəli güzəştli arayışının məzmunundan görünür ki, İddiaçı operator peşəsinə deyil, xx.xx.1982-xx.xx.1987-ci illər arasında tökmə sexinə tökməci operator peşəsinə təyin edilmiş və güzəştli peşə üzrə ikinci, üçüncü və dördüncü dərəcələrə yiyələnmişdir. Həmin arayışa və iş materiallarına əlavə edilən digər sənədlərə əsasən qeyd edilən peşənin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edimiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın Vİİİ. "Kimya İstehsalı" bölməsinin 8.1; 8.2; 8.3; 8.3.1 (Asfalt, pek materialları, asfalt-pek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq; dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik quru boyaq, xalis əlifdə boyaq; yod-brom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; ftor-xlor üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsulla məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast polixlorvinil plastikatı (*), fenol və karbomid plastikatları, üzvi şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əsasında plastik kütlələr; süni qaragül lifi əsasında plastik dəri (*) və süni dərilər (*); lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyu sodası (hasilatı); parçaların hopdurulması və emalı (*), təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin:) bəndlərinə və XXXV. "Ümumi peşələr" (Plastik kütlənin tökücüləri) bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil etdiyi müəyyən edilir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, ilk əmək fəaliyyətinə “X28 Emalı” zavodunda başlamış, 21 iyun 1973-cü il tarixdən 20 avqust 1975-ci il tarixə kimi “presləyici” vəzifəsində, 03 avqust 1976-cı il tarixdən 26 avqust 1988-ci il tarixədək tökmə sexində “tökməçi” vəzifəsində işləmişdir. Hazırda güzəştli şərtlərlə əmək pensiyası alır. Bacısı İddiaçı da 1982-1987-ci illərdə onunla birlikdə X28 Emalı” zavodunun tökmə sexində tökməçi vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, X14 13 avqust 2013-cü il tarixindən Fondunun Salyan rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 268,62 manat olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Eyni zamanda iş materiallarında olan qanuni qüvvəsini almış Salyan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(057)-359/2013 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi X8 hüquqi faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilmiş, ərizəçi X8 X28 Emalı zavodun tökmə sexində xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixədək presləyici, xx.xx.1976-cı il tarixdən xx.xx.1990-cı il tarixədək tökməçi və xx.xx.1992ci ildən xx.xx.2000-ci il tarixədək tökməçi vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsində əks olunmuş şahid X6 ifadəsindən görünür ki, o, “həmin müəssisədə tökməçi vəzifəsinin ştat cədvəlində olmadığını, o vaxt indi də bu işi icra edənlər operator adlandığını” bildirmişdir. Həmçinin həmin qətnamədə əks olunmuş şahid X4 ifadəsindən görünür ki, o, “vəzifə operator adlansada, faktiki olaraq tökməçi işlədiyini” bildirmişdir. (iş vərəqi 127) Bundan başqa iddiaçıya məxsus xx.xx.1982-ci ildə açılmış əmək kitabçasından da görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1987-ci illər arasında əmək fəaliyyətini Salyan plastmas emalı zavodunun “Tökmə sexində” icra etmişdir. (iş vərəqi 128-131) Beləliklə də iş materiallarından olan sənədlərdən (güzəştli iş stajı barədə müəssisənin verdiyi arayışlardan, əmək kitabçasından, qətnamədən), iddiaçının izahatından və hazırki iş üzrə dindirilmiş şahid ifadəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1982-xx.xx.1987-ci illər arasında Salyan plastmas emalı zavodunda işlədiyi vaxt vəzifəsi “operator” kimi qeyd edilsə də, faktiki olaraq tökmə sexində “tökücü” funksiyalarını yerinə yetirmiş və bu dövrlər ərzində o, güzəştli peşə üzrə ikinci, üçüncü və dördüncü dərəcələrə yiyələnmişdir. Yəni, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1982-xx.xx.1987-ci illər arasında tökmə sexində tökməci operator vəzifəsində işlədiyi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edimiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın Vİİİ. "Kimya İstehsalı" bölməsinin 8.1; 8.2; 8.3; 8.3.1 bəndləri və XXXV. "Ümumi peşələr" (Plastik kütlənin tökücüləri) bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Azərbaycan Respublikası X28 Emalı ASC-də işlədiyi xx.xx.1982-xx.xx.1987-ci il dövrləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı əlavəsinin Vİİİ Kimya İstehsalı bölməsi 10800000-1080A010 bəndinə və 2 saylı əlavəsinin XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-13399 “Plastik kütlənin tökücüləri” bölməsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarına əsasən Ümumi peşələr bölməsi 35 (Plastik kütlənin tökücüləri) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa hüquq verən peşə olması öz təsdiqini tapır. Belə olan halda məhkəmə kollegiyası qeyd edilən xx.xx.1982-xx.xx.1987-ci illəri güzəştli iş stajı kimi qəbul edir. Bundan başqa Samux rayon Mərkəzi Xəstəxanasında İddiaçı 11 il 5 ay işləməsi qeyd edilmişdir. Qeyd edilən iş stajından 6 il 3 ay 14 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Səhiyyə və sosial təminat bölməsi (19) vərəm və infeksion idarələrində, kabinetləri bəndində (a) çalışan kiçik tibb heyəti vəzifələrində öz təsdiqini tapır. Məhkəmə kollegiyası iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları” əsasında müəyyən edilməlidir. Belə ki, iddiaçının işlədiyi zərərli maddələrin tətbiq edilməsi işlərində məşğul olan (vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində kiçik tibb heyəti) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXİV Səhiyyə və sosial təminat idarələri bölməsi a) bölməsi (2260000a) kodları ilə öz əksini tapmışdır. Qeyd edilən 2010-2016-cı il tarixli dövr cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz hal kimi və güzəştli olaraq qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixədək (xx.xx.1982-xx.xx.1987-ci illər üzrə 04 il 04 ay və xx.xx.2010xx.xx.2016-cı illər üzrə 06 il 02 gün, cəmi 10 il 04 ay 02 gün) güzəştli iş stajı 10 ildən çox təşkil edir. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edilməlidir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixədək (xx.xx.1982-xx.xx.1987-ci illər üzrə 04 il 04 ay və xx.xx.2010-xx.xx.2016-cı illər üzrə 06 il 02 gün, cəmi 10 il 04 ay 02 gün) güzəştli iş stajı 10 ildən çox təşkil edir. Məhkəmə kollegiyası hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajını) topladığından o, 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Lakin, işdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixinədək əlilliyə görə əmək pensiya almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, hazırki iddianı qaldırmaqda məqsədi elə ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı gündən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi olmuşdur. Məhz bu səbəbdən əlilliyə görə əmək pensiyası dayandırıldıqdan sonra cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh də apellyasiya şikayətinə əlavədə həmin məsələləri mübahisələndirərək, birinci instansiya məhkəməsinin iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası cabadehin apellyasiya şikayətinin həmin dəlilləri və birinci instansiya məhkəməsinin “iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair hissəsi ilə bağlı gəldiyi nəticə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Göründüyü kimi qanunvericilik müxtəlif növ pensiya hüququ olan şəxslərə onların arzusu ilə yalnız birinin təyin edilməsini vacib şərt kimi nəzərdə tutmuşdur. Lakin, birinci instansiya məhkəməsi Qanunun imperativ qaydada müəyyən edilmiş tələbini pozaraq eyni dövrlər üzrə iddiaçıya iki növ pensiyanın ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Hansı ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı ona iki növ pensiyanın eyni vaxtda deyil, əlilliyə görə əmək pensiyası dayandırıldlığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsini xahiş etmişdir. Məhz iddiaçı bu məzmunda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Hətta, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəlinən nəticə yuxarıda qeyd edilənlərlə yanaşı, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin də tələbinə də ziddir. Həmin normaya görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. İşdən görünür ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixində müraciət etmiş və xx.xx.2022-ci il tarixli məktub ilə onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Yuxarıda qeyd edilən normaya görə iddiaçıya hüququnun yarandığı vaxtdan deyil, müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün əmək pensiyası ödənilə bilərdi (əlilliyə görə əmək pensiyası almasaydı). Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2016-cı il tarixdən yaranmasına baxmayaraq, həmin dövrdə əlilliyə görə əmək pensiyası aldığından və iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını əlilliyə görə əmək pensiyasının dayandırıldığı gündən yəni, xx.xx.2021-ci il tarixdən təyin edilməsini xahiş etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən deyil, ərizəsində göstərdiyi xx.xx.2021-ci il tarixindən təyin edilərək ödənilməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və düzgün tətbiq etməmişdir. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-614/2023 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-614/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar