Məhkəmə qərarları › İş №2-1(106)-353/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-353/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-353/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(120)-758/2025 nömrəli qərardadından iddiaçı və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətləri əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.066330 ha torpaq sahəsi və onun üzərində yerləşən 1197,70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası (“Orxan” şadlıq sarayı) üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X8 və Şəmmədov Arastun Həzrətqulu oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 12 mart 2025-ci il tarixli, 2-1(120)- 758/2025 nömrəli qərardadı ilə üçüncü şəxs Şəmmədov Arastun Həzrətqulu oğlunun nümayəndəsi və vəkili Vəkil2 vəsatəti əsasında hazırki iş üzrə icraatın Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025-ci il, 2-2(106)-29/2025 saylı qərarından verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılıb yekun qərar qəbul edilənədək və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1604/2025 saylı (iddiaçı Şəmmədov Arastun Həzrətqulu oğlunun cavabdeh "xxxx" MMC-nə qarşı “hərracın nəticələrinə dair yekun hərrac prortokolun ləğv edilməsi” tələbinə dair) kommersiya işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025-ci il, 2-2(106)-29/2025 saylı qərarından verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan və e-2-2(113)-1604/2025 saylı kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul ediləcək məhkəmə aktlarının hazırki mübahisəyə tam, hərtərəfli və obyektiv hüquqi qiymətin verilməsi üçün mühüm əhəmiyyət kəsb etməsini və qəbul ediləcək yekun məhkəmə qərarının nəticəsinə həlledici təsiri vardır. Qərardaddan ayrı-ayrılıqda iddiaçı və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyət apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və icraatın davam etdirilməsini xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Şəmmədov Arastun Həzrətqulu oğlu "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia qaldıraraq ipoteka müqaviləsi və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın («Orxan» şadlıq sarayı binasının) yüklülükdən çıxarılmasını, "xxxx" ASC ilə X8 və X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə, həmin müqavilələr əsasında ünvan 2 ünvanda yerləşən qeyriyaşayış binasının yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdeh Şəmmədov Arastun Həzrətqulu oğluna qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, ünvan 1 ünvanda 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının "xxxx" ASC-nin yüklülüyündən çıxarılması, "xxxx" ASC ilə X8 və X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Bu qətnamədən "xxxx" ASC apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-992/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-in cavabdeh Şəmmədov Arastun Həzrətqulu oğluna qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair ilk iddiası və iddiaçı Şəmmədov Arastun Həzrətqulu oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı ünvan 1 ünvanda 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının "xxxx" ASC-nin yüklülüyündən çıxarılması, "xxxx" ASC ilə X8 və X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. Şirvan Apellasiya Məhkəməsinin bu qətnaməsindən Şəmmədov Arastun Həzrətqulu oğlu tərəfindən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasinin 2(102)-334902024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəmmədov Arastun Həzrətqulu oğlunun kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Bu qərar işin sonrakı həlli üçün böyük əhəmiyyətə malikdir. Ali Məhkəmənin bu qərarı Şirvan İnzibati Məhkəməsi tərəfindən nəzərə alınmalıdır. Çünki məhkəmə artıq bu məsələyə hüquqi qiymət vermişdir. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətin apelyasiya şikayətinin dəlilləri iddiaçı tərəfindən verilmiş şikayətin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətə malik olan digər bir miüki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarına əhəmiyyət verməmiş, nəzərə almamışdır ki, ipoteka predmeti ilə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur ki, hazırki iş üzrə icraatın nəinki dayandırılmasını, iddianın təmin edilməsi üçün əsasdir. Bundan əlavə, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-474/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, cavabdehlər X2, X3 xx.xx.2020-ci itarixli, RBİ.1.F-447 saylı kredit nüqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371.81 manat faiz borcu, xx.xx.2021-ci i tarixli, RBLLF-4'72 saylı kredit nüqaviləsinə əsasən 119.999,50 manat əsas borc, 2.699.99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alnmasaı üçün 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat olmaqla, ümumilikdə 278.939,37 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənüməsi tutmanın cavabdeh X4 məxsus ünvan 3 ünvanda istfadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kvmümumi sahədən ibarət olan qeyri yaşayış binasına (“Orxan” Şadlıq sarayı) və cavabdeh X1 məxsus Bakı şəhəri, ünvan 4 ünvanda, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.mı olan fərdi yaşayış evinə yönəldilməsi və s. qət edilmişdir. Qətnamənin icra edilməsi istiqamətində ünvan 3 ünvanda istfadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kvm ümumi sahədən ibarət olan qeyri-yaşayış binası hərraca çıxarılmış, iş üzrə İddiaçı hərracın qalibi elan edilmiş və ona qanunvericiliklə nəzərdə tutulmuş Hərracın Yekunları barədə Protokol verilmişdir. Şəmmədov Arastun kommersiya mübahisəsi üzrə iş üzrə tərəf olmadığından Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-474/2022 saylı, xx.xx.2022-ci i tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2-2(106)-29/2025 saylı qətnaməsi ilə Arastun Şəmmədovun apellyasiya şikayəti təmin edilməmişdir. Arastun Şəmmədovun bildirdiyinə görə həmin qətnamədən kassasiya şikayəti vermiş və hazırda şikayət Ali Məhkəmənin icraatındadır. Arastun Şəmmədov kommersiya mübahisəsi üzrə də ipotekanın etibarsızlığını nübahisələndirir, halbuki yuxarıda qeyd etdiyim ipotekanın qüvvədə olması barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsi var. Mülki Prosessual Məcələnin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bunlar barədə məhkəmə proseslərində dəfələrlə həm yazılı, həm də şifahi qaydada Şirvan İnzibati Məhkəməsinə bidirimişdir. Sonra məlum olmuşdur ki, Arastun Şəmmədov tərəfndən hərracın nəticələri də Bakı Kommersiya Məhkəməsində mübahisələndirilir. Yəni, aşkar şəkildə Arastun Şəmmədov prosessual hüquqlardan sui-istfadə edərək iddialar qaldırır, şikayətlər və vəsatətlər verir - Şirvan İnzibati Məhkəməsi də ipotekanın qüvvədə olması barədə qanuni qüvvədə olan məhkəmə qərarına əhəmiyyət vermir, iddianın təmin etmək əvəzinə icraatı heç bir əsas olmadan dayandırılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və üçüncü şəxsin vəkili ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə etdilər. Cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -7.1-ci maddəsinə görə mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. -7.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. -50-ci maddəsinə görə sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq iclasında məhkəmə icraatının dayandırılması və ya təxirə salınması barədə məsələləri həll edir və bununla bağlı müvafiq qərardad çıxarır. Üçüncü şəxs Şəmmədov Arastun Həzrətqulu oğlunun vəkili Vəkil2 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş vəsatətin məzmunundan və işdə olan sənədlərdən görünür ki, İddiaçı mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi əmlak, yəni ünvan 1 ünvanda yerləşən 1197,70 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası (“Orxan” Şadlıq sarayı) 29 dekabr 2024-cü il tarixdə, **********41-06301 saylı reyestr nömrəsi ilə Şəmmədov Arastun Həzrətqulu oğlunun adına dövlət qeydiyyatma alınmışdır. Belə olan halda, Şəmmədov Arastun Həzrətqulu oğlunun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış həmin əmlaka ikinci bir şəxsin hüquqlarının qeydə alınması istisna olunur. İddiaçı həmin əmlakı hərrac vasitəsi ilə 04 dekabr 2023-cü il tarixində, hərracın yekununa görə aldığnı göstərmiş və buna görə də, həmin əmlaka çıxarış və texniki pasport verilməsi öhdəliyinin Daşmmaz Əmlakm Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoylulmasma dair qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfindən qeyd olunan hərracın nəticələrinin ləğv edilməsi barədə Bakı Kommersiya Məhkəməsində işə baxılmış, lakin qətnamə qanuni qüvvəyə minməmişdir. Bundan əlavə, işdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin cavabdehlər X5, X6, X7, X4 və X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və icra hərəkətlərinin nətiəsi olaraq ünvan 1 ünvanda 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binası (“Orxan” Şadlıq sarayı) hərraca çıxarılmış və hərrac nəticəsində başqa şəxsə satılmışdır. Həmin qətnamədən Arastun Şəmmədov tərəfındən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2-2(106)-29/2025 saylı qərarı ilə qiymət verilmiş, həmin qərardan kassasiya şikayəti verilmiş və şikayət Ali Məhkəmənin icraatındadır. Göründüyü kimi, ünvan 3 ünvanda yerləşən əmlakla bağlı mübahisənin həlli Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025-ci il, 2-2(106)-29/2025 saylı qərarından verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində veriləcək nəticə, həmçinin 04 dekabr 2023-cü il tarixli, 156 saylı hərracın yekunlarına dair prortokolun ləğvinə dair işə Bakı Kommersiya Məhkəməsinin icraatda olan işdən asılı olduğundan hazırki iş üzrə icraatın dayandırılması zəruridir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və hesab edir ki, apelyasiya şikayətlərinin təmin edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(120)-758/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar