Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-352/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X3 ibarət tərkibdə, Hüseynov Bülbül Düldül oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(120)-1744/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 Saylı Şirvan Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 Saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X1 vərəsəsinə verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 06 fevral 2025-ci il tarixli, 2- 1(120)-1744/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyət və ya digər hüquqlarına birbaşa müdaxilə edilməmişdir. Belə ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənədi yoxdur. X6 vəfat etməmişdir. Şəxsin vəfat etmədiyi üçün onun barəsində vərəsəlik işi açılmamış, heç kimə qanun üzrə şəhadətnamə təqdim olunmamışdır. O cümlədən, X4 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 Saylı Şirvan Ərazi İdarəsi tərəfindən heç bir çıxarış verilməmişdir. Torpaq sahəsi üzrə yalnız **********0 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış mövcuddur ki, həmin çıxarış X5 adına rəsmiləşdiirlmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, 04 oktyabr 2010-cu il tarixli, N 41 saylı X7 ilə aralarında bağlanmış müqaviləyə əsasən 1.06 ha torpaq sahəsi istifadəsinə verilmişdir. X7 vəfat etmiş, onun vərəsələri qanunsuz olaraq inzibati orqana məlumat vermədən öz adlarına çıxarışlar almışlar. Lakin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin 13 saylı Ərazi İdarəsi məktubu ilə ona bildirilmişdir ki, çıxarışların ləğv edilməsi üçün məhkəməyə müariciət etməlidir. Cavabdehin imtinası vərəsəlik hüquqlarının həyata keçirilməsinə mane olur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərəzli mövqe nümayiş etdirilmiş, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Prosessual məsələlər Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Saatlı RİHB-nın Varxan kənd İƏD üzrə nümayəndəsi və Saatlı rayon Vaxran Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 04 oktyabr 2010-cu il tarixli, 41 nömrəli “torpağın müvəqqəti istifadəsinə dair” müqavilənin məzmunundan görünür ki, X6 ilə İddiaçı arasında Saatlı rayon Vaxran kəndində yerləşən 1.06 ha torpaq sahəsinin sonuncunun icarəsinə verilməsi barədə razılığa gəlmişlər. Həmçinin işdə olan JN-179 nömrəli Dövlət aktında görünür ki, Saatlı rayon Vaxran kəndində yerləşən 3.87 ha torpaq sahəsi AİK-nın 1997-ci il tarixli qərarı ilə Qədirova Səbriyə, X2, Qədirov Elşən, Eldar, Tofiq və Məmməd Mehdialı uşaqlarının ümumi birgə mülkiyyətlərinə verilmişdir. Göründüyü kimi 3.87 ha torpaq sahəsi Qədirova Səbriyə və qeyrilərinin ümumi birgə mülkiyyətində olmuş, sonradan onların adlarına dövlət qeydiyyatına alınmışdır. Əvvala qeyd edilməlidir ki, iddiaçı ilə X6 arasında bağlanmış müqavilə bu sahədə səlahiyyəti olmayan qurumlar tərəfindən təsdiq edilmiş, ümumi birgə mülkiyyətdə olmasına baxmayaraq, digər mülkiyyətçilərin razılığı olmadan bağlanmış, həmçinin müqavilədə icarə müddəti göstərilməmişdir. Digər tərəfdən, həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmış olsaydı belə, müqavilədə qeyd olunan torpaq sahəsinə dair çıxarışın verilməsi iddiaçının icarə hüquqlarını hər-hansı formada məhdudlaşdırmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(120)-1744/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-352/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-352/2025
10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver