Məhkəmə qərarları › İş №2-1(106)-351/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-351/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-351/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2-1(120)-1142/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqəsinin tərtib edilərək aidiyyatı quruma təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xidmətdən buraxıldığı günə qədər aldığı əmək haqqı nəzərə alınmaqla yenidən məlumat vərəqəsinin tərtib edilərək aidiyyatı quruma (DSM Fonduna) təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 23 yanvar 2025-ci il tarixli, 2- 1(120)-1142/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci insatnsiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq hərbi xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarına və Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 144-cü və 145-ci bəndlərinə dəyişiklik və əlavələr edilənədək iddiaçının pensiya hüququ yaranmış və onun xidmət illəri təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil etmişdir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxil edilmişdir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il, 09 ay, 06 gün, bir günü 2 gün hesabı ilə) daxil edilmişdir. İddiaçı pensiya hüququ əldə edərkən «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 12-ci maddəsinə və yuxarıda qeyd olunan digər normativ sənədlərə dəyişiklik edilməmiş və bu səbəbdən də ona pensiya hesablanarkən məhz bu qanunvericilik aktlarına müvafiq olaraq hesablanmalı idi. Buna baxmayaraq Daxili İşlər Nazirliyi onun xidmət illərini düzgün hesablamamış, iddiaçının pensiya hüququ əldə etdikdən sonra qəbul olunan qanunvericilik aktlarına istinad etmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər hərbi xidmətdə çalışmışdır. xx.xx.1992-xx.xx.1992-ci il tarixlərində Bakı şəhər BPİnin polis PPX Alayının 2-ci bölüyünün polis əməkdaşı kimi,xx.xx.1992-ci ildən xx.xx.1993cü ilə kimi Bakı şəhər BPİ-nin DYPŞ-nin avtomobillərin müayinə stansiyasının xüsusiləşdiriİmiş ekoloji nəzarət bölüyünün yol-patrul inspektoru, xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilə qədər AR DİN-in DYPİ-nin müayinə nəzdində avtomobillərin stansiyasının xüsusiləşdirilmiş ekoloji nəzarət rotasının yol polisi müfəttişi, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər AR DİN-in sərəncamənda, xx.xx.2002-xx.xx.2003-cü il müddətində DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Zığ limanında XPB-nin PPX manqasının polis əməkdaşı, xx.xx.2003-cü il xx.xx.2004-cü il müddətində AR DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Xaçmaz xüsusi polis məntəqəsinin polis nəfəri, xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilə qədər Bakı şəhəri Səbail RPİ-nin əlahiddə polis bölüyünün polis nəfəri, xx.xx.2004-cü il 1-xx.xx.2006-cı il müddətində Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yol polisi tağımımn yol polis inspektoru və xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilə kimi Bakı şəhəri Səbail RPİ-nin əlahiddə polis bölüyünün polis nəfəri kimi vəzifələrində çalışmışdır. Bakı şəhər Səbail RPİnin 30 aprel 2008-ci il tarixli nömrəli əmri ilə Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135 maddəsinin 6 bəndinə əsasən səhətinə görə 30 aprel 2008-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən azad edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28 iyul 2008-ci il tarixdə “ Əmək Pensiyaları haqqında” Qanunun 20.16.2-ci maddəsinə əssən ona “hərbi xidmət dövrü ilə əlaqədar“ 2-ci dərəcə əliliyə görə təminat xərcliyinizin 55 faizi miqdarında əmək pensiyası təmin edilməklə 31 iyul 2021-ci il tarixinədək ödənilmişdir. Pensiya ödənişi 1 avqust 2021-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəri 17 il 7 ay 5 gün, güzəştli xidmət ili 4 il 9 ay 6 gün qeyd edilmişdir. 29 aprel 1992-ci il tarixdən 19 oktyabr 2007-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Həmin qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli 728-İİQD nömrəli Azərbaycan Respublikası qanunu ilə edilmiş dəyişikliyə əsasən “20” il sözləri “20 təqvim ili“ sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (15 il, 09 ay, 05 gün) daxili işlər orqanlarında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (01 il, 10 ay, 12 gün) Silahlı Qüvvələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2008- ci il tarixinə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il, 09 ay, 06 gün, bir günü 2 gün hesabı ilə) daxildir. Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyada). İddiaçı təqvimi xidmət müddətinin 20 ildən az, yəni 17 il, 07 ay, 17 gün olduğu nəzərə alınaraq, ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququ yaranan şəxlər barəsində tərtib olunur. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyası hüququ yaranmadığından barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib olunmamışdır. İddiaçı, xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməmişdir. Belə olan halda, onun güzəştli xidmət müddəti, həmin dövrdə qüvvədə olan 631 nömrəli, xx.xx.1992-ci il tarixli qərarın “b” bəndinin təsirinə düşür. İddiaçı iddiasını Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Plenum qərarına istinadən əsaslandırma apararaq, onun xx.xx.2004-cü il tarixdən həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanununa əsasən pensiya hüququnun yarandığını iddia edir. İddiaçı iddiasını KM Plenum Qərarına əsaslanaraq qeyd edir: “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu (bundan sonra - 2004-cü il 1 sentyabr tarixli Qanun) ilə həmin Qanunun 12-ci maddəsinin a) bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir.

1. İddiaçının xx.xx.2004-cü il tarixə xidmət illəri və hesablanma qaydası: Başlama tarixi Bitmə tarixi il ay gün yazı ilə Təyinatı xx.xx.1992 xx.xx.2004 12 1 7 12 il, 1 ay, 7 gün DİO-da xidmət illəri xx.xx.1988 xx.xx.1990 1 10 12 1 il, 10 ay, 12 gün Silahlı Qüvvələrdə xidmət müddəti Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (bir ayı iki ay hesablanmaqla) xx.xx.1992 xx.xx.1997 4 9 6 4 il, 9 ay, 6 gün CƏMİ 17 20 25 Yekun nəticə 18 8 25 18 il, 8 ay, 25 gün Beləliklə, iddiaçının xx.xx.2004-cü il tarixə xidmət illəri 18 il, 8 ay, 25 gün təşkil edir.

2. İddiaçının xx.xx.2008-ci il tarixə xidmət illəri və hesablanma qaydası: a) Təqvimi xidmət illəri və hesablanma qaydası: Başlama tarixi Bitmə tarixi il ay gün yazı ilə Təyinatı xx.xx.1992 xx.xx.2008 15 9 5 15 il, 9 ay, 5 gün DİO-da xidmət illəri Silahlı Qüvvələrdə xidmət xx.xx.1988 xx.xx.1990 1 10 12 1 il, 10 ay, 12 gün müddəti

CƏMİ 16 19 17 Yekun nəticə 17 7 17 17 il, 7 ay, 17 gün

B) Güzəştli xidmət illəri və hesablanma qaydası:

Başlama .. tarixi Bitmə tarixi il ay gun yazı ilə Təyinatı xx.xx.1992 xx.xx.2008 15 9 5 15 il, 9 ay, 5 gün DİO-da xidmət illəri xx.xx.1988 xx.xx.1990 1 10 12 1 il, 10 ay, 12 gün Silahlı Qüvvələrdə xidmət müddəti Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xx.xx.1992 xx.xx.1997 4 9 6 4 il, 9 ay, 6 gün xidmət müddəti CƏMİ 20 28 23 Yekun nəticə 22 4 23 22 il, 4 ay, 23 gün

Sadalananlara əsasən aydın görünür ki, iddiaçının nə xx.xx.2004-cü il tarixdə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan, nə də 2008-ci il tarixdə qüvvədə olan əmək pensiyaları qanunvericiliyində tələb olunan yaşa görə güzəştli şərtlərlə pensiya hüququ yaranmır.

Apellyasiya şikayətinin dəlilləri

İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu və dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir.

Prosessual məsələlər

Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətin dəlillərini qəbul etməmiş, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Əsaslandırma

Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, surətləri iş materiallarına əlavə edilmiş: -Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsinə əsasən, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28 iyul 2008-ci il tarixində "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən "hərbi xidmət dövrü ilə əlaqədar" İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə 31 iyul 2021-ci il tarixinədək ödənilmişdir (sonuncu pensiya ödənişi 489,09 manat). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş "hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyin etibarlılıq müddəti 31 iyul 2021 -ci il tarixinədək olduğu üçün pensiya ödənişi 1 avqust 2021-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəri 17 il 7 ay 5 gün, güzəştli xidmət ili 4 il 9 ay 6 gün qeyd edilmişdir. 29 aprel 1992-ci il tarixdən 19 oktyabr 2007-ci il tarixinədək qüvvədə olan "Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin "a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli 728- İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən "20 il” sözləri "20 təqvim ili” sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006-cı il tarixindən qüvvədə olan "Əmək pensiyaları haqqında” Qanunun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddəti eyni zamanda xidmətdən buraxıldığı günə 20 təqvim ili xidmət müddəti mövcud olmadığından ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. -Daxili İşlər Nazirliyi X1 İdarəsinin xx.xx.2013-cü il tarixli 3-13-23/2-1276/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. -Daxili İşlər Nazirliyi X1 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-23/2-2330/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2012-ci il tarixli "030913” nömrəli müharibə veteranı vəsiqəsinin verilməsi əsaslılığının yoxlanılması məqsədilə DİN-in arxivində saxlanılan 1992-1994-cü illəri əhatə edən əmrlərə baxılmış, lakin vətəndaş İddiaçı döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. -Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 030913 nömrəli, xx.xx.2012-ci il tarixli Vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı müharibə veteranıdır. -Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (15 il, 09 ay, 05 gün) daxili işlər orqanlarında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (01 il, 10 ay, 12 gün) Silahlı Qüvvələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.20008-ci il tarixinə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il, 09 ay, 06 gün, bir günü 2 gün hesabı ilə) daxildir. Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5.1ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 20 təqvim ili xidmət müddəti olmadığından ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (15 il, 09 ay, 05 gün) daxili işlər orqanlarında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (01 il, 10 ay, 12 gün) Silahlı Qüvvələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.20008-ci il tarixinə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il, 09 ay, 06 gün, bir günü 2 gün hesabı ilə) daxildir. Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyada). İddiaçı təqvimi xidmət müddətinin 20 ildən az, yəni 17 il, 07 ay, 17 gün olduğu nəzərə alınaraq, ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nm 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququ yaranan şəxlər barəsində tərtib olunur. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyası hüququ yaranmadığından barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib olunmamışdır. Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq hərbi xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarının 1, 2-ci hissəsinin A, B və V bəndinə eləcə də «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü və 145-ci bəndlərinə müvafiq olaraq zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq hərbi xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün aşağıdakilar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: Silahlı qüvvələrdə, sərhəd qoşunlarında, daxili qoşunlarda və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa hərbi birləşmələrdə həqiqi hərbi xidmət; Daxili işlər, ədliyyə, feldyeqer rabitəsi orqanlarında sıravi, kiçik, orta, böyük və yüksək rəis heyyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən. Zabit heyyətinə daxili işlər və ədliyyə, gömrük orqanlarında orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin «a» bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlim bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. a) Xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; b) xidmətinin bir ayı iki ay sayılmaqla: Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövründə Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddəti; v) xidmətin bir ayı ay yarım sayılmaqla: Cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və dövlət təhlükəsiziliyini qorumaq vəzifələrini yerinə yetirərkən Respublikanın qanunverici orqanı müəyyən etdiyi dövrlərdə. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə» xx.xx.2004-cü il tarixli, 728-İİQD saylı Qanuna əsasən həmin Qanunun 12-ci maddəsinin «a» bəndindəki «20 il» sözləri «20 təqvim ili» sözləri ilə əvəz edilmişdir. Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə» Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında» xx.xx.2005-ci il tarixli, 977-İİQD saylı Azərbaycan Respublikasının Qanununa əsasən «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144 və 147-ci maddələrində «25 il» sözləri» «20 təqvim ili» sözləri ilə əvəz edilmiş və imtiyazlı hesablama ilə» sözləri çıxarılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 12-ci maddəsinə, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq hərbi xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarına və Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü və 145-ci bəndlərinə dəyişiklik və əlavələr edilənədək iddiaçının pensiya hüququ yaranmış və onun xidmət illəri təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil etmişdir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxil edilmişdir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il, 09 ay, 06 gün, bir günü 2 gün hesabı ilə) daxil edilmişdir. “İnzibati icraat haqqında” Qanuna əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2-1(120)-1142/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar