Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-349/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həşimov Yaşar Xanoğlan oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(120)-164/2024 saylı qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qərara aldı. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-392/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-392/2023 nömrəli qərardadı ilə iddia tələbi iddia tələbi dəqiqləşdirilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-164/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi üçüncü şəxslər siyahısından çıxarılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1961-ci il yanvarın 21-də Neftçala rayonunun Boyat kəndində anadan olmuş, hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. 1978- ci il dekabrın 15-dən 1980-ci il aprelin 24-dək Sumqayıt Məişət Kimyası zavodunda 55 nömrəli sexdə zərərli istehsal sahəsi ilan elektrik avadanlıqları üzrə maşinist vəzifəsində işləmişdir. 1980-cı il aprelin 24-dən 1982-ci il aprelin 12-dək Sovet Ordusu sıralarında həqiqi hərbi xitmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 1982ci il avqustun 23-dən 1984-cü il mayın 13-dək həmin zavodun 2 saylı istehsalat sahəsində aparatçik (separipovanixa) vəzifəsində işləmişəm. 1984-cü il dekabrın 12-dən 1986-cı il dekabrın 12-dək Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyində (hazırda “X4 Müəssisəsi” MMC-də zərərli istehsal sahəsi olan plastmas məmulatlarının presləyicisi, 1987-ci il sentyabrın 04-dən 1987-ci il noyabrın 11-dək qalvançı, 1988-ci il martın 28-dən 1988-ci il aprelin 06-dək isə plastmas məmulatlarının presləyicisi vəzifəsində sahələrində, o cümlədən həmin zavodda 1989-cu il noyabrın 28-dək işləmişdir. 1989- cu il dekabrın 11-dən 1990-cı il iyunun 11-dək 26 Bakı komisarı adına mexaniki təmir zavodunda mertal kəsicisi vəzifəsində, 1989-cı il iyunun 12-dən 1990-cı il oktyabrın 22-dək Şəhadət kooperativində fəhlə vəzifəsində, 1989-ci il aprelin 11-dən 2001-ci il aprelin 03-dək Bakı-Komvol Kombinatında zərərli istehsal sahəsində daraqlama-darama sexində darama aparatlarında təmizləyici-itiləyici vəzifəsində işləmişdir. 2012-ci ilin aprelindən 2017-ci il iyul ayınadək işləməsə də məcburi sosial sığorta hesabına ödənişlər etmişdir. Ümumilikdə əmək stajı təxminən 27 il, zərərli istehsal sahəsində isə 15 ildən bir qədər artıq təşkil edir. Yuxarıda qeyd etdiyi Sumqayıt Məişət Kimyası zavodunda, Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyində (hazırda “X4 Müəssisəsi” MMC-də və Bakı-Komvol Kombinatında zərərli istehsal sahəsində işlədiyi müddət 15 ildən artıq olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci metal emalı bölməsinin 11.7-ci bəndi halvanik üsulla metallara üzçəkmə istehsalı, 35-ci bölmə ümumi peşələr-plastik kütlədən məmulatların presləyiciləri, “a” bəndi-fəhlələr, halvaniklər peşələrinə əsasən, həmçinin həmin Qərar qüvvəyə minənədək qüvvədə olmuş 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarına 1 №-li siyahısının 7-ci bəndi ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”’nın 1080B000-17641 nömrəsi ilə müəyyən olnınuş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. 2021-ci yanvarın 21-də 60 yaşı tamam olduğu üçün 3 dəfə yazılı ərizə ilə müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin olunmasını cavabdehdən xahiş etmiş, lakin sonuncu hər dəfə bir səbəb gətirərək pensiyanın təyin olunmasından əsassız olaraq imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olamvaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəli orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığorta olunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq olunmuş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlar, dənizdə çalışan neftçilərə vaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciklərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Qeyd olunanlara əsasən hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, **********8 nömrəli cavab məktubunda 25 il ümumi iş stajı və fərdi hesabınının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalından az olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 1 ay 25 gün (xx.xx.1978-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.2001-ci il, xx.xx.2012- xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2013- xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2016- xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-0.06.2017-ci il və xx.xx.2018- xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə ki, 2006-2021-ci illərdə İddiaçı işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 15 ay (1 il 3 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bundan başqa İddiaçı fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39200,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16434,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(120)-164/2024 nömrəli qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(120)-164/2024 nömrəli qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən belə qənaətə gəlmişdir ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən 2012-2018-ci il tarixli qəbzlərə əsasən Fondun Nefçala şəhər şöbəsinə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Məhkəmə hesab etmişdir k, müvafiq qəbzlər 2012-2018-ci il tarixlərdə tərtib edildiyindən nəzərə alınmalıdır ki, ödənilmiş həmin pul məbləğini, iddiaçının fərdi hesabının sığorta hissəsində əks etdirmək cavabdeh orqanın vəzifəsi olmuşdur. İddiaçı həmin pul məbləğini buna səlahiyyəti olan müvafiq orqana təqdim etməklə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı qanunvericiliyin onun üzərinə qoyduğu vəzifəni yerinə yetirmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən müvafiq ödənişin edilməsi sözügedən qəbzlə sübut olunur və müvafiq qəbzin mövcudluğu iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı cavabdehin dəlillərinin əsassızlığını sübut edir. İnzibati orqan tərəfindən həmin ödənişlərin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmaması, onun konstitusion səviyyədə tanınan sosial təminat hüququnun, yəni pensiya hüququnun məhdudlaşdırılması üçün əsas qismində çıxış edə bilməz. Həmçinin vəsaitin iddiaçının fərdi hesabında düzgün əks olunması isə iddiaçının vəzifəsi olmadığından onun ziyanına şərh edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 1,0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, İddiaçı ümumi iş stajı 25 ildən azdır. Belə ki, 2006-2021-ci illər ərzində İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə fərdi hesabının sığorta hissəsində 15 ay (1 il 3 ay) sığorta ödənişi öz əksini tapmışdır. Həmçinin bildiririk ki, iddiaçının təqdim etdiyi bır sıra ödəniş qəbzlərində qeyd olunan məbləğlər barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsistemi bölməsində və köhnə proqram təminatlarında İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Cavabdeh apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-1954/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, Apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, iş materiallarında olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun: M a d d ə 1 3 . Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (35-ci bölmə “Ümumi peşələr” plastik kütlədən məmulatların presləyiciləri”, 11-ci bölmə “Metal emalı” 11.7-ci bənd, “Halvanik üsulla metallara üzçəkmə istehsalı, a) fəhlələr: “halvaniklər (yalnız hissələrin asılıb və çıxarılması, həmçinin bağlı vannaların avtomatik rejimində məşğul olanlardan başqa)” Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 №-li siyahısının Vİİİ bəndi-1080Б000-17541 (elektrik avadanlıqlar üzrə maşinist vəzifəsi) 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın: 3.1-ci bəndinə müvafiq olaraq sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 3.1.1-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 3.1.2-ci bəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta (haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq; (-). Maddə 12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun: 10.2-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: sığortaedən və şığoriaolunan tərəfindən təgdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı şaxlanmaşını və mühafizəsini təmin etmək (10.2.1); sığortaolunana onun rnüraçiətinə əşaşən fərdi səxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi səxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək (10.2.2).
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə iddiaçının tələbi “xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki,cavabdeh inzibati orqan tərəfindən iddiaçının 2006-cı il tarixə kimi qeydə alınmalı olan bütün stajı mübahisəsiz hal kimi qəbul edilmişdir. Lakin, iddiaçının 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 15 ay (1 il 3 ay) sığorta ödənişi öz əksini tapdığını qeyd edərək yalnız 1 il 3 ay olan dövrü ümumi stajına qəbul etmişdir. Cavabdeh imtina məktubunda qeyd edir və təsdiq edir ki, iddiaçının 22 il 01 ay 25 gün sığorta stajı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı 0734 fəaliyyət növü kodu (digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – kənd yerlərində) üzrə məcburi dövlət sosial sığorta haqqları ödəmiş və qəbzləri inzibati orqana və məhkəməyə təqdim etmişdir. Ödəniş dövrləri barədə 2012-2018-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı məcburi dövlət sosial sığorta haqqı üzrə bir sıra ödənişlər etmişdir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını 2012-2018-ci illərdə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən əvvəl ödəmişdir. Beləliklə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, Neftçala rayonunun Boyat kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.1999-cu il tarixli, AO ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, ИТ-l ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021ci il tarixli, 04 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə kimi Bakı-Komvol Kombinatında işləmişdir. xx.xx.1991-ci ildə Daraqladarama sexinə darama aparatlarına təmizləyici-itiləyici qəbul edilmiş, xx.xx.2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 118/02 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququna malik olan zərərli əmək şəraitli işlərdə: xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər plastmas məmulatların presləyici; xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər qalvançı; xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər plastmas məmulatların presləyicisi peşələrində işləmişdir. İddiaçı presləyici və qalvançı işlədiyi müddətdə zərərli əmək şəraitində olmuş, əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Tam iş günü ərzində presləyici işlədiyi müddətdə müxtəlif tərkibli plastmas materiallardan bişirmə, isitmə yolları ilə pres avadanlıqlarında metal içlikli müxtəlif konfiqurasiyalı məmulatların preslənməsi işləri ilə, qalvançı işlədiyi müddətdə metal və məlumatların xarici və daxili səthlərinə qalvanik örtüyün çəkilməsi ilə məşğul olmuşdur. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (35-ci bölmə “Ümumi peşələr” plastik kütlədən məmulatların presləyiciləri”, 11-ci bölmə “Metal emalı” 11.7-ci bənd, “Halvanik üsulla metallara üzçəkmə istehsalı, a) fəhlələr: “halvaniklər (yalnız hissələrin asılıb və çıxarılması, həmçinin bağlı vannaların avtomatik rejimində məşğul olanlardan başqa)”) müəyyənləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2021ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 260 saylı əmr 15 dekabr 1978-ci il tarixdən 79 saylı əmr xx.xx.1980-cı ilədək Sumqayıt Məişət Kimyası zavodunun 55 saylı sexdə elektrik avadanlıqlar üzrə maşinist vəzifəsində işləmişdir. 49 saylı əmr xx.xx.1982-ci il tarixdən 2 saylı istehsalat sahəsinə apparatçik (separipovaniya) vəzifəsinə işə qəbul edilmişdir. 97 saylı əmr 12 iyun 1984-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifəsindən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 №-li siyahısını Vİİİ bəndinin 1080Б000-17541 üzrə ona güzəştli pensiya təyin olunması hüququ verilir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında (VÖEN) ********** nömrəli şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. İşdə olan **********552 nömrəli dövlət sosial sığorta şəhadətnaməsinin surətindən görünür ki, həmin şəhadətdamə xx.xx.1961-ci il təvəllüdlü İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi 20 dekabr 1978-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçanın surətində qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajınız 25 ildən az (22 il 1 ay) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta ssəsində qeydə alınan pensiya kapitalı cəmi 16430,79 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı anunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əınək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanubnun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (22 il 1 ay 25 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.2001-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə ki, 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 15 ay (1 il 3 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq münasibətdə 39200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16434,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 2012-ci ilin l-ll rübləri, 2014-2015-ci illərin İ rübü, 2016-cı ilin l-ll rübləri üzrə hər hansı məbləğ qeydə alınmamışdır, 2013-cü ilin İ rübü-37,54 manat, İİ rübü-12,51 manat, 2014-cü ilin ll-rübü-148,22 manat, 2015-ci ilin İİ rübü-162,42 manat, 2017-ci ilin l-ll rübləri-76,75 manat, 2018-ci ilin İ rübü üzrə isə 13,56 manat pensiya kapitalı qeydə alınmışdır. Əlavə olaraq, adıçəkilən şəxsin qeyd olunan dövrlər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı barədə Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 alt sistemindən çıxarışı təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 2012-ci ilin birinci və ikinci rübləri, 2014-cü və 2015- ci illərin birinci rübü, 2016-cı ilin birinci və ikinci rübləri üzrə hər hansı məbləğ qeydə alınmamışdır, 2013cü ilin birinci rübü-36,38 manat, ikinci rübü-12,13 manat, 2014-cü ilin ikinci rübü-143,64 manat, 2015-ci ilin ikinci rübü-157,39 manat, 2017-ci ilin birinci və ikinci rübləri-14,40 manat, 2018- ci ilin birinci rübü üzrə isə 13,14 manat pensiya kapitalı qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mühasibat uçotu departamentinin xx.xx.2023cü il tarixli, 3-17-1/3-1-10674/2023 nömrəli xidməti məktubundan görünür ki, sığortaedən İddiaçı (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fondunun keçmiş Neftçala rayon şöbəsinin * * * * * * * * * nömrəli yığım hesabına məcburi dövlət sosial sığorta haqları üzrə köçürdüyü məbləğlər üzrə xx.xx.2012-ci il tarixli, 40 nömrəli qəbzlə 11,22 (on bir manat 22 qəpik) manat, xx.xx.2012-ci il tarixli, 14 nömrəli qəbzlə 9,35 (doqquz manat 35 qəpik) manat, xx.xx.2012-ci il tarixli, 131 nömrəli qəbzlə 7,35 (yeddi manat 35 qəpik) manat, xx.xx.2012-ci il tarixli, 50 nömrəli qəbzlə 9,35 (doqquz manat 35 qəpik) manat, xx.xx.2012-ci il tarixli, 124 nömrəli qəbzlə 28,05 (iyirmi səkkiz manat 05 qəpik) manat, xx.xx.2012-ci il tarixli, 86 nömrəli qəbzlə 18,70 (on səkkiz manat 70 qəpik) manat, xx.xx.2013-cü il tarixli, 119 nömrəli qəbzlə 28,05 (iyirmi səkkiz manat 05 qəpik) manat, xx.xx.2013-cü il tarixli, 01 nömrəli qəbzlə 18,70 (on səkkiz manat 70 qəpik) manat, xx.xx.2014-cü il tarixli, 96 nömrəli qəbzlə 123,70 (bir yüz iyirmi üç manat 70 qəpik) manat, xx.xx.2015-ci il tarixli, 05 nömrəli qəbzlə 63,00 (altmış üç manat) manat, xx.xx.2015-ci il tarixli, 06 nömrəli qəbzlə 63,00 (altmış üç manat) manat, xx.xx.2016-cı il tarixli, 164İPX********** nömrəli qəbzlə 63,00 (altmış üç manat) manat, xx.xx.2017-ci il tarixli, 164İPOX170300144 nömrəli qəbzlə 10,50 (on manat əlli qəpik) manat, xx.xx.2017-ci il tarixli, 164İPX********** nömrəli qəbzlə 10,50 (on manat əlli qəpik) manat, xx.xx.2017-ci il tarixli, 164İPX********** nömrəli qəbzlə 10,50 (on manat əlli qəpik) manat, xx.xx.2017-ci il tarixli, 164İPX********** nömrəli qəbzlə 10,50 (on manat əlli qəpik) manat, xx.xx.2017-ci il tarixli, 164İPX********** nömrəli qəbzlə 10,50 (on manat əlli qəpik) manat məbləğində ödəniş qəbzləri və ödənilən vəsaitlərin xəzinə hesabına daxil olması aşkar olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********137500 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirlliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdən əvvəlki dövrə aid məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişləri barədə vergi orqanında məlumat olmadığı üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 müraciət olunmalıdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********453000 nömrəli məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2012-ci il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2012-ci il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2077-ci il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-165745/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Kommunaf nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təsis edilmişdir. İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sosial ödənişlər altsisteminə əsasən xx.xx.2010-cu il tarixindən sözügedən müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikasının Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, İddiaçı xx.xx.2019-cu il tarixindən müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdü təyin edilmiş və ödənilməkdədir. Əlavə olaraq bildiririk ki, məktubun müavinət və təqaüd işinin göndərilməsi hissəsində işin icrası Fondun Arxiv və Sosial ödəniş İşlərinin inventarlaşdırılması üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid olduğundan məktub aidiyyəti üzrə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 229767/2023 nömrəli məktubundan görünür ki, müraciətlə bağlı Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedənin fəaliyyət göstərdiyi sahələr üzrə 2012-2018-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarının hesablanması qaydası müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cədvəl formasında hazırlanaraq təqdim olunur. Əlavə olaraq Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2012-xx.xx.2018-ci illəri əhatə edən dövrlər üçün sığortaedən İddiaçı tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlarının təsdiq olunmuş surətlərini, həmçinin hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edirik. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Əlavə olaraq qeyd edirik ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 2-ci maddəsinə uyğun olaraq bu Qanunun məqsədləri üçün sığortaolunan Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilərdir. Özözünü sığortaedən fiziki şəxslər əmək müqaviləsi əsasında fəaliyyət göstərmədiyi üçün Qanuna əsasən işsizlikdən sığorta olunan işçilərə aid deyildir. İşdə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-63062/2024 tarixli xidməti məktubdan görünür ki, İddiaçı ümumi iş stajı xx.xx.2022-ci il tarixədək 23 il 10 ay 24 gün (xx.xx.2006cı il tarixədək 20 il 10 ay 24 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət müddəti), xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-ci il və xx.xx.1991-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 3 il (xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə kollegiyası ilk öncə qeyd etmək istəyir ki, iddiaçının güzəştli stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Mübahisə yalnız ümumi stajda və kapital hissəsində olmuşdur. Bununla belə məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə kimi Bakı-Komvol Kombinatında işləmişdir. xx.xx.1991-ci ildə Daraqla-darama sexinə darama aparatlarına təmizləyici-itiləyici qəbul edilmiş, xx.xx.2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 118/02 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququna malik olan zərərli əmək şəraitli işlərdə: xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər plastmas məmulatların presləyici; xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər qalvançı; xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər plastmas məmulatların presləyicisi peşələrində işləmişdir. İddiaçı presləyici və qalvançı işlədiyi müddətdə zərərli əmək şəraitində olmuş, əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Tam iş günü ərzində presləyici işlədiyi müddətdə müxtəlif tərkibli plastmas materiallardan bişirmə, isitmə yolları ilə pres avadanlıqlarında metal içlikli müxtəlif konfiqurasiyalı məmulatların preslənməsi işləri ilə, qalvançı işlədiyi müddətdə metal və məlumatların xarici və daxili səthlərinə qalvanik örtüyün çəkilməsi ilə məşğul olmuşdur. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (35-ci bölmə “Ümumi peşələr” plastik kütlədən məmulatların presləyiciləri”, 11-ci bölmə “Metal emalı” 11.7-ci bənd, “Halvanik üsulla metallara üzçəkmə istehsalı, a) fəhlələr: “halvaniklər (yalnız hissələrin asılıb və çıxarılması, həmçinin bağlı vannaların avtomatik rejimində məşğul olanlardan başqa)”) müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 260 saylı əmr 15 dekabr 1978-ci il tarixdən 79 saylı əmr xx.xx.1980-cı ilədək Sumqayıt Məişət Kimyası zavodunun 55 saylı sexdə elektrik avadanlıqlar üzrə maşinist vəzifəsində işləmişdir. 49 saylı əmr xx.xx.1982-ci il tarixdən 2 saylı istehsalat sahəsinə apparatçik (separipovaniya) vəzifəsinə işə qəbul edilmişdir.97 saylı əmr 12 iyun 1984-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifəsindən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 №-li siyahısını Vİİİ bəndinin 1080Б000-17541 üzrə ona güzəştli pensiya təyin olunması hüququ verilir. Son olaraq məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajına münasibət bildirərək qeyd edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güzəştli iş stajını toplamışdır. Məhkəmə kollegiyası iddiaçının ümumi iş stajına münasibətdə aşağıda qeyd olunanları bildirir: Cavabdeh inzibati orqan tərəfindən iddiaçının 2006-cı il tarixə kimi qeydə alınmalı olan bütün stajı mübahisəsiz hal kimi qəbul edilmişdir. Lakin, iddiaçının 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 15 ay (1 il 3 ay) sığorta ödənişi öz əksini tapdığını qeyd edərək yalnız 1 il 3 ay olan dövrü ümumi stajına qəbul etmişdir. Belə ki, cavabdeh imtina məktubunda qeyd edir və təsdiq edir ki, iddiaçının 22 il 01 ay 25 gün sığorta stajı olmuşdur. Lakin, sonradan apellyasiya icraatı zamanı cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-63062/2024 tarixli xidməti məktubla İddiaçı xx.xx.2022-ci il tarixinədək 23 il 10 ay 24 gün sığorta stajının olduğunu bildirmişdir. Yəni, cavabdeh imtina məktubundan fərqli olaraq iddiaçının təqdim etdiyi 2012-2018-ci il tarixli qəbzlər üzrə 3 il (36 ay) sığorta stajının olduğunu təsdiq etmişdir. Başqa sözlə, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 20 il 10 ay 24 gün sığorta stajının, qəbzlər üzrə isə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək 36 ay (3 il) sığorta stajının olduğu qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 0734 fəaliyyət növü kodu (digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – kənd yerlərində) üzrə məcburi dövlət sosial sığorta haqqları ödəmiş və qəbzləri inzibati orqana və məhkəməyə təqdim etmişdir. Ödəniş dövrləri barədə 2012-2018-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı məcburi dövlət sosial sığorta haqqı üzrə bir sıra ödənişlər etmişdir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını 2012-2018-ci illərdə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən əvvəl ödəmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh inzibati orqan tərəfindən 2006-2021-ci illərdə iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 36 ay (3 il) sığorta ödənişi öz əksini tapdığını bildirilərək qəbzlər üzrə yalnız 36 ay müddət sığorta stajına daxil edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən qəbzlərə baxış zamanı, eləcədə aparılan araşdırma nəticəsində aşağıdakı halları müəyyən etmişdir: Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 229767/2023 nömrəli məktubundan görünür ki, müraciətlə bağlı Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedənin fəaliyyət göstərdiyi sahələr üzrə 2012-2018-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarının hesablanması qaydası müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cədvəl formasında hazırlanaraq təqdim olunmuşdur. Həmin məktuba əlavə olaraq Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2012-xx.xx.2018-ci illəri əhatə edən dövrlər üçün sığortaedən İddiaçı tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlarının təsdiq olunmuş surətlərini, həmçinin hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edilmişdir. Həmin sənədlərə 2012-2018-ci illər üzrə 0734 fəaliyyət növü kodu (digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – kənd yerlərində) üzrə məcburi dövlət sosial sığorta haqqlarının hesablanma qaydası əlavə edilmişdir.
İllər Aylıq üzrə hesablanma qaydası il üzrə cəmi
2012 MAƏH (93,5)*20%*50%=9,35 112,2 xx.xx.2013 xx.xx.2013 MAƏH (93,5)*20%*50%=9,35 74,8 xx.xx.2013 xx.xx.2013 MAƏH (105)*20%*50%=10,5 42 2014 MAƏH (105)*20%*50%=10,5 126 2015 MAƏH (105)*20%*50%=10,5 126 2016 MAƏH (105)*20%*50%=10,5 126 2017 MAƏH (116)*20%*50%=11,6 139,2 2018 MAƏH (130)*20%*50%=13 156
İddiaçı tərəfindən təqdim edilən və iş materiallarına əlavə edilən qəbzlər ilə yuxarıda qeyd edilən düstura əsasən hesablanaraq müəyyən edilmiş sığorta stajı: 2012-ci il üzrə 84 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 9 ay 2013-cü il üzrə 84,15 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 9 ay 2014-cü il üzrə 123,70 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 12 ay 2015-ci il üzrə 126 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 12 ay 2016-cı il üzrə 63 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 6 ay 2017-ci il üzrə 63 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 6 ay 2018-ci il üzrə 13 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 1 ay Belə ki, qeyd edilənlərə əsasən ümumi məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş edilən ayların cəmi 55 ay (04 il 07 ay) müəyyən edilir ki, inzibati orqan tərəfindən isə qeyd edilən müddətdən yalnız 36 ay (3 il) sığorta stajı kimi qeydə alınmışdır. Halbuki, inzibati orqan tərəfindən mübahisəsiz staj kimi qəbul edilən 23 il 10 ay 24 gün sığorta stajına qəbzlər üzrə nəzərə alınmalı olan lakin nəzərə alınmayan 1 il 07 ay sığorta stajı cəmləndikdə iddiaçının 25 ildən artıq stajın olduğu müəyyən edilir. Göründüyü kimi iddiaçının xx.xx.2022-ci il tarixinə 25 ildən çox ümumi iş stajı mövcuddur. Cavabdeh inzibati orqan tərəfindən imtinanın ikinci əsası iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının tələb olunan pensiya kapitalından az olması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edilən hala münasibət bildirərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530- VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 29 iyun 2022-ci il tarixdən pensiya kapitalı ilə bağlı tələb artıq aradan qalxmışdır. Həmin Qanunun keçid müddəalarında qeyd edilmişdir ki, Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 - 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar iddiaçının nəzərinə çatdırılmış və iddiaçı tərəfindən tələbində dəqiqləşdirmə aparılmışdır. Dəqiqləşməyə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir ki, belə olan halda pensiya kapitalı ilə bağlı tələb artıq aradan qalxmış olur və iddiaçıya məxsus pensiya kapitalı ilə bağlı əlavə araşdırma aparılmasına ehtiyac qalmır. Məhkəmə kollegiyası, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-420/2020 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-1307/2021 nömrəli, xx.xx.2022-ci il tarixli, 2- 1(102)-668/2022 nömrəli və xx.xx.2023-cü il tarixli, 2-1(102)-2228/2023 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirlir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(120)-164/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.