Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-36/2025 25.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ XN (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 20 fevral 20N-cü il tarixli, 2-N(N20)- 758/20N saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, N974-cü ildə Saatlı rayonu Xanlarkənd kəndində anadan olmuşdur. Saatlı rayonu Hərbi Komisarlığı tərəfindən 2N iyun N992-ci ildə müddətli hərbi xidmətə çağırılmışdır. 2N iyun N992-ci ildən-N avqust N996-cı ilə qədər müddətli hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmişdir. N avqust N996-cı ildə ordu sıralarından təxris olunaraq ehtiyata buraxılmışdır. Ona verilmiş H3 № ******* hərbi biletdə müvafiq qeydlər aparılmışdır.Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N saylı hərbi hissəsində hərbi xidmətə başlamışdır. N saylı hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 43 saylı əmri ilə ştat dəyişikliyi ilə əlaqədar olaraq N-ci reyd dəstəsinin 2-ci qrupunun "A" yarımqrupunda rabitəçi vəzifəsinə təyin edilmişdir. DİN-nin DQ-nin N saylı hərbi hissə komandirinin N3 noyabr N992-ci il tarixli 96 saylı əmri ilə Ağdam şəhərində yerləşən N saylı hərbi hissəyə ezam olunmuşdur. Bundan sonra hərbi xidmətini döyüş bölgəsində keçirmişdir. N saylı hərbi hissədə tank batalyonunda atıcı, N saylı hərbi hissədə pulemyotçu olmuşdur. Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Qarabağ zonasında Yetim Cinlilər, Qalayçılar, Əliağalılar, Çıldıran, Əlimədətli və sairə kəndlərdə gedən döyüşlərdə fəal iştirak etmişdir. Ona veteran adının və vəsiqəsinin verilməsi məqsədi ilə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının katibi Elbrus Mehdixanov tərəfindən 25 mart 2023-cii ildə göndərilmiş 4/3-N73 saylı məktubda ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. O, N992-N994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Hərbi hissəni özbaşına tərk etməmişdir. Hərbi cinayətlərə görə əvvəllər məhkum olmamışdır. Haqqında heç bir aministiya aktı və əfv sərəncamı olmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə uyğun qaydada iddiaya dair münasibət məktubu təqdim etmişdir. Məktubda bildirilmişdir ki, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini qəbul etmirik, hesab edirik ki, iddia ərizəsi əsasızdır və aşağıdakı səbəblərə görə iddia ərizəsi mümkünsüz hesab edilməlidir. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Hazırki iddiada veteran adının verilməsi məsələsi Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyanın səlahiyyətlərinə aid olmadığından, cavabdehin məktubunda iddiaçıya izah olunub ki, digər qoşun növlərində xidmət etdiyi üçün həmin qurumun müvafiq Komissiyasına müraciət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dubiikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 54.N -ci maddəsinə əsasən “İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır."Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən “Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.”Həmin Məcəllənin 35.N -ci maddəsinə əsasən: iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkətivə ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorununa maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47.2-ci maddəsi rəhbər tutaraq, məhkəmədən İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-758/20N nömrəli, 20 fevral 20N-cü il tarixli qərarı ilə (hakim Amilya Hüseynova) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 20 fevral 20N-cü il tarixli, 2- N(N20)-758/20N saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bildirirəm ki, N974-cü ildə Saatlı rayonu Xanlarkənd kəndində anadan olmuşam. Saatlı rayonu Hərbi Komisarlığı tərəfindən 2N iyun N992-ci ildə müddətli hərbi xidmətə çağırılmışam. 2N iyun N992-ci ildən-N avqust N996-cı ilə qədər müddətli hərbi xidmətdə olmuşam. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmişəm. N avqust N996-cı ildə ordu sıralarından təxris olunaraq ehtiyata buraxıldım. Mənə verilmiş H3 № ******* hərbi biletdə müvafiq qeydlər aparılmışdır. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N saylı hərbi hissəsində hərbi xidmətə başlamışam. N saylı hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 43 saylı əmri ilə ştat dəyişikliyi ilə əlaqədar olaraq N- ci reyd dəstəsinin 2-ci qrupunun "A” yarımqrupunda "rabitəçi” vəzifəsinə təyin edilmişəm. DİN-nin DQ-nin N saylı hərbi hissə komandirinin N3 noyabr N992-ci il tarixli 96 saylı əmri ilə, Ağdam şəhərində yerləşən N saylı hərbi hissəyə ezam olunmuşam. Bundan sonra hərbi xidmətimi döyüş bölgəsində keçirmişəm. N saylı hərbi hissədə tank batalyonunda atıcı, N saylı hərbi hissədə "pulemyotçu” olmuşam. Mən N992-N994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişəm. Qarabağ zonasında Yetim Cinlilər, Qalayçılar, Əliağalılar, Çıldıran, Əlimədətli və sairə kəndlərdə gedən döyüşlərdə fəal iştirak etmişəm. Hərbi hissəni özbaşına tərk etməmişəm. Hərbi cinayətlərə görə əvvəllər məhkum olmamışam. Haqqımda heç bir aministiya aktı və əfv sərəncamı olmamışdır. Bildirirəm ki, hərbi hissədə xidmət keçərkən fərarilik etməmişəm. Tam hərbi xidmət keçərək, xx.xx.N996- cı il tarixədə Silahlı Qüvvələrin Sıralarından təxris olunaraq ehtiyata buraxılmışam. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.20N9-cu il tarixli, 59N nömrəli arxiv arayışında barəmdə səhv məlumat qeyd edilmişdir. Əgər mən hərbi xidmət zamanı fərarilik etsəydim, barəmdə cinayət işi açılardı və məsuliyyətə cəlb edilərdim. Daxili İşlər Nazirliyindən və Hərbi Prokurorluğdan gələn məktublardan görsənir ki, barəmdə cinayət işi və ya təqsirləndirici material olmamışdır. Bu hal sübut edir ki, arxivlərdə olan materail dəqiqləşdirilməlidir. Mənə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə, Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdim. Şirvan İnzibati Məhkəməsinin 20 fevral 20N-cü il tarixli, 2-N(N20)-758/20N saylı qərarı ilə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbim təmin edilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək Şirvan İnzibati Məhkəməsinin 20 fevral 20N-cü il tarixli, 2-N(N20)-758/20N saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 aprel 20N-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N6.N-ci maddəsinə əsasən, bu Məcəllənin N6.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 20 fevral 20N-cü il tarixli, 2-N(N20)-758/20N saylı qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə: N. Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə N0.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə NN.N. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar Maddə N9. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə N. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 89.N. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 90.N. İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə N2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.N) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçının tələbi “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək hərbi xidməti təsdiqlənmədiyindən müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasına dair sübutların (əmrin), həmçinin hərbi qulluqçunun hərbi hissədə xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından göründüyü kimi İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması, həmçinin xidməti barədə məlumat aşkar olunmamış, həmçinin o, hərbi hissəsini öbaşına tərk etmişdir. Belə ki, İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 85 №-li əmrilə 08 may N993-cü il tarixdən 2-ci taborun əsgəri kimi hərbi hissəni özbaşına tərk etdiyinə görə “fərari” hesab edilərək, qazan təminatından çıxarılmışdır. xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək isə 70N saylı hərbi hissənin tərkibində Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli N4N08 saylı əmrinə əsasən Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 20 sentyabr N997-ci il tarixli 634 nömrəli Fərmanına əsasən ehtiyata buraxılmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-N73 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N8-cı il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü tarixədək hərbi xidməti təsdiqlənmədiyindən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 2N iyun N992-06 avqust N996-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmət etmişdir. İşdə olan Tərtər Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı xx.xx.20N8-ci il tarixli N9HP5N59 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmadığından hərbi xidmətiniz haqqında arayışın verilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2022-cü il tarixli, 44N nömrəli arayışında qeyd edilmişdir ki, Saatlı rayonunun Nabatkənd kənd sakini N974-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri Sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-49/2-532/23 nömrəli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində hərbi qeydiyyatda olan N974-cü il təvəllüdlü İddiaçı xx.xx.N992-ci il tarixdə Saatlı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissəyə təhvil verilmişdir. xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli N02/2-N4543 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.N974-cü il təvəllüdlü Saatlı rayon Nabadkənd kəndində qeydiyyatda olan İddiaçı barəsində Saatlı RPŞ-də heç bir cinayət işi, ləqsirləndirici material və ya sadələşdirilmiş icraat materialı yoxdur. İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-3/2-00N025/23 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək Daxili Qoşunların 3N və N () №-li hərbi hissələrində xidmət etməsilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. İşin obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən müvafiq sorğular verilmiş və sorğular əsasında əldə edilmiş aşağıdakı sənədlər iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsindən daxil olmuş 07 avqust 20N-cü il tarixli, 23NN nömrəli məktub və ona əlavə edilmiş 70N nömrəli hərbi hissə komandirinin 2N6 nömrəli əmrinin Arxiv Çıxarışında göstərilir ki, 70N nömrəli hərbi hissənin komandirinin N iyul N994-cü il tarixli N87 nömrəli əmri ilə N974-cü il təvəllüdlü, sıravi İddiaçı 2-ci tağımda mexanik-sürücü vəzifəsinə təyin olunmuşdur. Qeyd edirik ki, 70N nömrəli hərbi hissə komandirinin N aprel N994-cü il tarixli NN2 nömrəli əmrində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması barədə məlumat aşkar edilməmişdir. 70N nömrəli hərbi hissənin komandirinin N avqust N996cı il tarixli 2N6 nömrəli Əmri ilə sıravi İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatlardan azad edilmiş və hərbi qeydiyyata düşmək üçün öz hərbi komissarlığının sərəncamına göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili X3 İdarəsinin 04 fevral 2025-ci il tarixli, 3-N3-N4-N/2-303/2025 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş İddiaçı 3645(25032) saylı və dislokasiya yeri Ağdam rayonu-döyüş bölgəsi olmuş 3650(67987) saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş və onun xidmət etdiyi 3645(25032) saylı hərbi hissənin dislokasiya yeri Hacıqabul rayonu olmuş və qeyd edilən hərbi hissələrin hərbi qulluqçuları zərurət olduğu hallarda torpaqlarımızın müdafiəsidən ötrü döyüş əməliyyatları zonasına ezam edilmişdir və 3650(67987) saylı hərbi hissənin dislokasiya yeri Ağdam və Füzuli rayonları döyüş bölgələri olmuş və hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsinin N4 fevral 2025-ci il tarixli, 3-25-20/2-232/2025 nömrəli məktub və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı barəsində 70N №-li hərbi hissə komandirinin N iyul N994-cü il tarixli N87 №-li və N avqust N996-cı il tarixli 2N6 №-li nizami hissə üzrə əmrindən Arxiv Çıxarışları mövcuddur. 70N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab-N0.05.94-xx.xx.N994, səh-42) xx.xx.N992-ci il tarixdə Saatlı RHK-dan çağırılmış, xx.xx.N974-cü il təvəllüdlü, sıravi İddiaçı hərbi hissə komandirinin N aprel N994-cü il tarixli NN2 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması, 2-MAT-da sürücü-rabitəçi vəzifəsinə təyin olunması və Azərbaycan Respublikası Müdafiə nazirinin N iyun N996-cı il tarixli N4N №-li əmrinə əsasən, ehtiyata tərxis olunduğundan komandrin N avqust N996-cı il tarixli 2N6 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması qeyd olunmuşdur. Beləliklə də yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixinə kimi ayrı-ayrı vaxtlarda 3645(25032) saylı və dislokasiya yeri Ağdam rayonu-döyüş bölgəsi olmuş 3650(67987) saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş və onun xidmət etdiyi 3645(25032) saylı hərbi hissənin dislokasiya yeri Hacıqabul rayonu olsada qeyd edilən həmin hərbi hissələrdə xidmət etdiyi dövrdə zərurətlə əlaqədar torpaqların müdafiəsidən ötrü döyüş əməliyyatları zonasına ezam edilmiş və 3650(67987) saylı hərbi hissənin dislokasiya yeri Ağdam və Füzuli rayonları döyüş bölgələri olmuş və həmin hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Sonradan yəni, 70N nömrəli hərbi hissə komandirinin N aprel N994-cü il tarixli NN2 №-li əmrilə (atəşkəsdən qabaq) iddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş həmin (70N nömrəli) hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq 2-MAT-da sürücü-rabitəçi vəzifəsinə təyin olunmuş və həmin hərbi hissədə xidmətini davam etdirmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin N iyun N996-cı il tarixli N4N №-li əmrinə əsasən ehtiyata buraxılmışdır. Yəni, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı həm xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixnə kimi ayrı-ayrı vaxtlarda 3645(25032) saylı və 3650(67987) saylı hərbi hissələrin tərkibində və həm də N aprel N994-cü il tarixindən 70N nömrəli hərbi hissənin tərkibində torpaqların müdafiəsidən ötrü döyüş əməliyyatlarında iştirak etmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin N iyun N996-cı il tarixli N4N №-li əmrinə əsasən ehtiyyata buraxılmışdır. Lakin cavabdeh inzibati orqan yuxarıda qeyd edilən işin faktiki hallarını nəzərə almadan, iddiaçının xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək hərbi xidməti təsdiqlənmədiyini əsas gətirərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə xidmət keçməsini sübut edən yuxarıda qeyd edilən sənədlər təqdim edildikdə müharibə veteranı adının verilməsi mümkündür. İşin müəyyən edilmiş hallarndan görünür ki, iddiaçı döyüş əməliyyatlarında iştriak edən (N saylı və 70N saylı) hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və xidmətini başa vurduqdan sonra qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və ona müharibə veteranı adı verilməlidir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 3645(25032) saylı və 3650(67987) saylı hərbi hissələrin tərkibində xidmət edərkən hərbi hissəni özbaşına tərk etmiş olsa da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin müddəaları ona şamil oluna bilməz. Belə ki, həmin müddəalara görə döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Lakin, hazırki işin müəyyən edilmiş hallarından və yuxarıda qeyd edilən sənədlərdən görünür ki, iş üzrə iddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmişdir. Bunun əksinə, iddiaçının xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixədək dislokasiya yeri Ağdam və Füzuli rayonları döyüş bölgələri olmuş 3645 (25032) və 3650(67987) saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, xx.xx.N994-cü il tarixli NN2 nömrəli əmr ilə bilavasitə döyüş əməliyatlarında iştirak etmiş 70N nömrəli hərbi hissənin təkibində xidmət etməsi və Azərbaycan Respublikası Müdafiə nazirinin N iyun N996-cı il tarixli N4N №-li əmri ilə ehtiyata buraxılması müəyyən olunur. Məhkəmə kollegiyasının qənaətinə görə hətta, iddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş olsa belə o, bu hərkətlərinə görə, məhkum edilməmişsə, əksinə döyüş əməliyyatlarında iştirak etmişsə və qanuni əsaslarla hərbi hissədən tərxis olunmuşsa bu hal yuxarıda qeyd edilən hüquq normalarına əsasən müharibə veteranı adının verilməsi üçün əsas verir. Beləliklə də işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 20 fevral 20N-cü il tarixli, 2-N(N20)-758/20N saylı qərarı ləğv edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 20 fevral 20N-cü il tarixli, 2-N(N20)-758/20N saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ N025, Bakı şəhəri,Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-36/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-36/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver