Məhkəmə qərarları › İş №2-1(106)-354/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-354/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-354/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirаkı ilə, Şirvan İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(120)-892/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 01 mart 2024-cü il tarixli, 2- 1(120)-892/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.1998-xx.xx.1999-cu illərdə “X6 Çıxarma İdarəsinin Quyuların Əsaslı Yeraltı təmir sexində “Qazmaçı köməkçisi” vəzifəsində, xx.xx.1999-xx.xx.1999-cu illər ərzində “X6 Çıxarma İdarəsinin Quyuların Əsaslı Yeraltı təmir sexində "Qazmaçı” vəzifəsində, xx.xx.1999-xx.xx.2000-ci illər ərzində “X6 Çıxarma İdarəsinin Quyuların Əsaslı Yeraltı təmir sexində "Qazmaçı” vəzifəsində, xx.xx.2000-xx.xx.2005-ci illər ərzində "xxxx" LTD Şirkətində Nəqliyyat sahəsində “URAL ADPM qızdırıcı avtomaşınının sürücüsü” vəzifəsində və xx.xx.2005-xx.xx.2015-ci illər ərzində "xxxx" LTD Şirkətində Nəqliyyat sahəsində “ADPM qızdırıcı avtomaşınının maşinisti” vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10.2.a) bəndinin 2-ci yarımbəndinin 5-ci abzasında-Neft laylarına buxar vuran generator qurğusunun maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi qeyd olunmuşdur. İddiaçının həm əmək kitabçasına, həm işəgötürən Salyan OİL LTD şirkətinin arayışlarına əsasən iddiaçının xx.xx.2021-ci il tarixədək güzəşli iş stajının 12 il 6 aydan çox təşkil etdiyini müəyyən edilir. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1977-1979-cu illərdə Şamaxı rayonu Poladlı kənd Ə.Qarayev adına sovxozda, xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmət dövrü və əmək kitabçasında qeyd olunan illərdə müxtəlif güzəştli sahələrdə işləmişdir. Hazırki vaxta qədər işləyir. Onun işlədiyi işi, vəzifəsi, peşəsi ona güzəştli şərtlərlə pensiya almaq hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan peşələrə aiddir. Bunlar da təqdim etdiyi arayışlarda öz əksini tapmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, “Salyan Oil” LTD-nin xx.xx.2023-cü il tarixli HR-23-026 nömrəli arayışında xx.xx.2000-ci il tarixdən xx.xx.2015-ci il tarixədək iddiaçının həmin şirkətin nəqliyyat sahəsində sürücü-maşinist vəzifəsində işlədiyi qeyd olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsində sürücü-maşinist vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçıya məxsus 17 iyun 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2000-ci il tarixdən xx.xx.2015-ci il tarixədək , “Salyan Oil” LTD-də sürücü-maşinist vəzifəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, iddiaçının işlədiyi “Salyan Oil" LTD-nin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı sahəsinə aid deyil. Qeyd olunanlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 10 gün (xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək) təşkil edir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmasına baxmayaraq iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də verilmiş imtina qanunauyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti imtina aktının və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, H3 ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. -iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ИТ-l ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1982-ci il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur. -SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı xx.xx.1982-ci ildə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 1 nömrəli NQÇS-nə (neft mədəni) neft və qazçıxarma üzrə 2-ci dərəcəli operator işinə qəbul edilmişdir. xx.xx.1983-cü ildə (əmr № 106/k,xx.xx.1983-cü il) Quyuların Əsaslı və Yeraltı Təmir Sexinə 4-cü dərəcəli yeraltı təmir operatoru peşəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə (əmr № 46/k,xx.xx.1984-cü il) X2 İdarəsinə (TNİ) köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə (əmr № 80/k,xx.xx.1984-cü il) Şirvan TNİ-nin a/k-1 ə QAZ- 51 92-50 N-li avtomaşına 3-cü sinif sürücü peşəsinə işə qəbul edilmişdir. xx.xx.1985-ci ildə (əmr №129/k,xx.xx.1985-ci il) a/k-2-yə URAL 78-48 №-li avtomaşına 3-cü sinif sürücü keçirilmişdir. xx.xx.1985-ci ildə (əmr № 206/k, xx.xx.1985-ci il) a/k-1-ə QAZ-66 62-13 №-li avtomaşına təhkim olunmuşdur. xx.xx.1988-ci ildə (əmr № 7/k, xx.xx.1988-ci il) a/k-2-yə URAL-375 (nömrəsiz) avtomaşına təhkim olunmuşdur. xx.xx.1989-cu ildə (əmr № 18/p,xx.xx.1989-cu il) 5-ci dərəcəli aqreqat maşinisti (AROK4320 05- 47) peşəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə (əmr № 174/k,xx.xx.1989-cu il ) 1 həftəlik sınaq müddəti ilə Ural-4320 69-05 №-li avtobusa 3-cü dərəcəli sürücü peşəsinə keçirilmişdir. xx.xx.1990-cı ildə (əmr № 1/k) 2-ci dərəcəli sürücü peşəsinə keçirilmişdir. Quruda NQÇ İB-nin xx.xx.1995-ci il tarixli, 52 nömrəli əmrinə əsasən X2 idarəsi xx.xx.1995-ci ildən struktur bölmə kimi Traktor Nəqliyyat sexi adı ilə “Şirvanneft” NQÇİ-nin tabeçiliyinə verilmişdir. xx.xx.1996-cı ildə (əmr № 75/k,xx.xx.1996-cı il) Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad olunmuşdur. Haqq-hesab cədvəllərinə əsasən 1996-cı ilin oktyabr ayından "xxxx" MM-də 2-ci dərəcəli sürücü peşəsində çalışmış, xx.xx.1998-ci ildə (əmr 88 r,xx.xx.1998-ci il) işdən azad olunmuşdur. -Salyan OİL LTD şirkətnin xx.xx.2023-cü il tarixli HR-23-026 nömrəli və xx.xx.2023cü il tarixli, HR-23-127 nömrəli, xx.xx.2023-cü il tarixli HR-23-180 nömrəli arayışlarında bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Siyahı”nın X bölməsinin İİ yarımbölməsinə əsasən işləmişdir. Belə ki, o, xx.xx.1998-xx.xx.1999-cu illərdə “X6 Çıxarma İdarəsinin Quyuların” Əsaslı Yeraltı təmir sexində “Qazmaçı köməkçisi” vəzifəsində, xx.xx.1999-xx.xx.1999-cu illər ərzində “X6 Çıxarma İdarəsinin Quyuların” Əsaslı Yeraltı təmir sexində "Qazmaçı” vəzifəsində, xx.xx.1999-xx.xx.2000-ci illər ərzində “X6 Çıxarma İdarəsinin Quyuların” Əsaslı Yeraltı təmir sexində "Qazmaçı” vəzifəsində, xx.xx.2000-xx.xx.2005-ci illər ərzində "xxxx" LTD Şirkətində Nəqliyyat sahəsində “URAL ADPM qızdırıcı avtomaşınının sürücüsü” vəzifəsində və xx.xx.2005-xx.xx.2015-ci illər ərzində "xxxx" LTD Şirkətində Nəqliyyat sahəsində “ADPM qızdırıcı avtomaşınının maşinisti” vəzifəsində işləmişdir. Bu da 16 il 1 ay 10 gün təşkil edir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 204947/23 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Onun ümumi iş stajı (42 il 1 ay 2 gün (xx.xx.2006-cı il tarixinədək 27 il 10 ay 2 gün əmək stajı 1977-ci il tarixində 7 ay, 1978-ci il tarixində 10 ay, 1979-cu il tarixində 10 ay, xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixindən sonra 14 il 3 ay sığorta stajı), güzəştli iş stajı isə 12 il 6 aydan az (4 il 6 ay 13 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1989-xx.xx.1989cü il, xx.xx.1998- xx.xx.2000- ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, onun xx.xx.2023-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 57710,19 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Tərəflər arasında mübahisə iddiaçının qanunvericiliklə tələb olunan həcmdə güzəştli iş stajının olmaması ilə bağlıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixədək güzəşli iş stajı 12 il 6 aydan çox təşkil edir. Bununla yanaşı birinci instansiya qərarını əsaslandırarkən iddiaçının xx.xx.2000xx.xx.2015-ci illər üzrə "xxxx" LTD Şirkətində əmək fəaliyyətini bütövlükdə güzəştli iş stajı kimi hesab etsə də, nəzərə almamışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək həmin müəssisədə qızdırıcı avtomaşının sürücüsü işləmişdir ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Siyahı”da zərərli iş stajı kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan qənaəti ilə razılaşmasa da qeyd edir ki, iddiaçının xx.xx.1982-xx.xx.1984-cü (2 il 10 gün- siyahının 10.2-ci bəndinin a) yarımbəndinin 15 və 19-cu abzasları), xx.xx.1998-xx.xx.2000-ci (1il 6 ay 10 gün- siyahının 10.2-ci bəndinin a) yarımbəndinin 1 və 2-ci abzasları) və xx.xx.2005xx.xx.2015-ci (9 il 9 ay- siyahının 10.2-ci bəndinin a) yarımbəndinin 7-ci abzası)=13 il 3 ay 20 gün müddətdə işlədiyi dövr müvafiq “Siyahı”da zərərli iş kimi nəzərdə tutulmuşdur. Odur ki, güzəştli iş stajının 12 il 6 ay olması iddiaçıya həmin şərtlərə uyğun pensiyanın təyin edilməsi üçün kifayət etdiyindən birinci instansiya məhkəməsinin qeyd olunan qənaəti qərarın ləğvi üçün əsas vermir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(120)-892/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar