Məhkəmə qərarları › İş №2-1(106)-356/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-356/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-356/2025 17.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(120)-881/2025 saylı qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan AZ95AİİB******************** nömrəli və digər bank hesablarına 17,188.28 manat məbləğində xx.xx.2023-cü il tarixində qoyulmuş **********2A nömrəli sərəncamın və hazırki mübahisə predmeti ilə bağlı qoyulmuş yeni sərəncamların ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2982/2024 nömrəli qərardadı ilə, iş üzrə əsl cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tanınaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabdeh siyahısından çıxarılması, iddia tələbinə iddiaçı «Göy-Göl Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarın ləğv edilməsi” kimi baxılması davam etdirilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 25 oktyabr 2020-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC, müqavilənin qüvvədə olduğu müddətdə "xxxx" MMC-ni onun sifariş verdiyi mallarla təchiz edir, "xxxx" MMC isə elektron qaim; fakturaya əsasən həmin malları qəbul edir və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC xx.xx.2020-ci il tarixində 9,912.00 və 23,364.00 manat, xx.xx.2020-ci il tarixdə 8,496.00 manat, xx.xx.2020-ci il tarixində 6,608.00 manat, xx.xx.2020-ci il tarixində 10,903.20 manat, xx.xx.2020-ci il tarixində 11,682.00 manat, xx.xx.2020-ci il tarixində 27,612.00 manat dəyərində "xxxx" MMC-dən mal almışdır. Alınmış malların cəmi dəyəri 83,540.00 manat "xxxx" MMC tərəfindən xx.xx.2020-ci tarixində göndərilmiş 650696 №-li elektron qaimə əsasında iddiaçı "xxxx" ASC vasitəsilə ödəmişdir. Eyni tarixdə iddiaçı tərəfindən 15,037.20 manat ƏDV-nin ödənilməsi təmin edilmişdir. Bununla bağlı sübutlar ərizəyə əlavə edilmişdir. Dövlət Vergi Xidməti iddiaçının "xxxx" ASC-də olan bank hesabına 17,188.28 manat xx.xx.2023-cü il tarixində **********2A sərəncam qoymuşdur və hər gün bu vəsaitə cərimə hesablanmaqdadır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində ƏDV-nin ödənilməsinə baxmayaraq, sonradan xx.xx.2021-ci il tarixli **********587200 nömrəli qərar ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********587200 nömrəli qərar qəbul edilmişdir. Dövlət Vergi Xidməti kameral vergi yoxlaması ilə araşdırma aparmş və araşdırma zamanı Cəmiyyət tərəfindən 2020-ci ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyənnaməsində əvəzləşdirmə üçün təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimafaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermədiyi qənaətinə gəlmişdir. Bununla da Dövlət Vergi Xidməti 30 dekabr 2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimə-faktura üzrə 83,540.00 manat (ƏDV-si 15,037.20) təşkil edən əsas məbləğin ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2023-cü ilin may ayı üçün təqdim edilmiş ƏDV bəyənnaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.00 manat qəbul edərək 15,037.20 manat məbləğində kənarlaşmanın olması qənaətinə gəlmişdir. İddiaçı Dövlət Vergi Xidmətinə bu haqsızlıqla bağlı şikayət edərək bildirmişdir ki, xx.xx.2020-ci ildə "xxxx" MMC ilə əməkdaşlıq etmişdir, həmin dövürdə müəssisə riskli vergi ödəyici kateqoriyasına aid olmamışdır, alıcı olaraq mal matreal sifariş olunmuş, təhvil təslim aktına əsasən mal-material xx.xx.2020 ci il tarixdən xx.xx.2020 ci il tarixinə qədər təhvil verilmişdir. Hesabda vəsait olmadığından razılaşma əsasında ödəniş xx.xx.2020-ci ildə edilmişdir və ödəniş edilən vaxtda "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Sonradan (2021-ci ildə) vergi orqanı tərəfindən riskli vergi ödəyicisi kateqoriyasına alınmış və buna görə də iddiaçıya kameral hesablanmışdır. Halhazırda bu əsasız səbəbdən vergi orqanı iddiaçıya borc yaratmış və iddiaçının "xxxx" ASC-də olan bank hesablarına sərəncam qoymuşdur. Dövlət Vergi Xidmətinin bu hərəkəti iddiaçının fəaliyyətinə mənfi təsir etmişdir, süni şəkildə əsassız vergi borcunun yardılması müəssisədə problemlər yaratmışdır. Şikayətdə o da qeyd edilmişdir ki, müəssisə daim dövlət büdcəsi qarşısında olan öhdəliklərini tam və vaxtında yerinə yetirib, fəaliyyəti dövrundə dövlət büdcəsinə heç bir zaman borcu olmamışdır. Eyni zamanda bildirilmişdir ki, müəssisə fəaliyyətə başladığı dövrdən hazırki tarixə qədər uğurlu layihələrə imza atmışdır. Layihələrin icrasında yüzlərlə yeni iş yeri açılmış və hər ay vaxtlı-vaxtında əmək haqqı tam ödənilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş məşğulluq strategiyasının dövlət proqramında qeyri neft sektorunun regionların sosial-iqtisadi inkişafında müəssisəmiz öz öhdəsinə düşən bütün məsələləri tam, dəqiq vaxtında yerinə yetirmişdir. Lakin vergi orqanının qanunsuz hərəkətləri ilə müəssisəmiz müflis olmuş, heç bir layihədə iştirak edə bilmir. İddiaçı işlərinin normal getməsi, regionların sosial-iqtisadi inkişafında, ən əsasıda işğaldan azad edilmiş ərazilərdə aparılan yenidən qurma və bərpa işlərində, kreditorları qarşısında olan öhdəliklərinin tam icra edə bilməsi üçün müəssisənin şəxsi vərəqində kameral hesablanılmış məbləğin düzəldilməsini vergi orqanından xahiş etsə də bu mümkün olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2 oktyabr 2020-ci il tarixində bağlanmış Alqı-satqı müqaviləsi əsasında alınmış malların 83,540.00 manat dəyəri və 15,037.20 manat ƏDV- nin xx.xx.2020-ci il tarixində ödənildikdən və müqavilə üzrə bütün öhdəliklər iddiaçı tərəfindən yerinə yetirildikdən bir il sonra "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********587200 nömrəli qərar verilərək iddiaçının ödənilmiş olduğu 15,037.20 manat ƏDV-nin silinərək yenidən borclanması qəbul edilməz bir haldır və cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan AZ95AİİB******************** nömrəli və digər bank hesablarına 17,188.28 manat məbləğində xx.xx.2023-cü il tarixində qoyulmuş **********2A nömrəli sərəncamın və hazırki mübahisə predmeti ilə bağlı qoyulmuş yeni sərəncamlar ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, uçot-baza məlumatlarına əsasən iddiaçı xx.xx.2008-ci il tarixdən vergi ödəyicisi kimi uçota, xx.xx.2014-cü il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "sair bəzək və tamamlayıcı tikinti işlərinndən ibarət olduğu və uçot-baza məlumatlarında vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2020-ci ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömroli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimə-faktura üzrə əsas məbləği 83540,00 manat (ƏDV-si 15037,20) manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2023- cü ilin may ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,00 manat olması nəticəsində 15037,20 manat məbləğində manat məbləğində kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********174500 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin may ayı üçün 15037,20 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********672300 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 2023-cü ilin may ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37- ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin may ayı üçün 15037,20 manat əlavə dəyər vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********035300 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətlərin icra müddəti artırılmış və bu barədə maraqlı şəxsə xx.xx.2023-cü il tarixli **********272800 nömrəli və xx.xx.2023-cü il tarixli **********189800 nömrəli məktublarla məlumat verilmişdir. Vergi ödəyicisi müraciətində iddiaçının 2020-ci ildə Yardımlı rayonunda daxili abadlıq işlərinin görülməsi və avtomobil yollarının çəkilməsi layihəsini həyata keçirdiyini, həmin dövrdə bir çox müəssisələrlə əməkdaşlıq etdiyini, bu müəssələrdən birinin də "xxxx" MMC (VÖEN: **********) olduğunu, müqavilə bağlanan zaman "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmadığını, xx.xx.2020-ci il tarixində alqı-satqı müqaviləsi bağlanıldığını, müqavilə əsasında mal material sifcriş edildiyini, tchvil-təslim aktı əsasında mal-materialların təhvil alındığını, razılıq əsasında xx.xx.2020-ci il tarixində elektron qaimə-faktura əldə edilməklə ödəniş edildiyini, ödəniş edən zamanda "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmadığını, 2021-ci ildən riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildiyini bildirərək hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. İnzibati şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən 202Q-Cİ ilin dekabr,ayı üçün.təqdim edilmiş ƏDV bəyannaməsində “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)" sütünunda qeyd olunan 92599,67 manat (ƏDV-si 16667,94) məbləğin 83540,00 manat (ƏDV-si 15037,20) məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək kameral vergi yoxlaması zamanı vergi orqanı tərəfindən 2023-cü ilin may ayının ƏDV bəyannaməsində “Dəqiqləşdirilən” bölməsinin 324-cü sətrində “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilməsi məbləği” sətrinin “ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)" sütünunda 83540,00 manat (ƏDV-si 15037,20) məbləğ kimi göstərilmişdir. Şikayətin ətraflı araşdırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinə “Sənədlərin təqdim edilməsi barədə” xx.xx.2023cü il tarixli **********073700 nömrəli məktub göndərilmişdir. Məktubda müraciətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), (olduğu halda, alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqları (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), müqavilələr, üzləşmə aktı, təhvil-təslim aktları, debitor-kreditor borcları barədə təsdiqedici sənədləri, ləğv edilmiş elektron qaimə-fakturaları ilə bağlı aparılmış əməliyyatlara dair açıqlama və təsdiqedici sənədləri (aylar üzrə ayrı-ayrılıqda olmaqla), istehsal olunmuş məhsulun maya dəyərinin faktiki kalkulyasiyasını, istehsal prosesi zamanı sərf olunmuş elektrik enerjisi, qaz və suyun texniki sərf normaları barədə məlumatları, cəlb edilmiş işçilər, araşdırılan dövr üzrə aparılmış əməliyyatlara dair açıqlama və təsdiqedici sənədləri, dövrü hesabatları, nəzarət kassa aparatından həmin dövrə aid “Z” və dövrü hesabatları, barkod oxuyucudan çıxarış, ƏDV-nin depozit hesabı və bank hesabları vasitəsilə aparılmış əməliyyatlara dair sənəd və məlumatların, nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədləri, (malların hərəkəti barədə məlumatları (aylar üzrə alınma, təqdim edilmə və qalıqda qalan mallar barədə tarixlər göstərilməklə, idxal edilmiş və olduğu təqdirdə daxili bazardan alınmış mallar üzrə ayrı- ayrılıqda mal çeşidləri üzrə ticarət əlavələri göstərilməklə), idxal edilmiş mallarla bağlı bağlanmış müqavilələr, ödəniş sənədləri, idxal edilmiş malların daşınması ilə bağlı daşıyıcı xarici şirkətlərlə bağlanmış müqavilələri, ödəniş sənədlərini, yük gömrük bəyannamələrinin surəti, anbar uçot sənədlərini, malların mədaxili və satışı üzrə tərtib edilmiş və rəsmiləşdirilmiş sənədlərin (elektron qaimə-faktura, Malların alış aktı, Yük avtonəqliyyatı üçün yol vərəqi, Malların alınması üçün vəkalətnamə, Malların təhvil-qəbul aktı, Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası, Malların qaytarılması aktı, İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt və təsdiqedici sənədləri və məqsədəmüvafiq hesab edilən digər sənədləri xx.xx.2023-cü il tarixədək onlayn kargüzarlıq vasitəsilə elektron qaydada vergi orqanına təqdim edilməsi bildirilmişdir. Bundan əlavə kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə vergi ödəyicisinə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə" xx.xx.2023-cü il tarixli **********162200 nömrəli məktub göndərilərək xx.xx.2023-cü il tarixdə, saat 10:30 üçün şəxsən və ya səlahiyyətli nümayəndəsi (vəkili) Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuş, lakin iddiaçının rəhbəri və ya səlahiyyətli nümayəndəsi (vəkili) araşdırmada iştrak etməmiş və bu hal xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) 83540,00 manat (ƏDV-si 15037,20) məbləğində malların iş və xidmətlərin (kubik, asfalt, yanmış məftil, mismar N80-10-120, armatur, qum və s.) əldə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimə-fakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. “PARAMEKS AZ QRUP" Məhdud Məsuliyyətli iddiaçı tərəfindən təqdim edilən elektron qaimə-faktura məlumatlarına əsasən "asfalt, avtomobil, kubik və s." təqdim olunmasına baxmayaraq, qeyd edilən mallar iddiaçının alışında, idxalında müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən “PARAMEKS AZ QRUP" Məhdud Məsuliyyətli iddiaçının riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********587200 nömrəli qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli **********197800 nömrəli araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktub göndərilmiş və Cəmiyyətin rəhbəri (səlahiyyətli nümayəndəsi) xx.xx.2023-cü il tarixdə saat 10:30-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Lakin qeyd edilən vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi arcş lırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədləri araşdırmaya təqdim etməmişdir. Beləliklə, uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 83540,00 manat (ƏDV-si 15037,20) məbləğində malların (iş və xidmətlərin) əldə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimə-fakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (iş və xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçotbaza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, "xxxx" Məhdud Məsuliyyətli iddiaçı tərəfindən fəaliyyət istiqamətinə uyğun təqdim edilmiş malların (iş və xidmətlərin) mövcudluğunu təsdiq edən müvafiq təsdiqedici sənədlərin inzibati araşdırma zamanı müəyyən edilmədiyini, inzibati araşdırmada iştirak etmədiyini, araşdırma üçün tələb olunan müvafiq təsdiqedici sənədlərin təqdim edilmədiyini, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə "xxxx" Məhdud Məsuliyyətli iddiaçı tərəfindən müxtəlif adda mallarla (iş və xidmətlərlə) bağlı (asfalt, avtomobil, kubik və s.) elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq, həmin malların (iş və xidmətlərin) yerinə yetirilməsi ilə bağlı alışı və idxalında müəyyən edilmədiyi üçün və təsərrüfat subyektinin (obyektinin) olmadığı üçün vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun qərar qəbul olunduğunu və qərarın qüvvədə olduğunu nəzərə alaraq, iddiaçının inzibati şikayəti təmin edilməməli və 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********035300 nömrəli Qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(120)-881/2025 saylı qərarı ilə (hakim Amilya Hüseynova) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Göy-Göl Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2023-cü il üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş mənfəət vergisi məbləği aşağıdakı əsaslarla hesablanmışdır. Belə ki, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2020-ci ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimə-faktura üzrə əsas məbləğ 83540.00 manat (ƏDV-si 15037.20) manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2023-cü ilin may ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.00 manat olması nəticəsində 15037.20 manat məbləğində kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********174500 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 15037.20 manat əlavə dəyər vergisi hesablanmış və xx.xx.2023-cü il tarixli **********035300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar vergi ödəyicisinə göndərilmişdir. İddiaçının şikayətinin ətraflı araşdırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinə “Sənədlərin təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********073700 nömrəli məktub göndərilmişdir. Bundan əlavə kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə vergi ödəyicisinə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********162200 nömrəli məktub göndərilərək xx.xx.2023-cü il tarixdə, saat 10:30 üçün şəxsən və ya səlahiyyətli nümayəndəsi (vəkili) Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuş, lakin iddiaçının rəhbəri və ya səlahiyyətli nümayəndəsi (vəkili) araşdırmada iştirak etməmiş və bu hal xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən "xxxx" MMC-dən (VÖEN:**********) 83540.00 manat (ƏDV-si 15037.20 manat) məbləğində malların, iş və xidmətlərin (kubik, asfalt, yanmış məftil, mismar N80-10-120, armatur, qum və s.) əldə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qamiə-fakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların, iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən təqdim edilən elektron qaimə-faktura məlumatlarına əsasən “asfalt, avtomobil, kubik və s.” təqdim olunmasına baxmayaraq, qeyd edilən mallar iddiaçının alışında, idxalında müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********587200 nömrəli qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv etmişdir. Lakin xx.xx.2023-cü il tarixli qərarda həmin qərarın qəbul edilməsinə səbəb olan qanunvericilik normaları göstərilmiş və qərar sübutlarla əsaslandırılmış, əməliyyat aparan riskli vergi ödəyicisinin faktiki olaraq əmtəəsiz əməliyyatlar apardığı öz təsdiqini tapmışdır, lakin sözügedən hallarla bağlı Şirvan İnzibati Məhkəməsi qərarının heç bir hissəsində hüquqi mövqeyini bildirməmiş, göstərilən halların işin faktiki hallarını sübut etdiyini nəzərə almamışdır. Məhkəmənin qərarında sadəcə cavabdeh orqan tərəfindən mötəbər sübutların təqdim edilməməsi barədə formal xarakter daşıyan ifadələr yer almışdır. Məhkəmə tərəfindən inzibati araşdırma dövründə və işin hazırlıq iclasları zamanı 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar tam və hərtərəfli araşdırılmamış və işin düzgün həlli üçün vacib əhəmiyyət kəsb edən bu sübutlara heç bir hüquqi qiymət verilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(120)-881/2025 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV ... 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı “xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı sahibkarlıq məqsədilə "xxxx" MMC-lə ayrı-ayrı vaxtlarda müxtəlif sayda (xx.xx.2020-ci il tarixində 9,912.00 və 23,364.00 manat, xx.xx.2020-ci il tarixdə 8,496.00 manat, xx.xx.2020-ci il tarixində 6,608.00 manat, xx.xx.2020-ci il tarixində 10,903.20 manat, xx.xx.2020-ci il tarixində 11,682.00 manat, xx.xx.2020-ci il tarixində 27,612.00 manat dəyərində) elektron qaimə-faktura olmaqla tikinti malları almışdır. İddiaçı qeyd edir ki, o, mübahisəli malları elektron qaimə-faktura ilə almış, eyni zamanda alınmış malların cəmi dəyəri 83,540.00 manat "xxxx" MMC tərəfindən xx.xx.2020-ci tarixində göndərilmiş 650696 №-li elektron qaimə əsasında iddiaçı "xxxx" ASC vasitəsilə ödəmişdir. Vergi orqanı onun, yəni iddiaçının mübahisəli malları hansı şəxslərə satmasını elektron məlumatlarla görə bilir. O, əməliyyatlar həyata keçirərkən ilk növbədə elektron informasiya vasitəsilə qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmamasını aydınlaşdırır. Mübahisəli elektron qaimə-faktura ilə iddiaçı əməliyyatlar həyata keçirilən tarixlərdə "xxxx" MMC riskli vergi ödəyiciləri olmamışdır. İddiaçı "xxxx" MMC ilə elektron qaimə-faktura ilə əməliyyatlar həyata keçirdikdən sonra "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar (xx.xx.2021-ci il tarixdə) qəbul edilmişdir. İddiaçı "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmişdən əvvəl onun riskli vergi ödəyicisi olmasını müəyyən edə bilməzdi. Cavabdeh isə zəruri araşdırma aparmadan iddiaçının həmin elektron qaimə-faktura üzrə əmtəəsiz əməliyyatlar aparmasına istinad edərək iddiaçıya əlavə dəyər vergisi hesablamışdır. Cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Lakin göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarı qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Məhkəmə kollegiyası iş üzrə iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Eyni zamanda nəzərə alınmalıdır ki, vergi ödəyicisi olan hüquqi şəxslərin riskli vergi ödəyiciləri barədə məlumat mənbəyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarının 1.3 və 1.4-cü müddəalarına əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X4. İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər tərəflərin riskli vergi ödəyicisi olması barədə məlumat alınacaq yeganə mənbə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X4 ki, həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyicisi həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Məhkəmə kollegiyası müəyyən etdi ki, iddiaçı sahibkarlıq məqsədilə "xxxx" MMC-lə ayrı-ayrı vaxtlarda müxtəlif sayda (xx.xx.2020-ci il tarixində 9,912.00 və 23,364.00 manat, xx.xx.2020-ci il tarixdə 8,496.00 manat, xx.xx.2020-ci il tarixində 6,608.00 manat, xx.xx.2020-ci il tarixində 10,903.20 manat, xx.xx.2020-ci il tarixində 11,682.00 manat, xx.xx.2020-ci il tarixində 27,612.00 manat dəyərində) elektron qaimə-faktura olmaqla tikinti malları almışdır. İddiaçı qeyd edir ki, o, mübahisəli malları elektron qaimə-faktura ilə almış, eyni zamanda alınmış malların cəmi dəyəri 83,540.00 manat "xxxx" MMC tərəfindən xx.xx.2020-ci tarixində göndərilmiş 650696 №-li elektron qaimə əsasında iddiaçı "xxxx" ASC vasitəsilə ödəmişdir. Vergi orqanı onun, yəni iddiaçının mübahisəli malları hansı şəxslərə satmasını elektron məlumatlarla görə bilir. O, əməliyyatlar həyata keçirərkən ilk növbədə elektron informasiya vasitəsilə qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmamasını aydınlaşdırır. Mübahisəli elektron qaimə-faktura ilə iddiaçı əməliyyatlar həyata keçirilən tarixlərdə "xxxx" MMC riskli vergi ödəyiciləri olmamışdır. İddiaçı "xxxx" MMC ilə elektron qaimə-faktura ilə əməliyyatlar həyata keçirdikdən sonra "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar (xx.xx.2021-ci il tarixdə) qəbul edilmişdir. İddiaçı "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmişdən əvvəl onun riskli vergi ödəyicisi olmasını müəyyən edə bilməzdi. Cavabdeh isə zəruri araşdırma aparmadan iddiaçının həmin elektron qaimə-faktura üzrə əmtəəsiz əməliyyatlar aparmasına istinad edərək iddiaçıya əlavə dəyər vergisi hesablamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyildir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını və apellyasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən inzibati akt «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarı qanunvericliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilən zamanı iddiaçı tərəfindən təqdim edilmiş sübutlar, izahatlar əsassız olaraq nəzərə alınmayaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı və bütün ziddiyyətli, o cümlədən aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh etməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları və prinsipləri nəzərə alaraq hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(120)-881/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar