Məhkəmə qərarları › İş №2-1(106)-357/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-357/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-357/2025 13.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi) Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X26 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən, 12 iyul 2023-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1266/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiаçı İddiaçı 12 iyul 2023-cü il tarixindən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh 21 may 2024-cü il tarixli, 3-17-1/2-Y-119283/2024 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Həmin imtina məktubu ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək 12 iyul 2023-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci il tarixindən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 12 iyul 2023-cü il tarixinə kimi 25 ildən çox ümumi, 12 il6 aydan çox güzəştli pensiya hüququ verən iş stajının olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 21 may 2024- cü il tarixli, 3-17-1/2-Y- 119283/2024 nömrəli məktubu ilə bildirmişdir ki, güzəştli is stajı yoxdur. Ona güzəstli şərtlərlə yasa sörə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasımn təyin olunması üçün müraciət edə bilərlər. Cavabdehin imtina məktubunu 25 may 2024-cü il tarixində poçtamt vasitəsilə almş və konvertin üzərində poçt şöbəsinin möhürü ilə təsdiq edilir. xx xxxx 1963-cü ildə Salyan rayonunun Kərimbəyli kəndində doğulmuş və hazırda da həmin kənddə yaşayır. Orta təhsilini başa vurduqdan sonra 28 oktyabr 1981-13 dekabr 1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 06 fevral 1984-cü ildə Qafqazenerjitəmir İxtisaslaşdırılmış İstehsalat müəssisəsində Əli-bayramlı Təmir Sahəsində turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, 27 iyul 1984-cü il tarixində turbin və tozhazırlama avadanlıqlarının təmiri üzrə 2-ci dərəcəli çilingər ixtisas dərəcəsi verilmişdir. 15 oktyabr 1984-cü il də Əli-Bayramlı sahəsinə Qazan Sexinə turbin və tozhazırlama avadanlıqlarının təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsinə keçirilmiş, 01 avqust 1985-ci ildə Əli-Bayramlı Təmir Sahəsinə həmin vəzifəyə keçirilmiş, 20 fevral 1986-cı ildə 3-cü ixtisas dərəcəsi verilmişdir. 04 yanvar 1987-ci ildə 4-cü ixtisas dərəcəsi verilmişdir. 01 sentyabr 1988-ci ildə həmin ixtisas dərəcəm saxlanılmışdır. 01 yanvar 1991-ci ildə həmin peşədə 5-ci ixtisas dərəcəsi verilmişdir. 01 iyin 1994-cü ildən Qafqazeneıjitəmir İxtisaslaşdırılmış İstehsalat müəssisəsi ERA Azərbaycan-X19 adlanmışdır. 05 avqust 1994-cü il tarixində Kotlo-ERA filialının işçi tərkibində həmin peşədə təsdiq edilmişdir. 01 noyabr 1994-cü il tarixində köçürmə yolu ilə Xüsusienerjitəmirquraşdırma ASC-nə Əli-Bayramlı Sahəsinə 5-ci dərəcəli çilingər keçirilmiş, 01 iyul 1995-ci il tarixində işdən çıxmış, 14 avqust 1995-ci il tarixində X1 Birliyinin Əlibayramlı Təmir Sahəsinə qazanxana və tozhazırlama sexlərinin avadanlığının təmiri üzrə çilingər peşəsinə işəqəbul edilmiş və 21 noyabr 1996-cı ildə işdən çıxmış, 02 dekabr 1996-cı ildə ERA Azərbaycan-X11 X5 Sexi avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş və 11 avqust 1999-cu ildə işdən çıxmışdır. 07 fevral 2011-ci ildə AZENCO ASC-də X18 boruçu çilingər vəzifəsinə işə qəbul edilmiş, 08 yanvar 2016-cı ildə həmin idarənin Quraşdırma Sahəsinə boru çilingəri keçirilmiş və hazırda da orada əmək fəaliyyətini davam etdirir. Onun 60 yaşının tamam olduğu 12 iyul 2023-cü il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox hissəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verməsi dayanır. "xxxx" ASC (hazırda işçisi olduğu müəssisə) tərəfindən verilmiş güzəştli iş stajı ilə bağlı arayışın verilməsi üçün "xxxx" Azərbaycan-X17 aid heç bir sənəd olmadığını bildirmişdir. Halbuki, həmin güzəştli arayışda həmin arayışın verilməsi üçün əsasın Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunun olması bildirilir. Həmin məktuba bildirilir ki, fəaliyyət göstərməyən müəssisələrdə işçilərin topladığı güzəştli əmək stajının təsdiq edilməsi eyni istehsalat profili üzrə ixtisaslaşmış müəssisələr tərəfindən verilmiş arayışlarla öz təsdiqini tapa bilər. "xxxx" Azərbaycan-X12 vaxtilə işləmiş işçilərin güzəştli əmək stajının təsdiq edilməsi üçün daha əvvəlki tarixlərdə "xxxx" ASC tərəfindən verilmiş belə arayışlar əsasında digər şəxslərə mübahisəsiz qaydada cavabdeh tərəfindən güzəştli pensiya təyinatı aparılmışdır və məhkəmə prosesində belə şəxslərin siyahısı tərəfindən məhkəməyə təqdim ediləcəkdir. Həmin arayışda 15 ildən artıq güzəştli iş stajının olması öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən, 12 iyul2023-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X21 qərarlarını, X21 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərin-dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı iiə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş verinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi AZENCO ASC-nin xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışında xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X12 çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı İddiaçı "xxxx" Azərbaycan-X12 işlədiyi peşələrin zərərliliyinə dair arayışın həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin sözügedən müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt AZENCO ASC-nin birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərii əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1266/2025 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası Məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2-1 (120)-1266/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında Qanunun 9.1 -ci maddəsinə əsasən, 12 iyul 2023-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulmuşdur. Bununla əlaqədar apellyasiya şikayətini təqdim edir və hesab edirik ki, Şirvan İnzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərarı ləğv edilməli, iddia tələbi isə təmin olunmamalıdır. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin 21,05.2024-cü il tarixli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi AZENCO ASC-nin xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışında xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X12 çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı İddiaçı "xxxx" Azərbaycan-X12 işlədiyi peşələrin zərərliliyinə dair arayışın həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin sözügedən müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt AZENCO ASC-nin birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1,20-ci yarımbəndinə əsasən 1 yanvar 2006-cı il tarixinədək yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti sözügedən Qaydanın 4.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması həmin Qaydaya 2 nömrəli əlavə ilə müəyyən edilmiş arayışa əsasən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Məhkəmə sorğulara gəlmiş cavab məktublarına əsasən iddia tələbini təmin etmişdir. Belə ki, "xxxx" ASC-nin 06.11,2023-cü il tarixli 34 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışında və "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/329 nömrəli məktubunda güzəştli iş stajı fərqli (birincidə 15 il, 05 ay, 09 gün, digərində 12 il, 08 ay, 27 gün) qeyd edilmişdir. Fləmçinin qeyd edilən sənədlərdə və digər sorğulara gəlmiş cavablarda iddiaçının işlədiyi peşə üzrə gördüyü işin xarakteri barədə məlumatlara yer verilsə də, iddiaçının işlədiyi müəssisəyə aid heç bir sənədin AZENCO ASC- də mövcud olmaması, sənədlər olmaması halında güzəştli arayışın və gördüyü işin xarakteri barədə məlumatların qeyd edilməsi, sənədlər aradına uyğunsuzuluğun həmin sənədlərin əsaslığını şübhə altına alır. Birinci instansiya məhkəməsi isə qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Bundan başqa qeyd olunanlardan görünür ki, Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.Göstərilənlərə əsasən hesab edirik ki, Şirvan İnzibati Məhkəməsinin 12 feval 2025-ci il tarixli 2-1 (120)-1266/2025 qərarı faktiki cəhətdən əsassız, hüquqi baxımdan qanunsuz olduğundan ləğv edilməli və İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87.6, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyasından İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 12 feval 2025-ci il tarixli 2-1 (120)-1266/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1266/2025 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işinə görə və maddi imkanına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirakı olmadan yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının: 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanaccaqötiirmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Sənaye dəmir-beton borularının boruçəkənləri” bəndinə əsasən boruçu-çilingər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahının: Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatının 2140000a- 18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri. XXVİİ Fəslinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” - (Şifrə-********) əsasən 2290000a-19233 kodları - “Sənaye dəmirbeton borularının boruçəkənləri” yarımbəndi. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən;

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün qeyd edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının tələbi “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin arayışlarında İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər arasında işləmişdir: xx.xx.1984-xx.xx.1994-cü il tarixədək “Qafqazenerjitəmir” müəssisəsində çilingər, xx.xx.1994-xx.xx.1995-ci il tarixədək “Xüsusienerjitəmirquraşdırma” müəssisəsində çilingər, xx.xx.1995-xx.xx.1996-cı il tarixədək “Enerjitexnikiyeniləşdirmə” İstehsalat Sənaye birliyində çilingər, xx.xx.1996-xx.xx.1999-cu il tarixədək "xxxx" Azərbaycan- X12 çilingər, xx.xx.2011-xx.xx.2016-cı il tarixədək "xxxx" ASC-nin Cənub Layihəsi” Qazan quraşdırma sahəsində boruçu-çilingər işlədiyi peşə üzrə zərərli işə görə sosial-sığorta (əmək) stajı: 20 il, 04 ay, 11 gün təşkil edir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri və mübahisənin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər Belə ki, yuxarıda şərh olunan hüquq normalarının tələbinə görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün həmin tarixədək onun 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərdən, işdə iştirak edən şəxsin izahatından müəyyən etmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü iddiaçı 60 yaşdan – yəni, xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh onun güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçının 60 yaşınadək kifayət edən ümumi iş stajının olması əmək kitabçasında olan qeydlər və digər sənədlər (hərbi bilet və s.) əsasında müəyyən edilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-243038/2024 nömrəli məktubunda İddiaçı ümumi iş stajı 29 il 6 ay 22 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 1 ay 22 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1984- xx.xx.1994-cü il, xx.xx.1994-01,07.1995-ci il, xx.xx.1995-xx.xx.1996-ci il, xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 5 ay) təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının tələb olunan 25 il ümumi iş stajının və tələb oluna pensiya yaşına çatması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mübahisələndirdiyi yeganə hal iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasıdır. Məhkəmə kollegiyası iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlərlərdən başqa digər dövrləri mübahisələndirməmiş, həmin dövrləri mübahisəsiz güzəştli iş stajı kimi qəbul etmişdir. Mübahisə xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ilə bağlı olmuşdur. Cavabdeh xx.xx.1984-xx.xx.1999-cu il dövrlərdə "xxxx" Azərbaycan-X12 çilingər peşəsinin iddiaçının işlədiyi dövrlərin zərərliliyinə dair xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışın həmin müəssisənin iş profilinə uyğun olan AZENCO ASC tərəfindən verildiyi, lakin sözügedən müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığına istinad etmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını və cavabdeh tərəfindən iddiaçının işlədiyi sahənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına aid olmaması, o cümlədən apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 34 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, xx xxxx 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən, xx.xx.1984-cii ildə (əmr №-9-ok. xx.xx.1984-cü il) “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X3 Avadanlığının təmir sahəsinə çilingər peşəsinə qəbul edilib, xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994-cü il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən “Qafqazenerjitəmir” İstehsalat Birliyi "xxxx" Azərbaycan-X19 adlandırılmışdır və İddiaçı həmin müəssisəyə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir və xx.xx.1994-cü ildə (əmr №-14-ok, xx.xx.1994-cü ildə) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (“Xüsusienerjitəmirquraşdırma” Səhimdar Cəmiyyətinə keçirilməsi ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.1994-cü ildə (Əmr № 22, xx.xx.1994-cü il) “Xüsusienerjitəmirquraşdırma” Səhimdar Cəmiyyətinin Əli-Bayramlı sahəsinə çilingər peşəsinə qəbul edilib və xx.xx.1995-ci ildə (Əmr№ 9/ok, xx.xx.1995-ci il) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.1995-ci ildə (Əmr №-16, xx.xx.1995-ci il) “Enerjitexnikiyeniləşdirmə” İstehsalat Sənaye birliyinin Əli-Bayramlı təmiri sahəsinə qazanxana və tozhazırlama sexlərinin avadanlığının təmir üzrə çilingər peşəsinə qəbul edilib və xx.xx.1996-cı ildə (Əmr №-17, xx.xx.1996-cı il) Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.1996-cı ildə (79 №-ii Əmrin 4-cü bəndi ilə. xx.xx.1996-cı il) "xxxx" Azərbaycan-X11 X5 sexlərinin Avadanlığının təmiri üzrə çilingər peşəsinə qəbul edilib və xx.xx.1999-cı ildə (Əmr№-12, xx.xx.1996-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə (.öz təşəbbüsü ilə) əsasən işdən azad edilib. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24cü Fəslin“Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən qazanxana avadanlıqlarının təmiri üzrə çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 15 il, 05 ay, 09 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx"ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Qafqazenerjitəmir” müəssisəsi, “Enerjitexnikiyeniləşdirmə” İstehsalat Sənaye birliyi və "xxxx" Azərbaycan-X19 ilə eyni istehsalat profili üzrə ixtrisaslaşmışdır. Birinci instansiya məhkəməsinin sorğusu nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 01-PH/329 nömrəli məktubda qeyd edilmişdir ki, 1963-ci il təvəllüdlü İddiaçı həqiqətən, xx.xx.2011-ci ildə (əmr № 08/8-kş, xx.xx.2011-ci il) "xxxx" ASC-nin “Cənub Layihəsi”nin Qazan quraşdırma sahəsinin Boru quraşdınna qrupunda boruçu-çilingər peşəsinə qəbul edilib, xx.xx.2015-ci ildə (Əmr №-08/05irş, xx.xx.2015-ci il) X2 İdarəsinin Metal konstruksiyaların quraşdırılması sexinə 5-ci dərəcəli boruçu-çilingər peşəsinə keçirilib, xx.xx.2016-cı ildə (Əmr №14/07-irş, xx.xx.2016-cı il) X13 sahəsinə boruçu-çilingər peşəsinə keçirilib və hal-hazırkı dövrədək işləyir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Sənaye dəmir-beton borularının boruçəkənləri” bəndinə əsasən boruçu-çilingər peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 2290000a-19233 kodları ilə qeyd edilən “Sənaye dəmir-beton borularının boruçəkənləri” yarımbəndi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Boruçu çilingər-həmin kateqoriyaya aid olub, sex daxilində aparılmış əmək bölgüsü nəticəsində bu cür təmir işlərində yalnız polad borularla işləyən çilingərlərin ixtisaslaşmasını bildirir. Başqa sözlə, boruçu-çilingərlər təmir işlərinin yalnız borularla aid olan hissəsini həyata keçirdikləri halda, digər çilingərlər bu qəbildən olan digər növ işləri həyata keçirirlər. Boruçu çilingərlərin həyata keçirdikləri işlərə-qazan-turbin avadanlıqlarının təmiri ilə bağlı olan boruların kəsilməsi, qızdırılıb əyilməsi, daxilinin təmizlənməsi, texnoloji sxemdə dəyişdirilməsi və s. aiddir. Əmək şəraiti yüksək səviyyədə (nonnadan artıq) səs-küyün eşitmə orqanlarına zərərli təsiri, iş mühitinin temperaturunun bədən temperaturundan çox olması, habelə havanın rütubətliyinin su buxarları səbəbilə yüksək olması, qızmış səthlərdən və buxar sızmalarından termiki yanıq alma riski və s. aiddir. İddiaçı "xxxx" ASC-nin “Cənub Layihəsin”də boruçu-çilingər vəzifəsində və X2 İdarəsinin Quraşdırma sahəsində boruçu-çilingər vəzifəsində yerinə yetirdiyi əmək fəaliyyəti X22 Stansiyasının inşaası prosesi dövrünə təsadüf edilir və polad boruların quraşdırılması ilə əlaqədar olmuşdur. Güzəştli pensiya üçün staj: 12 il, 08 ay, 27 gün təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-243038/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 29 il 6 ay 22 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 1 ay 22 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1984- xx.xx.1994-cü il, xx.xx.1994- 01,07.1995-ci il, xx.xx.1995-xx.xx.1996-ci il, xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999- xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 5 ay) təşkil edir. Bundan başqa, adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi AZENCO ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışında xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X12 çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, İddiaçı iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx" Azərbaycan-X12 işlədiyi peşələrin zərərliliyinə dair arayışın həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin sözügedən müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt AZENCO ASC tərəfindən birgə Akt ilə təsdiq edilib. Göstərilən səbəblərdən də, adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, İddiaçı 60 yaşının tamamlandığı xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 41938,12 manat təşkil edir. Halbuki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/460 nömrəli məktubunda qeyd edilmişdir ki, 1963-cü il təvəllüdlü İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər arasında işləmişdir: xx.xx.1984-xx.xx.1994-cü il tarixədək “Qafqazenerjitəmir” müəssisəsində çilingər, xx.xx.1994-xx.xx.1995-ci il tarixədək “Xüsusienerjitəmirquraşdırma” müəssisəsində çilingər, xx.xx.1995-xx.xx.1996-cı il tarixədək “Enerjitexnikiyeniləşdirmə” İstehsalat Sənaye birliyində çilingər, xx.xx.1996-xx.xx.1999-cu il tarixədək "xxxx" Azərbaycan-X12 çilingər, xx.xx.2011-xx.xx.2016-cı il tarixədək "xxxx" ASC-nin Cənub Layihəsi” Qazan quraşdırma sahəsində boruçu-çilingər işlədiyi peşə üzrə zərərli işə görə sosial-sığorta (əmək) stajı: 20 il, 04 ay, 11 gün təşkil edir. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li (9 fevral 2024cü il tarixli, 81 №-li Qərarla edilmiş dəyişikliklər nəzərə alınmaqla) Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanaccaqötiirmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Sənaye dəmir-beton borularının boruçəkənləri” bəndinə əsasən boruçu-çilingər peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatımın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 2290000a-19233 kodları ilə qeyd edilən “Sənaye dəmir-beton borularının boruçəkənləri” yarımbəndi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/585 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək fəaliyyəti dövründə topladığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajı barədə verilmiş 07 oktyabr 2024-cü il tarixli, 01-PH/460 saylı arayışdakı cədvəldə ilk dörd sətirdə göstərilmiş Qafqazenerjitəmir, Xüsusienerjitəmirquraşdırma, Enerjitexnikiyeniləşdirmə və "xxxx" Azərbaycan-Rusiya Birgə müəssisələrindəki stajı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli icmal məktubunun tövsiyyələri əsasında tərəfimizdən (həmin stajın güzəştli pensiya hüququ verən iş stajı olması) təsdiqlənmişdir. Belə ki, həmin icmal məktubunda bu cür stajları eyni istehsalat profili üzrə ixtisaslaşmış müəssisələrin də təsdiq edə bilməsi göstərilməkdədir. "xxxx"ASC Azərbaycan Respublikası ərazisində istilik elektrik stansiyaların inşası, cari və əsaslı təmiri, eləcə də xidməti sahəsində ixtisaslaşmış ən nəhəng müəssisə olmaqla yuxarıda qeyd edilən müəssisələrlə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. Bu səbəblə, həmin müəssisələrdə əmək fəaliyyəti ilə bağlı heç bir sənəd "xxxx"ASC-yə təhvil verilmədiyi üçün sorğuda kadr sənədlərini təqdim etməkləri imkan xaricindədir. Daha əvvəlki tarixlərdə həmin müəssisələrdə işləmiş X16 və X9 eyni əsaslarla həmin müəssisələrdə topladığı güzəştli iş stajı ilə bağlı tərəflərindən təqdim edilmiş arayış əsasında qeyd etdiyiniz iddia işində cavabdeh qismində olan şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilmişdir Göründüyü kimi, cavabdeh imtina məktubunda imtinanın səbəbi kimi iddiaçının xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X12 çilingər peşəsində işlədiyi və həmin dövrlərərin zərərliliyinə dair xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışın həmin müəssisənin iş profilinə uyğun olan AZENCO ASC tərəfindən verildiyi, lakin sözügedən müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığını əsas gətirsə də, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 01- PH/329 nömrəli, xx.xx.2024-cü il tarixli, 01-PH/460 nömrəli və xx.xx.2024-cü il tarixli, 01- PH/585 nömrəli məktublarında (arayışlarında) iddiaçının işlədiyi müəssisələrlə eyni profilli olduğunu və iddiaçının işlədiyi həmin vəzifələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanaccaqötiirmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Sənaye dəmir-beton borularının boruçəkənləri” bəndinə əsasən boruçu-çilingər peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malik olduğunu bildirmişdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahının Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatımın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 2290000a-19233 kodları ilə qeyd edilən “Sənaye dəmir-beton borularının boruçəkənləri” yarımbəndi ilə eyni olmaqla güzəştli şərtlərlə pensiya hüququna malik olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının işlədiyi xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövrləri güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Həmin müddət üzrə müvafiq illəri cəmlədikdə məlum olur ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan çox təşkil edir. (xx.xx.1984-xx.xx.1994-cü il tarixədək “Qafqazenerjitəmir” müəssisəsində çilingər, xx.xx.1994xx.xx.1995-ci il tarixədək “Xüsusienerjitəmirquraşdırma” müəssisəsində çilingər, xx.xx.1995xx.xx.1996-cı il tarixədək “Enerjitexnikiyeniləşdirmə” İstehsalat Sənaye birliyində çilingər, xx.xx.1996-xx.xx.1999-cu il tarixədək "xxxx" Azərbaycan-X12 çilingər, xx.xx.2011-xx.xx.2016cı il tarixədək "xxxx" ASC-nin Cənub Layihəsi” Qazan quraşdırma sahəsində boruçu-çilingər işlədiyi peşə üzrə zərərli işə görə sosial-sığorta (əmək) stajı: 20 il, 04 ay, 11 gün) Belə olduğu halda məhkəmə kollegiyası mövcud olan sənədləri qanunvericiliyin müddəaları və yuxarıda qeyd edilən hüquqi dəyərləndirmə ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə kollegiyası bildirir ki, müvafiq dövr üzrə güzəştli iş stajı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “güzətli iş stajı haqqında” (həm ilkin həm də məhkəmənin sorğusu əsasında verilən) arayışında öz əksini tapmışdır və həmin arayışlarda, o cümlədən güzəştli iş stajı haqqında iş materiallarında olan digər arayışlarda göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı və arayışlardakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Bundan başqa, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024- cü il tarixli, 01-PH/585 nömrəli məktubuna nəzər yetirilən zaman İddiaçı ilə inzibati orqan tərəfindən qəbul edilməyən dövrlər üzrə həmin müəssisələrdə işləmiş X10 və X9 eyni əsaslarla həmin müəssisələrdə topladığı güzəştli iş stajı ilə bağlı ASC təqdim edilmiş arayış əsasında güzəştli şərtlərlə pensiya təyin edildiyi müəyyən edilir. Qeyd edilən şəxslərlə bağlı məlumatlar 01- PH/585 nömrəli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsaslanaraq qeyd edir ki, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Belə olan halda hazırki iş üzrə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş güzəştli iş stajı ilə bağlı arayış əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməməsi bərabərlik prinsipinin pozulmasına gətirib çıxarır. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçıya hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1266/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar