Məhkəmə qərarları › İş №2-1(106)-353/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-353/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-353/2024 09.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X2 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2- 1(120)-870/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1938-ci il təvəllüdlüdür, hazırda 85 yaşı var. Həyat yoldaşı X15 xx.xx.1983-cü il tarixində vəfat etmişdir. O, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialına müraciət etmişdir, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 21 fevral 2023cü il tarixli. 3-17-1 /2-Ə-33751/23 nömrəli məktubu ilə müraciətinin icrasından imtina etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, təqdim etdiyi mərhum əri X11 məxsus arxiv arayışlarının surətinə və hərbi xidmət haqqında arayışına əsasən sığorta stajı 12 il 5 ay 11 gün olmaqla qanunvehciliklə tələb olunan müddətdən (13 il) azdır. Məlumat üçün bildirilmişdir ki, təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Neftçala Rayon Dövlət Arxivinin 17 yanvar 2023-cü il tarixli, 9 saylı arxiv arayışına əsasən P.Əbilovun xx.xx.1978-ci il tarixində “Dirçəliş'' üzümçülük sovxozuna işə qəbul olma əmri qeyd edilsə də, işdən azad olunmasına dair qeyd olmadığından həmin dövrün sosial sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən, P.Əbilovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə gorə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2-cı maddəsinin tələblərindən göründüyü kimi vəfat etmiş şəxsin arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-cı maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 12.1 -ci maddəsində qeyd edilir ki. əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına gorə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdeh təsdiq edir ki, ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi uçün mərhum ərinin “Əmək pensiyaları haqqında" Qanunun 12.1-ci maddəsinə əsəsən 13 il sığorta stajının olması tələb olunur. Cavabdehin imtinasının əsası odur ki, Neftçala Rayon Dövlət Arxivinin 17 yanvar 2023-cü ıl tarixli, 9 saylı arxiv arayışında mərhum ərinin xx.xx.1978-ci il tarixində “Dirçəliş” üzümçülük sovxozuna işə qəbul olma əmri qeyd edilsə də, işdən azad olunmasına dair qeyd olmadığından həmin dövr sosial sığorta stajına əlavə edilməmişdir. Bu baxımdan, cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı 12 il 5 ay 11 gün təşkil edir. Bununla bağlı qeyd edir ki, Neftçala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 9 saylı arxiv arayışından görünür ki, Neftçala Rayon Dövləl Arxivində mühafizə olunan Neftçala rayon “Dirçəliş" adına sovxozun əmr kitablarına əsasən X15 05 iyun 1978-ci ildə 162 saylı əmrə əsəsən “Dirçəliş" sovxozunun direktoru təyin edilmişdir. Arayışın "Qeyd" hissəsindən görünür ki, “Dirçəliş" üzümçülük sovxozunun 1981-ci ildən sonrakı dövrlərini əhatə edən əmr və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyinə görə P.X.Əbilovun işdən çıxması barədə məlumat vermək mümkün olmamışdır. 1978, 1979 və 1980-cı illərin mühafizə olunmuş arxiv sənədləri P.X.Əbilovun sovxoz direktoru kimi imzası möhürlə təsdiq olunmuş əmrlər mövcuddur. Sözügedən arxiv arayışına əlavə edilmiş Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq İstehsalat Komitəsinin 05 iyun 1978-ci ildə 162 A saylı əmrinə əsasən mərhum əri X15 yenidən təşkil olunmuş Neftçala üzümçülük sovxozunun direktoru təyin edilmişdir. Arayışa əlavə edilmiş 14 iyun, 22 sentyabr, 31 dekabr 1978-ci il tarixli, 18 yanvar. 17 aprel. 24-28 iyul. 15-18 sentyabr. 15-18 dekabr 1980-cı il tarixli əmrlərdə sovxozun direktoru kımı P.X.Əbilov qeyd edilərək əmrlər onun imzası ilə təsdiq edilmişdir. Göründüyü kimi mərhum ərinin Neftçala üzümçülük sovxozunun direktoru kimi ən azı 3 il sosial sığorta stajı vardır. İşin qeyd olunan faktiki halları ilə mərhum ərinin cavabdeh tərəfindən mübahisələndirilməyən 12 il 5 ay 11 gün sığorta stajı ilə birlikdə ən azı 15 il sosial sığorta stajına malik olduğu, bununla da qanunvericiliklə tələb edilən sığorta stajı tələbinin (13 il) ödənildiyi müəyyən edilir. Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 "q" bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1 -ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3- cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya emək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyetnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-inədək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə,iddiaçı mərhum ərinin Neftçala üzümçülük sovxozunda işlədiyi dövrün “Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1978-1980-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də, onun həmin dövrlərdə Neftçala üzümçülük sovxozunda işlədiyi Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Dövlət Neftçala filialının 17 yanvar 2023-cü il tarixli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr mərhum ərinin sosial sığorta stajına daxil edilməklə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehə iddia tələbinə qarşı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2023-cü il tarixli məktubunun qanunsuz hesab edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutmaqla hazırki işə dair münasibət bildirərək hesab edirik ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir: Əvvəlcə məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı ailə başçısını itirməyə görə pensiyasının təyin edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı M.X6 daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Neftçala Rayon Dövlət Arxivinin 17 yanvar 2023-cü il tarixli 9 nömrəli arxiv arayışına əsasən iddiaçının mərhum əri X10 xx.xx.1978-ci il tarixdə “Dirçəliş” üzümçülük sovxozuna işə qəbul olma əmri qeyd edilsə də, işdən azad olunmasına dair qeyd olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş şəxsin atası, anası, əri, arvadı həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri əks olunmuşdur. Həmin maddədə qeyd olunur ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli, 17 nömrəli arayışa müvafiq olaraq xx.xx.1929-cu il təvəllüdlü X15 xx.xx.1983-cü il tarixdə (54 yasında) vəfat etmişdir.Həmçinin Neftçala rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına müvafiq olaraq X15 ilə İddiaçı xx.xx.1954-cü il tarixdə nikaha daxil olmuşlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci və 17.1 -ci maddəsinə əsasən, iddiaçıya ailə başçısını itiməyə görə əmək pensiyası təyin edilməsi üçün 2 şərtə uyqun gəlməsi tələb olunur. 1)pensiya yaşına çatması: İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1938-ci ildə anadan olmuşdur. İddiaçının əmək pensiyası hüququ verən yaş həddinə çatmışdır. Həmçinin İddiaçı xx.xx.1995-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilib və xx.xx.2023-cü il tarixdən 220 manat olmaqla davam etdirilir. 2) 12.1-ci maddədə qeyd olunan sığorta stajına malik olması: Yuxarıda qeyd olunan şərtlər eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən şəxsə münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaq. Hesab edirik ki, şəxsə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün 17.1 -ci maddənin şərti ödənmir. Şirvan İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(120)-870/2024 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1938-ci ildə anadan olmuşdur. İddiaçının əmək pensiyası hüququ verən yaş həddinə çatmışdır. Həmçinin İddiaçı xx.xx.1995-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilib və xx.xx.2023- cü il tarixdən 220 manat olmaqla davam etdirilir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir.12.1-ci maddədə qeyd olunan sığorta stajına malik olması:Yuxarıda qeyd olunan şərtlər eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən şəxsə münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaq. Hesab edirik ki, şəxsə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün 17.1 -ci maddənin şərti ödənmir.‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı mərhum əh P.Əbilova münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 54 il (yaş) -15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü) 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay 156 ay : 12 ay = 13 il. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq mərhum əri P.Əbilova münasibətdə tələb olunan sosial sığorta stajı 13 itdir. İddiaçının mərhum həyat yoldaşı P.Əbilovun xx.xx.1949-cu il tarixdən xx.xx.1955-ci il tarixədək hərbi xidmət dövrü, 01.01,1963-cü il tarixdən xx.xx.1967-ci il tarixədək Azərbaycan SSRİ Geologiya idarəsində və xx.xx.1973-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Neftçala Balıq ovu İstehlak Cəmiyyətində işlədiyi dövr nəzərə alınmaqla ümumiilikdə 12 il 5 ay 11 gün mübahisəssiz sosial sığorta stajı mövcuddur. İddiaçı mübahisələndirilən (2 il) sosial sığorta stajını: > xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci ıl tarixədək Neftçala rayon ’’Dirçəliş” üzümçülük sovxozuna işlədiyi dövrlər təşkil edir. Mərkəzi Filiala təqdim olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Neftçala Rayon Dövlət Arxivinin 17.01 2023-cü il tarixli 9 nömrəli arxiv arayışına əsasən P.Əbilovun xx.xx.1978-ci il tarixdə ' Dirçəliş" üzümçülük sovxozuna işə daxil olma əmri qeyd edilsə də işdən azad olunmasına dair qeyd olunmamışdır. Eyni zamanda cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədiylə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Neftçala rayon Dövlət Arxivinə sorqu ünvanlanmışdır. Sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda İddiaçı mərhum əri P. Əbilovun ‘‘Dirçəliş” üzümçülük sovxozunda 1980-ci ildə işdən azad olunmasına dair qeyd barədə məlumatın verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən xx.xx.1978-ci il tarixdə “Dirçəliş” üzümçülük sovxozunda isə daxil olma əmrində möhürün olmadığı qeyd edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-870/2024 nömrəli qərarında qərarına əsasən məhkəmə araşdırma nəticəsində müəyyən etmişdir ki, iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur və iş materiallarında olan Neftçala Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli arxiv arayışından müəyyən olunur ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon “Dirçəliş" adına sovxozun əmr kitablarına əsasən X15 1978-ci ildən ‘ Dirçəliş" sovxozunun direktoru kimi işləməsi və Neftçala rayon Arxivində mühafizə olunan 1978 və 1980-cı illərin “Dirçəliş" üzümçülük sovxozunun sənədlərində P.Əbilovun sovxoz drektoru kimi imzası möhürlə təsdiq olunmuş əmrlər mövcuddur. Məktuba əlavə olunmuş 11 iyun 1978-ci il, 2 nömrəli, 15 iyul 1987-ci il, 16 nömrəli və 16 yanvar 1980-ci il tarixli 13 nömrəli əmrlərdən müəyyən olunur ki, P.Xəbilov həqiqətən də sovxozda direktor kimi fəaliyyət göstərmiş və həmin əmrləri imza etmişdir. Cavabdeh orqan tərəfindən İddiaçı mərhum əh P.Əbilova 31.12 1978-ci il tarixdən xx.xx.1980-ci i! tarixədək Neftçala rayon "Dirçəliş” üzümçülük sovxozunda işlədiyi dövrün onun sığorta stajına daxil edilməklə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdır. Hesab edirik ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)- 870/2024 nömrəli qərarında cavabdeh orqan tərəfindən mübahisələndirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. İddiaçı M.X6 müraciəti zamanı təqdim etdiyi mərhum əri P.Əbilova məxsus arxiv arayışlarının surətinə və hərbi xidmət haqqında arayışına əsasən sığorta stajı 12 il 5 ay 11 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (13 ildən) azdır. Qeyd olunanlara əsasən iddiaçıya əri P.Əbilovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Neftçala Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli arxiv arayışından müəyyən olunur ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon “Dirçəliş“ adına sovxozun əmr kitablarına əsasən X15 1978-ci ildən “Dirçəliş” sovxozunun direktoru kimi işləməsi və Neftçala rayon Arxivində mühafizə olunan 1978 və 1980-cı illərin “Dirçəliş” üzümçülük sovxozunun sənədlərində P.X.Əbilovun sovxoz drektoru kimi imzası möhürlə təsdiq olunmuş əmrlər mövcuddur. Məktuba əlavə olunmuş 11 iyun 1978-ci il, 2 nömrəli, 15 iyul 1987-ci il, 16 nömrəli və 16 yanvar 1980-ci il tarixli 13 nömrəli əmrlərdən müəyyən olunur ki, P.Xəbilov həqiqətən də sovxozda direktor kimi fəaliyyət göstərmiş və həmin əmrləri imza etmişdir.Cavabdeh orqan tərəfindən həmin əmrlər əsassız olaraq nəzərə alınmamışdır. hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, iddiaçının mərhum ərinin Neftçala rayon “Dirçəliş” üzümçülük sovxozunda 1978, 1979 və 1980-cı illərdə işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən sovxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları və əmrlər təşkil edir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003- cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı XX.XX.1938-ci il tarixdə ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli, 405100 nömrəli arayışdan görünür ki, X15 xx.xx.1983-cü il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixli, 77 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli. 05/09İS/068039-23 nömrəli arayışdan görünür ki, XX.XX.1938-ci il təvəllüdlü İddiaçı “Əbilova” soyadını qəbul edərək X15 ilə xx.xx.1954-cü ildə Neftçala rayon qeydiyyat şöbəsində 253 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X20 Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 474 nömrəli arayışından görünür ki, 1929-cu il təvəllüdlü X15 xx.xx.1949-cu il tarixdən xx.xx.1955-ci il tarixə kimi SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli, 18/Ə-262 nömrəli arayışından görünür ki, X15 həqiqətən də Azərbaycan SSRİ Nazirlər Sovetinin Geologiya İdarəsində aşağıdakı kimi işləmişdir: 01 yanvar 1963-cü ildə X21 Ekspedisiyasının Kompleks buruq quraşdırma sahəsinin rəisi təyin edilmişdir (Əmr № 19/k, xx.xx.1963-cü il); 10 may 1967-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 63/k, xx.xx.1967-ci il). Əsas: 1963-1967-ci illər üzrə kadr əmrləri kitabı. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X12 Rəhbərinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 15 mart 1929- cu il təvəllüdlü X15 həqiqətən 28 iyun 1973-cü il tarixdən 16 aprel 1975- ci il tarixədək (qərar № 11 , pr. 1/6) Azərittifaqın tabeliyində olan Neftçala Balıq ovu İstehlak Cəmiyyətinin sədri vəzifəsində işləmişdir. İş materiallarında olan Neftçala Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 9 nömrəli arxiv arayışından görünür ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon “Dirçəliş” adına sovxozun əmr kitablarına əsasən X23 oglu 05 iyun 1978-ci ildə 162 A əmrə əsasən “Dircəliş” sovxozunun direktoru təyin edilmişdir. Neftçala rayon “Dirçəliş” üzümçülük sovxozunun 1981-ci ildən sonrakı dövrlərini əhatə edən əmr və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyinə görə P.X.Əbilovun işdən çıxması barədə məlumat vermək mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, 1978, 1979 və 1980-ci illərin mühafizə olunmuş arxiv sənədləri P.X.Əbilovun sovxoz direktoru kimi imzası möhürlə təsdiq olunmuş əmrlər mövcuddur.Həmin əmrlərdən çıxarışlar məktuba əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-33751/23 nömrəli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi mərhum əri X11 məxsus arxiv arayışlarının surətinə və hərbi xidmət haqqında arayışına əsasən sığorta stajı 12 il 5 ay 11 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (13 ildən) azdır. Məlumat üçün bildirirlər ki, təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Neftçala Rayon Dövlət Arxivinin 17 yanvar 2023-cü il tarixli 9 saylı arxiv arayışına əsasən P.Əbilovun xx.xx.1978-ci il tarixində “Dirçəliş” üzümçülük sovxozuna işə qəbul olma əmri qeyd edilsə də işdən azad olunmasına dair qeyd olmadığından həmin dövrün sığorta stajına əlavə edilməsi mümkün olmayıb. Qeyd olunanlara əsasən ona əri P.Əbilovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirirlər ki, ona xx.xx.1995-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib və xx.xx.2023-cü il tarixindən 220 manat olmaqla davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X12 Rəhbərinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərittifaqın arxivində xx.xx.1929-cu il təvəllüdlü X10 işə təyin edilməsi ilə bağlı sənədlər olmadığı üçün X3 xx.xx.1974-cü il tarixli (protokol №1, maddə 3/z) «Neftçala rayon İstehlak Cəmiyyətinin xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək maliyyətəsərrüfat fəaliyyətinin təftiş nəticələri haqqında» qərarını əsas tutaraq P.X.Əbilovun həqiqətən 1972-1973-cü illərdə həmin təşkilatda idarə heyətinin sədri vəzifəsində işləməsini diqqətinizə çatdırırıq.09 yanvar 1974-cü il tarixli həmin qərar və 16 aprel 1975ci il tarixli protokoldan çıxarış məktuba əlavə edilmişdir.Və həmin sənədlərdən də P.X.Əbilovun həqiqətən də 1972-1975-ci il tarixlərdində həmin təşkilatda idarə heyətinin sədri vəzifəsində işləməsi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Fondunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Fondda saxlanılan arxiv sənədləri əsasında X10 işə qəbul və işdən çıxma əmrlərinin təsdiq olunmuş surəti təqdim edilir. Qeyd: X10 işə girmə əmri Baş İdarə üzrə xx.xx.1963-cü il, əmr № 19/k, Ekspedisiya üzrə xx.xx.1963-cü il əmr № 25/k kimi qeyd edilmişdir. Bildirilir ki, hər iki əmrdə 01.01 1963-cü ildən işə qəbul edilmişdir. İş materiallarında olan Neftçala Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon “Dirçəliş“ adına sovxozun əmr kitablarına əsasən X15 1978-ci ildən “Dirçəliş” sovxozunun direktoru kimi işləmişdir. Əlavə olaraq bildiririk ki, Neftçala rayon Arxivində mühafizə olunan 1978 və 1980-cı illərdə “Dirçəliş” üzümçülük sovxozunun sənədlərində P.X.Əbilovun sovxoz direktoru kimi imzası möhürlə təsdiq olunmuş əmrlər mövcuddur. Məktuba əlavə olunmuş 11 iyun 1978-ci il, 2 nömrəli, 15 iyul 1987-ci il, 16 nömrəli və 16 yanvar 1980-ci il tarixli 13 nömrəli əmrlərdən müəyyən olunur ki, P.Xəbilov həqiqətən də sovxozda direktor kimi fəaliyyət göstərmiş və həmin əmrləri imza etmişdir. İş materiallarında olan Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli, 365 nömrəli arayışından müəyyən olunur ki, Əbilova X5 şəhəri, E.Bağırov küçəsi, ev 15 ünvanında yaşayır və həyat yoldaşı X15 25 dekabr 1983-cü ildə vəfat etmişdir. İş materiallarında olan DSMF X14 2 saylı Şirvan-Salyan regional filialının və Dövlət Arxiv İdarəsinin Neftçala rayon filialının əməkdaşlarının iştirakı ilə birgə tərtib edilmiş 07 iyul 2023-cü il tarixli Aktdan görünür ki, X15 xx.xx.1978-ci il tarixli 162 Л saylı əmrə əsasən “Dirçəliş” üzümçülük sovxozuna direktor vəzifəsinə təyin edilmiş, X15 xx.xx.1978-ci il tarixindən (Əmr № 1) xx.xx.1978-ci il tarixədək (Əmr № 51) vəzifə səlahiyyətlərinə uyğun olaraq Kadr əmrlərini imzalamış, xx.xx.1980-ci il tarixdən (Əmr № 1) xx.xx.1980-ci il tarixədək X15 vəzifə səlahiyyətlərinə uyğun olaraq Kadr əmrlərini imzalamışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçının mərhum əri xx.xx.1929-cu ildə doğulmuş, xx.xx.1983-cü ildə vəfat etmişdir. P.X.Əbilovun cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 12 il 05 ay 11 gün olmuşdur. İnzibati orqan tərəfindən Neftçala Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 9 nömrəli arxiv arayışına əsasən P.Əbilovun xx.xx.1978-ci il tarixində Neftçala rayon “Dirçəliş” üzümçülük sovxozuna işə qəbul olma əmri qeyd edilsə də işdən azad olmasına dair qeyd olmaması səbəbindən iddiaçıya imtina verilmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq və işin faktiki hallarına hüquqi qiymət vermək üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 17.1. ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3- 1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Məhkəmə kollegiyası işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, iddiaçının mərhum əri xx.xx.1929-cu ildə doğulmuş, xx.xx.1983-cü ildə vəfat etmiş, P.X.Əbilovun cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 12 il 05 ay 11 gün olmuş, inzibati orqan tərəfindən Neftçala Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 9 nömrəli arxiv arayışına əsasən P.Əbilovun xx.xx.1978-ci il tarixində Neftçala rayon “Dirçəliş” üzümçülük sovxozuna işə qəbul olma əmri qeyd edilsə də işdən azad olmasına dair qeyd olmaması səbəbindən iddiaçıya pensiya təyin edilməsindən imtina verilmişdir. Lakin iş materiallarında olan Neftçala Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli arxiv arayışından müəyyən olunur ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon “Dirçəliş“ adına sovxozun əmr kitablarına əsasən X15 1978-ci ildən “Dirçəliş” sovxozunun direktoru kimi işləməsi və Neftçala rayon Arxivində mühafizə olunan 1978 və 1980-cı illərin “Dirçəliş” üzümçülük sovxozunun sənədlərində P.X.Əbilovun sovxoz drektoru kimi imzası möhürlə təsdiq olunmuş əmrlər mövcuddur. Məktuba əlavə olunmuş 11 iyun 1978-ci il, 2 nömrəli, 15 iyul 1987-ci il, 16 nömrəli və 16 yanvar 1980-ci il tarixli 13 nömrəli əmrlərdən müəyyən olunur ki, P.Xəbilov həqiqətən də sovxozda direktor kimi fəaliyyət göstərmiş və həmin əmrləri imza etmiş, cavabdeh orqan tərəfindən isə həmin əmrlər əsassız olaraq nəzərə alınmamışdır. Eyni zamanda iş materiallarında olan DSMF X14 2 saylı Şirvan-Salyan regional filialının və Dövlət Arxiv İdarəsinin Neftçala rayon filialının əməkdaşlarının iştirakı ilə birgə tərtib edilmiş 07 iyul 2023-cü il tarixli Aktdan görünür ki, X15 xx.xx.1978-ci il tarixli 162 Л saylı əmrə əsasən “Dirçəliş” üzümçülük sovxozuna direktor vəzifəsinə təyin edilmiş, X15 xx.xx.1978-ci il tarixindən (Əmr № 1) xx.xx.1978-ci il tarixədək (Əmr № 51) vəzifə səlahiyyətlərinə uyğun olaraq Kadr əmrlərini imzalamış, xx.xx.1980-ci il tarixdən (Əmr № 1) xx.xx.1980-ci il tarixədək X15 vəzifə səlahiyyətlərinə uyğun olaraq Kadr əmrlərini imzalamışdır. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, hal-hazırki işlə bağlı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -və Qanunun 12.1-ci maddəsinə əsasən, qeyd olunan sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının XX.XX.1938-ci il tarixdə doğulması və pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Həmçinin ona xx.xx.1995-ci il taridən yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manat olmaqla ödəmə davam etdirilmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, iddiaçının mərhum ərinin Neftçala rayon “Dirçəliş” üzümçülük sovxozunda 1978, 1979 və 1980-cı illərdə işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən sovxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları və əmrlər təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə müəyyən edilir:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, mərhumun sosial sığorta stajına daxil edilməli olan mübahisəli iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il tarixədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin , Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin və “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində müəyyən olunan mötəbərlik prezumpsiyası normaları nəzərə alınmalı və müvafiq əmrlərdə göstərilən illər sığorta stajı kimi qəbul edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı mübahisəli dövrə dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən sovxoz ilə bağlı əmr kitablarının tam olmaması və ya arxivə təhvil verilməməsi iddiaçının və ya iddiaçının mərhum ərinin təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, arxiv arayışında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının ərinin əmək fəaliyyəti göstərdiyi müəssisənin fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal sovxozun həqiqətən də fəaliyyətdə olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(120)-870/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar